Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”2 aprel gününə”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

2 aprel gününə,
Göy də matəm saxlıyır.
Dünəndən dolub gözü,
İçin-için ağlıyır…..

Ağla millətim, ağla,
Yurdun qana boyanlb.
Amma bir az sevin ki,
Qeyrətimiz oyanıb.

Sən də qarşıla Vətən,
Yenə şəhidin gəlir.
Xidmətin vurub başa,
Şəhid… igidin gəlir.

Gözaydınlığı verin,
Hər şəhid atasına.
Analar ağı desin ,
Şəhidlik butasına..

Dəvətnamələr yazın
2 aprel gününə.
Subay şəhidlərimin
Bu günkü toy düynünə.

Uğurunda öldüyü,
Torpağından ev verin.
Bəy libaslı bayrağı
Gözləri üstdə sərin.

Şəhid Qarabağımız
Allah, nağıla döndü.
Hər daşı, hər qayası,
Şəhid oğula döndü.