Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 8 of 8 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şairlər günü Deyirlər ki, bu gün şair günüdü, Şairlərin hansı günü yoxdu ki?! Əzab, həsrət, hicran, bir də dərd yükü, Şairin günüdü, şair toxdu ki?! …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Ləçək qızımla yenə şeirlə dərdləşdik… Deyirdim, həyat sındırar səni… Aydan Abdulla *** Çilik-çilik edərlər Sevda nədi bilməzlər… Pitik-pitik dillənər Ərşə gedər-gəlməzlər… Bütün sevgilər kiçik Qığılcımmış… Sən demə… Ən balaca “Düyməcik” Albalınmış… Sən bilmə… Qonşu qızın donunda Pardaqlanan butalar Səni unudub …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər

Post Views: 33 *** Torpağa daş basdırrıq, yazı yazarıq daşa… Yazıya ürək, ürəyə dərd qoyarıq – torpağa köçüncəyədək qalar ordaca… Və bir gün daşa çıxar o dərd, daşda yazı görünər, yazıda ürək… Beləcə, dərd dolanar dünyada: torpaq-torpaq, daş-daş, yazı-yazı, ürək-ürək… Deyirəm, gedim torpaq dərdimi yazım, ürəklər daş olmamış… SUYUN ŞƏRHİ “…Balıq intihar edəndə quruya, insan …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 31 * * * Çəkib köçünü getdi İllər geri qayıtmaz. Saçını sığallayan əllər geri qayıtmaz. Quruyar yanağında Iki damla göz yaşın. Toxunduqca qanadar Ürəyini yaddaşın. Ümidin son baharda Açan çiçəkdi daha. Nə fərqi, nələr yalan, Nələr gerçəkdi daha. Yarı yolda qalıbsan Düşüb baxtın atından. Getdikcə yollar qaçır Ayağının altından. Könlün çiçək tapmayan Yemsiz,yorğun …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Seçmə şeirlər

Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. HƏMİŞƏ Yanaqdan süzülən təbib gülüşün, Dediyin hər sözün baldı həmişə. Necə də gözəlsən qızlar içində, Boynunda sallanan şaldı həmişə. Dedin ki, igidlər gedin döyüşün, Yadıam düşəndə sənin görüşün. Güldən-çiçəkdən də incə gülüşün, Məni bu könlümü aldı həmişə. Dərdin çarəsini …

Azərbaycan ədəbiyyatı

Rus şairin duaları… – İbrahim İlyaslının tərcüməsində

Post Views: 30 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sergey Dmitriyev 10 iyun 1959-cu ildə Novqorodda doğulub. Şair və naşir, fotoqraf-rəssam və səyyah, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. 1981-ci ildən 1994-cü ilədək “Gənc Qvardiya” nəşriyyatında işləyib. Kiçik redaktordan nəşriyyatın baş redaktoru vəzifəsinədək …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 32 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü *** Hər daş öz bətnində bir dən böyüdür, Mənim tale daşım düzümdə qalıb… Yanağı üşüyən uşaq kimiyəm, Əllərim nə vaxtdı üzümdə qalıb. Mən nahaq üz verdim əcələ, nahaq… Yaxşı ki, görmürəm boyunu hələ. Əzrayıl mənimlə beş-daş oynayır, Şükür, mən uduram oyunu hələ! …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BİLMİRƏN Sən halma acıma, Həsrətin çox qəmi var. Gecələr dərd oyanır, Əldən gedir ixtiyar. Həsrət əli baltalı, Kəsdirir qapımızı. Səndə də bir insaf yox, Qonşunun nazlı qızı. Hərdən təklik əlindən, Bezirəm, görən olmur, …