Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 14 of 14 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli SİBİREL.”Mən köhnə kişiyəm”

Post Views: 33 Mən köhnə kişiyəm, bala, Nuh adlı sirdən gəlmişəm. Hara türk ayağı dəyib, Mən həmin yerdən gəlmişəm. Bir az şaman duasıyam, Bir az günəş şüasıyam, Gələn əsrin havasıyam, Ötən əsrdən gəlmişəm. Dodağımda türkü, şərqi, Dolanmışam qərbi, şərqi. Ya cüt, ya tək, eh… nə fərqi Hansı səbrdən gəlmişəm. Bu dağlar tərs, avand yerim. Qayalar …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli SİBİREL.”Bu dünyaya gələndən”

Post Views: 32 Bu dünyaya gələndən, Yol gedirəm ölümə. Vallah, mənəm dözürəm Bu dərdə, bu zülümə. Dərd deməyə adam yox, Adamlar arasında Gün-gün, ay-ay ölürəm Nadanlar arasında. Yenə haqqın gözünə Kül ələyə bilmirəm. Mən özümü özümdə Dəfn eləyə bilmirəm. Öz odum yandıracaq Özümü əzəl-axır. Bilsəm də ki, haqq sözün Çörəyi daşdan çıxır. Haqq söz dar …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli SİBİREL.”Qəribsəmişəm”

Post Views: 30 Bu axşam nədənsə yaman kövrəyəm, Közərib od alır fikrim, xəyalım. Bu axşam həsrətlə vuran ürəyəm. Dağılıb, pərişan olubdur halım, Sənsən, doğma yurdum, könlümə düşən, Bu gün səndən ötrü qəribsəmişəm. Hanı bir mahnının tilsimiylə mən, Bir yaşıl çəməndə yatıb qaldığım? Qaçan cüyürlərin çəhlimiylə mən, Yorub yollarını əldən saldığım, Ay Damğaçı düzüm, ay Yanıq …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsibli SİBİREL.Seçmə şeirlər

Post Views: 35 Bu torpağın hər qarışı möcüzə, Zirvədə qış, dərədə yaz yaşayır. İldırımda ərənlərin qəzəbi, Çiçəklərin gözündə naz yaşayır. Çovğun günü xeyirxahın, təmizin, Ey ümidim, baxışında qız, isin. Gül tək ömrü dondurmağa xəbisin Nəfəsində şaxta, ayaz yaşayır. Gülüm, gördün eşqin dönür nağıla, Az qalır ki, buxarlanıb soğula. O gün baş qoy sinəm üstə, yuxula …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Virtual sevgi”

Post Views: 43 Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində …

"Yeni nəşrlər"

İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub

Post Views: 54 00 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 40 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pul ver, öz yasıma nəmər yollayım Ağ kölgə kimiyəm gör, neçə vaxtdır, Bəlkə hisslərimə kəmər yollayım? Neynim, üzüm gəlmir əl açım şərə, Pul ver, öz yasıma nəmər yollayım. Mən dünən ölmüşəm, indi bilirlər, Ruhum ilmə tutub hanamdan betər. Şəklimin yerindən kitab asıblar, …

"Yeni nəşrlər"

Yazıçı Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu

Post Views: 27 Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb. 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib. “İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış …

"Yeni nəşrlər"

Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 32 Edebiyyatqazeti.az xəbər verir ki, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Elm və təhsil” nəşriyyatında “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı nəşr olunub. 600 səhifədən ibarət kitabda Elnarə Akimovanın 2015-2019-cu illər arasında “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələrin bir qismi əksini tapmışdır. Buradakı mətnlər “Nəsr diskurs kimi”, “Poema diskurs kimi”, “XX əsr şeiri …

Azərbaycan ədəbiyyatı

Elçin İSGƏNDƏRZADƏ-55

Post Views: 49 Günlərdən; Çağdaş Azərbaycan poeziyasının və elminin ünlü ismi, əsil və əsl türk aydını, dəyərli dost ELÇİN İSGƏNDƏRZADƏnin 55 illik yubiley günü. Kutlu olsun! Təbrik edirəm, ən xoş diləklərimi ismarlayıram! 50 illik yubiley günündə adına ünvanladığım şeiri dostlarla paylaşıram. Bir il öncə keçdim o körpüdən mən, Gəlib sənə çatdı sıra, bax, Elçin. Əlli …

Ana səhifə

İbrahim İLYASLI.”Adamı”

Post Views: 38 Salam Allah salamıdı, Almayan Allah adamı. Yarəb, bu nişanda görmək Zulumdu, vallah, adamı. Mələyə məhşər qururlar, “Var”ı «yox»larnan vururlar. Haramıya uddururlar Haqqından agah adamı. Zəhərdən şirə çəkirlər, Kafiri pirə çəkirlər. Eynicə yerə çəkirlər Gah şeytanı, gah adamı. «Balabanda qandırır»lar, Olmaza inandırırlar… Saflığına sındırırlar Sularından saf adamı. Bəndələrin nəsə duyub,- Üləman iblisə uyub. …