Qumlu sahilin üstüylə
isti sürünür,
heysiz dənizin köksündə
qayıq görünür.
Bir cansız yelkən sllanıb,
dor ağacından,
elə bil külək asılıb,
dar ağacından…
1985
*Bu şeir Xalq şair Vaqif Səmədoğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur