Post Views: 34 Uduzdum sevgidə, bir gün həyatda Sən uduzacaqsan, ilk məhəbbətim! Bilirəm, olanda dövlətim, varım Məni pusacaqsan, ilk məhəbbətim! Qulaq asdın, baxdın əğyar deyənə, Alçaldın, əyildin səni əyənə. Cəh-cəlal içində qızıl ləyənə Al qan qusacaqsan, ilk məhəbbətim! Ölsən, izin qalmaz bu yer üzündə, Sən də diriləssən məhşər günündə. Günahkarsan, durub Tanrı önündə Laltək susacaqsan, …
Noyabr 17, 2015
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək
Post Views: 52 17-19 dekabr 2015-ci il tarixlərində Bakı şəhərində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Uşaqlığı istəmirəm”
Post Views: 38 Ətrafımdakı insanların, demək olar ki, 90%-i zamanla uşaqlığını xatırlayır. Atdığı addımları, dediyi sözləri, hətta danışdıqları hadisə baş verərkən yediyi yeməklər belə yaddaşlarında. Anam rəhmətlik hər zaman uşaqlığından danışırdı. Və xüsusi qeyd edirdi ki: ” o zaman mənim iki yaşım var idi. Çünki atam hələ sağ idi”. Həmişə belə insanlara həm həsəd aparmışam, …
Günel ƏLİYEVA.” Tanrıya əmanət ol, Şuşam!”
Post Views: 36 Soyuq qış fəsli ,zülmət bir gecə. Göylər ah çəkir ,buludlar ağlayır .İntizar nəğməsi oxuyur təbiət .Şuşa daş qəfəsdədir .Elə hey qolundakı zəncirləri qırmağa çalışır. Qəlbimə hökm edən Vətən sevgisi ,yurd eşqi cəsarətləndirir məni ,güc verir qollarıma .’’Mən Şuşamı xilas etməliyəm ‘’deyərək ona tərəf yollanıram . Elə bu an qeybdən bir səs eşidilir …
Günel ƏLİYEVA.”Sənsizlik ölkəsində”
Post Views: 28 Yollar keçilməz ,əyri ,keşməkeşli olsa da nə fərq edər ki? Bu gediş səni sən ola bildiyin, nəfəs ala bildiyin bir mənzilə aparacaqsa ,döngələrin tərsliyində sadəcə ayağın büdrəyər. Fəqət , ürəyinin sürəti daha böyükdür və o səni heç vaxt yarı yolda buraxmaz .Hamar, düz, yollar səni getdiyin məsafələr boyu rahat edər, bəlkə də …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIV hissəsi
Post Views: 42 Fidan Eldarın üzünə deyə bilmir: Bu nigah ancaq bir il davam edəcək. Bir ildən sonra biz boşanacağıq. Eldar üçün də ağırdır, Fidanla nigah bağlamaq. Fidanı tək qoymağa da ürəyi gəlmir. Fidan sadə ağ don geyinmişdi. Eldar da həmişə geydiyi – kostyumunu geyinmişdi. Nigah məmurunu gətirmək üçün Rəşad evdən çıxmışdı. Təhminə Fidanın həyəcanını …
Eyvaz ZEYNALOV.”Psixologiya müəllimi” (Hekayə)
Post Views: 40 Yadımdadı, istitutda oxuyan zaman semestr imtahanlarını verib Bakıdan rayona, evimizə qayıdan kimi anam məni yanına salıb qardaşıgilə, dayımla görüşməyə aparardı. Bunu bir adət, ənənə halına salmış, mənim üçün şərəf işinə çevirmişdi. İndi onun yolunu bacım davam etdirirdi. Qış imtahanlarını təzəcə başa vurub tətilə gələn oğlunu bizə, mənim görüşümə gətirmişdi. Bacım oğlu universitetin …
Eyvaz ZEYNALOV.”Qonşunun qonağı” (Hekayə)
Post Views: 42 Axşamtərəfi qayınatam onu Salyan şossesinə aparmağımı xahiş etdi. Yol maşınlarından birinə minib Səngəçala gedəcəkdi. Orda yaşayırdı. Salyan şossesinə yaxınlaşanda yolun əks tərəfindəki dayanacaqda durmuş gəlinlə balaca bir qız uşağını mənə göstərib: – Sən allah, geri qayıdanda onları da götür, – dedi. – Yəqin Lökbatana gedirlər. Yazıqdılar, qaranlığa qalar, yağışa düşərlər. Onunla qohum …
Əziz MUSA.”Niyə şair oldum”
Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru niyə şair oldum, Allahım niyə, vətənə şair yox ,əsgər gərəkdir. bu yurda, torpağa qeyrətli yiyə, yurdu qorumağa bir nər gərəkdir. yurd əldən getməzdi qorunsa əgər, bizim qəlbimizdə təpər olmadı. şeirimi, sözümü oxuyan əsgər, gedib bir qarış da torpaq almadı. …