Post Views: 32 Bahar Sevdiyim gözəlin hörükləri tək Söyüdün saçları ətir qoxuyur Qaranquş səsində,durna səsində Bülbül ləhçəsində bahar oxuyur Qərənfil al çəkib yanaqlarına Ətrindən məst olma oğulsan indi Yaşı bax xınalı ayaqlarına Kəkliklər elə bil təzə gəlindi Bahar hər çiçəyə təzə don tikib Nərgiz sarı geyib,lalə qırmızı Yenə köl dibində boynunu büküb Bənövşə-baharın küsəyən qızı …
Avqust 23, 2015
Nemət HACIƏLİYEV.Yeni şeirlər
Post Views: 39 * * * Gələr nalə,ah səsi, Çıxsa aşiqin səsi, Səni sevən bir kəsi, Ağlatmağa nə var ki?! Qəlbi sənə verəni, Təkcə səni görəni, Sevgiyə and içəni, Aldatmağa nə var ki?! Aşiq dərddə,azarda, Hər an giley,güzarda, Canan gələn bazarda, Gül satmağa nə var ki?! Allah verən vergini, Qəlbindəki sərgini, Qarşılıqlı sevgini, Yaşatmağa nə …
İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”
Post Views: 32 Mən səni fikrimdən ata bilmirəm, Gecə də, gündüz də xəyalımdasan. Yediyim çörəkdə, içdiyim suda, Hara gedirəmsə, sən yanımdasan. Bu eşqin doyunca almadıq dadın, Duyduq ayrılığın o qəddar səsin. Dünyada iztirab, həsrət olan şey, Nə tez üstümüzə saldı kölgəsin?! Nömrəni yığıram min ümidlə mən, Açmırsan, salırsan canıma əzab. Mənə bu qədərmi nifrət edirsən? …
Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”
Post Views: 36 Ölürəm gözlərim ölmür elə bil . Dənizdən püskürən vulkan kimiyəm. Özümdən özümə yol getmir daha. Səssizcə uzanan orman kimiyəm. İçimdən çölümə çıxmır alovum. Daş alıb əlimə gözümü ovum. Bilmirəm ormanmı, vulkanmı olum. Özümlə əlləşən tüğyan kimiyəm. Elə bil ölməkdən qayıtmayacam. Özümü yuxudan ayıltmayacam. Ruhumu göylərdə alçaltmayacam Son dəfə verilən fərman kimiyəm..
Afət VİLƏŞSOY.Yeni şeirlər
Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Sabah yağış yağacaq Yağış mənim göz yaşım, Səndən qopan son baxış, Gedişin çaparaqdı, Gəlişin qarış-qarış. Vayına oturdular- Baharım yox, yazım boş. Ya gəl daha qışıma, Ya taleyinlə barış.
Harika UFUK.”Günaydın…”
Post Views: 32 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi ŞEHİT AĞACI Ağaca asılmış asker künyesi, Kuru sedir anıt, yürekte acı, Dayanamaz buna insan bünyesi, Kuru sedir anıt, yürekte acı, Altı bin künyeli şehit ağacı. Gencecik yiğitler toprak mı oldu, Gözlerim ıslandı, yürek kan doldu, Taze gelinlerin renkleri soldu, Ağlar ana-baba, kardeş, eş, bacı. Altı …
Milyonlarla dollarlıq layihə: İslamofobiya…
Post Views: 40 Xüsusilə 11 sentyabrdan sonra Avropada və ABŞ-da artan İslam əleyhdarlığı səbəbindən Qərb cəmiyyətində günlük həyatda müsəlmanlara qarşı ön mühakimənin və ayrı-seçkiliyin artdığı məlumdur. Bu ayrı-seçkilik və ön mühakiməyə görə Qərbdə yaşayan müsəlmanların istər ictimai, istərsə də iş həyatında bir çox çətinlik və problemlərlə üzləşdiyi də bir həqiqətdir. 11 sentyabrdan irəli gəldiyi deyilsə …