Post Views: 30 DOST-TANIŞIM,SİRDAŞIM Hey dolandım pərvanətək yaxınların başına, Göz dikmədim bir kimsənin çörəyinə,aşına. Rast gəldikcə zəmanənin çəpgözünə,çaşına, Kipriyimdə gilələndi muncuq-muncuq göz yaşım- Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?! Ötən günlər düşür yada,qovruluram,yanıram, Çərxi-fələk durmaz belə,yenə dönər,sanıram. Mən arifəm hər kəlməni anlayıram,qanıram, Gözüm görür,qulaq duyur,pozulmayıb yaddaşım- Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?! Gün var idi qonardılar milçək təkin şirəyə, …
Dekabr 7, 2015
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 24 XƏYALLAR Sənsizliyim bu gün saçın yolubdu, Göz yaşlarım axıb qəlbə dolubdu. Ümüd yerim saralıbdı, solubdu, Yoluna gözünü dikir xəyallar. Dolanıb gözündə yuxun mən ollam, Səpilib üstünə qoxun mən ollam. Sənə yaxından da yaxın mən ollam, Ağlayıb göz yaşı tökür xəyallar. Sevgi dənizinə atdım özümü, Məhəbbət odunda çatdım özümü. Sən olan həyata qatdım …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 25 DƏRDİMİ YAZMIR QƏLƏM DƏ Pozulubdur sığalları, Sevməz daha nağılları, Bu torpağın oğulları, Dözümə düşmən kəsilib. Basılıbdır sərhədlərim, Haya gedib igidlərim, Səbr verən öyüdlərim, Özümə düşmən kəsilib. Sevincim əsirmi qəmdə? Bu millət qalmaz ələmdə. Dərdimi yazmır qələm də, Sözümə düşmən kəsilib. Oyatmışam yaddaşı da, Yanır bağrımın başı da, Daha gözümün yaşı da, Gözümə …
Nəriman ZEYNALZADƏ.Yeni şeirlər
Post Views: 47 ETİBARIM YOXDUR MƏNİM DÜNYAYA Bir də gördün varı səndən apardı, Al qırmızı şalı səndən apardı, Yetişməmiş kalı səndən apardı, Gözüm-könlüm toxdur mənim dünyaya. Kərpic-kərpic hördüyündən söküldün, Göz doymayan gördüyündən söküldün, Sındı kuzən bir gün yerə töküldün, Get-gələnim çoxdur mənim dünyaya. Vaxt çatıbsa, gedənini saxlamaz, Şairinə gün-güzaran ağlamaz, Dünya görən dünyaya bel bağlamaz, …
Təranə Turan RƏHİMLİ.”Mustafa Quliyevin 20-30-cu illər tənqidinin inkişafında rolu”
Post Views: 65 Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi çoxəsrlik bir inkişaf yolu keçmişdir. Tarixi kökləri qədim dövrün xalq ədəbiyyatı nümunələrindən başlanan, XI əsrdə ilk filoloqu Xətib Təbrizini yetirən ədəbiyyatşünaslıq və tənqidimizin inkişafında XX əsrin 20-30-cu illəri ən mürəkkəb dönəm hesab edilir. Bu onilliklər istər ictimai fikrin, istərsə də bədii ədəbiyyatın inkişafı baxımından son dərəcə mürəkkəb, ziddiyyətli …
Təranə Turan RƏHİMLİ.”Çağdaş Batı Trakya Türk şeiri və yorulmaz tədqiqatçı”
Post Views: 42 filologiya üzrə fəlsəfə doktoru, dosent Prezident təqaüdçüsü Yunan hakimiyyətində yaşamasının 80 ildən artıq böyük bir tarixi dönəmini başa vuran türk diyarı Batı Trakyanın zəngin ənənələrə malik ədəbiyyatı vardır. Bu ədəbiyyatın türk dünyasında tanınmasında görkəmli tədqiqatçı, İzmirdəki Dokuz Eylul Universitetinin müəllimi Fəyyaz Sağlamın mühüm xidmətləri olmuşdur. Batı Trakya ədəbiyyatının tədqiqinə 1985-ci ildən başlayan …