Xəyalə SEVİL.”Ara-sıra yadıma da düşürsən”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Ara-sıra yadıma da düşürsən,
Ara-sıra darıxıram da sənsiz.
Əvvəliydi, yarısıydı, sonuydu,
Harasından qayıtmışdıq yolu biz?

Hər şey eyni- bilmədinsə, bilmə heç,
Düzəldirəm dağıtdığın düzəni.
Belə asan, belə sadə, belə tez
Nə bilmişdin, unudarammı səni?

Ara-sıra gülürəm sözlərinə,
Telefonda səsin qalıb, silmirəm…
Ara-sıra düşürəmmi yadına?
Məni necə unudursan, bilmirəm.