Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 46 of 46 NƏTİCƏLƏR
Mədəniyyət

Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb

Post Views: 44 Azərbaycan Yazıçılar Birliyi Rəhbərliyinin 25 aprel 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, gənc yazarlar üçün verilən birillik Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2007-ci il tarixli “Yaşlı …

Mədəniyyət

Tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb

Post Views: 34 25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və …

Azərbaycan ədəbiyyatı

Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ.”Zeybək qızı”

Post Views: 338 Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili …

Azərbaycan ədəbiyyatı

Abdulla ŞAİQ.”Qızıl it”

Post Views: 55 Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. …

Azərbaycan ədəbiyyatı

Abdulla ŞAİQ.”Anabacı”

Post Views: 612 Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq: – Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi. Bu …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Süleyman RƏHİMOV.”Qara torpaq və sarı qızıl”

Post Views: 280 Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz ZEYNALOV.”Oğru”

Post Views: 43 Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı. Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Sabir ƏHMƏDLİ.”Dərs”

Post Views: 232 Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər. İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Qılman İLKİN.”İntiqam”

Post Views: 1. 533 Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? – fikirləşdi, …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)

Post Views: 81 Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

Post Views: 146 Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İsa HÜSYEYNOV (MUĞANNA).”Zəhər”

Post Views: 975 Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi”

Post Views: 148 Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İlyas ƏFƏNDİYEV. “Şəhərdən gələn ovçu”

Post Views: 199 (ixtisarla) Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər. Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman …

Azərbaycan ədəbiyyatı

Professor Mir Cəlal PAŞAYEV.”Bahar”

Post Views: 607 (“Bir gəncin manifesti” əsərindən) Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən… Razısanmı? …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Bayram BAYRAMOV .”İki bala”

Post Views: 274 Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı. Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu. Nənəm …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Ənvər MƏMMƏDXANLI.”Qızıl qönçələr”

Post Views: 475 Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir. Axır …

Azərbaycan Prezidenti

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 54 Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna …

Publisistika

Ədalət RƏSULOVA.”Didərgin şairin Vətən nisgili”

Post Views: 56 Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında  özünəməxsus  yeri  olmuşdur.      Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Təki sağlıq olsun!”

Post Views: 53 Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, …

"Yeni nəşrlər"

Rahid Uluselin kitabı bir neçə ölkədən sonra Almaniyada çap olunub

Post Views: 37 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çap edilib. “Qanun” nəşriyyatının buraxdığı “Çağlar. Düşünərliyin Zaman Qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – …

Mədəniyyət

Ədəbiyyat İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər

Post Views: 35 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad edilən doğma Şuşa …

"Yeni nəşrlər"

TAİM-dən yeni nəşr:”Metodika və Pedaqogika” kitabı artıq satışda

Post Views: 179 Yeni proqram əsasında Kurikulum vəsaiti artıq satışda!Vəsait MİQ və Sertifikasiya imtahanı üçün metodika ve pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır. Vəsait müəllim, tələbə, metodist, təhsil işçiləri və valideynlərə tövsiyə olunur. İşıq üzü görən vəsaitdə bütün yeni və əlavə olunmuş mövzular öz əksini tapıb. Yeni proqram əsasında hazırlanmış vəsait: …

"Yeni nəşrlər"

Gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq

Post Views: 81 Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi-3″ün müdavimi, istedadlı gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır. …

"Yeni nəşrlər"

“Gəncliyin sözü” kitabı nəşr olundu-DGTYB-dən yeni kitab

Post Views: 39 Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin səsi” adlı kitab nəşr olunub.  Birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti …

"Yeni nəşrlər"

Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb

Post Views: 44 Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb. Ölkəmizdə və xaricdə daha çox şair kimi tanınsa da, bu kitabda qələmə aldığı və təqdim edəcəyi “100 həyat hekayəsi” silsiləsindən 12 hekayə yer alıb. Doğrudur, onu 13 kitabdan 10-u nəsr olan yazıçı kimi də tanıyırsınız, lakin bu kitab digərlərindən fərqli …

Ana səhifə

Qəmər SÖZAY.”Ümidsiz”

Post Views: 47 Nə vaxtdır ki,ümidsiz,gümansızam sabaha,Arzuların canına məndən əsər qalmayıb.Allahın ümidinə yaşayıram hələ də,Bu kor qalmış bəxtimin gözləri açılmayıb. Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim,Hicran hələ zövq alır həsrətinin dadından.Xəyalının kölgəsi kəsir başım üstünü,Ümidsizəm ümidsiz o sevdiyin qadından. O sevdiyin qadının kədər qırıb belini,O yuxa ürəyi də Çin Səddinə bürünüb.O sevdiyin qadının buraxandan əlini,İşıqlı …

"Kümbet" dergisi

KÜMBET DERGİSİ 17. YILINDA 57. SAYISI İLE YAYINDA

Post Views: 75 EDİTÖRDEN Değerli kültür-sanat dostları; 2022 yılında 57. sayımızla sizlerle birlikteyiz. 1999 yılından itibaren sizlerin büyük ilgi ve desteğiyle bugünlere ulaşan KÜMBET Dergisini, Kültür ve Turizm Bakanlığı bu yıl da Süreli Yayınlar aboneliğine kabul etmiştir. Bu sayımızda derginin kapağında da görüldüğü gibi Nevruz Dosyalarına ağırlık verdik. Çünkü Nevruz Türk dünyasında en önemli kutlamalardan …

"Kümbet" dergisi

KONGRE İLANI

Post Views: 53 Tokat Şairler ve Yazarlar Derneği’nin olağan kongresi 17 Nisan 2022 Pazar günü, saat: 16.00’da Tokat Bey Sokağı’nda bulunan Osman Paşa Konağı’nda yapılacaktır. Çoğunluk sağlanamadığı takdirde aynı yer ve saatte 24 Nisan Pazar günü gerçekleştirilecektir.  GÜNDEM: 1. Açılış ve yoklama 2. Divan kurulunun teşekkülü 3. 2021-2022 yıllarına ait Yönetim Kurulu Faaliyet Raporunun okunması …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa NƏBİOĞLUnun məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu “Elə Türkün ruhuyam” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Ədəbiyyatşünas Ədalət Rəsulovanın məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 52 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas  Ədalət xanım Rəsulovanın “Yusif Vəzir Çəmənzəminlinin hekayələrində mənfiliklərin ifşası” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı yazıçı Tural Sahabın hekayəsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 44 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı yazıçısı Tural Sahabın “İnsanıstan” adlı hekayəsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 …