Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 6 of 6 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Ülviyyə Vahidi doğum günü münasibətilə təbrik edirik! (28 noyabr)

Post Views: 23 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.Yeni şeirlər

Post Views: 23 Vətən açmır içimi- Ona yerdən,səmadan,ya hardan baxıramsa. Mənim deyil o dəniz- Əgər ona hörülmüş hasardan baxıramsa. Ha yellənsin o bayraq göylərə baş çəkərək, Kəlbəcər alınmamış ürəyimi sökərək… Yetim-yetim durmuşam burda boyun bükərək, Şamaxıdan,Bakıdan,Qusardan baxıramsa. Gəlir,gedir insanlar qulaqlarda qulaqcıq, Geyimlər son dəblədir,düşüncə çamur,palçıq… Orda bir qız əyləşib sinə,qarın,bel açıq, Dünya belə görünür,kəsərdən baxıramsa. …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

Post Views: 30 Sən özünə mənim gözlərimlə bax Gözəl şairəmiz Südabə xanım İrəvanlıya. Hissləri, duyğusu qarışan gözəl, Hicranla,həsrətlə pərişan gözəl. Vəsfimə inamsız yanaşan gözəl, Sən özünə mənim gözlərimlə bax . «Könül sevən göyçək olar» deyərlər, Gerçək yarlar yarın gerçək öyərlər. Hüzurunda bir heç olur dəyərlər, Sən özünə mənim gözlərimlə bax. Könlüm istər bir yol düşəm …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Şeirlər

Post Views: 37 YAMAN DARIXMIŞAM TƏNHALIQ ÜÇÜN (Fransız dili müəllimim,görkəmli ziyalı,şair-pedoqoq Hafiz Rəhimə) Yaman darıxmışam tənhalıq üçün, Bu qaynar dünyanın yadam içində. Bəhanə gəzmirəm ayrılıq üçün, Adam arayıram adam içində. Əliylə gor eşir hərə özünə, Yenə haqqın yolu dumandır,çəndir. Ehtiyac şahid tək durub üzünə, Düzlərin başında ağaran dəndir. Əyrilər qət edir hazır yolunu, Düzlər düzdə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 30 YOLLAR Beşikdən qəbrədək bir məsafədir, Insanın ömrünə uzanan yollar. Hər yol bir nağıldır, bir əfsanədir, Ömrün hər anına, uzanan yollar. Yollar var keçilməz, kəsəkli,daşlı, Yollar var qaranlıq, dava-dalaşlı. Bəzən yol gedərlər gözləri yaşlı, Ömrün hər anına, uzanan yollar. Istəyə, arzuya zinət, yaraşıq, Hər səyyah çıxdığı yoluna aşiq. Ərəb saçı kimi olar dolaşıq, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 32 NƏ GÖZƏL Bir sevginin qucağına sığınmaq, İyləyib ətrini çəkmək nə gözəl. Xəyalından, fikirindən pay ummaq, Sarılıb cısmini bükmək nə gözəl. Həsrətinə alışmağın gözəldi, Röyasına qarımşağın gözəldi. Küsüb tez də barışmağın gözəldi, Yaxasında çiçək əkmək nə gözəl. Sarı simi inildəyən eşq sazı, Ürəkləri ofsunlayan avazı. Məhəbbətlə hecalanan hər yazı, Misra-misra qala tikmək nə …