Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 12 of 12 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.Seçmə şeirlər

Post Views: 300 Mən torpağam Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var, külüm var. Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var. Mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam. Mən buludam, səhraları susuz görüb, ağlaram. Mən ürəyəm, döyünməsəm ölərəm. Mən insanam, sadə insan əlinin yaratdığı nemətlərlə öyünməsəm ölərəm. Mən işığam – qaranlığın qənimi, Mən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

Post Views: 62 ANARA Hicranın ağırdır, dözə bilmirəm, O uca dağlardan en gəl, Anarım! Körpə ayaqların yaman yorulub, Sinəmin üstündə dincəl, Anarım. Sənsiz nə gecəm var, nə də gündüzüm, Sən gedəndən bəri gülməyib üzüm, Gəl uzun kiprikli körpəcə quzum, Anarım, Anarım, gözəl Anarım! Sən ceyran gözlüsən, çatmaqaşlısan, Tayın-tuşun yoxdur, yar-yoldaşlısan, Bəlkə məndən ayrı gözü yaşlısan, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Qəzəllər

Post Views: 49 Dəlidir Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir Eşq olan yerdə bütün aqilü dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zəncirə Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir. Eşq zincirinin iftadəsi bir mən degiləm Həvəs-i silsileyi eşq ilə dünya dəlidir. Sarılır çiğninə gah qoynuna, gah qamətinə Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir. Bir vəfasız …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

Post Views: 37 * * * Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm, Dəniz tək çağlayar, hərdən bulud tək dolar könlüm. Düşər tufanlara bəzən, əyilməz əssə də yellər, Çinar tək yollar üstündə durub sayə salar könlüm. Sənin sənsizliyin canan məni biixtiyar etdi, Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm. Uçar qartal kimi, dağlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər

Post Views: 58 XƏZƏR, AY XƏZƏR… Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Qum üstə bardaş qurub Gəl oturaq, Xəzərim. Mən balıqçı deyiləm, Qayığım yox, torum yox, Dalğalarla döyüşə Qollarımda zorum yox. Sən göy gözlü mələksən, Dumandan örpəyin var. Göyərçin ləpələrdən Qırçınlı köynəyin var. Nəğmən vüsal andırar, Ürəyimi yandırar. Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Gəl …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər

Post Views: 252 Öləndə… Öləndə kəfənim ikiqat olsun, Mən həm o tayınam, həm də bu tayın. Qoy bütün dünyaya belə yayılsın, Öləndən sonra da birlik harayım. Öləndə kəfənim ikiqat olsun, Ruhum o taydadır, qəbrim bu tayda. Dözümlü xalqıma heykəl qoyulsun, Ortadan qurumuş bir dəli çayda. Bir gün xalqım üçün şairləşəndə, Şair torpağıma quylanacağam. Vətən birləşəndə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər

Post Views: 35 NECƏSƏN Allahım, neyləyim ki, bu qanmazlar qansın. Barı bir dəfə ağıllı söz deyəydilər; Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın. GÜNAH Ağıllı: Gözələ baxmaq savabdı – dedi, günaha batdı. Bəziləri o saat çadraya əl atdı. QAYDASI VAR Çalmağın da, oynamağın da qaydası var. Qaydasız yerdə kar-kor olmağın da faydası var. YAZIĞIM GƏLİR Nələr görməyir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.Seçmə şeirlər

Post Views: 37 * * * … Nə xıltın var, nə ləkən, Nə qorxun, nə səksəkən, İsmətin, şəxsiyyətin, Gül kimi təbiətin. Özü elə əsərdir. Özü əla əsərdir! Adam adam deyilsə, Yazdığı da hədərdir! * * * Toxucu olmaq istəsən, Millə zarafat eləmə! … Yazıçı olmaq istəsən, Dillə zarafat eləmə! * * * Çaxmağı çək, Yansın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər

Post Views: 55 Yurdum, sənin sağlığına Bir məclisdə unuduldum, Mey içdilər hər gələnin sağlığına, Hər gedənin sağlığına. Yaxasına qonduğumuz mavi gölün sağlığına, Mey gətirən şux gözəlin sağlığına. Güldandakı qızıl gülün sağlığına, Xoş qədəmli ayın, ilin sağlığına Unuduldum.Nə tutuldum, nə pərt oldum, Pıçıldadım öz-özümə – Xəlil, sənin sağlığına! Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına! Qoşqar, Savalan dayağı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

Post Views: 142 Gecikmiş məhəbbət Sən gizli gəlmisən ömrümə, inan Bu gizli eşq ilə yaşayacağam. Dünyanın ən böyük yükü sayılan, Gecikmiş məhəbbət daşıyacağam. Sən mənim ömrümdə açan çiçəksən Onu ürəyimdə bəsləyəcəyəm Sən məni heç zaman görməyəcəksən, Mən səni hər zaman gözləyəcəyəm. Uzaqdan göz qoyub gözünə sənin, Sanki görəcəyam Allahımı mən. Düşüb qarış-qarış izinə sənin Əzbərləyəcəyəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.Seçmə şeirlər

Post Views: 162 Mənim ürəyim Hər payız dərdimi pıçıldayaraq, Tökülür ağacdan sapsarı yarpaq. Dinlə, o həsrətlə səslənən qovaq, Mənim ürəyimdir, mənim ürəyim. Məhəbbət sonsuzdur, ömürsə qısa, Nə olar, sədaqət əbədi qalsa! Kimin ürəyində bir tel qırılsa, Mənim ürəyimdir, mənim ürəyim. Üzlərdə, gözlərdə sevgi oxunur, Məhəbbət ürəkdən-ürəyə qonur. Gözəllər gözündə o atəş, o nur Mənim ürəyimdir, …