Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 6 of 6 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 31 QUZEY BƏNÖVŞƏSİ Bənövşə gözləri gülür baharın, Götürüb aləmi quşların səsi. Tumurcuq-tumurcuq çıxır canından,- Çılpaq ağacların soyuqdəyməsi. Gecənin yuxusu ərşə çəkilib, Bənövşə ətrinə elçi düşüb dan. Gözümdə qışlanan həsrət çiçəyim,- Səni də tanıdım ayrılığından. Quzey bənövşəsi bir az gec solur, Sevən ürəkləri sərinlətməyə. Dağların döşünə yatıb ki ahım,- Üzünə bənövşə nəfəsi dəyə.

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Yaddaşımızı təzələmək”

Post Views: 24 Yaddaşımızı təzələmək udduğumuz nəfəs boydadı qısa və uzun. uzandıqca özümüzü daha çox qətlə yetiririk. özümüzü dərk etməyə gücümüz çatmır. əvvəl öyrəndiklərimiz sonra əzbərlədiklərimiz kəsir ömrümüzü addım-addım. nə adəmi düşünə bilirik nə xatəmi. “İzimlər” -i yaşayırıq. “bizimlər”-i yaşayırıq. özümüzü yaşasaq, görəsən adı nə olacaq?!

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.Yeni şeir

Post Views: 36 Cismi yoxdan var edib,varlığa döndərdi o var, Bu kasıb cismimizə ruhu verdi sanki o,var. Məni dərk eyləməyən dərkidir, məni mənimin, Bu məni məndə tapar,məndə də idrakım ovar. Ey naşı ovçu dayan, dəyməsə bu ox hədəfə, Ovçuluqdan utanar,eyləyər ovdan bu ov ar. Zərrə dərk et ki,bunu zərrədə küllər bölünür, Bax o tam küllə …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 54 GERÇƏK NAĞILIM Sən mənim taleyim, alın yazımsan, Sən mənim həsrətim, çoxum-azımsan. Sən mənim qəlbimdə sözüm, sazımsan, Sən sonu butməyən gerçək nağılım. Bir payız günündə gələn yayımsan, Ömrümə şərikim, günüm-ayımsan. Tanrının verdiyi şirin payımsan, Sən sonu bitməyən gerçək nağılım. Damaqda dadımsan, ağızda dilim, Ziyarət etdiyim ocağım, pirim. Təsəllim səndədir, sənsən and yerim, Sən …

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Şahid” (Hekayə)

Post Views: 20 Yenə qızlar arasına pıç-pıç düşdü.”Dəli gəldi”- deyə Sənanı göstərib öz aralarında qeybət etməyə başladılar. Universitetdə çoxları onu sevmirdi. Hətta fakültə dekanı da tez-tez onu səbəbsiz yerə acılayırdı. Bəlkə də bu onun azərbaycanlı olmasından irəli gəlirdi. Ukraynada qohumlarının evində qalırdı. Heç kimlə ünsiyyət saxlamırdı. Rus və ingilis dillərini mükəmməl bilirdi. Gözəl rəsmlər çəkirdi. …