Həyat ŞƏMİ.”SƏNİ İLK GÖRDÜYÜM YER”

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü

Səni ilk gördüyüm bir Yer vardı,
Öz oxu ətrafında fırlanan,
Yaydan çıxan oxunu
İndi ürəyimdə gəzdirirəm.

Səni ilk gördüyüm bir yer vardı,
İşığı işıq deyildi ki, nur idi,
İndi o nuru balıq gözlərimdə
gecə-gündüz üzdürürəm.

Səni ilk gördüyüm bir səs vardı –
heç kimdə tapammıram…
O səsin gözündən keçirib
qulaqlarıma sırğa asdım busəni.

Səni ilk gördüyüm bir din vardı-
İmanı sən,
Peyğəmbəri sən.

Səni ilk gördüyüm bir gün vardı-
Gün çox dar idi, çox dar,
Darıxdım…

Mənbə: https://azerbaycan.media/