Post Views: 56 Dünən deyildimi ilk görüş Cabir? (Yaxın dostum, şair Cabir Novruza) Bizdədir kədəri, dərdi cahanın,Yaşıd olmasaq da bir yaşa dolduq.Eyni dünyasıyla iki ananın,Dünyada nə qədər biz doğma olduq. Sirli bir taleyin izinə düşdük,Orda dağlar qoşa, kəndlər qoşadır,Biz ki, bir qatarda payız görüşdük,Qatar yenə gedir, üzü qışadır. Bəxt çəkdi sınağa mənimlə səni,Nə qədər bəlaya …
Aprel 17, 2021
Xalq şairi Cabir NOVRUZ.”QOCALIR ANAM..”
Post Views: 91 Gözüm görə-görə qocalır anam,Görən niyə belə qocalır anam?!Qaynar gəncliyindən əsər qalmayıb,Baxırsan, izi də itib- batıbdır. Onda güc qalmayıb, kəsər qalmayıb,Neyləsin, çiynində illər yatıbdır!Əlindən nə gələr övladların da…Gözünün işığı keçir, görürəm. Böyük qocalığın qanadlarındaAnam əllərimdən uçur, görürəm.Uçur, iti uçur…Qocaldıqca o,Uçur…Fikrimi də uçurur hər gün. Gödəlir, qısalır boyu- buxunu,Nazilir, incəlir, kiçilir hər gün.Lap qocalıqdan …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ağladı tellər Saramı”
Post Views: 55 Canım yandı, can ay Habil,Təzələdin bir yaramı.Araz axdı kaman boyu,Apardı sellər Saramı. Əfəndi torpağım, daşım,Ağardı bəlalı başım,Mən ağlayıb qurtarmışdım,Ağladı tellər Saramı. Qarşımda canlı xəyalsan,Qışqırırsan, amma lalsan,Çal, Habil, çal-belə çalsan-Kaman dirildər Saramı.
Xalq şairi Süleyman RÜSTƏM.”Keçdiyim yol”
Post Views: 62 Qaranlıq, işıqlı yollardan keçmişəm,Hər günü eşqimlə vurmuşam başa mən.Bu yolu qəlbimin gözüylə seçmişəm,Min gözəl arzuyla dolmuşam yaşa mən. İnsana həmişə gərəkdir, gərəkdir,Diləklər, diləklər.Mahnıma bəzəkdir, şerimə ürəkdir –Ürəklər, ürəklər. Yadımdan çıxmayıb anamın laylası,Atamın sindanı dindirən çəkici.Döyülən dəmirlər, mahnımın mayası –Şirağız ocağın qızaran kərpici. Çətindi dövranı dəyişmək beş günə,Gül, çiçək görmədi beşiyim, çarpayım.Səadət naminə, …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”VƏTƏNDƏN-VƏTƏNƏ”
Post Views: 70 Arazınbu tayı Vətənim,o tayı Vətənim.Vətəni görməyə amanım yox mənim. Bu necə vətəndir?Görmədim üzünüÇatsam da bu yaşaÖmründə bir dəfə.Bəs salam verməzmiQardaş da qardaşa? Bu qəmim, bu dərdim dağlardan ağırdıArazın suyuna qarışıb axıram.Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,Mən isə…Vətəndən-Vətənə baxıram. Oktyabr, 1962