Post Views: 24 Uzaqlar çəkidirir həsrət qəlbimə yaxında olmağın önəmli deyil Varlığın bəs edir hər gün ömürümə gözlərim sevginə salıbdır meyil… Bəzən darıxanda baxıb rəsminə fikirlər aparır məni əksinə baş qoyub rahatlıq tapdığım sinə Sən demə əslində isyançı deyil… Məni öz sehrinə salıb ürəyin bütün arzularım, bütün diləyim, Sən varsan sevgimə hər an baş əyim …
Noyabr 20, 2015
Ramiz FƏRƏCOĞLU.Yeni şeirlər
Post Views: 40 Hz. Əli Rəbbim olaraq başda, Məhəbbətim Əlidir… Cavan və ahıl yaşda, Güc ,qüvvətim Əlidir… İslamın sərkərdəsi, Hüccətullah Əlidir. Lərzə salar nərəsi, Əldə silah Əlidir… Qoy deyim olsun əyan, Hər dir kəs bilməlidir… Allah, Mühəmməd,quran, Arxasında Əlidir… Əldə zülfüqar olan, Səlləllahi Əlidir… Söyləsəm olmaz yalan, Din səbahi Əlidir… Elmim Hüseyn Kəbəla, Güc-qüdrətim Əlidir. …
Şəfaqət CAVANŞİRLİ.”Arzunda arzunammı?”
Post Views: 25 Gözlərim yol çəkər Sənə qədər. Həyatında yerim yox. Kaş biləydim xəyalında yerim nə. Arzunda arzunammı? Kaş biləydim o arzuda yumruq boyda çırpınan ürəyində yerim nə Kaş biləydim o ürəyin niyyətində yerim nə Qorxum tənhalıq deyil, Tək qalmağa nə var ki, Dörd divar arasında sakit səni dinləyən məzlum qonaq olarsan. Hərdən özün də …
Elşən SABİROĞLU.Yeni şeirlər
Post Views: 38 Bu qəmli çağlarda,bu ağır gündə, Aldığım bəd xəbər sarsıtdı məni. Gözüm yaşla dolu,kədər içində, Bir daha izlədim “Muxtarnamə”ni. Zalım,lənət olsun sənə hər zaman, Atdığın yenə də dəydi hədəfə. Həzrəti Hüseynin qisasın alan, Muxtar şəhid oldu ikinci dəfə. Hər bir epizodu,hər bir səhnəni, Saldın məharətlə ürəyimizə. Muxtartək tanıdıq filmdən səni, Özünü Muxtar tək …
Eldar Nəsibli Sibirel.Şeirlər
Post Views: 46 YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978 Yaşayır gözümdə sənin həsrətin, İlk eşqin ağrısı, acısı kimi. Sənin şübhələrin bu məhəbbətin Qalıb xarirəmdə qayğısı kimi. Gözlərdən yayınıb, gəlib durardım, Pəncərən önündə qərib kimi mən. Gedib xəyalınla ovundurardım, Körpətək ağlayan ürəyimi mən. Mənim gəlişimlə qanadlanardı, Zirvəyə qalxardı qürurun o gün. Bir anda qəlbində ümid yanardı, Daşardı …
Eldar Nəsibli Sibirel.”Yaddaş” (Poema)
Post Views: 33 Ön söz yerinə Vətəndən uzaqda doğulsam da mən, Bu torpağa verdim könül varımı. Tənzif əvəzinə ümidlərimlə Sarıdım sağalmaz yaralarımı. Çəkdiyim əzabla, udduğum qəmlə Çoxu elə sandı, öləcəyəm mən. Ancaq bilmədilər, gün işığında, Bahar arzularının yaşıllığında Təzədən dünyaya gələcəyəm mən. Mən başdan-ayağa səbrəm,dözüməm, Zaman çox sınayıb səbrimi mənim. Otuz yeddidən bəri hər gün …
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 44 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …
Aqil SABİROĞLU.”Maraqlı dünyadır…”
Post Views: 27 Kimiyə zülmət, Kimiyə çıraqlı dünyadır. Birinin pulu,sərvəti, Birinin qeyrəti on yeddi ton. Birinin zəkası,düşüncəsi, Birinin quru söhbəti on yeddi ton. Kiminin başına düşən, Kiminin başının daşı on yeddi ton. Kiminin gülüşü, Kiminin gözünün yaşı on yeddi ton. Birinin ölüsü, Birinin dirisi on yeddi ton. Birinin gövdəsi, Birinin gerisi on yeddi ton. Cəfərin …
Abdulla MƏMMƏD.”Payiz yaman tələsdi”
Post Views: 30 Külək çaldi yel kökləyən kamançani, Şahə qalxdi ağaclarin həyəcani. Yarpaq örtdü yay ətirli göy xonçani, Payiz yaman tələsdi. Susdu şirin nəğməsi də turaclarin, Doluxsundu nanəsi də yamaclarin. Həna yaxib əllərinə ağaclarin Payiz yaman tələsdi. Gözüm düşdü ağaclarin sirğasina, Əsmə külək, sirğa düşər, sirğa sinar! Həsrət qaldi bu cöllər də durnasina, Payiz yaman …
Qalib ŞAMXALOĞLU.Qıfılbənd
Post Views: 28 Lap əzəldən elm onunla başlayır , Altı-üstü , solu vardır , sağı yox . Çoxarvadlı olmağı çox xoşlayır , Hamısının saqqalı var , bığı yox . O nədi ki , hər ölçüdə lax olur , Boyu kiçik , amma , gücü çox olur . Qara düşsə müvəqqəti yox olur , Suyu vardır …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 54 ƏLİNCƏ Günəş uca zirvəsindən boylanır, Yamacları çən- dumandır Əlincə. Hər qayadan bir salnamə oyanır, Tariximə şöhrət, şandır Əlincə. Qan rəngində çox qayası, çox yeri, Sinəsində nizə yeri, ox yeri. Şahinləri bürc üstündə əsgəri, Düşmən gəzir nə zamandır, Əlincə. Sınmış daşdır dəbilqələr, zirehlər, Sınmış daşdır cahangirlər, fatehlər, Daşdan qeyrət, daş cəsarət, daş hünər, …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 35 ELƏMİ Mən dəliyəm, sən adlı eşq əlində, Dolanıram sən sevdanın yelində. Gecə-gündüz adın mənim dilimdə, Sən də mənlə alışmısan, eləmi? Ayrı olsan ağ saçıma dən düşər, Kədər gələr, sevinc məndən gen düşər. Baxışınla həyatıma gün düşər. Sən də nura qarışmısan, eləmi? Yandırıb qəlbimi döndər kömürə, Soyuq suya salıb döndər dəmirə. Ruhunu mənimlə …
Məhəmməd TURAN.”Bəndalı Coşqun” (Məqalə)
Post Views: 55 Bəndalı Coşqun…Bu adı eşidəndə ümidi bir saç teli qədər qalmış “ədəbi mühit” arzularım sağalır… Bəndalı Şəmkirin Zəyəm kəndində anadan olub həmin kənddə oxuyub , boya-başa çatıb… Bəndalını ilk görən gün poeziyasıyla tanış olduğum gün elə sevindim ki… Şəmkir indidən çox böyük bir fərəh duymalıdır ki qoynunda Bəndalı kimi bir Qəzəlxan yetişir… Bəndalı …
SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi tərəfindən həyata keçirilən müxtəlifyönümlü tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir
Post Views: 42 SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi 5 ildən artıqdır ki, Sumqayıt şəhərinin ictimai, mədəni, sosial həyatında yaxından iştirak edir, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər sırasına Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş idmanın müxtəlif növləri üzrə sağlamlıq spartakiadaları, mini-futbol, voleybol, …
Elnurə AĞAZADƏ.”Cəfər Cabbarlının “Oqtay eloğlu” əsəri haqqında”
Post Views: 156 Mən inanmıram ki, Azərbaycanda dahi dramaturq Cəfər Cabbarlını tanımayan olsun. Ömrü qısa olmasına baxmayaraq, mərhum şairimiz incəsənətin bir çox sahəsində özünü sınamış və ölkəmizə öz töhfəsini bəxş etmişdir. O, nəinki şair, nasir, tərcüməçi, kinossenarist eləcə də kinosünas və teatrşünas idi. Cəfər Cabbarlı yaradıcılığı Azərbaycan kino və teatr sahəsinə misilsiz xidmət etmişdir. O, …
Elnurə AĞAZADƏ.”Azərbaycan şairi”
Post Views: 40 Dünya yarananda lal idi insan, Şüuru olmayan can idi insan Dünyanı insana tanıtdırdı söz, İnsan ağlına hakim oldu söz . Sözdən inci kimi düzüldü cümlə, Hissi fikirlə yaşatdı cümlə Tanrı ilhamı verdi şairə, Şair sevdirdi şeiri qəzəllə Söz nəsihətdir elin sərvəti, Azərbaycandır şairlər evi Mənim vətənimdir şerin elçisi Muğam üstündə qəzəl sevgisi. …
Elnur RƏSULOĞLU.”Əliağa Kürçaylı poeziyasında tersina”
Post Views: 55 Avropa lirik janrlarından olan tersetin xüsusi şəkli – “tersina” italyan mənşəli “terzina”, “terzarima” sözləri ilə bağlı olub “üçüncü qafiyə” mənasını bildirir (Литературный энциклопедический словар. Москва, «Советская энциклопедия», 1987, стр.439). Tersinanın bütün üçlükləri bir-biri ilə xüsusi qafiyə bağlılığına malikdir. Belə ki, ilk bənddən başlayaraq hər bəndin ikinci misrası sonrakı bəndin birinci və üçüncü …
Gülnar SƏMA.Yeni şeirlər
Post Views: 42 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göyçək Fatma Mən Göyçək Fatmayam, düşüb başmağım Sizin küçənizin o tərəfinə. Bir sevgi nəğməsi zümzümə etdin, Düşdü həyatının qu tərəfinə. İlk və son nəğməni dilə gətirdin, Amma bir dinləyən olmadı onu. Mənimçün ölərək düşdü tarixə- O boyda ömrünün tək …