
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.
* * *
Dəyərlər salındı ayaq altına,
Ağla gəlməyəni dilə saldılar.
Tarixi yaradan dahini belə,
Cahillər lağ edib ələ saldılar.
Sısqadan,damladan sel düzəltdilər,
Süni günəş,süni yel düzəltdilər.
Cımcır qarışqadan fil düzəltdilər.
Yazıq fili gözdən belə saldılar.
Vurub sinəsinə mən- mən deyənlər,
Quru sözdən başqa de,nə bilərlər?
Dünəni dünəndə qətl eləyənlər,
Sabahın boynuna tələ saldılar
* * *
Dövranın kələfi yaman düyündü,
Cahil aqillərə dindən danışır.
İlahi, bu necə hikmətdi, matam,
Səni dərk etməyən səndən danışır.
Küləklər cənuba tələsir,əsir
Arazın üstündə yel əsir,əsir.
Təbrizdə bir gözəl gül əsir- əsir,
İlahi,əsirdir bəndən, danışır.
Ey qarışıq mallar dükanı dünya,
Burax əllərindən sükanı, dünya!
Zaman gözləməyir məkanı dünya,
Ayrılıq yuxusun mən- mən danışır.