Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 14 of 14 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Qalib ŞƏFAHƏT.”Qəlbinə söyüd əkmisən”

Post Views: 32 Söyüdlər, hər yerdə söyüddü. Tək, kölgəsi sərin olur. Qəlbinə söyüd əkmisən, havalar isti keçəndə, budaqları yellənə, yarpaqları tellənə, bədənin sərinlənə. Kölgəsində dincəlsən, hamıya acıq verəsən, həyata gəl-gəl deyəsən. Rüzigar dəyişəndə, Havalar soyuyanda köçünü- Özündən çox uzağa çəkəsən. Daha sən O sən deyilsən. Yoxsa, özündə Donub ölərsən.

Azərbaycan ədəbiyyatı

Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)

Post Views: 33 Əzildikcə, danıldıqca, Coşub daşıram çay, sel kimi… Qələmi alıram əlimə, Tufanlar qopur içimdə, İç dünyamda baş qaldırır qiyam, Daha kəskin yazmağa başlayıram… Dilə gəlir bütün hisslər, fikirlərim… Mən şairəm, mən yazaram, qınamıram heç kəsi mən, bəxtim, alın yazım, qismətimdir yəqin bunlar… Paydan artıq yemək olmaz… Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc, Yazdıqlarım …

Azərbaycan ədəbiyyatı

Hamının üzü içindədir (Cabir Novruza nəzirə)

Post Views: 33 İnsanlara inanmayın! Sözlər yalan, mimika yalan, Jestlər yalan, əməl yalan, Baxışlara aldanmayın! Hisslər yalan, qəlbi yalan, geyib maska… Astarı özündən baha… Axtarma onlarda vicdan… Hamısının üzü içindədir, Gizli qalıb özlərinə… Niyyət yalan, arzu yalan, Məqsəd yalan, seçim yalan, Verdikləri qərar yalan… Çox toxunar qəlbimə, İnciyirəm mən o zaman, Deyəndə kimsə, yazma, baş …

Publisistika

Tural SAHAB.”Postmodernistin cinsini dəyişdirə bilməməsi”

Post Views: 47 Onun adı ilə…. Çox şeyi dəyişdirmək istəyirdi- ailəsini, cəmiyyəti, milləti ən əsası da cinsini. Bəli səhv duymadınız cinsini dəyişdirmək istəyirdi postmodernist köşə yazarı, şair, nasir Əliqulu Səhradaqum. Ancaq hələlik buna nə ailəsi, nə də yaşadığı cəmiyyət hazır deyildi. Cinsini dəyişdirmək istədiyini söyləsə ailəsi övladlıqdan rədd edər, ətrafındakı insanlar isə onu daşqalaq edib …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının X hissəsi

Post Views: 36 Səfər maşından düşdü. Hiss etdi ki, Fidana qarşı etdiyi hərəkətdən utandı. Siqaret yandırıb içinə çəkdi. Fidanda o biri tərəfdən maşından düşdü, asta addımlarla Səfərə yaxınlaşdı. Heç nə danışmadan sevgilisinin qoluna girdi, başını onun çiyninə qoydu. – Bağışla. – Əksinə, sən bağışla məni. Hisslərimə zəif düşdüm. – Mən hələ hazır deyiləm. – Toydan …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Ağladı”

Post Views: 28 Gözlədim, gəlmədin, görüş yerimiz, Halıma mükəddər oldu, ağladı! Sənin görüşünə tələsən güllər, Əlimdə saralıb-soldu, ağladı! Bükdü qamətimi, əydi bu halət, Gəldiyin yollar da çəkdi xəcalət. Məhəbbət yanğılı bir dəli həsrət, Qolların boynuma saldı, ağladı! Nə bilim bu imiş yaxınlığımız, Bir eşqin oduna yaxındığımız. Bir vaxt qucağına sığındığımız, Söyüdlər saçını yoldu, ağladı! A …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Sevinir”

Post Views: 34 Qoşa yaranıbdır sevgiylə, nifrət, Seçməyən qəmlidi, seçən sevinir. Hər kəsə eşq adlı bir badə qismət, İçməyən qəmlidi, içən sevinir. Hissini, duyğunu sevgidən yoğur, Səni dərk edəni sev ki, – tən yoğur. Hər nurlu sabah da sevgidən doğur, Doğdumu dan gülür, gecən sevinir. Səni anlayansa könül həmdəmin, Yönsüz tufanlara tuş olmaz gəmin. Qədər …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Həyatı və Yaradıcılığı

Post Views: 54 Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Sazım mənim”

Post Views: 27 Aşıq Ədalət saz çalırdı. Sədəfə tutdurram səni, Sinəmə yatdırram səni, Dil-dil oxutduram səni, Nəğmələnmiş arzum mənim, Qu boğazlı sazım mənim. Sən Məcnunun Leylasısan, Anamın ilk laylasısan, Öz ruhumun balasısan, Ömrüm, günüm, yazım mənim, Qu boğazlı sazım mənim. Sözümün ekiz tayısan, Qorqud babamın payısan, Əsrlərin harayısan, Dünyayla təmasım mənim, Qu boğazlı sazım mənim. …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Nar” (Hekayə)

Post Views: 55 Üst-başı çirkli,ütüdənsə əsər-əlamət yox idi.Saqqallı görünürdü.Deyəsən yuxusuzluqdan gözləri şişmiş,qızarmışdı.Qəbiristanlığa gedib-gələnlər ruhi xəstə sanaraq ondan yan keçməyə çalışırdılar.O özü də hamıya ölgün nəzərlərlə baxaraq uzaq olmağa çalışırdı.Bir qəribə hərəkətini isə nəzərdən qaçırmadım;əlində tutduğu narı alacaqlarmış kimi hamıdan gizləməyə çalışırdı.Yaxınlaşıb salam verdim. -Əleykəssəlam,-dedi. -Narahat görünürsünüz.Bir kömək lazım deyil ki? Əllərini arxasına apardı,narı gizləməyə çalışdı.Məzlum …

Publisistika

Şəfa VƏLİYEVA.”Mənə toxunmayın”

Post Views: 26 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sarı yarpaqlar kimi üşüyən ürəyinin incə tellərinə toxunan kim idi, nə idi, hələ də bilmirdi. Bəlkə də, bilmək istəmirdi. Hardasa bu tellərin titrəməsindən də razı idi. Nə də olsa, o, bu taleyin atılmış qadını hesab edirdi özünü… *** …Səhər …

Publisistika

Nadir ZİYADLI.”Yunus Əmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…”

Post Views: 41 Yunus Əmrə (Yunis Əmrə, Yunus İmrə) kimdir? “xeberinfo.com”: Nədən adı əfsanələrə qarışmış, tarixin yaddaşının ilmə- ilmə çözələnməsinə, incələnməsinə baxmayaraq bu şəxsiyyət haqqında danışanda, müəyyən zaman bucağından onun ömür yolunun toranlığa və dumanlığa qarışmış görüntülərinə nəzər salanda taleyini və özünü 7-8 əsr keçməsinə baxmayaraq bizlərə tanıdan, bizlərə doğmalaşdıran misralarını xatırlamamaq mümkün olmur… Məni …

Azərbaycan ədəbiyyatı

Xuraman CAMALQIZI.”Qəlbimdə yerin var”

Post Views: 25 Qelbimde yerin var, gözümde eksin, Üreyim sızlayır , göyneyir menim Sen niye bele tez ömrümden getdin? Qenim kesilerek bextime menim. Seni yaşadıram setirlerimde, Sözümde gül açır sen deme derdim. Seni arayıram etirlerimde Başımı çiynını qoysam ne derdim. Getsen de üreyin qelbimde qaldı, Getdin bexş eleyib meni kedere, Seni gözlemekden gözüm qaraldı, Hopmusan …

Azərbaycan ədəbiyyatı

Ülviyyə VAHİD.”Söylə”

Post Views: 37 Nə ücün susqunsan,bu qədər gülüm, Söylə, saf qəlbinin gileyi nədir.. Onsuz da dünyada qonağıq gülüm, Səni bu həyatdan küsdürən nədir?! Qişlar yazdan küsər,günəşsə aydan, Yollar izdən küsər,dənizsə caydan, Kim nə anlar, qəlbindəki haraydan? Səni bu həyatdan küsdürən nədir?! Taleyin oyunu bəzən sərt olur, Sevimli güllər də zamansız solur, O gözəl gözlərin nədən …