Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 28 of 28 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Bahar gəlir”

Post Views: 29 Çəməndə çiçəklər işvə-naz ilə,Qayıdan durnalar xoş avaz ilə,Çağlayan bulaqlar telli saz ilə,Deyir yurdumuza ilk bahar gəlir. Oyanır təbiət, canlanır meşə,Boylanır qar altdan nərgiz, bənövşə,Üşüyən tellərə şeh düşə-düşə,Deyir yurdumuza ilk bahar gəlir. Azalır dağların dumanı,çəni,Yağış sanki yuyur üzlərdən qəmi,Günəşin istisi, torpağın nəmi,Deyir yurdumuza ilk bahar gəlir. Bağlarda ağaclar ilkçiçəyiylə,Qızılgül bəzənir tər ləçəyiylə,Xalidə yaz …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”

Post Views: 29 Haqdan yaranmısan nurdu əməlin,Tanrı dərgahından üzülməz əlin,Səninlə öyünür bütün türk elim,Yaradan göndərib bizə ərməğan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Zalıma, zülümə vermədin aman,Məzluma olmusan güvənli ünvan,Arzu-diləklərə sən oldun guman,Xalqa həqiqətin gözüylə baxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Dar gündə yetişdin Qarabağıma,Nur kimi səpildin qəm ocağıma,Doğma qardaş oldun yaman çağıma,Könlümüzə zəfər sevinci yaxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Sən …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidi”

Post Views: 26 Aprel döyüşündə gedən şəhidlər,Əbədi ürəkdə,baxışlardasız.Bu zirvəyə qalxan,bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Yaralı qartal yək uçub səmada,Vətən deyə-deyə şəhid oldunuz.Oxşadı gözünüz yanar ulduzaYandırdı düşməni Vətən odunuz Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu yanan canınız. Yaradan veribdii ən yüksək adı,Şəhidin ləqəbi qürur ,ləyaqət!Şəhid vətənimin “Aprel şəhidi”,Adıyla gətirdi Vətənə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Bu eşq şair xəyalıymış”

Post Views: 36 Nə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.Nə şadlıq, nə kədər gəldi,Deyəm ömrü cəfalıymış. Nə bildi, ağladım, güldüm,Nə bilsə, bildiyin bildim.Nə bildi qəm yeyib öldüm,Bu eşq şair xəyalıymış. 1993 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Mən ölmək istəmirəm”

Post Views: 35 Mən ölmək istəmirəmHələ beynim düşünür,Hələ qələmim yazır.Mən ölmək istəmirəm,Buna deyiləm hazır. Dost mənə yaşa deyir,İllər qəbrimi qazır.Qələm düşməz əlimdən,Günlərim, ötmə hədər,O son mənzilə qədər. Qoca köklər üstündəOlur meyvəli budaq.Mən ölmək istərəmGözlə, məkanım torpaq. 1984 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiət”

Post Views: 44 Sirlər dünyasıdır bu dünya başdan,Tükənən deyildir onu deməklə…Təbiətdən güclü, qadir, möhtəşəm,Bir qüdrət, bir qüvvət bilmirəm hələ. Mən ona şadam ki, hələ canlıyam,Ayrılmaz üzvüyəm mən təbiətin.Kim bilir, bəlkə də, sirri bundadır,Təbiətə olan bu məhəbbətin! 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiətin qanunu”

Post Views: 41 Təbiət! Sevirəm, demişəm müdam-Sənin hikmətinə alqış, min alqış!Yerə çiləyirsən çox səxavətləYayı bolca isti, qışı qar, yağış. Təbiət! Həm məftun, həm minnətdaramSənin dövlətinə, sənin varına.Bir də ona görə çox sevirəm ki,Sadiqsən öz möhkəm qanunlarına. 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Dözərdim”

Post Views: 39 Oğluma Əzəl ovçuluğa saldım meylimi,Tikanı tapdayıb, budağı əydim.Aşırıb boynumdan qoşalüləni,Meşələr qoynunda özünə bəydim. Dolu da başlayıb, külək də əsib,00Dovşan da atılıb, qurd da tələsib,Ağacda turacın üstünü kəsib,Qayada kəkliyin xətrinə dəydim. Azmı peşimanam öz əməlimdən,Əbəs ələnməyib saçlarıma dən?!Xəlvəti açılan bir gülləylə mənMəğrur dağ kəlinin qəddini əydim. Sevinci yarıda verməzdim bada,Ağrını, acını salmazdım yada,Alagöz …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Ölümə qurban olum”

Post Views: 48 Oğluma Həyat ətirli güldür,Gülümə qurban olum.Dağdı, dənizdi, göldü,Gölümə qurban olum. Coşub, çağlayan könül,Açıb, bağlayan könül,Gülüb, ağlayan könül,Könlümə qurban olum. Dağ sökülüb, -dedilər,Bel bükülüb, -dedilər,-ARİF ölüb, -dedilər,Ölümə qurban olum. *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Muğan” poemasından bir parça

Post Views: 490 De, yolun düşdümü Muğan düzünə?Piyada gəzdinmi çölləri sən də’?Söz qoşub ceyranın qara gözünə,Dincini aldınmı bir göy çəməndə? Yerdən ayağını quş kimi üzüb,Yay kimi dartınıb, ox kimi süzüb,Yenə öz sürünü nizamla düzüb,Baş alıb gedirsən hayana, ceyran? Əzəldən meylini salıb çöllərə,Bəxtini tapşırdın bizim ellərə,O qara gözlərin düşdü dillərə.Dişlərin oxşayır mərcana, ceyran! Bir məsəl qalmışdır …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ala gözlər”

Post Views: 40 Yenə qılıncını çəkdi üstümə,Qurbanı olduğum o ala gözlər.Yenə cəllad olub durdu qəsdimə,Qələm qaş altında piyala gözlər. Başımdan getmişdi sevdanın qəmi,Xəyalım gəzirdi bütün aləmi.Bu dustaq könlümü, deyin, yenəmiÇəkdiniz sorğuya, suala, gözlər? Sevda yolçusuyam əzəl yaşımdan,Könlüm ayrı gəzir can sirdaşımdan;Dağıdır huşumu alır başımdanSüzülüb gedəndə xəyala gözlər. Gərdənin minadır, boyun tamaşa,Ay da həsəd çəkir o …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yaddaşıma tövbə demişəm burda”

Post Views: 26 Yaddaşıma tövbə demişəm burda,Doğma gözlərini döndərib yada.Yuxuma girməyə qoymuram səniBu dar palatada, dəlixanada… Sını yalvarıram, əmr eyləyirəm,Səsin qulağıma burda dəyməsin.Sanitar Babanın ağır əlləriSəsinin üstündə məni döyməsin… Burda xatirəyə iynə vururlar,Odur bir an belə düşmə yadımda.Burda bilsələr ki, yaddaşım vardırAtamın adı da yetməz dadıma…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yol çəkir gözləri dəlilərin də”

Post Views: 36 Yol çəkir gözləri dəlilərin də,Tamam unutmayıb dünyanı onlar.Güzgüdə özünü tanımasa da,Dəlinin öz dəli xatirəsi var. Qəfəsə bənzəyən pəncərələrdən,Siz görən səmanı görür dəlilər.Heç olmasa ildə cəmi bir dəfə,Dəli gözlərinə görünür səhər. Gözləri dikilib yolsuz yollara,Dəli gözlərində yaşarmır kədər.Baş çəkin onlara, ancaq gələndəƏliboş gəlməyin, acdır dəlilər.

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Bahar nəfəsli sinən güllələrə tuş gəldi,Ağu dedi bülbülün, qaranquşun nəğməsi.Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,Daraldı hər bir yerdə təbiətin nəfəsi.Şəhid ayım, aprelim! Qönçə-qönçə gül açan güllərin …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”ŞƏHADƏTİN MÜBARƏK!”

Post Views: 35 Şəhadətin mübarək!Şəhid olan oğullar!Gözlərin aydın olsun,Şəhid doğan analar! Şəhadətin mübarək!Vətən bölünməyəcək.Şəhid yatan torpaqda,Düşmən ta gəzməyəcək. Şəhadətin mübarək!Qurban oldun vətənə.Anan fərəhlə deyir:“Südüm halaldır sənə”! Al qoynuna ey torpaq!Şəhidi əziz saxla.Ana deyibdir sənə,Onu, bərk- bərk qucaqla! Gözün aydın ey vətən!Igid oğulların var.Vətən yaşasın deyə,Şəhid oldular onlar! Şəhadətin mübarək!Şəhid olan əsgərim.Canını sipər etdin,Sənə qurban ürəyim! …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”OĞULLAR TARİX YAZIR”

Post Views: 24 Şəhidim əfsanə, şəhidim dastan,Ey şəhid, alınmaz sən bir qalasan.Yeni Tarix yazdın, sən qalacaqsan,Vətən yaşadıqca, yaşıyacaqsan! Hər ovuc torpaqda, şəhid qanı var,Gələcək nəsillər, onu qoruyar.Vətəndə doğulan hər bir igidin,Adında yenidən bir şəhid yaşar! Səmanda üçrəng vətən bayrağı,Adınla boy atar vətən ovladı,Qanınla gül açar vətən torpağı,Ey şanlı vətənin, şanlı övladı! Şəhidim köç etdi, hamısı …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”ZƏFƏR”

Post Views: 39 Qalibliyin məğrurdur,Zəfər, əbədi Zəfər!Qarabağda gün doğur,Bu gün, zəfərli səhər! Zəfər, zəfər deyərkən,Şəhidlər gələr gözə.Qarabağ yaşadıqca,Minnətdarıq biz sizə. Kimlər gözün çəkməsə,Müqəddəs vətənimdən.Gec- tez “dərsin” alacaq,Nər Igid əsgərimdən. Qarabağ bizə pirdi,Şəhid oldu oğullar.Daşında, torpağında,Şəhidin qan izi var. Ən müqəddəs məkandır,Qədim Qarabağ bizə,Şəhidlərimin qanı,Şuşada çıxıb dizə. Göz üstə saxlamalı,O, müqəddəs dəyəri.Qarabağ oldu bizə,Sözümüzün kəsəri! Dünya …

Azərbaycan ədəbiyyatı

Terane TURAN RAHİMLİ.”MERYEM” (hikâyə)

Post Views: 41 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Hava yeni kararmıştı. Avluda sessizlik vardı. Ninem kümese bakıp tavukları-civcivleri yokladı, hepsinin tünekte büzüşüp yattığını görünce kümesin kapısını kapattı. Parmaklıktan tutup her zamanki gibi yavaş adımlarla iki katlı …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLi.Yeni şeirlər

Post Views: 44 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Burdan qərib Bezansona –Hüqoya beş addım yoldu,Ruhum qalan PanteonaQatar yolu neçə əsr? Yenə fikrim uzaqlarda,Qraf Tolstoyda qaldıPayız… Yasnaya Polyana…O kədərli, köhnə qəsr. Ryazanda meşə yolu,Ağcaqayın sağda, solda.Bir şeirlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVII hissə)

Post Views: 35 HAÇANSA,DÜNYADA BİZ OLMAYANDA… Ruhlar yurd salacaq özgə məkanda,canlar–ləçək,çiçək,böcək olacaq,haçansa dünyada biz olmayandabizdən deyilənlər gerçək olacaq, Şairə gor qazar korşalan qələm,sözlər həm “ağamdır”,nəm də ki,”köləm”,bir daha dünyaya gələn deyiləm,nə olsun–daha da göyçək olacaq! Dünya həm “müştəri”,həm də ki,”baqqal”,məkanı paylaşar “şir” ilə-“çaqqal”,məndən–nəsillərə sanballı saqqal,ismətdən danışan birçək olacaq! Zülmün çərçivəsi sınıb haçansa,Haqqın məğrur səsi donub …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVI hissə)

Post Views: 35 NAMƏLUM ŞƏHİD MƏZARI… Düşmən cumdu,Vətən dedi -“İrəli!”,İgid əsgər səhid oldu, dönmədi,Qəbri üstə yanan nurlu məş”əli,Ürəyinin alovuydu,sönmədi! Qocalmazdı!-qalar cavan yaşında,Doğmaların gözlərinin yaşında,O,Şəhidin uca dağlar başındaUcaltdığı Bayraqları enmədi! Uzaq gəzər ruhu giley-güzardan,Yer qoruyar hər cür ağrı-azardan,Ad soruşdum bir “Naməlum məzardan”,Qəhər boğdu,məzar daşı dinmədi; Daş yerinə-açan güllər danışdı,Oxşadığı ipək tellər danışdı,Vahid ƏZİZ,ondan ellər danışdı,Anladım ki-“Qurban …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (IV hissə)

Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü XOŞ GƏLMİSƏN Qar əriyir, çaylar daşır, sellənir,Nərə çəkib, lal qayalar dillənir,Çeşmə üstə, salxım söyüd tellənir,Ana Vətən oğlun, qızın bəxtiyar,Yurdumuza xoş gəlmisən ey bahar. Al geyinib gilənarlar, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (III hissə)

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü AĞLAMA Göz yaşınla gəl kövrəltmə məni sən,Dərd olmasın, yolumuzda çiləkən,Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,Qoyma dinsin, ağrım, acım, ağlama. Sən şəkərim, sən şərbətim , balımsan,Sən sevgilim, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.” O, Adəmdir, cəsarəti, hünəri dastan oldu”

Post Views: 51 Azərbaycan Yazıçılar Birliyinin üzvü II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi olmuş, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş Əliyev Adəm İlqar oğlunun əziz xatirəsinə ithaf edirəm. Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi,Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi,Anasına arxa idi, dayaq idi, kömək idi,İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu,O, Adəmdir, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Əbədi heykəl”

Post Views: 54 Azərbaycan Yazıçılar Birliyinin üzvü Xalq şairi B.Vahabzadənin ölməz xatirəsinə ithaf edirəm. Getdi aramızdan o böyük ustad,Amma xatirəsi bizimlə qaldı.Oldu böyük şair xalqına övlad,Sənət meydanında zəfərlər çaldı. İstiqlal şairi cəsarətiyləUcadan söylədi xalqın sözünü,Tanındı, seçildi ləyaqətiylə,Ovdu qələmiylə düşmən gözünü. Çox mətləb qandırdı “Gülüstan”ıyla,“Muğam” muğamatı göyə qaldırdı.“Şəhidlər” – igidlik qəm dastanıylaQəlblərdə qələbə nuru yandırdı. Necə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ruhu Tanrıdan alıb insanın qidası muğam”

Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. * * * Ruhu Tanrıdan alıb insanın qidası muğam,*Dərdləri bölüşməyin ən asan çarası muğam. Bircə tar, bircə kaman səs salaraq tez yayılır,Füzuli məskəninin gah ağı, qarası muğam. Neçə il arxasında ürək dolu səslənməyən,Qarabağ qızlarının könlünün yarası muğam. Onu dinlədikcə bax, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Məclisin küncündə yeyən dostlarım”

Post Views: 24 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yenə də Səssizlik qərib dünyada,Halımı öyrənib, soruşan yoxdu.Bir vaxt şeirləri əzbər deyərdin,İndisə haqqımda danışan yoxdu. Deyirlər həssaslıq bir fəlsəfədi,Bürclərin içində Əqrəb bürcündə.Məsləhət verməyə hazır olanlar,Qaçıb gizləniblər bir ev küncündə. Qəzetdə şeirim dərc olan günü,Hərəsi bir tərif deyib, qalırdı.İnciyib, küsdüyüm hər …