198978_130040980400368_2795681_n

* * *

Qəlbimə süzülmüsən
Gözlərimə dirənən əksinlə
Sevimli röyam olmusan…
Damla – damla qanıma işləmisən…
Mən olmusan…
“Mən”də yenilənib
bir yeni “sən” olmuşam…
Səndən ayrı
xəyalınla
baş – başayıq…
Gecə – gündüz
Dincliyimi məndən alan,
Məni sevən
Məni üzən
ayrılığın qollarında
Saman çöpünə döndü
Özü zalım
Xoş xəyalın–
Həmdəm olub, həmdərd olub
Sirdaşımdı,
sədaqətli ömür yarım…
Baş – başayıq…
Səndən sadiq xatirənlə
Illər ötür, ömür yarı
Kipriklərimdə
donmusan,
Baxışımın ucuna
Nəzərlərimə
Həkk olmusan…
Xatirə kimi
Yaddaş kimi
Unudulmaz…
Vaz keçilməz…

* * *

Sarı yarpaq, ağ çiçək
Çiçəklər ləçək – ləçək
Çiçəklər göyçək – göyçək
Sarı yarpaq ağ çiçək
Payız gəlib otağıma
Yarpaqlarla
Sarı – sarı xəzəl olub
Saçım üstə, köksüm üstə səpələnib.
Saplaq – saplaq
Sarı yarpaq otaıma dənlənib.
Payız gəlib
Qızıl olub ana torpaq
Qızıl olub hər ot, ağac
Saplaq – saplaq sarı yarpaq
Qızıl payız mənə qonaq.
İçim payız
Çölüm payız
Saralmaqdan kövrəkləşən saplaq kimi
Yumşaqlaşan iç mənimin
Yarı payız
Bəzəyi, naxışı payız.
Payız kimi düşüncəm də
Sarı, narınc, qızıl kimi
Payız kimi düşüncəm də
Kövrəkləşib, incələnib saplaq olub.
Qucağında bahar payız
Dənə – dənə telə dönən yaşıl payız
Ölə – ölə məcrasında yenidən dirilən payız
Düşüncəm, vüqarım kimi
Enməz- yenilməz payız…