Post Views: 36 Ay dağlar, ay dağlar Gözümə qonan çəndimi? Kəsib bərəmi bəndimi. Dərddən lal olan bəndəni Dindir, ay dağlar, ay dağlar. Laləni yolumda yandır, O da mən tək bağrı qandır. Məni başına dolandır, Döndər, ay dağlar, ay dağlar. Qəlbim köklənib qəm üstə, Kim qınanıb sitəm üstə?! Şimşəyini sinəm üstə Söndür, ay dağlar, ay dağlar. …
Dekabr 14, 2015
Aqil SABİROĞLU.”Günəş hara, sən hara?!”
Post Views: 25 Sən “Günəşli” deyilsən- Sən günəşlər söndürən yırtıcı dişli məkan! Neçə-neçə məmura sərvət toplamaq üçün Ən əlverişli məkan. Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq, Durub boylan kənardan öz işinə bir anlıq! Haqq yanıb külə döndü,dəryalarda boğuldu, Üstünə kin saçıldı,sənə nifrət doğuldu! Saf,məsum insanlara şaxta oldun,üşütdün, Amma neçə cəllada sığal çəkib isitdin! Bircə parça çörəyi …
Müzəffər MƏZAHİM.”Oynadır ruhumu”
Post Views: 26 Ayrılıq min ildir qol-qanad gərib, Qara kölgəsini üstümə sərib, Orda sən qəribsən, burda mən qərib, Təbrizim, Dərbəndim, Borçalım, Şuşam. Dolaş addım-addım ulu vətəni, Dağıt üzərimdən dumanı, çəni, Tarixi axtaran oxusun məni, Yurdun özülündə qranit daşam. Varmı bu dünyada bizə tay, Dədə, Kimlərə verildi bu yurd pay, Dədə, Qəzəblən, səsimə hay ver, hay, …
Rəhim MEHNƏT.”Hərdən ziyarətə gəl”
Post Views: 40 Mən verdiyim gülləri, Topla,əlində saxla. Məndən sonra gətirib, Məzarıma qoyarsan. Otur sinə daşımda, Üzü şəklimə sarı. Şəkilli baş daşını, Qucaqla, möhkəm sarı. Bir balaca daş götür, Vurarsan baş daşıma. Gözlərinin yaşını, Qarışdır göz yaşıma. Silərsən əllərinlə, Təmiz olsun məzarım. Çısmim duya bilməyir, Ruhum duyar a zalım. Rəhim Mehnət adımla, Bilinər mən kimsəyəm. …
Əlirza HƏSRƏT.”Yeyir eşqə çatınca”
Post Views: 27 Arxamcda dağtək durub, Həmdəmimdir bu qürub. Könlümə yara vurub,- Yüyür eşqə çatınca. Unut ölçü-biçini, Çağır gəlsin elçini. Burda adam içini,- Yeyir eşqə çatınca. Oxuyub kitabımı, Düyün saldın sapımı. Xəzan yeli qapımı,- Döyür eşqə çatınca.