Sən yatırdın… yuxudaydın hələ səm,
Kim qıayrdı gedib vaxtsız oyada.
Yer kürəmiz fırlanmırdı, deyəsən,
zaman bir az ləngiyirdi dünyada.
Qanadımı mən üstünə gərirdim,
alışırdım gizli-gizli bu oda.
Mən ilk dəfə qəribliyi görürdüm,
səndən ayrı,
amma sənin yanında.
*Bu şeir Xalq şairi Nəriman Həsənzadənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur