Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 156 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Gülnarə MAHMUD.”Ana”

Post Views: 27 Başının üstündə boynubükük bir ana, Telefontək “dünyan” var… Ovsunlanmısan ona. Ayıl! Başını qaldır! Gör ətrafda var nələr? Olma, girib “dünyana” bu dünyadan bixəbər. Sənin kimi övladçun ağarıb qara saçı, Gənclik tərk edib onu, həyat olubdur acı. Sənə görə əyilib sərv boynu, şux qaməti, Qalmayıb çöhrəsində gəncliyin təravəti. Dayanıbdır qarşında əlində ağır zənbil. …

Publisistika

Günel ƏLİYEVA.”Özünü məndən apar”

Post Views: 42 Peşmanam, sənə ‘’getmə, qal‘’dediyim üçün peşmanam.Çox , amma çox peşmanam. ‘’Getmə ‘’demişdim sənə.Mənim sənə aid kitabımda.Sənsə ‘’ Səndən getməyəcəm’’ dedin sənin mənə aid kitabında . Və getmədin, qaldın, amma yanımda deyil, ruhumda, canımda, qanımda, varlığımda.Niyə qaldın, səhrada susuz qalan adam kimi suya möhtac etdin qalmağınla.Susamışam, su ver mənə. Nə olar bir yudum …

Azərbaycan ədəbiyyatı

Ruslan NADİROĞLU.Şeirlər

Post Views: 51 * * * Gözlərim səmanı dolanır yenə, Ruhum bədənimdən getmək ist əyir. Uzadıb əlini haqqın evinə, Allahın qapısın döymək istəyir. Nə qədər savabım var isə yığıb, Günahı savabın içində boğub, Körpə bir bədəndə dünyaya doğub, Yenidən dil açıb dinmək istəyir Dünyanın dərdini qəmini atıb, Həsrətə son qoyub vüsala çatıb, Başımı bir məsum …

Azərbaycan ədəbiyyatı

Etibar VƏLİYEV.Yeni şeirlər

Post Views: 43 Kül ümidünə Pərdəmiz cırılıb, həya saxlamaq. İndi də qalmışdır tül ümidinə. Bizi görən balıq tora da gəlmir. Balıq tutmağımız lil ümidinə. Çay kolun kəsənlər batmış günaha. Buğdanın astarı üzündən baha. Qara torpağımız bar vermir daha. Məhsulumuz qalıb gil ümidinə. Sınıbdır şüşəsi eynəyimizin. Görmürük eybini bir birimizin. Köhnəlib saralan köynəyimizin. Rəngini dəyişmək nil …

Azərbaycan ədəbiyyatı

Abbas SƏFƏROV.”Anamın Ürəyi”

Post Views: 29 Cıxıram yol üstə, yolum şaxtadır, Sükanı tuturam, güman baxtadır. Sən demə, təhlükə lap uzaqdadır, Anamın ürəyi, saxlayar məni… Baxmıram arada, sənin sözünə, Qurbanam, ay ana, ala gözünə. Nəzəri, çəkərsən, daim özünə, Anamın ürəyi, saxlayar məni… Sənə bir şey olsa, ürəyim yatar, Allahım dərdləri, başımdan atar. Ömrümə xoşbəxtlik, səadət qatar, Anamın ürəyi, saxlayar …

Türkiyə ədəbiyyatı

M. Tahir TURAN.”KURULUŞUN TOPRAĞI DOMANİÇ, YİĞİT “ANA” DOLU… “

Post Views: 88 tahir@tahirturan.net ”Oğul… Anayurttan ayrılalı yıllar geçti. Deli rüzgârlar önünde oradan oraya savrulduk. Beylik otağını kurduğumuz şu yaylalar, artık son durağımız, son konağımız olsun. Oğuz’un yurtlarına diktiğimiz ağaçların kökleri kara yerin derinliklerine, dalları gökyüzünün yüceliklerine uzansın. Ak-boz atlara binip yağı üstüne yel gibi vardıkta Kadir Tanrı gözü pek yiğitlerimizi korusun. Göğsü kaba yerli …

Türkiyə ədəbiyyatı

M.Hâlistin Kukul.”TÜRK YURTLARI’NIN HÂFIZASI: TÜRKÇE”

Post Views: 35 mhalistinkukul@hotmail.com Yahya Kemal Beyatlı, bizde, vatan fikri ile, dil münâsebetini keşfeden ve görüş ileri süren belki de ilk şâirdir. Diyor ki; “Vatan fikri bizde daima vardı; fakat Namık Kemal’in, bu fikri kalbimizde yeni bir nefesle uyandırdığı günden beri uyanığız. Onun vatan fikrini uyandırdığı gibi, bir diğer Türk şâiri çıkıp da lisan fikrinin …

Azərbaycan ədəbiyyatı

Ülviyyə Vahidi doğum günü münasibətilə təbrik edirik! (28 noyabr)

Post Views: 23 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.Yeni şeirlər

Post Views: 23 Vətən açmır içimi- Ona yerdən,səmadan,ya hardan baxıramsa. Mənim deyil o dəniz- Əgər ona hörülmüş hasardan baxıramsa. Ha yellənsin o bayraq göylərə baş çəkərək, Kəlbəcər alınmamış ürəyimi sökərək… Yetim-yetim durmuşam burda boyun bükərək, Şamaxıdan,Bakıdan,Qusardan baxıramsa. Gəlir,gedir insanlar qulaqlarda qulaqcıq, Geyimlər son dəblədir,düşüncə çamur,palçıq… Orda bir qız əyləşib sinə,qarın,bel açıq, Dünya belə görünür,kəsərdən baxıramsa. …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

Post Views: 30 Sən özünə mənim gözlərimlə bax Gözəl şairəmiz Südabə xanım İrəvanlıya. Hissləri, duyğusu qarışan gözəl, Hicranla,həsrətlə pərişan gözəl. Vəsfimə inamsız yanaşan gözəl, Sən özünə mənim gözlərimlə bax . «Könül sevən göyçək olar» deyərlər, Gerçək yarlar yarın gerçək öyərlər. Hüzurunda bir heç olur dəyərlər, Sən özünə mənim gözlərimlə bax. Könlüm istər bir yol düşəm …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Şeirlər

Post Views: 37 YAMAN DARIXMIŞAM TƏNHALIQ ÜÇÜN (Fransız dili müəllimim,görkəmli ziyalı,şair-pedoqoq Hafiz Rəhimə) Yaman darıxmışam tənhalıq üçün, Bu qaynar dünyanın yadam içində. Bəhanə gəzmirəm ayrılıq üçün, Adam arayıram adam içində. Əliylə gor eşir hərə özünə, Yenə haqqın yolu dumandır,çəndir. Ehtiyac şahid tək durub üzünə, Düzlərin başında ağaran dəndir. Əyrilər qət edir hazır yolunu, Düzlər düzdə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 30 YOLLAR Beşikdən qəbrədək bir məsafədir, Insanın ömrünə uzanan yollar. Hər yol bir nağıldır, bir əfsanədir, Ömrün hər anına, uzanan yollar. Yollar var keçilməz, kəsəkli,daşlı, Yollar var qaranlıq, dava-dalaşlı. Bəzən yol gedərlər gözləri yaşlı, Ömrün hər anına, uzanan yollar. Istəyə, arzuya zinət, yaraşıq, Hər səyyah çıxdığı yoluna aşiq. Ərəb saçı kimi olar dolaşıq, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 32 NƏ GÖZƏL Bir sevginin qucağına sığınmaq, İyləyib ətrini çəkmək nə gözəl. Xəyalından, fikirindən pay ummaq, Sarılıb cısmini bükmək nə gözəl. Həsrətinə alışmağın gözəldi, Röyasına qarımşağın gözəldi. Küsüb tez də barışmağın gözəldi, Yaxasında çiçək əkmək nə gözəl. Sarı simi inildəyən eşq sazı, Ürəkləri ofsunlayan avazı. Məhəbbətlə hecalanan hər yazı, Misra-misra qala tikmək nə …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsib SİBİREL.”Şair Haqq yolunda…”

Post Views: 30 Ey medal ölüsü, təltif ölüsü, Ey şöhrət ölüsü, tərif ölüsü, Misranı beynimə mismarlama gəl. Bu gün dilin üstə can verən sözü Əl altdan sabaha ismarlama, gəl. Səsin öz başına düşməsin, qağa? Köksün öz qəlbinə genmi, darmı-gör. Sabah bu vətəndə dəfn olunmağa Qəbrinə bir qarış torpaq varmı? gör. Aldığın təltifi köksünə sıxıb, Yamanca …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Gözəl!” (Qarğışnamə)

Post Views: 36 Qız adın daşımaq səninçün deyil, “Qızlıq dünyası”na ləkəsən, gözəl! Görüm bu dünyada ömrün uzunu Kədərli olub dərd çəkəsən, gözəl! Kar olsun qulağın, lal olsun dilin, Tökülsün saçların, əyilsin belin. Getsin, qayıtmasın geri sevgilin, Gözünü yollara dikəsən, gözəl! Bütün bədənini bürüsün irin, Uzaqdan “gəl” desin qartmağın, kirin. Ağlaya-ağlaya əzizlərinin Ağ kəfənlərini tikəsən, gözəl!

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Bu dağların hər havası gözəldi”

Post Views: 32 Əziz dostum Rafiq Tağıyev məndən soruşdu ki, Dağlarda havalar necədi? Məndə bu cavabı yazdım. Əziz dostum, soruşursan dağları, Bu dağların hər havası gözəldi. İşlərini başa vurub bağları, Xəzan vurub yarpaqları xəzəldi. Qar ələnib elə bil ki, qocalıb, Qocalıqdan gözümüzdə ucalıb. Səmadakı buludlardan bac alıb, Boyüklüyü taa qədimdi əzəldi. Anamızdı, Atamızdı bu dağlar, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Çətindi”

Post Views: 35 Hər kim ki dərd-qəmə eyləsə vərdiş, Güləmməz üzünə dövrani-gərdiş. Bir insanda oyanmasa dirçəliş, O insanın cəhaləti çətindi. Ağlın varsa, ləkə yaxma ad-sana, Qoy gülməsin qohum sənə, yad sənə. Daldalarda qeybət qıran insana, Aşkar demək həqiqəti, çətindi. Sən sözü de, söz içində bişənə, Məzəmmət kar etməz sözdən şişənə. Nəsihət anlayıb, başa düşənə, El …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.Yeni şeirlər

Post Views: 41 * * * Şair çəmən-çəmən uçan kəpənək, Güldən şirə əmən bal arısıdır. Kim deyir,sözünün əri ol ərtək, Şairlər sözünün lal qarısıdır. Əlində deyil ki, taleyi sözün, Sən onu yazmırsan,o yazır səni. Bəzən unudursan,özünü özün, Özündə olmasan,o tapır səni. Ünvanın soruşsan,sor haralıqdan, Sakindir,sükunət deyildir yeri. Bir də görürsən ki,qanqaralıqdan, Doğulur dünyanın ən gözəl …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 44 DOSTLARIM Dost sözü dilimdə müqəddəs andım, And içib,elə dost oduna yandım. Ömrün etibarı,ilqarı sandım, Dost üçün canından keçən dostları. Bir dost ətəyidir hər sevən ürək, Üz tutan,əli boş dönməsin gərək! Dünyanın ən gözəl hədiyyəsi tək,- Sevən ürəyimə köçən dostlarım. Bu necə sevgidir,bu nə pir elə? Dost qəmi adamı əridir elə. Ruhumun ibadət …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Qədəmin atanda yenə də qadın”

Post Views: 26 Səhərlər narahat boylanan günəş, Ovsunlu baxışla yenə oyanar. Fəqət dodağından bir kəlmə çıxsa, Bu dünya qayğıya, nura boyanar. Qədəmin atanda yenə də qadın, İsinir qəlblərdə yad olan hisslər. Bir anda dərdini qəlbə söyləyir, Sevincdən, fərəhdən şad olan hisslər. Bir günün sevinci, fərəhi demə, Alta-alta yazılan şerə dəyərmiş. Ömrümdə özüm də bilməzdim ki, …

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Mənim ürəyim”

Post Views: 50 Bu həyat çox canımı sıxır. Sevgimi başqaları yox, sənin baxışların yıxır. Niyə səni sevməyim boşa çıxır. Dözə bilmir acılara mənim ürəyim!! Səhvmi edirəm səni sevməklə?! Gözlərim kor olmuş yalnız səni görməklə. Bəlkə də sən düz edirsən getməklə. Döyünmək istəmir mənim ürəyim!! Bilmirəm məni sevirsən?! Bəlkə də mənə yalan deyirsən… Deyəsən mənim qismətim …

Azərbaycan ədəbiyyatı

Elçin Azər SÜLEYMANOV.”Leyləklə Qazanın nağılı…”(Təmsil)

Post Views: 32 Bu gün sizlərə danışacağım hekayə əsrlər öncə Aralıq dənizində yerləşən Kipr adasının Beşbarmaq dağlarında zəhmətinə bəhrələnən Leylək dəstəsində yaşayan ana leyləyin hekayəsidir… Leyləklər aramla illərdən bəri Beşbarmaq dağlarının zirvələrində zəhmətləriylə səbət qurur, yaşayırdılar.İctimai , sosial-bəşəri düşüncələriylə bütün insanlığa dərs verirdi leyləklər… Həyat elə gözəllikləriylə onları sevindirir, gələn xəzan yeli onları üzgün edir …

Azərbaycan ədəbiyyatı

Qabil ƏDALƏT.”Həsrətimə toy tutacam”

Post Views: 27 Gecənin sənsizliyinə bűrűnűb… Mahnı bəstələyirəm Sükutun addım səslərini Notlara duzub. Həsrətimə toy tutacam Bu gecə…. Divar kağızlarından qoparıb Gűl dəstələyirəm. Xatirəndən qopub dűşműş űmidlərlə Qol qaldırıb oynayacam, Həsrətimə toy tutacam Bu gecə… Arsızlığıma salıb Kədərimi űstələyirəm… Ətrin qalmış geyimlərini yuyub suyunu Yűz yűz vuracam Həsrətimə toy tutacam bu gecə…

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.Yeni şeirlər

Post Views: 30 UNUDARSAN BƏLKƏ DƏ Gözlərimin rəngini, Tellərimin ətrini, Şeirimin hər sətrini, Unudarsan ,bəlkə də. Sevdiyin gülüşümü, Hərdən ərköyünlüyümü, Elə mənim özümü, Əzaba dözümümü, Unudarsan, bəlkə də. Könlümün həsrətini, Yoxluğunun dərdini, Sənlə ömrümə gələn Cəhənnəmin qəsdini, Çarəsiz bir xəstəni, Unudarsan ,bəlkə də.

Publisistika

Günay HƏSƏNLİ.”Bir dəstə nərgiz içində bir bənövşə “

Post Views: 38 Uzaq keçmişə qayıdaq, cəmiyyətin yarandığı ilk dövrə. İbtidai icma quruluşunda insanlar yavaş-yavaş təkamül prosesi keçir və təkmilləşməyə doğru yönəlir. Nəhayət daş dövrü, tunc dövrü gəlir. Daş dövründə insanlar qarınlarını doyurmaq üçün daş alətlərlə ov ediblərsə, tunc dövründə tunc alətlərlə ov ediblər. Hadisələr bir-birini əvəz edib, daha mükəmmələ doğru addımlayıb. Hər dövrün öz …

Azərbaycan ədəbiyyatı

Etibar VƏLİYEV.Yeni şeirlər

Post Views: 32 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …

Azərbaycan ədəbiyyatı

Abbas SƏFƏROV.Yeni şeirlər

Post Views: 45 Ağlayar Başımın üstünə pəri dolanır, Dünyamın xəyalı, bir qız ağlayar. Göylərin üzündə od tutub yanır, Ulduzlar sönübdü, aysız ağlayar. Boğulub qəhərdən, susub dillərim, Danışmır sözümü, daha sellərim. İtirmiş rəngləri, yaşıl cöllərim, Cüt gəzən sonalar, taysız ağlayar. Ürəkdən gülənlər,daha gülməyir, Sevgini duyanlar,daha duymayır. Ürəyi yananlar, daha yanmayır, Yetimlər qalıbdı, paysız ağlayar. Çiçək də …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVI hissəsi

Post Views: 31 Düşünməkdən Eldarın başı ağrıdı. Fidanın yatdığına əmin olduqdan sonra uzandığı yerdən qalxdı. Fidanın başından öpüb, oğlunun burnuna barmağını toxundurduqdan sonra otaqdan çıxdı. Evdən çıxmaq üçün qapını açanda Rəşadın səsini eşitdi. – Hara gedirsən? – İti basdırmağa. Ola bilsin gecə qayıtmaram. Mən gələnə qədər yanlarında ol. – Arxayın ol. Eldar evdən çıxdı. Maşının …

Azərbaycan ədəbiyyatı

Pərviz Həkimovu doğum günü münasibətilə təbrik edirik! (26 noyabr)

Post Views: 31 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, istedadlı gənc yazarı yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti Özünü sevdirən sən oldun mənə Özümü də yordum,səni də yordum, …

Azərbaycan ədəbiyyatı

“Azərikimya” İstehsalat Birliyində pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunmuşdur

Post Views: 34 “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi münasibətilə tədbir keşirilmişdir. Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar …

Azərbaycan ədəbiyyatı

Kamran KARANİ.”Cəllada dikildi baxışlar o gün…”

Post Views: 30 Edama sürdülər bu məhəbbəti, Son sözün,istəyin nədir dedilər. Ruhuna asılmış qara kəndirin Önündə saxtaca kədərləndilər.. Son sözü söyləmək nəyə gərəkdir? Qərarın dəyişməz bunun,bilirlər! Əlində kəndiri tutan cəlladın Tutduğu kəndirin sonun bilirlər! Gözləri bağlanıb baxan hər kəsin, Cəllada dikildi baxışlar o gün… Bəlkə də kədərdən üzülən oldu, Yenə də susaraq baxdılar o gün… …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru AĞLAYACAQ Ağlayanı çoxdu elin, Çaşmasın heç zaman dilin, Gözündə qalmasın əlin, Saz sınıb, sim ağlayacaq. Özgələr bu dərdi bilməz, Kimsə göz yaşını silməz, Nə qədər ki, elim gülməz, Yanıb, içim ağlayacaq. Həsrətik doğma yaylağa, Əl yetişmir Qarabağa, Arandan qalxmasa …

Azərbaycan ədəbiyyatı

Məhəmməd TURAN.Yeni şeirlər

Post Views: 28 Xəzər… Coş ay Xəzər… Ümmanları , dalğaları Sinən üstdə yellə biraz… nə olar ki qırma mənim ürəyimi… Bir az nazlan cilvə elə Vallah gələr Xoş ay Xəzər… Coş ay Xəzər Ağla biraz O yelkənli dalğalarda Ümid gətir… mənə biraz sevinc gətir Həsrətimə vüsal gətir… Coş ay Xəzər… Coş ay Xəzər..

Azərbaycan ədəbiyyatı

Etibar VƏLİYEV.”Niyə?”

Post Views: 39 Niyə xırdalanıb, satılırıq biz. Var dövlət görəndə havalanırıq. Niyə hər oyuna qatılırıq biz. Niyə hər qazanda çalxalanırıq. Niyə dəyişilir hə gün üzümüz. Rəng verib, rəng alan göy üzü kimi. Bu dünya malından doymur gözümüz. Nəfsimiz acgözdür, lap özü kimi. Niyə əmanətə xəyanət edib, Niyə itiririk imanımızı. Niyə xəyanəti bir adət edib, Niyə …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 51 NƏ İSTƏDİM Kİ… Tükənib bitməyən hörgü istədim, Allahdan payımı,bölgü istədim, Anlamaq, eşitmək bilgi istədim, İstəyin, məramın, əgər sevgisə, Ay dəlim, sevmişəm nə istədim ki?! Qəlbini dinləsən, öyə bilərsən, Bu mənəm, sən isə dönə bilərsən, Alışıb yanmasan sönə bilərsən, Zəmi tək, biçilən əgər sevgisə, Qəlbində cücərdim mən itmədim ki?! Yazılan taleyin toruna düşdün, …

Publisistika

Günel ƏLİYEVA.”Kitabların həyatımızdakı rolu”

Post Views: 78 İnsanı gözəlləşdirən onun davranışı, onun əməlləridir. Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların o qədər böyük əhəmiyyəti var ki. Kitab işıqdır, həyat yolumuzu aydınlığa çıxarar. Bizə doğru yolu göstərər. İnsan nə qədər çox mütaliə edərsə düşüncəsi bir o qədər artar. Elm tükənməz xəzinədir. Oxuduqca bitməz. Hər dəfə kitab oxuduqdan sonra …

Türkiyə ədəbiyyatı

Semra MERAL.”SOY İSMİYLE MÜSEMMA BİR ÖMÜR VE SEYFETTİN ÖMER… “

Post Views: 30 semra-meral11@hotmail.com Taşıdığı ismin hususiyeti ile ters düşmemeyi şiar; soy ismiyle müsemma bir ömür sürmeyi düstur edinmiş ‘bir yazar, bir münevver’ dir bizim Seyfettin Ömer… Cahit Sıtkı’nın ‘ortası’ dediği (35+1) otuz altı yıllık kısacık ömrüne, yüz kırk şah-eser inşa eden; bir baş usta, bir ser-mimardır bizim Seyfettin Ömer… Sıradan olmayan disiplinli ve ilkeli …

Türkiyə ədəbiyyatı

M. Hâlistin KUKUL.”TÜRK MİLLETİ ZARÎF BİR MİLLETTİR”

Post Views: 27 Türkçe sevdâlısı Nihad Sâmi Banarlı anlatıyor: “Birçokları gibi, benim de dilime bazen bir söz, bir cümle, bir beyit takılır, tekrarlarım. Bir târihte Neşâtî’nin: “Gittin ammâ ki kodun hasret ile cânı bile İstemem sensiz olan sohbet-i yârânı bile” mısrâlarındaki buruk zevki tadıyordum. Arkasından, bir vak’a hatırladım: Bir vapur yolculuğunda, bir Fransız yazarı, tanınmış …

Türkiyə ədəbiyyatı

Gülten ERTÜRK.”Öğretmen nasihatı”

Post Views: 36 TÜM ÖĞRETMEN ARKADAŞLARIMIN ÖĞRETMENLER GÜNÜNÜ KUTLUYORUM. ÖĞRETMEN GÖZÜYLE ŞAİRİN KALEMİNDEN EFENDİM… Bak yavrum! Deseler ki yeniden geleceksin Cehaletin izini tamamen sileceksin Ne olmak istediğin yine sen bileceksin Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum Bak yavrum! Dağ gibi ol asla bükme ha boyun Diş geçirmesin sana …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Çok mübarek insansın; sevgili öğretmenim!”

Post Views: 26 Bütün meslektaşlarımın öğretmenler gününü candan kutluyorum. İyi ki öğretmen olmuşum. “Sevgili öğretmenim!” dedikçe içim taşar, Çok mübarek insansın; sevgili öğretmenim! Minicik öğrenciler sevgiyle sana koşar, Çok mübarek insansın; sevgili öğretmenim! Hatamı gördün ama tatlı dille uyardın, Anlattığın derslerden ne kadar haz duyardın, Cehalet uykusundan nesilleri uyardın, Çok mübarek insansın; sevgili öğretmenim! Hamurumu …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Kədəri sevinclə gözlərindən çək”

Post Views: 35 “Çəkdim həsrətin desəm, sənə mən, Bəlkə inanmazsan sözlərimə sən?!”. Müəllif. Qəlbindən süzülən duyğularını, Mənə söylədilər o vaxtı, gülüm. Məndə ki, o vaxtı coşub-daşırdım, Dəyişdi şairin bir baxtı, gülüm. Səhərdən-axşama narahat qəlbdə, Ən incə duyğular süzülüb gəldi. Dastanlar qoşanda qəlbimdə artıq, Torpaqdan qəlbimə düzülüb gəldi. O gündən bu günə mənim qəlbimin, Döyünən, çıpınan …

Ana səhifə

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXV hissəsi

Post Views: 63 Fidan Eldarın nömrəsinə bir-neçə dəfə zəng etdi, cavab vermədi. Sonuncu zəngdən məlum oldu ki, telefon söndürülüb. Təhminə qapıdan içəri girdi. – Sabahınız xeyir, ev əhli. – Təki xeyir olsun. – Nə olub yenə? Fidan stolun üstündəki qəzet parçasını Təhminəyə uzatdı. Təhminə qəzetə baxmamış dedi: – Dünən anonslarda dedilər. Məmur oğludur, deməyə bilməzlər. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün Gəncə ağlayır…”

Post Views: 40 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Kim dedi ki, səninçün Bir qız təkcə ağlayır? Bürünüb küçələrə Bütün Gəncə ağlayır… Kim dedi axı sənə Bu qız ölür dərdindən? Gizlənib döngələrə Gəncə susur qəhrindən… Kim uydurub bu sözü: -Bu qız sənsiz öləcək… Inanma, ömrüm-günüm, Qıymaz sevənə Gəncə…

Ana səhifə

Bizdən adam olmayacaq…

Post Views: 32 Uşaqlar bizim gələcəyimizdir… Tərbiyə, biliklərin, əxlaqın, mənəvi dəyərlərin əsasları uşaq doğulmamışdan öncə və doğulandan ölənədək qoyulur, gen özünü göstərir, ailə tərbiyəsi təsir edir, ətraf mühit, ətrafındakı insanlar, dost-tanış, ictimaiyyətin rəyi çox böyük təsir göstərir insanın fərdiləşməsi prosesinə… Valideynlərin önəmi böyükdür, valideynləri seçmək imkanımız çox zaman bizə verilmir… Bəzən elə valideynlər verilir ki, …

Türkiyə ədəbiyyatı

Hasan AKAR.”AY BALAM”

Post Views: 28 “Göçün de zamanı gelir apansız ay balam, Teneşir tahtasına düşer bedenimiz bir gün. Kalmaz mecalim,dönmek için düne ay balam, Omuzlar üstünde yüzeriz sessizce bir gün. Kış gelir,seni yetim bırakırım ay balam, Kilit vurulur kapıma ,tütmez ocağım bir gün. Buz tutar yüreğim,baharı beklerken ay balam, Görmeden yazı,gazel düşer bağıma bir gün. Sevdiklerimden koparır …

Azərbaycan ədəbiyyatı

“Yuxuların günahı olmur” və “Paralanmış ürək” kitablarının təqdimatı keçirilib

Post Views: 26 21 noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” ilk şeirlər və “Paralanmış ürək” dlı hekayə və povestlər kitablarının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Dayaq dur!”

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bu nə dərddir, bu nə müsibətdir, ay Allah Haqq yolundan azıb, bu millət, ay Allah Quyuya düşüb həqiqət, ay Allah Nə olar bu millətimə dayaq dur. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Əlindən düşməyən şəkil…”

Post Views: 29 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Adamı elə yandırır Əlindən düşməyən şəkil… Öz-özündən utandırır… Güzgülərdən yana çəkir… Adamı elə göynədir Sevilmədiyini dərk etmək… Adı üstündə:-sevməkdir Öz ölümünə ərk etmək… Adamı elə söylədir “O”ndan gizlədilən sözlər… Gedəni yoldan əylədir Yollara ağlayan gözlər…

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Uzaqlar çəkidirir həsrət qəlbimə”

Post Views: 24 Uzaqlar çəkidirir həsrət qəlbimə yaxında olmağın önəmli deyil Varlığın bəs edir hər gün ömürümə gözlərim sevginə salıbdır meyil… Bəzən darıxanda baxıb rəsminə fikirlər aparır məni əksinə baş qoyub rahatlıq tapdığım sinə Sən demə əslində isyançı deyil… Məni öz sehrinə salıb ürəyin bütün arzularım, bütün diləyim, Sən varsan sevgimə hər an baş əyim …

Azərbaycan ədəbiyyatı

Ramiz FƏRƏCOĞLU.Yeni şeirlər

Post Views: 40 Hz. Əli Rəbbim olaraq başda, Məhəbbətim Əlidir… Cavan və ahıl yaşda, Güc ,qüvvətim Əlidir… İslamın sərkərdəsi, Hüccətullah Əlidir. Lərzə salar nərəsi, Əldə silah Əlidir… Qoy deyim olsun əyan, Hər dir kəs bilməlidir… Allah, Mühəmməd,quran, Arxasında Əlidir… Əldə zülfüqar olan, Səlləllahi Əlidir… Söyləsəm olmaz yalan, Din səbahi Əlidir… Elmim Hüseyn Kəbəla, Güc-qüdrətim Əlidir. …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Arzunda arzunammı?”

Post Views: 25 Gözlərim yol çəkər Sənə qədər. Həyatında yerim yox. Kaş biləydim xəyalında yerim nə. Arzunda arzunammı? Kaş biləydim o arzuda yumruq boyda çırpınan ürəyində yerim nə Kaş biləydim o ürəyin niyyətində yerim nə Qorxum tənhalıq deyil, Tək qalmağa nə var ki, Dörd divar arasında sakit səni dinləyən məzlum qonaq olarsan. Hərdən özün də …

Azərbaycan ədəbiyyatı

Elşən SABİROĞLU.Yeni şeirlər

Post Views: 38 Bu qəmli çağlarda,bu ağır gündə, Aldığım bəd xəbər sarsıtdı məni. Gözüm yaşla dolu,kədər içində, Bir daha izlədim “Muxtarnamə”ni. Zalım,lənət olsun sənə hər zaman, Atdığın yenə də dəydi hədəfə. Həzrəti Hüseynin qisasın alan, Muxtar şəhid oldu ikinci dəfə. Hər bir epizodu,hər bir səhnəni, Saldın məharətlə ürəyimizə. Muxtartək tanıdıq filmdən səni, Özünü Muxtar tək …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli Sibirel.Şeirlər

Post Views: 46 YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978 Yaşayır gözümdə sənin həsrətin, İlk eşqin ağrısı, acısı kimi. Sənin şübhələrin bu məhəbbətin Qalıb xarirəmdə qayğısı kimi. Gözlərdən yayınıb, gəlib durardım, Pəncərən önündə qərib kimi mən. Gedib xəyalınla ovundurardım, Körpətək ağlayan ürəyimi mən. Mənim gəlişimlə qanadlanardı, Zirvəyə qalxardı qürurun o gün. Bir anda qəlbində ümid yanardı, Daşardı …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli Sibirel.”Yaddaş” (Poema)

Post Views: 33 Ön söz yerinə Vətəndən uzaqda doğulsam da mən, Bu torpağa verdim könül varımı. Tənzif əvəzinə ümidlərimlə Sarıdım sağalmaz yaralarımı. Çəkdiyim əzabla, udduğum qəmlə Çoxu elə sandı, öləcəyəm mən. Ancaq bilmədilər, gün işığında, Bahar arzularının yaşıllığında Təzədən dünyaya gələcəyəm mən. Mən başdan-ayağa səbrəm,dözüməm, Zaman çox sınayıb səbrimi mənim. Otuz yeddidən bəri hər gün …

Azərbaycan ədəbiyyatı

Etibar VƏLİYEV.Yeni şeirlər

Post Views: 44 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Maraqlı dünyadır…”

Post Views: 27 Kimiyə zülmət, Kimiyə çıraqlı dünyadır. Birinin pulu,sərvəti, Birinin qeyrəti on yeddi ton. Birinin zəkası,düşüncəsi, Birinin quru söhbəti on yeddi ton. Kiminin başına düşən, Kiminin başının daşı on yeddi ton. Kiminin gülüşü, Kiminin gözünün yaşı on yeddi ton. Birinin ölüsü, Birinin dirisi on yeddi ton. Birinin gövdəsi, Birinin gerisi on yeddi ton. Cəfərin …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Payiz yaman tələsdi”

Post Views: 30 Külək çaldi yel kökləyən kamançani, Şahə qalxdi ağaclarin həyəcani. Yarpaq örtdü yay ətirli göy xonçani, Payiz yaman tələsdi. Susdu şirin nəğməsi də turaclarin, Doluxsundu nanəsi də yamaclarin. Həna yaxib əllərinə ağaclarin Payiz yaman tələsdi. Gözüm düşdü ağaclarin sirğasina, Əsmə külək, sirğa düşər, sirğa sinar! Həsrət qaldi bu cöllər də durnasina, Payiz yaman …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 54 ƏLİNCƏ Günəş uca zirvəsindən boylanır, Yamacları çən- dumandır Əlincə. Hər qayadan bir salnamə oyanır, Tariximə şöhrət, şandır Əlincə. Qan rəngində çox qayası, çox yeri, Sinəsində nizə yeri, ox yeri. Şahinləri bürc üstündə əsgəri, Düşmən gəzir nə zamandır, Əlincə. Sınmış daşdır dəbilqələr, zirehlər, Sınmış daşdır cahangirlər, fatehlər, Daşdan qeyrət, daş cəsarət, daş hünər, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 35 ELƏMİ Mən dəliyəm, sən adlı eşq əlində, Dolanıram sən sevdanın yelində. Gecə-gündüz adın mənim dilimdə, Sən də mənlə alışmısan, eləmi? Ayrı olsan ağ saçıma dən düşər, Kədər gələr, sevinc məndən gen düşər. Baxışınla həyatıma gün düşər. Sən də nura qarışmısan, eləmi? Yandırıb qəlbimi döndər kömürə, Soyuq suya salıb döndər dəmirə. Ruhunu mənimlə …