Post Views: 38 İstəmirəm… Özümü unudmaq istəyirəm, İstəmirəm, xatırliyim, Mən yox olmaq istəyirəm, Düşünmək istəmirəm, Yaşamaq, mövcud olmaq, İstəmirəm, İstəmirəm… Unutmaq üçün nə elədim, Daha çox xatırladım, Kədərləlnmək istəmədim, Daha cox, kədərləndim… Ağlamaq istəmədim, Daha çox ağladım, Unudmaq istiyəm, Özüm özümü, Düşnmək istəmirəm, Mövcud olmaq istəmirəm, İstəmirəm… İstəmirəm… İstəmirəm… 10.08.2015.
Avqust 13, 2015
Günel NAZİM.”Ağqoyunlu dövlətinin Azərbaycanda rolu”
Post Views: 47 Azərbaycanın təşəkkülündə bir sıra dövlətlər öz imzasını atmışdır ki, bunlardan biri də Ağqoyunlu dövləti olmuşdur. Buna baxmayaraq Ağqoyunlu dövləti dərindən oyrənilməmiş və Azərbaycan haqqında – Ağqoyunlu dovletinin heyatimizda oynadigi bilgilər zəifliyi ilə secilmisdir. Sovet dövrü özünü demək olar ki, tariximizdə olduğu kimi tədqiqatimizdada göstərmişdi. Buna göre də, soydan qardaşımız Turkiyədə Ağqoyunlu dövlətinin …
Şəhanə CƏFƏROVA.”Yalansız sev məni!”
Post Views: 33 Yalansız sev məni! Sənin üçündə çox çətindir Sevgi dəryamız bilirəm çox dərindir Mənə bədbəxtlik yox, xoşbəxtlik paltarnı geyindir Sevirəm səni səndə yalansiz sev məni! bu sevgini boş inada satma məni gözləri yaşlı atma Gəl ucuz dünyada sevgimizi səndə ucuz tutma! Sevirəm axı səndə yalansız sev məni! Sevgimiz nümunə olsun sevənlərə Hər zaman …
Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”
Post Views: 31 Duman sıpər çəkir sən gedən yola, Ağrısı, acısı sinəmdə qalır. Əksin həsrətimlə gəzir qol-qola, Yaxşı nəyimiz var dünəndə qalır. Sən gedən yollarda səbrim daralır, Gözlərim şehlənir yol gözləməkdən. Əsəbim yolları gözümdən salır, Özümdən bezirəm özüm də bəzən. Özümdən qaçıram özüm olunca, Qapına gəlməyə üzümdə gəlmir. Həsrətin əlində gözüm oyuncaq, Yollardan yığışıb gözüm …
Fidan ABBASOVA.”Hara getsən sanma dogru gedirsən”
Post Views: 39 Həyat dostun olsa sənin ürəyin hara getsən sanma dogru gedirsən gözlərinlə görmədiyin mələyin sanki görüb günü-gündən sevirsən… Heç bilmirsən içindəki şeytanın dərdi nədir sənlə uzun yoldasan qəlbindəki bəslədiyin insanın yaratdığı ən məşhur əsərisən… Barmaq deyil əldir səni gəzdirən yetər ki sən bu dünyadan incimə bu həyatda səni daim bezdirən şərik olur duyduğun …
Günel ƏJDƏRQIZI.”Donmuş barmaqlar”
Post Views: 25 Səhərin açılmasına hələ çox qalmışdı. Hava çox soyuq idi. Dünəndən bəri aramsız yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Fərəc kişi əllərində tutduğu ağır zənbillərlə küçəni üzü yuxarı qalxırdı. Qış tətilini başa vurmuş qızı Aytacı yenidən rayondan Bakıya kirayə qaldığı mənzilə aparırdı. Əllərində əlcək olmadığından arabir dayanır, zənbilləri yerə qoyaraq barmaqlarını ovuşdurur, …
Allahşükür AĞA.” Anlamaz”
Post Views: 27 Torpaq cücərdər sirrini, Torpaq sirrini saxlamaz. Söylə qanana dərdini, Qanmaz dərdinə ağlamaz. Həqiqət ölür dillərdə, Ədalət yoxmuş illərdə, Tapdaqda qalan ellərdə, Bulaqlar axar, çağlamaz. Qəlbimi isitmir közüm, Yollarda köhnəlir izim, Vətənsiz gülərmi üzüm? Vətənli bunu anlamaz…