Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 9 of 9 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BİLİN,”ƏRMƏN DAĞLARIDI” O DAĞLAR…”

Post Views: 60 O obalar Vətnimin Qərbidir,viran qaldı nə bağcalar,nə bağlar!!yerlər var ki,”Ağrı” qədər qəlbidir,bilin,”Ərmən dağlarıdır” o Dağlar! Bəxtimizə didərginlik yazıldı,aramızda dərin yarğan qazıldı,qaraldılmış çıraqlarda sızıltı–qarı düşmən dağlarıdı o dağlar. Rahat olmaz həsrətinnən ölənlər,unutmadı körpəikən gələnlər,laylalarla anlatsınlar gəlinlər:“Azərbaycan dağlarıdı o Dağlar!!” O başında Ələsgərin məzarı,bu tərəfdə Qazax ilə hasarı,Dərələyəz–gülüstanı,gülzarı,indi görsən–tikanlar da od ağlar! İç-içəydi Dərələyəz–Şərurla,boy …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ÇƏTİN ADAM”…

Post Views: 46 Zəkalı nələrsə şeirimdən duyub,soruşub-“Nəçiyəm,kimə simsaram?”,imanlı-haqqımı ortaya qoyub,söyləyib-“”Bununçün “Çətin adamam””. Alqışlar dilinə düz danışanın,nə satqın,nə də ki,qumarda varam,içində çırpınıb yaşantıların,fırlar bağlamışam-“Çətin adamam”. Uşaqnan uşağam,böyüknən-böyük,gözümün düşməni–binəva, nadan!oğruynan,quldurnan olsaydım şərik,“Yuxarı” çatmazdı–“Çətin adamam!”. O qədər simasız insan görmüşəm;zəhərli-ilantək,sümsük-it kimi!Tanrı varlığını dərk eləməyən,nə cür başa düşüb- “Çətinliyimi”?! Əsil şairlər də Peyğəmbər kimi,millətin dərdinə ürək yandırar,Peyğəmbər–insana Tanrı sözünü,Şairlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.””Haçansa”…”

Post Views: 34 Haçansa sınacaq bu yaşıl çinar,Haçansa son dəfə yarpaq salacaq,Haçansa bu kövrək, şirin arzular“Əlvida” dediyim qonaq olacaq. Haçansa , a mənim əbədi durnam,Sən də həyatımı tərk edəcəksən,Ya özün, ya da ki, bir tapşırıqnanMənə “Can !” deməyi tərgidəcəksən. Haçansa , amma ki, bir gün olacaq,Ürək dəli kimi bağıracaqdı,Səni, həsrətindən soyuyan ocaq,Külünü atmağa çağıracaqdı. Haçansa …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ANALI YETİMLƏR”

Post Views: 29 Bəstəkarı Ramiz Mirişliİfaçı Azər Zeynallı Qulağa qurğuşun,sizlərdən uzaq;bu körpə yollardan çəkməz gözünü,gah için çəkərək,gah udqunaraqbaldan şirin deyər Ana sözünü. Hardasan,qeyb olmuş qəlbi daş kimi?-körpən hər kölgəyə,səsə aldanır,“Uşaq evlərində” südlü aş kimilaylalar hər kəsə eyni paylanır. Qapısı bağlanar çox səadətin,insan öz bəxtinə ağılar deyər,“Körpələr evində” –analı yetim,anası ölmüşə qibtə eləyər! Silməklə qurumaz bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ALARLAR…”

Post Views: 37 Aşkın bazarında canlar satılır,satıram canımı-alanı olmur…MÖVLANƏ Mövlam,beh-bazara bələdəm mən də,desən: “Can şöhrətdi,şandı!”–alarlar,bazarla canını ismət gedəndə,görsələr-imanın yandı–alarlar. Dünya çox dyişib–bəlkə bilmisən?səsin var içimdə–bəlkə gəlmisən?nədir şair canı hürə bilməsən?hürsək,deyərlər: “Bax,qandı!!”–alarlar. Dersən: “Nə məclisdir bu vurhavurda,millət nə haldadır,sən nə tavırda!?”boş ver…şairlərdir,Şah Sarayında–məthə ad,mükafat,sandı–alarlar. Hələ bu ölkədə qızğın ziyadə,!çox adam boş qoyub ağzın ziyadə,qururğan,bərkgedən,azğın ziyadə!!qızsa da,köpüyün,sondu,alarlar! …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycanlı yazıçı Eyvaz ZEYNALOV.”İlan balası” (Hekayə)

Post Views: 23 Ermənilər xəyanət nəticəsində ələ keçirdikləri şəhəri neçə gündü dağıdır, yandırır, daşını, dəmirini, təpili-tıxalı evlərini, var-dövlətini talan edib, maşın karvanları ilə Ermənistana daşıyırdılar. Həm də yaman tələsirdilər. Çox duruş gətirəcəklərinə inanmırdılar. Əslində, Qarabağın bu dilbər guşəsinə ayaq basa bildiklərinə bir möcüzə, yuxu kimi baxırdılar. Ermənilər bir zaman Ağdamın elə təkcə adını eşidəndə zağ-zağ …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycanlı yazıçı Eyvaz ZEYNALOV.”Qiyaslı gilası” (Hekayə)

Post Views: 29 Anam xəstələnmişdi. Neçə gündü Ağdam, doğulub boya-başa çatdığı, ömrünün çoxunu yaşadığı Qiyaslı kəndi dilindən düşmürdü. Hər gecə yuxusunda kəndimizi, bağ-bağatlı həyət-bacamızı gördüyünü söyləyirdi. Sonra bütün günü havalı kimi öz-özüynən danışırdı: “Vallah, necə qoyub gəlmişəmsə, hamısı yerindədi. Erməni adam deyil? Axı niyə dağıtmalıdı? Bayquş xarabalıq sevər. Yesin-içsin, yaşasın də bəy kefində. Dədəsi-babası görmədiyi …

Azərbaycan ədəbiyyatı

Əli Rza XƏLƏFLİ.”Yandırar”

Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Deyirdin bu dünya cəfasızdır bəs,İşrətsiz bir aləm səfasızdır bəs…Könlümtək qalmısan tənha, kimsəsiz,Bilmirdin bu dünya vəfasızdır bəs… Əməlində düz olanı,Düzü yandırar-yandırar.Sevgisində köz olanı,Közü yandırar, yandırar. Bu dünyanın tərs üzü var,Zülmət olan gündüzü var.Hər kimin ki, bir üzü var,Üzü yandırar, …

Azərbaycan ədəbiyyatı

Əli Rza XƏLƏFLİ.”Vamiq tar çalırdı” (poema-etüd)

Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Xalq artisti Vamiq MəmmədəliyevəVamiq tar çalırdı… dərdli simlərdəAğrı alovlanır, əzab yanırdı.Xəyal səhrasında yanan qəmlərdə Bir eşqin karvanı sıralanırdı.Mizrab tutan əllər pərdələr üstə,Məcnundu – səhrada Leyli soraqlar.Ruhum can quşudur uçub ahəstə, Tale kitabımı açar, varaqlar.Simlərdən od qalxır, vulkan püskürür,İnsan …