198978_130040980400368_2795681_n

* * *

Sənə dəli dedilər
Sərsəm dedilər
Duyğulu dedilər
Qorxunc dedilər
Sərgərdan dedilər
Yorğun dedilər
İncidinmi bilmədik
Bilsək də heç dinmədik
Əziz dərviş küləklər!

Yalın ayaq
Çılpaq əyin
Başı açıq
Əlləri boş
Aram – aram
Qarış – qarış
Döngələri dönən küləklər
Ağsaqqal küləklər, müdrik küləklər.
Dünya seyrəngahın
Göylər məskənin
Dağlar ucalığın
Yer sükunətin
Çöllər azadlığın
Düz harayların
Üsyankar küləklər,
Qalib küləklər.
Qandalsız küləklər,
Məğrur küləklər.

* * *

Gözlərindən nur damır
Üzündə istək, sevgi
Ürəyin ovcumdaca
Dodağında hənirti

Eşqindən şərab süzüb
Necə də meyxoş olmuşam
Məhəbbətindən içib
Dəli, sərxoş olmuşam.

Sən ruhuma bayatı
Sən ruhuma laylasan
Yazılmamış əfsanə
Görülməmiş röyasan.