Post Views: 31 Qumlu sahilin üstüyləisti sürünür,heysiz dənizin köksündəqayıq görünür. Bir cansız yelkən sllanıb,dor ağacından,elə bil külək asılıb,dar ağacından… 1985 *Bu şeir Xalq şair Vaqif Səmədoğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından …
Avqust 18, 2021
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qəriblik”
Post Views: 34 Sən yatırdın… yuxudaydın hələ səm,Kim qıayrdı gedib vaxtsız oyada.Yer kürəmiz fırlanmırdı, deyəsən,zaman bir az ləngiyirdi dünyada. Qanadımı mən üstünə gərirdim,alışırdım gizli-gizli bu oda.Mən ilk dəfə qəribliyi görürdüm,səndən ayrı,amma sənin yanında. *Bu şeir Xalq şairi Nəriman Həsənzadənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …
Xalq şairi Süleyman RÜSTƏM.”UĞURLU YOLDAYAM MƏN”
Post Views: 35 UĞURLU YOLDAYAM MƏN Sürətlə getməsəm də, yenə də yoldayam mən,Yerimdə saysam əgər, mənə nə deyər vətən.Desin görək bu yolda kim məni yorğun görüb?Ömrüm bahar, yaz görüb, qar görüb, çovğun görüb.Vətənimin adından, millətimin adından,dövlətimin adındanYaşıl gözlüklülərin gözlərini ovduğum,Yaşıl qələmliləri gülşənlərdən qovduğumÇıxmayıbdır yadımdan,Çıxmayacaq heç zaman.Qırmızı gözlüyümlə baxıb nələr görürəm,Nə səhnələrgörürəm.Tapdıqca fürsət yenəTəəssüf, min təəssüf, …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”ŞƏKİ”
Post Views: 42 ŞƏKİ “Özünüz şəkili olduğunuz halda, hələŞəkiyə bir şeir həsr etməmisiniz “.Bir məktubdan Bir nəğmə qoşmadım hələ mən sənə,Dağlar bunu mənə kəsir sanmasın.Mən dedim, vurğunam Azərbaycana,Deyirəm, heç zaman xırdalanmasınKönlümdən ucalan bu avaz, bu səs.Böyükdür, ucadır məsləkim mənim.Bala anasına “sevirəm” deməz,Mən də deməmişəm, a Şəkim, mənim. Sən öz keçmişini daim qorudun,Babamın şöhrəti yaşayır səndə.Bu …
Xalq şairi QABİL.”Alışıb-yanma”
Post Views: 31 Qədir bilməyənlərinQulluğunda daaynma.Sonra da peşman-peşmanAlışıb-yanma! *Bu şeir Xalq şairi Qabilin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur