Post Views: 34 25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və …
Aprel 25, 2022
Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ.”Zeybək qızı”
Post Views: 340 Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili …
Abdulla ŞAİQ.”Qızıl it”
Post Views: 55 Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. …
Abdulla ŞAİQ.”Anabacı”
Post Views: 612 Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq: – Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi. Bu …
Xalq yazıçısı Süleyman RƏHİMOV.”Qara torpaq və sarı qızıl”
Post Views: 280 Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl …
Görkəmli yazıçı Eyvaz ZEYNALOV ilə görüş
Post Views: 48
Yazıçı Eyvaz ZEYNALOV.”Oğru”
Post Views: 44 Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı. Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş …
Xalq yazıçısı Sabir ƏHMƏDLİ.”Dərs”
Post Views: 232 Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər. İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin …
Xalq yazıçısı Qılman İLKİN.”İntiqam”
Post Views: 1. 534 Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? – fikirləşdi, …