Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 20 of 20 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Daşlarda iziniz varmı?”

Post Views: 31 Avey dağın kəklikləri,Görüşmədik çoxdan bəri.Bu ətirli yaz səhəri,Mənə bir sözünüz varmı? Səsiniz düşübdür kəndə,O kəndin qızıyam mən də.Axtarıram hər gələndə,Daşlarda iziniz varmı? Uşaqlığım sizə bağlı,Saçlarım qaralı, ağlı,Ayrılıqdan köksü dağlıUzaqda qızınız varmı? 1970 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Aranım, dağım”

Post Views: 29 Qonşu mənə baxıb, gileylənirdi:-Nə vaxtıdır şəhərdən heç çıxmayırsan?Qış çətin deyil, lakin yaylarıBurada yaşamaq deyildir asan. Qorxulu deyildir mənim üçün heç,İstidə, bürküdə yayda qalmağım.Güzəranım keçir aranlı, dağlı,Evim aranımdır, eyvan yaylağım. 1977 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Qızılquş”

Post Views: 28 Yadlar sağdan-soldan baxdı həsədlə,Atıla güllələr ona çatmadı.Ölsə də, qızılquş keçməz yad ələ,Daşına sığınmadı, yerə yatmadı. Ölçdülər, biçdilər kəsib hər yanı,Nəhayət, yorulub əldən düşdülər.O geniş açmışdı qol-qanadını,Vurmaq istəyənlər gecikmişdilər. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Özümdən narazıyam”

Post Views: 214 ÖZÜMDƏN NARAZIYAM Təbiətin könül açanMin rəngi, min səsi var.Hər könülün min arzusu,Min səsli nəğməsi var. Bu arzular, bu nəğmələr,Bu səslər bir saz kimiMənim solğun sözlərimdəHeç dil aça bildimi? Hissim dərin, sözüm solğun,Qəlbim geniş, sinəm dar.Məndən əvvəl doğulubdurSinəmdəki duyğular. Səhv atılan addımlarıSonradan anlayıram.Baxıb vicdan güzgüsünəÖzümü danlayıram. Six ey yanlış addımlarım,Məni dərdə saldınız.Mən sizinlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANDAN AYRILMAZ”

Post Views: 33 Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz. Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünkiSevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz. Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz… Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz. *Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidləri”

Post Views: 31 Aprel döyüşünün nər igidləriƏbədi ürəkdə, baxışlardasız.Bu zirvəyə qalxan, bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Şığıyıb Qartal tək mavi səmada,Vətən deyə-deyə şəhid oldunuz.Haqqın sədasnda, haqqın səsində,Yandırdı düşməni vətən odunuz. Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu şəhid canınız. Yaradan veribdi ən yüksək adı,Şəhidin ləqəbi qürur, ləyaqət!“Aprel şəhidləri” bu hünəriylə,Şəhid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Azadlıģa çıxan məhbus “Qarabağım”!”

Post Views: 25 Azadlıģa çıxan məhbus“Qarabağım”! Zümrüdqaşlı bulaqlarınzümzüməsinə,Xarıbülbülün aşiqi,bülbüllərin eşq nəğməsinə,Cıdır düzündə, qonur libaslıköhlənlərin kişnəməsinəhəsrət qaldığımız Qarabağım…Məhbusu olduğun zülmətinçiliklənməsini,yağmalanmış arzularının,qırılmış ümidlərimizdənyandırdığımız ocaqlarınhənirinə qısılıb,dan yerinin sökülməsinisəbrsizliklə gözləyirik.Arabir mirvari yağmur damcılarıgah içimizi göynədən yaralarımızı,gah da günəş şəfəqlərini gözləyənutancaq bənövşələrinləçəklərinə qonan şeh kimi,çatlamış dodaqlarımı isladır.Vətənin sinəsinə tuşlanangüllə səslərindən yağan damcılarözüylə həm kədəri, həm sevinci ovlayır.Torpağın hər qarışındaşəhid olur …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”İntizar nəğməsi”

Post Views: 34 Qəmdən zər-zibalı yazılan bəxtim.Rüzgarı telimə hey sığal oldu.Uşaqkən yıxıldı atalı təxtim,Bu nisgil qəlbimə qara xal oldu. Duyduqca kövrəldim ata nəğməsin,Həsrətin sazağı göynətdi məni.Dindi xatirəmdə dərd için-için,Biçib qəm köynəyin inlətdi məni. Zamanın ovcunda sıxılıb qaldım,Xəzana büründü ömür çiçəyim.Üzdüm əllərimi haqsız dünyadan,Töküldü ömrümün küsən ləçəyi. Sevgi ümmanında uçan duyğular,Dalğalar qoynunda çırpıldı daşa.Hicran şərbətini süzdü …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ötən günlərim…”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bilmirəm haraya uçub getdiniz,Yanımdan gizlicə keçib getdiniz,Bir uzaq mənzilə köçüb grtdiniz,Hərdən harayıma yetən günlərim,Ay ötən günlərim, ötən günlərim. İndi qırov düşüb iziniz üstə,Kimsə qovrularmı közünüz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Baxıram həyata necə buz kimi,Qaldım xəyallarda yuxusuz kimi,Eşqi qərib düşən nakam qız kimi,Bu axşam bir şeir yazmağım gəlir. Könlümün səhrası düzəndi, düzdü,Boylandım gümanlar gözünü süzdü,Ürəyim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIX hissə)

Post Views: 1. 227 BAYQUŞUN…. Məskəni bilinməz bu qarışıqda,ulamaq-sevdiyi peşə-bayquşun,bütün canlıların yurdu işıqda,meşədə qaranlıq guşə-bayquşun. Elə bil dünyaya əbədi gələr,köçər dövranından neçə nəsillər,palıdlar quruyar,şamlar kəsilər,görməz ölməyini meşə-bayquşun Yer üzü yansa da-düşmədi oda!nəyin qüdrəti var bayquşluğunda?!nə olur,İlahim,bu gen dünyadamənə də bir işi düşə bayquşun! Kar olar könüllər yaxan fəryada,o, varkən-sərçələr yetməz murada!nəğməkar aşiqin səsi batsa da,batmasın bülbülə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVIII hissə)

Post Views: 64 VƏTƏNDAŞ SƏRÇƏLƏR… Olsa da hər zaman elnən iç-içəona dənli yerdə sədd hörübdülər,Vətəndir,neynəsin balaca sərçə?arpa kəpəyin də çox görübdülər. O qədər kövrəkdir doğma görkəmi;Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,o da mən gündədir–ölənə kimihara Vətəndirsə,ora bağlıdı! Sapandla vurular,ölər,qovrular-saraylar,məclislər yasaqlı yerdi!əsgər də,şəhid də sərçələr olar,yekəpər durnalar fərarilərdi! Sərçə taleyi də,özü də kiçik,vəfalı qəlbini duyan olmayıb,ədası-pırıltı,hədəsi-“Cik-cik”,odur ki,sərçəni sayan olmayıb! Payızda qayıdar,baharda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”OXUYA BİLMƏDİM AXIRA QƏDƏR”

Post Views: 50 Kim deyir, bu dünya kefdi-damaqdı,Kefi olanlar da kefdə deyilmiş.Yüz il bu dünyada yaşasan belə,Göz açıb görürsən həftə deyilmiş. Vəfası yalandı, dostluğu hədər,Ötərgi sevincdi, əbədi kədər.Oxuya bilmədim axıra qədər,Dünya kitab kimi rəfdə deyilmiş. Min ürək qırıla, min könül sına,Fələyin qılıncı çəkilməz qına.Verir verdiyini can bahasına,Tanrının heç nəyi müftə deyilmiş. 30 aprel 2004

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”QƏBRƏ APARDIĞIM SİRR”

Post Views: 29 Batmış haraydı, ündü,Ən ağlamalı gündü.İçimdə bir düyündüQəbrə apardığım sirr. Daşa dəymiş oxumdu,Haram olmuş yuxumdu,Cücərməz bir toxumdu,Qəbrə apardığım sirr. Dərdim şişər, fil olar,Ölümüm qəfil olar,Məzarda qıfıl olar,Qəbrə apardığım sirr. Göz yaşım bilməz nədir,Baş daşım bilməz nədir,Qardaşım bilməz nədir,Qəbrə apardığım sirr. Çörək olub yeyilməz,Paltar olub geyilməz.Allaha da deyilməzQəbrə apardığım sirr. 28 iyul 2004

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Qiymətini el veribdir əzəldən”

Post Views: 46 Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU Nizami Cəfərovdan yazır

Post Views: 56 İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan. Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VI hissə)

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ŞÜKÜR EYLƏ Günəşdən qamaşır həmişə üz-göz,Ürək işıq içir göz bəbəyindən,Xoş gündə Allahı unuduruq biz,Dar gündə tuturuq tez ətəyindən. Əslində borcu yox bizə Allahln,Əslində heç bizə ehtiyacı …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (V hissə)

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şam Işığında Gecələr bəyaz olsun,Həzinləşsin duyğular,Nəğmələr qanad açsın,Şirinləşsin nağıllar,Ürək yansın, alışsın,Gülüm, şam işığında. Həsrət, hicran ərisin,Həyat nəşəli olsun,Gözlər sevgi paylasın,Baxışlar nurla dolsun,Ömrümün mənasını ,Bilim, şam işığında. …

Azərbaycan ədəbiyyatı

Əli Rza XƏLƏFLİ.”BİR ŞEİRİN XOCALI TABLOSU”

Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Aida Adıgözəl adlı,bəxtinin qaralıgı gözəlbir şairəninxalı, gəbə timsallışeirini oxudum.Çeşnisinigözlərimin önünə çəkib,dərd hanasınıürəyimdə toxudum.Azərbaycan qan-qırmızıxalılar, gəbələr ölkəsidir,Bu da bir şairəninXocalı kölgəsidir.Şeir oxudumqan süzülürdü misralardan.Yaralı sözlərruhumun agrısına dönübvarlıgıma çökürdü.Dəhşətin üstünəörtük çəkmişdi qardan,Deyəsən,Tanrı gördüyündən xəcalət çəkirdi.Gecədən çıxmış səhərzorlanmış gəlin kimidünyaya gəlişinə …

Publisistika

Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”

Post Views: 31 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru ( Ustad şair İsmayıl İmanzadəyə məktub)Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir…Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın …