Post Views: 35 Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox… Ramiz Rövşən. … Yenə bu şəhərdə üz-üzə gəldik, Bir-bir boy qaldırdı xatirələr də. Biz ki ayrılmağı heç istəməzdik, Bu da bir naxışmış ötən taledə. Neyləyək, ayrıca şəhərimiz yox, Hərdənbir üz-üzə gələcəyik biz. …
Yanvar 2016
Şəfa VƏLİYEVA.”BU İDİ “ÇEVRİLMƏ””
Post Views: 36 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bütün məğrurluqlarımın ilki məğlubiyyətlərim oldu, yenildiyim hər savaşdan öyrəndim qalibiyyəti… Bütün ürəklərdə yer aradığım zamanlar da oldu, bütün gözlərdən küsdüyüm də… Küsmədiyim, incimədiyim təkcə sözlər oldu… Sözlər… Yadımdadı, Aydan Abdullayevanın sevdiyi o şeirdə də küskünlüklərim vardı: Təkcə sən bil… …
Rauf Qərib ALAGÖZ.”Şəhidin Bayrağı”
Post Views: 47 -Ayə, düdük oğlu düdük, Gürcüstandan gəlib bura baydax asırsan? -Mobil əmi, axı bu Azərbaycan bayrağıdı? – Oğraş oğlu oğraş, düş cəhənnəm ol. Guya mən bilmirəm baydax nətəri olur? -Mobil əmi, vallah Azərbaycan bayrağıdı. Tahir şəhid olanda onun tabutuna sarılmışdı. Tahiri basdırandan sonra qırağa tullamışdılar. Götürüb gətirdim evə. İndi də ağaca asmaq istəyirəm …
Azerbaycan her zaman kalbimizde yaşayacak
Post Views: 28 20 Ocak 1990 günü Rus’ların Azerbaycan’da yaptığı katliamlar İstanbul’da anıldı. Anadolu Aydınlar Ocağı, seçkin üye ve misafirleri ile İstanbul, Fenerbahce TCDDY tesislerinde, 20 Ocak 1990 günü Rus’ların Azerbaycan’da yapmış oldukları katliamlar anısına bir tören düzenledi. 19 Ocak 2016 akşamı yapılan etkinlikte, bir konuşma yapan Anadolu Aydınlar Ocağı Genel başkanı Prof. Dr. İbrahim …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü NƏLƏRI ETMƏDIN DÜNYA O odu ocağı talan yurdumun, Meşəsi yarpağı solan yurdumun. Içi zibilliklə dolan yurdumun, Başına nələri etmədin …
Abdulla MƏMMƏD.Şeirlər
Post Views: 24 DİLİMDƏ KƏDƏRİM BÖYÜYÜR ALLAH! Dilimdə kədərim böyüyür Allah, Böyüyür,ağzıma sığmayır daha. Qədərim sevinci kürüyür,Allah, Ürəyim köksümə sığmayır daha. Daha daşdan keçən sözüm daş olub Yağır ürəklərin daş xarasına. Ümidlə yaşanan dözüm daş olub Atılır göz ilə qaş arasına. Torpaq yad əlində,qeyrət yuxuda, Atılan söz oxum hey daşa dəyir. Girəvə gözləyir qorxu pusquda, …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 29 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, B İ L M İ R Ə M Yenə xəyal aldı öz qanadına, Gerçəyə, özümə dönə bilmirəm. Sənin atəşinə, sənin oduna, Alışdı ürəyim, sönə bilmirəm. Yetməzmi bu qədər intizar, kədər, Ayımız, ilimiz sovrulur hədər. Bu həsrət çəkəcək daha nə qədər? Quruyub dil, …
Aysel ABDULLAZADƏ.Yeni şeirlər
Post Views: 32 * * * İçimdə özləm dalğası var Ağ ləpələri sovurur, sanki, qəlbimdəki tənhalığı Nəyəsə darıxıram, kimisə gözləyirəm Gələn olacaq mı bilmirəm… İçimdəki burxulmuşluq nədir anlamıram Təklik mi sıxır məni? Gülməlidir, axı, mən həmişə tək olmuşam. Kimsə var, kimsə gələcək onun təlaşəsindəyəm, sanki. İçimdə ona hazırlıq görülür, Ürəyimin çırpıntısı boğazımda döyünür. Kimədir bu …
Ceyhunə Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (31 yanvar 1980-ci il)
Post Views: 31 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında …
Nəriman ZEYNALZADƏ.Yeni şeirlər
Post Views: 34 SƏN SEVƏNİN NAZIYAM Elə gəldin qəlbim gülşən, gül oldu, Dedim allah, bu bağçanın yazıyam. Yar yolunda dara məni çəksələr, Gündə ölüb dirilsəm də razıyam. Telin sazda sarı simdir ay allah, Görən deyir bu qız kimdir, ay allah, Çal mizrabı, asta dindir, ay allah, Sinən üstə sən gözəlin sazıyam. Unutmuşam bu dünyanın dərdini, …
“Biologiya” mövzusunda əyləncəli biologiya gecəsinin ssenarisi
Post Views: 108 “Gəlin təbiəti biz də düşünək O, özü hər şeyi düşünən kimi!” Hüseyn Arif Biologiya dərslərinin səmərəsini artırmaq üçün məktəbdə ekskursiyalar təşkil etmək , herbari düzəltməklə yanaşı vaxtaşırı biologiya tədbiri keçirmək də vacibdir. Əyləncəli biologiya tədbirinin keçirilməsi şagirdləri təşəbbüskar olmağa müstəqil düşünüb nəticə çıxarmağa alışdırır Bu təsadüfi deyildir. Çün ki , müstəqillik şagirdlərdə …
Elnarə GÜNƏŞ.”Gənclik!”
Post Views: 32 Qocaların unutduğu, cavanların yad etdiyi, uşaqların can atdığı əsrarəngiz bir məqamdır gənclik! Bəli doğrudan da yaşlı nəslin nümayəndələrindən öz gənclik illəri ilə bağlı xatirələr dinləyəndə müşahidə etmişəm onlar bir çox məsələləri ya xatırlaya bilmirlər, ya da çətinliklə xatırlayırlar. Orta yaşlı, yəni cavan nəslin nümayəndələri də ki, tez-tez öz gənclik illərindən söz açar, …
Esmira ƏLİYEVA.”Dünənlər-üçün-sevilməz-onlar”
Post Views: 27 Dünənlər üçün sevilməz onlar,çünki dünənlər bitər ama onların sevgisi əsla ,onların öyrətdikləri əsla… Bir atəş qığılcımına bənzər öyrədilən hər şey..və öyrəndiklərimiz bir şam işığı kimi aydınladır bizləri .Başqalarına işıq verərkən tükənərlər.Amma bir sevgi var ha..necəki xəyallara daldığımız gecələrdə oyandırar bizi o müəllimmi gəldi deyərik oz-özümüzə .Xəyallarımızdakı,qəlbimizdəki və onu istədiyimiz kimi şəkildən – …
2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib
Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, yanvar ayının 30-da “28 May” diyarşünaslıq evində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, Ə.Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarları Birliyinin 2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində …
Əsrimizin bəlası – sevgisizlik
Post Views: 34 İnsanların çoxu, demək olar ki, hər gün yedikləri yeməklərin, gəzdikləri məkanların, əyləncələrinin fotolarını sosial şəbəkələrdə paylaşır. Burda pis bir şey yoxdur, anormal olan bu insanların bir çoxunun dünyanın müxtəlif bölgələrində sırf aclıqdan nə qədər insanın ölməsindən xəbərsiz olmasıdır… Xəbərdar olsalar belə, etinasız yanaşmalarıdır. Dünyada insan haqlarından danışılır, amma bu barədə danışanlar insan …
“Ürəklərdə əbədi iz qoyan insan”
Post Views: 31 Həyat – qəribə və sevimli, amansız və qəddar! İnsan övladı dünyaya gəlir, yaşayır, yaradır, ölümü isə çox vaxt nə xəyalına gətirir, nə də eyninə alır. Tələsir… Elə hey tələsir… İnsanın son mənzili ayağının altındakı torpaqdısa, bəs onda hara tələsir, niyə aldanır, niyə ölümdən – ayağının altındakı torpaqdan qaçmağın, qurtulmağın mümkünlüyünə inanır. Bəlkə …
Prof. Dr. Nurullah ÇETİN.”BAHTİYAR VAHAPZADE-I”
Post Views: 48 HAYAT HİKÂYESİ: 16 Ağustos 1925’te Azerbaycan’ın dağlık yerlerinden Şeki’de doğdu. Babasının adı Mahmut. Çocukluğunun ilk 9 senesi burada geçti. 9 yaşında iken Bakü’ye göçtüler. 1942’de Tıp Fakültesine kaydoldu, 2 ay sonra Filoloji fakültesine geçti. 1947 yılında Bakü Devlet Üniv. Filoloji Bölümü’nden mezun olup öğretim üyesi olarak ders verdi. 1964 yılında doktorasını tamamladı. …
Səməd VURĞUN.”Azərbaycan”
Post Views: 446 El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları, Sınamışam …
Süleyman RÜSTƏM.”Dost kimi, qardaş kimi”
Post Views: 76 Meşədə quşlar artıq oxumur kef-damaqlı, Günəş üstdə bulud var göz üstündə qaş kimi. Payız gəlib… çəmənlər görünür qaşqabaqlı, Hərdən yağış çiləyir torpağa xaşxaş kimi. Cığırların al-əlvan, rəngbərəngdir örtüyü, Havalara sovrulur yuvalardan quş tükü. Görünür gözlərimə palıdların kötüyü Bərkə-boşa dözümlü qaya kimi, daş kimi. Sabah yəqin hər tərəf bürünəcəkdir qara, Qoynu çəmənli dağlar, …
Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”
Post Views: 354 Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir, Könüllərin nıüqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən …
Süleyman RÜSTƏM.”Olmasaydı”
Post Views: 44 Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana, Günəş bayraqlı min-min səhərim olmasaydı, Çinar kimi qol-budaq atmazdım dörd bir yana, Bakıtək bir qəhrəman şəhərim olmasaydı. Çaşbaş olub qalardım mən yollar ayrıcında, Gözəl ana yurdumun torpağında, daşında. Qanım kimi qaynayan bulaqların başında, Açılan sufrələrdən xəbərim olmasaydı. Yaramı qara gündə mahnılarımla sardım, Dalğaları avartək bu əllərimlə …
Mirzə Ələkbər SABİR.”Millət necə tarac olur olsun, nə işim var?! “
Post Views: 59 Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim …
Maria Miraglia.”Tənəzzül”
Post Views: 35 Həyatdan yorulmusansa, Bu dünyada tənhasansa, Hələ tərk edilmisənsə, Taleyinə qarşı dayan. Düşünürsən İradən yetməyəcək, Əbəs. Mənim dostum, Tənəzzülü Kənardan seyr etməyi kəs, Onda cəsarət taparsan öz içində. Sən yoluna davam elə Yenə tanış küçələrlə , Hələ ki, qaranlıqdılar, Düşün ki, bu da keçəcək. Mövsümlə sən öz rənginə, O tilsimə – Günlərini yaşamağa …
Maria Miraglia.”Bu necə sevgidi”
Post Views: 28 Çağdaş İtalyan şairi Üzünü axtarıram adamların içində, Gözlərində həyəcan parıltısı, Gecə mayakı kimi. Əllərinin toxunuşu, Sənin səsin Hətta sükutun belə… Min məna ilə dolu. Min deyilməmiş kəlmə, Söyləyir ki, mənimsən,. Bu necə sevgidi axı, Ümidlər elə hey susur, Xatirələr gözü yolda. Yenə yaddaşı oxumaq, Duyğuları oyadınca gözləmək. Düşünürsən uzaqdasan, Zamanın dumanı çökən …
Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 30 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Gedim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında dərc olunub. …
KÜMBET DERGİSİ 39. SAYISI OKUYUCUSU İLE BULUŞUYOR
Post Views: 29 2016 yılının ilk sayısında siz değerli okuyucularımızla birlikte olabilmenin mutluluğunu yaşıyoruz. Kültür ve sanat alanında artık ülkemizin saygın dergileri arasında yer alan KÜMBET Dergimizle birlikte etkinliklerimize kurum ve kuruluşlarla ve sizlerin desteğiyle devam etmekteyiz. Bu sayımızda yine birbirinden değerli kalemlerle karşınızdayız. Gaziosmanpaşa Üniversitesi Öğretim üyelerinden Prof. Dr. Münir Atalar için onunla birlikte …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist BAĞIŞLA MƏNİ Bu dünyanın sevincindən, sevgisindən soyuyan könlüm, Baş söykəyib bir ağının çiyninə uyuyan könlüm, Ovuda bilmədim, bilmədim səni, …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist GÖRÜŞƏ GƏLMİŞDİN Görüşə gəlmişdin bu gecə, Bir ilin ayrılığından sonra. Saçlarında fələyin əli, Gözlərində kədər heykəli. Əlində ağ yaylıq,- …
Yalçın YÜCEL.”Kar tadında düşünmek”
Post Views: 25 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Esme şimdi rüzgar Kar taneleri düşüyor, bir şarkı söylercesine Bozacaksın bu ritmi diye Öyle korkuyorum ki! Esme şimdi istersen Gecelere bırak bu hırsını Karanlığı paramparça etsen de Gündüzlerimi bana bırak Bak, çocuklar nasıl da sevinçliler öyle Kartopu oynadıkça Gülümsüyor yüzleri Bir gelin gibi naz yaparak …
Yalçın YÜCEL.”KAR BEYAZI SEVDAM”
Post Views: 25 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Beyaz bir kuğunun Boynundan mı dökülüyor Yoksa Ağaran saçları mıdır gökyüzünün Bir beyaz sessizlik ki Bir sevdayı uyandırıyor tekrar içimde Yüreğim üşüyor yeniden Unutmuştum, çıkardınız onları, kar taneleri Yine sarıverdi her yanımı bu sevda Kar beyazı bir gelinlikti Ne kadar da yakışmıştı üstüne Tez düştü …
Kənan AYDINOĞLU.”Qıymaram”
Post Views: 35 Yenə də fırlanır bu yer kürəsi, Günəşdən ayrılıb ulduza çatır. Gözümün önündə bir nağıl kimi Yumub gözlərini nigarım yatır. Duyurdum gizlində öz-özlüyümdə, Durubdu həyatla üz-üzə bu gün. Həyatın özünə imtahan verib, Tapmış cavabı suallar üçün. Qiymət yazıbdılar həyat elmindən, Cavab axtaranda suallarım o. Sevinc tökülərmiş mən indi bildim,- Yenə can atanda vüsallara …
Gənc yazar Kənan Aydınoğlunun məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub
Post Views: 39 27 yanvar 2016-cı il tarixində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist-publisist Rahilə xanım Dövranın yaradıcılıq …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru ƏSGƏR ANASI Gecələr yuxusu çəkilər göyə, Gözünü yollara, izlərə dikər, Birdən əsgər oğlu qayıdar deyə, Süfrədə oğlunun payını çəkər. Evinin qapısın bağlamaz heç vaxt, Pəncərə önündə xəyala dalar, Qar, yağış yağanda olar narahat, Bir əsgər görəndə gözləri dolar, Gözünün …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 64 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru DEYİM Kİ Ocaq közdən alışar, Ürək gözdən alışar, Məclis sözdən alışar, Yanmayım neyləyim ki. Saz sinədə ağlayar, Gözəllik dil bağlayar, Bulaq daşdan çağlayar, Bəs mən nə söyləyim ki. Ölüm-itimdi dünya, Vallah yetimdi, dünya, Söz-söhbətimdi dünya, Haqqı necə əyim ki. …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 61 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, OLARMISAN Aşiqinəm,-deyən cavan, Düşün, tayım, olarmısan? Uzun, zülmət gecələrdə, Nurlu ayım, olarmısan?! Heyran edib bu aləmi, Olub könül, qəlb həmdəmi. Unutdurub dərdi, qəmi, Sevgi payım, olarmısan?! Könül sevən, qəlbə yatan, Ömrə, günə nəşə qatan. Xoşbəxt olub, kama çatan, Hay- harayım, olarmısan?! Mələksimam, …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 25 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ƏCƏB YARAŞIR DÖVRANA Sıgal verib qızil telə, Salma bizi dildən-dilə. Qız,gələrsən bədnəzərə, Qurşaq sarma incə belə. Çiyində saçlar şəlalə, Açıb yanaqlarda lalə. İnsaf eylə zalım qızı, Salma məni haldan-halə. Alma ələ qızıl gülü, Qısqandırma gəl bülbülü. Yaraşığın göz çıxarır, Qönçə gülsən sən …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 32 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, YÜKSƏLDƏK BAYRAĞIN AZƏRBAYCANIN Hüzündən – zəfərə! Düşmən güvənməsin fəndi-felinə, İgidlər qalxacaq Qırat belinə. Dağ,qaya dayanmaz türkün selinə, Parlasın günəşim,parlasın danım- Hücum əmrini ver ,Baş Komandanım! Şuşam,Qarabağım intizardadır. Ağdamım,Laçınım gör nə haldadır. Vaqifin,Zakirin gözü yoldadır, İntiqam hissiylə qaynayır qanım- Hücum əmrini ver ,Baş …
Təranə Turan RƏHİMLİ.”Hüseyn Cavid yaradıcılığı milli-mənəvi idealın formalaşması kontekstində”
Post Views: 54 Hüseyn Cavid yaradıcılığı ilk növbədə milli ideallara sənətkar-vətəndaş sədaqətinin ifadəsi, sovet siyasətinin ideoloji ittihamlarının tüğyan etdiyi bir vaxtda türkçülüyün qətiyyət və inamla tərənnümü, böyük əqidə və məslək yolundan dönməmək əzmi kimi ali insani keyfiyyətləri aşıladığı üçün dəyərlidir. Şairin bədii irsinin tədqiqi və tədrisində onun milli ideallara həssas münasibəti xüsusilə diqqət mərkəzində olan …
“Sözün bitdiyi an”
Post Views: 43 Tarixdə elə məqamlar var ki, insanın damarında qanını dondurur. Həmin məqamlarda, danışmağa söz belə tapılmaz. Həmin məqam, sözün bitdiyi an, sözün bitdiyi məqamdır. Ruhumuz o qədər ağır göynərti ilə yanır ki, özümüzü harada tapacağımızı da unuduruq. Necə ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda əliyalın xalq özünü, öz mənafeyini, bəyan …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 33 Siz ki dünyada ən varlı adamsız. Üzülməyin dünya malı kəmdirsə, Kəmi sevinc, bol olanı qəmdirsə, Aləminiz başqa bir aləmdirsə, Düz amallı, düz İlqarlı adamsız, Siz ki, dünyada ən varlı adamsız! Qartal, tək qanadla uça bilmədi, Nə yazıq ki, bəxt üzünə gülmədi, Nə qədər çağırdın anan gəlmədi, Əli qabar, qəlbi qubarlı adamsız, Siz …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 38 Altında Qan qoxulu işlər ləngimədikcə, Acizik, ”bəlkə”nin, ”kaş”ın altında Cəbhədə döyüşlər səngimədikcə “Yasdıq daşa dönür” başın altında. Oyaqkən yatanlar asan oyanmaz, Var olanın dəyərini duyanmaz. Qaş yerində qərar tutub dayanmaz, Göz rahat durmasa qaşın altında. Xalqımızı soy –kökündən qırdılar, Böhtan atıb üzümüzə durdular. “Başımıza kül töküb, daş vurdular” Baş da ucalarmı daşın …
“Müdrik siyasətin mükəmməl davamçısı”
Post Views: 34 Azərbaycançılıq! Bir baxın bu məfhum özündə nə qədər dərin məna əks etdirir. Dildə rahat səslənən bu ifadənin qazanılması, icra edilməsi olduqca çətin və şərəflidir. Zaman-zaman belə çətin və şərəfli missiyanı həyata keçirən böyük şəxsiyyətlər yetişdirir, Azərbaycan torpağı. Hansı ki, həmin şəxsiyyətlər tarixin ələyindən, süzgəcindən vüqarla keçmiş və işıqlı yollar açmışlar. Azərbaycançılıq ifadəsini …
Rafiq ODAY.”Sol çiçək, sağ da çiçək”
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sol çiçək, sağ da çiçək, Açılıb bağda çiçək, Mən aranda gəzirdim, Bitibdi dağda çiçək. Dağda gülün xətrinə, Batdım gülab …
Rafiq ODAY.”Qar yağır”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Qar yağır, Qar yağır ağır-ağır, Dərələr, dağlar fağır, Bağçalar, bağlar fağır. Qar yağır, Qar yağır ağır-ağır, Qar yağır sevgi-sevgi, …
Şair-jurnalist Rafiq Odayın şeirləri “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub
Post Views: 58 26 yanvar 2016-cı il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə …
Rafiq ODAY.”Qar yağır”
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Qar yağır, Qar yağır ağır-ağır, Dərələr, dağlar fağır, Bağçalar, bağlar fağır. Qar yağır, Qar yağır ağır-ağır, Qar yağır sevgi-sevgi, …
Özkan GÜNEYOĞLU.“Yarım elmalı, gönül almalı”
Post Views: 39 ELMALI YAZMA ozkan@guneyoglu.com Anadolu da 600 yıllık mazisi olan yazmacılık; kalıp baskı yöntemi ile yapılan el sanatıdır. Yazmacılık denince akla ilk Tokat gelmekle beraber, Kastamonu, Zonguldak, Gaziantep ve Diyarbakır yörelerinde bilinip uygulanmaktadır. Ancak bunlar arasında Tokat’ın yeri farklıdır. Osmanlı döneminde 17.ve 18.yy.da üretimin vergiye dönüşerek gerek saraya olan katkısı, gerekse övgülere konu …
İlter YEŞİLAY.”LÂL-İ KİRAZ”
Post Views: 52 Ah benim ömrü mürver cânı server efendim Sende mihman olmaya yeter mi cevrü fendim Sevdan ki; yüreğimde incecik naz gibidir Sözün ki; kulağımda bir çift kiraz gibidir İsterim ki gönlümü gel mest-i harab eyle Arz edeyim halimi udla kanunla neyle Dem bu demdir dünyadan ikimiz de kâm alsak Ne olurdu bu gece, …
Hasan AKAR
Post Views: 30
Ahmet DİVRİKLİĞOLU
Post Views: 30
Ahmet DİVRİKLİĞOLU.”BU. DİYAR”
Post Views: 31 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi NE ZAMAN GELSEM Kİ BEN BU DİYARA TUĞLAR KALKAR GÖĞE CANA KÖS VURUR MENGÜCEKOĞLU’NDAN EMİR TİMUR’A TARİH EDEP İLE DİVANA DURUR ÇİFTE MİNAREDEN HAZ AKAR RUHA PİR SULTAN BANAZ’DAN YOL BULUR ŞAHA DUALAR EDERİM YÜCE ALLAH’A RUHUM BU DİYARDA BİR HUZUR BULUR BURASI YİĞİDİN HARMAN …
Rafiq ODAY.”Səndən özgə kimim var ki…”
Post Views: 31 Bir neçə il bundan öncə şairə Fərqanə Yusifqızının eyniadlı kitabına yazılmış ön söz Poeziya sərhəd tanımır və əslində poeziyada heç mövzu qıtlığı da yoxdur. Bununla belə poeziyanın elə əzəli və əbədi mövzuları vardır ki, bu mövzulara min illərdi ki, butun qələm sahibləri müracət edir və bugün də bu belədir. Vətən sevgisi, yurd-yuva …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 51 * * * Mən,hamının unutduğu Bir uçuq komadan betər. Zalım ,sənin yollarına Göz dikmişəm axşam-səhər. Barı bir yol ayaq saxla, Bircə dəfə qanrılıb bax! Bir də gördün daş üstündə Heç daşım da qalmayacaq. Bircə isti baxışınla Suya dönər bu buz,bu qar. Ürəyimin oyuğundan Bənövşələr baş qaldırar. Nə olacaq, aldat məni , Bircə …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 36 * * * Bilirəm ki,kədərdən hər gün göynəyir için. Bir söz tapa bilmirəm sənə təsəlli üçün. Neyləyim,bir az ağla səni boğanda qəhər. Mən də sinəmi tutub dözəcəyəm birtəhər. İcazə ver yanına hərdən gəlim…nə olar. Gözlərinin yaşını bir yol silim…nə olar. Sevincimiz,dərdimiz qarışsın bir-birinə. Bəlkə axan göz yaşım təsəlli ola sənə… Bir Dostuma …
Aysel ABDULLAZADƏ.” Ən son nə vaxt arvadınız üçün sevgili olmusunuz?”
Post Views: 34 “Yemək gətir, bütün gün canım çıxıb işdə…” – bu cümlə ilə başlayan axşamlar var ailələrdə. Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq. Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən …
Aysel ABDULLAZADƏ.Şeir-Esselər
Post Views: 40 Filoloq-yazar, YeniBaxis.Az saytının baş redaktoru Aysel Abdullazadənin şeir-esseləri. “Mən öldürdüyünüz qadınam…” Mən öldürdüyünüz qadınam 15 yaşında ərə verib kitablarımdan ayırdığınız arzularımı boğduğunuz yumşaq oyuncağımla yatmadığım gün məni öldürdünüz… Mən öldürdüyünüz qadınam 16 yaşında ana olan özüm uşaq ikən özümdən bir uşaq dünyaya gətirən zaman öldüm. Yaşıdlarım məktəbə gedərkən mən qızımı bələyəndə öldüm, …
Ülkər DƏNİZ.”Qocalır atam…”
Post Views: 36 Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktor müavini Baharı yaşayıb yetişir qışa, İndi tellərinə qar alır atam. Elə yaşadığı əzab içində, Qocalır İlhai, qocalır atam. Baxışı çıraqdı, Odu çıraqdı, Müqəddəs bir sevgi qəlbinə axdı. Bu da bir, alnıma yazdığın baxtdı, Qocalır, İlahi qocalır atam. İllər yarpaq-yarpaq uçur ömründən, Şaxtalar, sazaqlar keçir ömründən. Zaman …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 33 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Ürəyindən nə keçirsə Gətir dilinə…üzülmə… Bilirsən ki, nə söyləsən Inanıram kəlmə-kəlmə… Heç eybi yox… bu günün də Sənsiz axşamı qoy gəlsin… Boynum şəklinin önündə Tükdən də betər incəlsin… Fikir eləmə, bir dənəm… Qaş-qabağına yanıram… Mən hələ …
Şəfa VƏLİYEVA.”Ağarmış gün”
Post Views: 26 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səndən ayrılmaq səninlə yaşamaqdı əslində sonsuz kədərləri… Səni unutmaq əbədilik qazandırmaqdı əslində yaddaşımdakı xatirələrə… Səni sevmək Dünyadan bac almaqdı əslində açılmayacaq sabahlara… Sənsiz ölmək ağarmış günlərə bürünməkdi əslində kəfən əvəzinə… Bağışla… Sözündən çıxdım yenə də… Ağartmadım günlərimi… İstərsən, Bağışlama… …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist KƏRƏM ET Mən kim anlayar de, səndən özgə, Dada çağırıram səni, kərəm et. Onsaz da vədəsiz qar ələnibdi, Artırma …