Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 12 of 12 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

İsa HƏSƏNOĞLU.”Dəli olmaq istəyirəm”

Post Views: 27 Dəli olmaq istəyirəm… Bilirəm… bu istəyimin Onsuz özü dəlilikdir. Soruşma heç bu nə arzu, nə istəkdir?!.. Necə deyim… Necə deyim bəyəndiyim bir xanımın Qəbuluna bayramlarda düşmək olur, Məktubuma bayramlarda cavab yazır, Bayramlarda ürəyimə Sevinc dolur, fərəh dolur. Bu bayramdan o bayrama Zaman axmır, zaman donur, Camalıma həzin-həzin kədər qonur. Bu bayramdan o …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Daha bir sənli yuxu”

Post Views: 29 Bizim görüşümüz imkansız, uzaq, Düyünə düşübdür bu pak eşqimiz. İndi qaranlığa çevrilib otaq, Təkcə yuxulardı görüş yerimiz. Bu gecə yuxuma gəlmişdin qonaq, Qəlbimi gözünlə naxışlayırdın. Yenə də xətrinə dəyirdim sənin, Yenə də sən məni bağışlayırdın. Baxdım gözlərinə dəqiqələrcə, Gözlərin daldırdı röyaya məni. Doqquz ay bətnində daşıyan anam, Səninçün gətirib dünyaya məni. Düşündüm …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Evim kimi qucaq yoxdu”

Post Views: 20 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə tutulub göy üzü, Tutulub, yağan olub. Dəymədüşər buludlar Yaman ağlağan olub. Ağaclar payız fəslidi, Yarpaqlar sarı qız kimi. Torpağın soyuq qoynuna Yıxılır qarı qız kimi. Bir tənha külək üşüyür, Qızınmağa ocaq yoxdu… Pəncərəmi açıq qoydum, Evim kimi …

Publisistika

Şəfa VƏLİYEVA.””Vatsonum” publisist yazısından…”

Post Views: 28 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Və ölümlü arzular vardı dünyanın bu gündüzündə… Gözlərini yummağa qorxduğu gecələr vardı… Sanki, saat 3 olmamış gələcəkdi kabusu… Bəlkə də hələ axşamdan toranın içində yumrulanıb gəlirdi o kabus, özü gizlədirdi özündən… Gözlərini yummurdu ki, gəlməsin baş ucuna. İlk dəfədəki …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Xəcalətliyəm”

Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vətən, nələr gəldi sənin başına, Min dərdin yazılıb, qan yaddaşına. İndiki gənclərin dovranışına, Şəhid məzarına xəcalətliyəm. Elə hey atılıb düşürlər hop hop, Söz söhbət düşəndə cox …

Publisistika

Günel ƏLİYEVA.”Bəlkə də…”

Post Views: 35 Bəzən getmək istəyir insan. Xatirələri, arzuları, ümidləri ,yanlışları ,doğruları- hər şeyi ,hər kəsi geridə buraxaraq çıxıb getmək. Bəlkə də ,baş götürüb qaçmaq, xilas olmaq .Hər şeydən- həm işıqdan, həm də qaranlıqdan .Axı zülmətin olduğu yerdə bir çoxlarımız nuru görə biləcək qədər güclü deyilik .Hər kəsdən- axı pislərin olduğu yerdə yaxşıları görəcək qədər’’ …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 25 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru SONU YOXDUR Zaman gələr darıxarsan, Yarpaqları tökülmüş, Payıza təslim olmuş ağacın quru Budağı kimi. Peşman olub, soluxarsan, Körpəmizin köhnəlmiş Qundağı kimi… Bir gün anlayarsan ki, Çəkdiyin əzabların, Sonu yoxdur… Ətrafında dövrə vuran, Dostlarının, insanlıqdan Donu yoxdur!! Həyatından gəlib-keçən, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 32 SƏNSİZLİK Fikirlərim firar edib, Həbslərdə dayanmayır. Sən olmayan sabahlarda, O da yatır, oyanmayır. Hecalarım düzülübdü, Cümlələrim süzülübdü. Əlim haqdan üzülübdü, Ocağım da qalanmayır. Sən olmayan günüm dərddir, Sənsizliyin üzü bərkdir. Ürək dəmir deyil, ətdir, Göz yaşlarım dayanmayır. Sən olanda gülər üzüm, Sevincdən parlayar gözüm. Mənə sahib çıxar özüm, Dərd qəlbimə sarmanmayır. 15.12.2015 …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 21 SƏNİ SORUŞDU Eşq adlı dünyamı, tərk edən gündən, Ruhum candan çıxıb, Haqqa qovuşdu. Qarşıma hər çıxan dost, tanış –məndən, Dərdimin çarasın, səni soruşdu. Qoşa gəzdiyimiz dağlar, yamaclar, Çiçəkli, qönçəli kollar, ağaclar, Cüt səkən sevdalı kəklik, turaclar, Qəlbimin yarasın, səni soruşdu. Mehman olduğumuz mərhəm oylaqlar, Bizə qucaq açan, xalı otlaqlar. Gözüyaşlı, ağlar, ayna …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Görməyəcəksən”

Post Views: 33 Gedəcəm ömürlük mən bu şəhərdən. Sən məni bir daha görməyəcəksən. Öləcəm dözməyib mən bu qəhərdən. Sən məni bir daha görməyəcəksən. Gələcək yadına düşəcəm bir yaz. Artacaq həsrətim daha da bir az. Nə qədər bu qəlbim keçməsədə vaz. Sən məni bir daha görməyəcəksən. Çalacaq həsrətim bir ilan kimi. Hər dəyqə yadına sən salan …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIX hissəsi

Post Views: 22 Cəmilə qapını döyməkdən bezdi, çantasından açarı çıxartdı, qapını açmağa çalışdı. Qapını açanda Lamiyə qarşısında gözləri yaşlı dayanmışdı. Lamiyə qaynanası yaxınlaşdıqca geri addımlar atırdı. Cəmilə əlini gəlininin saçlarına doladı. – Sən kimsən? Kimsən sən? Nə istiyirsən məndən? Lamiyə Cəmiləni özündən birtəhər uzaqlaşdırmaq üçün itələdi. Cəmilə yerə sərildi. – Sənə axırıncı dəfə deyirəm. Oğlumdan …