Post Views: 42 Ayrıldım, ayrılmaq istəməsəm də, Bir həyat neməti tapdım-itirdim. Məni qınamayın acı desəm də- Şəkəri, şərbəti tapdım-itirdim. Vamı mənim kimi dərd çəkən aşiq, Dönüb zülmət oldu gözümdə işıq, Hanı o şirin dil, o xoş danışıq, Hər sözü-söhbəti tapdım-itirdim. Üstümə gülməsin yaxınım, yadım, Şair çağrılsa da, həyata adım, Necə indən belə yazım, yaradım, Şeri, …
Sentyabr 14, 2019
Xalq şairi Hüseyn ARİF.”Heyifim gəldi”
Post Views: 50 Oğrun-oğrun baxdın mənə, Gözünə heyifim gəldi. Busə verdin bir nadana, Üzünə heyifim gəldi. Yaman yerdə can darıxdı, Ağrılar qəlbimi sıxdı, Dilindən bir yalan çıxdı, Sözünə heyifim gəldi. Bağ saralıb, çəmən solub, Göy dərələr çənlə dolub, Hüseynə olan olub, Özünə heyifim gəldi.
Xalq şairi Hüseyn ARİF.”Səni unuda bilmərəm”
Post Views: 76 Ay dolanar, il dolanar, Səni unuda bilmərəm. Könül yanar, can dolanar, Səni unuda bilmərəm. Yaz üzülə, payız keçə, İstər gündüz, istər gecə, Neçə gözəl gəlib keçə, Səni unuda bilmərəm. Sözün saxladı sözümü, Gözün ovladı gözümü, Unutmayınca özümü, Səni unuda bilmərəm.
Xalq şairi Hüseyn ARİF.”Arasında”
Post Views: 33 Sən gəzərsən, a bəxtəvər, Çiçəklə gül arasında. Mən qalmışam səhər-səhər, Alovla kül arasında. Gülüşündən gül çilənir, Yanaqların qönçələnir. Tər bədənin cilvələnir, İpəklə tül arasında. Dost aralı, yad yaxındı, Kim gedib kimə sığındı. Hüseyn Arif, nə qırğındı, Gözlə könül arasında?!
Xalq şairi Hüseyn ARİF.”Ay oğul”
Post Views: 28 Ötən çağını düşünək, Gələn çağını, ay oğul. Möhnət solumu qurudub, Həsrət çağımı, ay oğul? Bəxt ulduzu axdı ömrün, Ümidini yıxdı ömrün. Qarasımı çoxdu ömrün, Görən ağımı, ay oğul? Arifi nələr ağrıdır, Eniş çətin, yoxuş ağır, Ata dağını ağırdır, Oğul dağını, ay oğul?..
Rəis Sumqayıtda müşavirə keçirdi – FOTO
Post Views: 31 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili və sayının artırılması, yeni təyinatlar, vakansiyaların təqdim edilməsi, uşaq incəsənət və musiqi məktəblərinə şagird qəbulunun nəticələri, dərs bölgüsünün düzgün aparılması, social şəbəkələrdə aktivliyin artırılması və məlumatların vaxtında işıqlandırılması, mətbuat xidməti ilə …
Şair Əziz Musanın “Qayıt gəl” adlı yeni şeirlər və poemalar kitabı işıq üzü görüb
Post Views: 31 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) …
Əziz MUSA.”Gülüm”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ha yüyürdüm, çatmadım Uzandı bu yol, gülüm, Dayan, qoy gəlim, çatım, Getmə mənim ol, gülüm. Sən mənim ürəyimsən, Ətirli çiçəyimsən, Bir nazlı mələyimsən, Məni yada sal, gülüm. Yaman gecikdi səhər, Sənsiz dözüm nə …
Əziz MUSA.”Başlayıb”
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Vallah şirin olur, gözün ilk ovu, İlk eşqim, son eşqim sənsən dünyada, Məni qorxuzmayır eşqin alovu, Daha öyrənmişəm aha, fəryada. Mənim bu sevdadan bir istəyim var, Sönməsin qəlbimdə ocağım, közüm, Tanrıdan bir arzu, …
Əziz MUSA.”Sevgi”
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Qızıldı, gümüşdü , dürdü, incidi, Ömrün şah budağı, qoludu sevgi. Dünyada hər şeydən o, birincidi, Həyatın bənzərsiz yoludu sevgi. Göylərin nurudu, yerin bəzəyi, Tanrının ən zərif gülü, çiçəyi, Odur döyündürən odlu ürəyi, Nəğməylə, …
Əziz MUSA.”Bizə dikilibdi hamının gözü”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Qəlbimimi , könlümü vermişəm sənə, Məni incidirsən sən bilə-bilə, Vəfasız söyləmə gülüm sən mənə, Mənim tək bir sevən olmayıb hələ. Sənsiz bircə günüm olmasın canım, Eşqin ilk harayım, ünün olubdu. Sənsiz yaşamaram ay …