Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 15 of 15 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürək”

Post Views: 47 Qələm əlimdədir, danışmır ürək, Bu nədir, elə bil heç mən deyiləm. Görəsən nə üçün alışmır ürək, Yoxsa şairliyə vida deyirəm? Gözlərim görməsin bircə o günü, Dəftəri açmamış, sinəmi açım. Bilsəm susdugumu, ya söndüyümü Sətrim qəbrim olar, nidam baş daşım! Elə oturmuşam, deyərsən buzam, Bir soyuq meh dəyir üzümə hərdən. Düzü nə yorğunam, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Özün yazdın hər qisməti”

Post Views: 32 Bu öy mənim öyüm deyil, Özünsən öyün sahibi. Tikən də sən, yıxan da sən, Bu kəndin, köyün sahibi. Oddan eşqin, nurdan üzün, Tərəfisən haqqın, düzün. Quranın, kitabın, sözün, Əlifin, beyin sahibi. Sümüyə bürüdün əti, Özün yazdın hər qisməti. Dizimdən alma qüvvəti, Dizimdə heyin sahibi. Qara bəxtim, qaraçuxam, Sənin əlin, mənim yaxam. Mən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Yağma, yağış”

Post Views: 198 Hacıbaba Həsənov bəstələmişdir Göylər çənə büründükcə Ürəyimi bürüyür qəm. Yağma, yağış, yağma, yağış, Mən görüşə tələsirəm. Mənim şirin sevincimə Acı zəhər sən qatma gəl. Göy çəməndə yol gözləyən Sevgilimi islatma gəl. Pəncərəmə hicran yazır Damcıların naxış-naxış. Mən görüşə tələsirəm Yağma, yağış, yağma, yağış, Ürəyini boşaltmasın Bu gün göylər insan kimi, Mən ki, …

Ana səhifə

Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörəyi itirmə!”

Post Views: 239 İnsanın şərəfi, bəzəyi məncə, İnan, nə ipəkdir, nə tirmə, oğlum! Yaxşıdan yaxşı ol ellər içində, Dostuna bir ziyan yetirmə, oğlum! Yersiz gülümsəmə, yersiz ağlama, Bir könül də qırma, sinə dağlama. Sirrini ellərdən gizli saxlama, Dilinə yalan söz gətirmə, oğlum! Yel qanadlı illər ömürdən gedir, İnsan zəhmətiylə kamala yetir. Bağında nərgizlər, lalələr bitir, …

Ana səhifə

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Behcətabad xatirəsi”

Post Views: 406 Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı, yox nə qaraltı, nə də bir səs, Batmış qulağım, gör nə döşürməkdədi darı. Bir quş: “Ayığam!”- söyləyərək, gahdan inildər, Gahdan onu da, yel deyə laylay, huş aparı. Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, Məndən aşağı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

Post Views: 72 Gəlin gəlir Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” mahnısı çox gözəldi. Bu şeiri Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin toy günü üçün yazlbmış. Ruhları şad olsun. EVimizə gəlin gəlir, Sığallayıb telin gəlir, Görüşünə elin gəlir, Çıraqları gur yandıraq. Aşıqlar çalsın sazları, Rəqs eləsin el qızları, Qoy dolansın təzə ayın, Başına yer ulduzları. Evə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”İnciyərəm mən”

Post Views: 35 Yaz fəsli çəməndə üzün gülməsə, Hər güldən, çiçəkdən inciyərəm mən. Azca yanağının rəngi dəyişsə, Bu çəndən, çisəkdən inciyərəm mən. Dolan, gəz elləri cavan yaşında, Yanında cəm olsun yar-yoldaşın da. Dağılsa, tellərin bulaq başında, Dağlarda küləkdən inciyərəm mən. Həm sevinc görmüşəm yolunda, həm qəm, Yaz dəfə dəyişib hökmünü aləm. Arabir yanılıb xətrinə dəysəm, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Olar”

Post Views: 45 (Bir məktuba cavab) Elə demə, qan ağlaram, sevgilim, Yadlar mənə gülər, sənə ar olar. Duman qopar, alov çıxar başımdan, Nəmli gözlərimdə dünya dar olar. Bir addım yanımdan ayrı düşərkən, Mənə dağ çəkirsən hər yazanda sən. Bağlıdır qəlbinə qəlbim əzəldən, Könüllər bir olsa, etibar olar. Daş deyil hicranı duymaya, insan, Gəlir xəyalıma xəyalın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Unut, unut daha vaxtdır”

Post Views: 50 Unut, unut daha vaxtdır, Vaxtın özü qara baxtdır, Əsir külək, ötür ömür, Həyat gülür, ölüm gülür, İnsan gülür, aləm gülür Özünü dərdə atana Kədərə, qəmə batana … Gülə-gülə çıx dünyaya, Sevin, şadlan yana-yana, Camaat bir yana dursun, Yazığın gəlsin anana… İndi ağla gülə-gülə, İndi yaşa bilə-bilə… Ancaq gülüb sevinməkçin Bir ümiddən, bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Dünya”

Post Views: 846 Buludlar dağılır uzaqda lay-lay, Yenə öz yerində yuvarlanır ay, Fəqət nə Cəlal var, nə də ki, Humay, Nə ömrə acıyır, nə yaşa, dünya. Ulduzlar havanın bağrını dəlir, Qayalı dağlardan duman yüksəlir, Xəyalım gecəni salama gəlir, Çapdırır atını birbaşa dünya. Ellərə baxıram bağçalı, bağlı, Göylərə baxıram qapısı bağlı, Kainat ixtiyar, sirli, soraqlı, Əzəldən …

Azərbaycan Prezidenti

Xalq şairi Balaş AZƏROĞLU.”Karvan”

Post Views: 46 KARVAN Gecənin qulağından kədərli zəng səsləri, Ağır-ağır yol gedir karvan şımala sarı. Xəyal məni aparır, görən nə vaxtdan bəri Dünyanı addımlayır zəngli dəvə qatarı. Karvan şimala gedir, karvan cənuba gedir, Karvan bəzən vətəndən uzaqlara yol alır. Karvan bütün dünyanı zaman-zaman qət edir, Karvan kədər gətirir, karvan sevinc aparır. Karvan gedir… Bir zaman …

AJB Sumqayıt şəhər təşkilatı

İlham Mikayılı doğum günü münasibətilə təbrik edirik! (5 sentyabr 1989-cu il)

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …

Azərbaycan Prezidenti

Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 32 Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur. Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Arzum sülh adında göyərçin oldu”

Post Views: 32 Göyər, ümid payım, göyər, çin oldu, ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu. Arzum sülh adında göyərçin oldu, Qondu Sumqayıtın sinəsi üstə. Çəkəndən üstündən Quzey əlini, Əritdi şəhərim buz heykəlini. Neçə ərən oğul öz heykəlini, Yondu Sumqayıtın sinəsi üstə. Baxıb qibtə edir indi “o yanlar”, – Bir vaxt ayağının altın oyanlar… …