Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 29 of 29 NƏTİCƏLƏR
Mədəniyyət

Bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 112 il ötür

Post Views: 31 Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, …

Mədəniyyət

Bu gün Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür

Post Views: 64 Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür. AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin ədəbi irs qoyub. Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha …

Azərbaycan Prezidenti

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 55 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq …

Müsahibə

Gözəllik və sağlamlıq: Bir arada addımlayan iki dəyər

Post Views: 54 Gözəllik… Bu söz hər birimizin qəlbində xüsusi bir yer tutur. Yaşından asılı olmayaraq, hər kəs gözəl olmaq, gözəl görünmək istəyir. Müasir kosmetologiya bu istəyimizi gerçəkləşdirmək üçün bizə sonsuz imkanlar təqdim edir. Lakin bu imkanlardan düzgün istifadə etmək, ən son trendləri bilmək və özünə uyğun olanı seçmək çox vacibdir.Tanınmış kosmetoloq Dilruba Sətyarlı ilə …

Publisistika

Xocalı :Dirçəliş Simfoniyası

Post Views: 80 Günəş, yenidən Xocalının üzərinə şəfəq saçır, lakin bu dəfəki doğuş, 30 il əvvəlki zülmət gecənin əksinə olaraq, ümidin, qələbənin, oyanışın rəmzi kimi parlayır. Şəhərin xarabalıqları arasında Azərbaycan bayrağı, sanki bu oyanışın canlı şahidi kimi, fəxrlə dalğalanır. Bu bayraq, hər bir azərbaycanlının qəlbindəki yaraların sağalmasının, ədalətin təntənəsinin simvolu, eyni zamanda zamanın səssiz lakin …

Mədəniyyət

Bu gün Su çərşənbəsidir

Post Views: 90 Baharın ilk müjdəçisi olan Su çərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir Bakı, 25 fevral, Gülay Nəzərova, AZƏRTAC Ta qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıb, təbiətin canlanmasını qeyd edib. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, …

Mədəniyyət

Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

Post Views: 47 Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində …

Mədəniyyət

Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir

Post Views: 34 Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb. Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli …

Mədəniyyət

Bu gün Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur

Post Views: 70 Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017),[1] “İlin şairi” makafatı laureatı (2010), “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan …

Mədəniyyət

Bu gün Əlağa Vahidin anadan olmasından 130 il ötür

Post Views: 45 Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində …

Mədəniyyət

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

Post Views: 54 Görkəmli Azərbaycan şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir. Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlı AZƏRTAC-a bildirib ki, fevralın 21-də TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək. Tədbirin …

Mədəniyyət

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Post Views: 48 Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə …

Azərbaycan Prezidenti

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 55 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar …

Azərbaycan Prezidenti

R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 55 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə …

Azərbaycan Prezidenti

Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 48 2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin …

Mədəniyyət

ABC Academiy-nin həmtəsisçisi Aqil Əliyevi doğum günü münasibətilə təbrik edirik! (13 fevral 1988-ci il)

Post Views: 46 Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir! Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və …

Mədəniyyət

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Post Views: 43 Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq tələb edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun yaradıcılığı olduqca səciyyəvidir. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür. Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar …

Mədəniyyət

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Post Views: 38 O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qaldı. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İslam Səfərlinin anadan …

Mədəniyyət

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Post Views: 40 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış simalarının əsərlərini, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri reallaşdırırlar. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabı türk …

Azərbaycan ədəbiyyatı

Fatimə Azad – Bir film izləyirdik, sən isə məni…

Post Views: 53 Əlimi əlinə alıb əyləşdin, Əlindən od aldı soyuq ürəyim, Deyirsən: — “rahatsan”, amma bilsən ki, Az qalır köksümdən qopa ürəyim. Biz film izləyirdik, mən isə səni… Bir film izləyirdik, sən isə məni… Qəlbimdə bahar var, çöldə qış boran, Zal dolu, qaranlıq, işıqlı ekran, Bilirəm ağlından keçirdin sən də Zamanı dondura bilsəydik o …

Azərbaycan ədəbiyyatı

ÇilənAy Nur Faiq – Şeirlər

Post Views: 45 Bəyaz sətirlər Bəzən sevgim ilə cavanlaşırsan. Bəzən kədərimlə tək savaşırsan. Görürəm sən mənə çox yaraşırsan, Qəlbimin sahibi, bəyaz sətirlər. Tənhalıq səninlə ordu kimidi. Sən mənə yüz dostdan daha gərəksən! Acanda dünyanın  xoşbəxtliyinə. Yediyim ən dadlı şirin çörəksən! Sevgilim Belə yadlaşmayaq bir-birimizə. Gəzək küçələri, gəzək tinləri. Şahidi eyləyək daşı, divarı Sevgi misrasının ilıq …

Azərbaycan ədəbiyyatı

Firuzə Quliyevadan yeni şeir

Post Views: 59 İki qaşının arasındakı məsafənin Qırışları bağlayır gecə ilə gündüzü. İki heca söz qalır dillərdə dastan… İlahi! Görəsən düşünürmü məni. Dəsmalındakı həsrət baharının Ürəyimdə damğa izi var. Çəpərlərini çeynəyib qaçmır mənzilinə  Dilsiz quyunu ev bilirmiş özünə. Bağçam fırtına xəncəri ilə boyalı Küllərindən doğulan kədər dəmindədir. İç! Qansız şərabını sorğusuz. Ləzzətlə mənim sağlığıma iç! …

Mədəniyyət

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Post Views: 36 Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, Cəlil Məmmədquluzadə realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk …

Mədəniyyət

Səsi ilə könüllərdə iz qoyan sənətkar – Şövkət Ələkbərova

Post Views: 45 Elə səslər var ki, zaman keçsə də unudulmur, əksinə, daha da dəyər qazanır. Şövkət Ələkbərovanın səsi də elə həmin səslərdəndir – könülləri titrədən, hər notunda Azərbaycan musiqisinin ruhunu daşıyan bir xəzinədir. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın vəfatından 32 il ötür. Bənzərsiz ifaları ilə könülləri fəth edən …

Mədəniyyət

Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Post Views: 43 Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli …

Mədəniyyət

Bu gün Xalq artisti Əlibaba Məmmədovun anadan olmasının 95-ci ildönümü tamam olur

Post Views: 52 Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Əlibaba Məmmədovun doğum günüdür. AZƏRTAC xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovun xatirəsi xalqımız tərəfindən böyük hörmətlə anılır. Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində …

Azərbaycan Prezidenti

Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 49 Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. …

Azərbaycan Prezidenti

P.Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 48 P.Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti …

Azərbaycan Prezidenti

2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 53 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi …