1797192_688422524534011_1035982214_n

Hansı qismə mənsub olursa olsunlar oğruluq,satqın,talan,rüşvət alanlar,qara –kirli sərvət sahibi olanları tək kəlimə ilə haram yeyənləri lənətləyirəm.Onların abad olmamaları,bərbad olmaları üçün dua edirəm!
Xalqın çoxluğuna mənsub bir müsəlman olaraq öz vətənimdə bir din,inanc,inandığım kimi yaşamaq,vicdan,düşüncə azadlığı olmasını istəyirəm.Ölkə içində milli və toplu bir uzlaşma və sülh olmasını bütün qəlbimlə təmənni edirəm.
Ölkəmdə ədalət, güvənlik görürəmdə.Fəzilət və hikmət,mədəniyyət görürəm.Təmizlik,şəffaflıq görürəm,insan hüquqlarına hörmət və bağlılıq görürəm.Bunlarsız həyata həyat demək olmaz,amma bu gün ölkəmdə bunlar varsa həyat var və biz deməkki yaşayırıq….
Bayraqları bayraq edən üstündəki qandır.
Nə üçün sipər qazdılar, nə üçün canlarını verdilər.Namusumuz dediyimiz qızlarımız,övladlarımız bu hala gəlsinlər deyəmi?! Pərişan olmuş bir vəziyyətdə vətən üçün,mücadilə edən qəhrəmanlarımız nə üçün şəhid oldular? Daxili düşmənlərimizin etdiyi propaqandalara inanaq deyəmi? Televizorda yayınlanan ar namus qalmayan verilişlərə övladlarımız baxıb pis təsirlənsinlər deyəmi? Məzarları belə olmayacaqlarını bəziləri bildikləri halda azadlıq uğrunda insanlarımız nə üçün canını verdi? O günlərdən bəri yenə də həmin azadlıq uğrunda mübarizə aparan millətimiz bu gün vətənimizə girib çıxan əxlaqsızlara tamaşa etsinlər deyəmi? Xeyr!
Biz vətənimizi sevirik,sevməyə də davam etməliyik.Vətən bizə nə etdi deyə deyil, biz vətən üçün nə etdik deməliyik.Bərəkətli torpaqları,dərələri,obaları zümrüd kimi bağları,sərin əsən rüzgarı ilə sevirəm vətənimi. Torpağımın bataqlığınıda, təndirdəki xəmirinidə,çiskin-çiskin yağan yağışıyla sevirəm vətənimi.Doğulduğum gün sevdalandığım ,mavi göy üzünü,gecələri ulduzunu,məni məndən qoparan həsrətini sevirəm vətənimin.Dörd bir yanında duman tütəyi ilə, bacalarını sevirəm vətənimin, torpağında alın tərini tökən insanı ilə , sehrli əllləri ilə qayaları yenidən sökən,bacarıqlı insanlarını sevirəm , dərələrini ,ərik ağaclarını hər baharda açan al-əlvan rəngli çiçəklərini ,əlimi qanadan böyürtkənini sevirəm.
Bu gün vətənimdən narazıyam deyən,bilki biz Nizami Gəncəvi, Xəqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, nəsiliyik.Bizim mədəniyyətimiz “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm edib.
Kİm səni incidir? Kim haqqını əlindən alır?Məgər getdiyin yolda qorxmadan addımlamırsanmı? Kim deyirki İreli deyilde geri addımla.Azad ölkəndə, rahat yaşamırsanmı?! Yaşayırsan.Niyə bəziləriniz fitnə fəsatsız,bəziləriniz nankorsunuz?…Azərbaycan sizindir,siz isə Azərbaycana məxsussunuz.Hər xalq öz liderinə layiqdir. Bizim də güclü liderimiz var və həmin liderki Azərbaycanın inkişafını daha da təmin edəcəkdir.Bizim İlhamla ireli şüarımız var və bu yolda dayanmadan addımlamalıyıq!
İdealımız Vətəndir!