Post Views: 81 Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey …
Aprel 24, 2022
Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)
Post Views: 146 Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. …
Xalq yazıçısı İsa HÜSYEYNOV (MUĞANNA).”Zəhər”
Post Views: 975 Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz …
Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi”
Post Views: 148 Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi …
Xalq yazıçısı İlyas ƏFƏNDİYEV. “Şəhərdən gələn ovçu”
Post Views: 199 (ixtisarla) Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər. Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman …
Professor Mir Cəlal PAŞAYEV.”Bahar”
Post Views: 607 (“Bir gəncin manifesti” əsərindən) Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən… Razısanmı? …
Xalq yazıçısı Bayram BAYRAMOV .”İki bala”
Post Views: 274 Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı. Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu. Nənəm …
Xalq yazıçısı Ənvər MƏMMƏDXANLI.”Qızıl qönçələr”
Post Views: 475 Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir. Axır …