Post Views: 45 Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram. Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli …
Mart 2022
21 Mart-Novruz bayramıdı!
Post Views: 36 Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox …
22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
Post Views: 35 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …
22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
Post Views: 29 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü. Mündəricat Həyatı[redaktə | mənbəni redaktə et] Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu …
21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Post Views: 24 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …
Kənan AYDINOĞLU.”Yaman darıxıram dostlar üçün mən!”
Post Views: 28 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ey Tanrı, dörd divar qılıncmı çəkir?!Yaman darıxıram dostlar üçün mən!Könlümün qübarı-nisgilim mənim,Yaman darıxıram dostlar üçün mən! Hər günüm-bir şeir, hər sözüm-kitab,Həsrət çəkməyin də özü bir-əzab,Yazılar əməllər: günah və savab,Yaman darıxıram dostlar üçün mən! Qızıl payızda mən xəzəl görmüşəm,Segah üstə-muğam, …
Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib
Post Views: 61 Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir. …
Şair-publsist Rafiq ODAY.”AD GÜNÜ VAR BÖYÜK ŞAİR”
Post Views: 42 Dəyərli dostumuz Sabir Yusifoğlunun ad gününə təbrik əvəzi İki qəlb birləşdimi?! –Sonunda ad günü var.Gah sevinc, gah da kədərdonunda ad günü var. O, baxan gözəlin də,Qisməti öz əlində.Hər günün əzəlində,sonunda ad günü var. Dövrəsini fövr alın,Deməyin nə tövr, – alın!Unutmayın, fevralınonunda ad günü var. Qumral quzunu kəsin,Kim yemir, qoy yeməsin.Keçirmirəm deməsin, –Qanunda …
Şair-publsist Rafiq ODAY.”KEŞİK ÇƏKİR”
Post Views: 40 Qucaq açdi gülə sinəm,Bəlkə bir az gülə sinəm.Gözlərimin giləsinəBir damla yaş keşik çəkir. Həyadan yana tər sinə,Üz qızara, tər isinə.Yaxşı ki, deyil tərsinə, –Ayağa baş keşik çəkir. Üzdü xəyanət canımı,Yurda əmanət canımı.Namərd kəsdirib yanımı,Əlində daş keşik çəkir. Alsa ruhunu dərd ələ,Budur ən böyük dərd elə,Olub bir sürü dərd ilə,Bağrım badaş, keşik çəkir. …
Şair-publsist Rafiq ODAY.”ONDAN İRƏLİ” (TƏCNİS)
Post Views: 47 (Təcnis) Mənim ağ günümün qarası narda,Ağın kölgəsində qara sınar da.Axtarsan üzünün qarasın arda, –Görərsən namus var ondan irəli. Sevdinsə, nəfsini gözlə, mələyim,Dilim söz tutmasa, gözlə mələyim.Düzgün ələməsə gözləm ələyim*, –Doqquz özün salar ondan irəli. Üzünə açıqdı yol ər KANında, – Sal sinəm üstündən yol, ərk anında. Kim dürüst olarsa yol-ərkanında, – O, …
Şair-publsist Rafiq ODAY.”BAŞDAŞI DAŞLAR”
Post Views: 40 Başların dəlilik havası bitməz,Daşların kəntöyü, yavası bitməz,Boş başla bərk daşın davası bitməz,Daş başı daşlayar, baş daşı daşlar. Dan üzü ağlasan, qürub ağlasan,Yalandan min dəstgah qurub ağlasan,Məzarın başında durub ağlasan,Qayıdıb adamı başdaşı daşlar. Ataya, anaya toy tutan adam,Özünü məzluma tay tutan adam,Saxta vay-şivəndən bir utan, adam,Çiynində ağıllı baş daşı, daşlar… Sənə də pay …
Şair-publsist Rafiq ODAY.”BƏŞƏRİYYƏTİN ƏN BÖYÜK MÖCÜZƏSİ”
Post Views: 37 Bayramınız mübarək, əziz və dəyərli xanımlar, dostlar, doğmalar. Hər birinizə sağlam can, problemsiz ömür-gün, sevinc və səadət dolu illər arzulayıram. Xilas edər bəşəriyyətiən qorxunc bəlalardan,Dünyanı ən böyükmüsibətlərə sürüklər.Alovu bir anda ram edər,Yanar odu körüklər.Sevincindən ənginliklərgöy qurşağına dönüşər,Qəzəbindən iki qara bulud,İki qara qoça dönübbir-biri ilə döyüşər.Güləndə düzü-dünya,çiçək açar,Ağlayanda yer üzüNuhun tufanına dönər,Hərdən sevgisi …
Bənövşə MAHMUDQIZI.” Getmək “
Post Views: 39 Mən səndən getdim…Elə səndən də getdim…Bir, iki, üç…Nə deyim vallah, az getməmişəm.Az üzməmişəm.Az üzülməmişəm…Hə, sevmişəm.Səni başqa biri gələnə qədər,səni də digəri gələnə qədər…Nə gözləyirdin?Təksən mi?Müqəddəssən mi?Yox, əzizim, yox!Bu dünyada əvəzedilməz kimsə yox!Bilirsən, qəribə olan nədir?Səndən sonra gələn əsl sevgidir.Yəni mən belə sanmışdım…Hə, aldanmışdım…Heç vaxt aldanmayan mən…Sındırdım bu sehri…Bilirsənmi necə?Dünyada çox yaxşı aktyorlar …
Bənövşə MAHMUDQIZI.”Biri gerçək, biri çiçək “
Post Views: 33 İki çiçək;İki göyçək;Biri ləçək,Biri gerçək.Biri xəyal,Biri insan.Biri duyğu,Biri sevgi.Biri kədər,Biri dərd,Nə qədər fərq,Nə qədər fərq…
Bənövşə MAHMUDQIZI.”Öldürməyin, Öldürməyim!”
Post Views: 34 Mənə qırılmaq deməyin.Həyat davam etdikcə,Zaman axıb getdikcə,Mən də davam edirəm.Yəni axıb gedirəm…Sevmək də, sevilmək dəƏlbəttə ki, haqqımdır.Di gəl ki, təkliyiməMən elə öyrəşmişəm…Qorxuram ki, tək ikənXoşbəxt olduğum qədərCüt ikən ola bilmərəm birdən.Mənə qırılmaq deməyin,Sanki qarğış edirsiz.Paramparça adamınGöz yaşı yağışlarıDərgaha çatmayanhayqırışlarıEşidirsənmi?Arzularım var mənim!Hanı bəs ümidlərim?Ruhum yorğun,Canım xəstəŞeir yaz, mahnı bəstəNə xeyri var?Dünya mənə gəlirsə …
Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 50 Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili …
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 39 Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa …
Azərbaycanlı şair-publisist Rafiq Odayın şeiri “Hece Taşları” dərgisində dərc olunub
Post Views: 34 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Düşür” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət …
Azərbaycanlı şairə Şəfa Vəliyevanın şeiri “Hece Taşları” dərgisində dərc olunub
Post Views: 42 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının sabiq Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece …
Kənan Aydınoğlunun şeiri “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb
Post Views: 73 Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.Müxtəlif yaş qrupuna məxsus şair və yazıçıların əsərlərinin yer aldığı topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun da “ALLAHın dərgahında Şəhidin öz yeri var!”, “Qarabağ AZƏRBAYCANDIR!”, “Qarabağ bayatıları” şeirləri yer alıb.Qeyd edək ki, …
2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış – Gülnar SƏMA
Post Views: 69 10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” …
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
Post Views: 34 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının növbəti (№2, 2021) sayı nəşr olunub. Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa …
Gülnar SƏMA.”Xocalı soyqırımı poemalarımızda”
Post Views: 44 Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə …
14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Post Views: 39 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …
12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
Post Views: 47 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı Süleyman Rüstəm 1906-cı …
12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
Post Views: 36 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …
10 Mart – Milli Teatr Günüdür
Post Views: 43 AZƏRTAC 10 Mart – Milli Teatr Günüdür 10.03.2022 [09:00]MƏDƏNİYYƏT Bu gün milli teatrımız 149 illiyini qeyd edir Bakı, 10 mart, AZƏRTAC Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli …
“ƏLƏSGƏR ÇAĞIRDIM, ƏLƏSGƏR DEDİM”
Post Views: 47 Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən nəşrə hazırlanan və Alik Zahid oğlu Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər …