Yol açıq,
getməyə nə var,
üzünə durub,
açılmaz bağlı qapılar…
Baxt-bağlı qapıdı,
gah düşər,gah düşməz
kilidinə əlindəki açar.
Ümid-tənha çiçək,
göz yaşında islanıb,
ürəyində bitəcək.
itəcək…yollarda
bir ömür,bir həyat…
Heyhat!
Mən də yaşadım deyə
bir təsəlli var…
Author: Delphi7
-
Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,Bük əllərini, cam elə,
Məni bu gecə şam elə…
İstəyirsən, edam elə,
Mənim səndən xoşum gəlir.Könlüm görmür çaxışını…
Mamır basır naxışını.
Yana əymə baxışını,
Mənim səndən xoşum gəlir.Dağlar gərdi yelə sinə.
Düz vermədi selə, sinə…
Eləsinə, beləsinə,
Mənim səndən xoşum gəlir. -
Əlirza HƏSRƏT.”Yolum diskindi”
Qondu arzularım tikanlı telə,
Açım qanadımı çətir tut yelə.
Xatirən sığınan qucaqdım elə,
Yerini boş görüb qolum diksindi.Divanə yolçudur ruhum bədəndə,
Hələ Vətən gəzir bu qərib bəndə.
Arxamca əlvida söylədin sən də,
Ayaqlar altında yolum diksindi.Sən başqa məmləkət,mən ayrı ölkə,
Nədir üstümüzə düşən bu kölgə?
Dünyadan köçməyə qorxurduq bəlkə,
Sevib cana gəldik,ölüm diksindi. -
İlkin ABBAS.”Sən qoxulu şəhər”
Bu gün yenə keçirdim,
Sən qoxulu şəhərdən.
Yollar mənə danışdı,
Sən adlı bir nəfərdən.Dedim a yollar, baxın,
Necədir mənim halım?
Qonaq olur röyama,
Tez-tez onun xəyalı…Yollar, o bir mələkdir,
Geyinib insan donu.
Mənə özəl yaradıb,
Xaliqi-Sübhan onu.Onun qara qaşına,
Gözünə qurban olum.
Hər səhər sizdən keçən
İzinə qurban olum.Çox uzaqdır bu şəhər,
Gəlmişəm hardan-hara.
Tək onun yoxluğudur,
Günümü edən qara….Razıyam mən çəkim ah,
Ondan gələn ahdırsa.
Xoşdur mənə günahım,
Sevməyim günahdırsa…A yollar, insaf edin,
Çəkməyin məni dara…
Ümidim tək sizədir,
Aparın məni yara…Peşman etməyin məni,
Belə uzaq səfərdə.
Mən onu necə tapım?
Bu cür böyük şəhərdə…Bu gün yenə keçirdim,
Sən qoxulu şəhərdən.
Yollar mənə danışdı,
Sən adlı bir nəfərdən.30.04.2015…( 02:43)
-
Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”
Ah,nə ola bir dəfə,
Baxışımız toqquşa.
Dayanaraq üz-üzə,
Gözlərimiz danışa.
Danışmaya dilimiz,
Hətta bir kəlmə belə.
Qorxuram dilimizdən,
Acı zəhər tökülə.
Heç yaxın da gəlmərəm,
Inan mən sənə sarı.
Heç nəyə dəyişmərəm,
Bircə o, baxışları.
Hər səhər o, baxışlar,
Salam verib keçəydi.
Düşünəydim gün boyu,
O baxışlar necəydi?
Mən sənə baxmaq üçün,
Hey qarşına çıxaydım.
Gözlərimi qırpmadan,
Gözlərinə baxaydım.
Baxaydım ürəyimi,
Danışdıran gözlərə.
Ürəyimi yandıran,
Alışdıran gözlərə.
Hər gün başqa bir aləm,
Hər gecə bir düşüncə.
Yenidən doğuluram,
Gözlərini görüncə.
Hamıdan gizli-gizli,
Ömür sürəydik belə.
Nə bir gözə gələydik,
Nə də düşəydik dilə. -
Mais TƏMKİN.”Sən tanımasan da, olar!”
Deyirsən: ,, Yox, tanımıram,”
Sən tanımasan da, olar.
Səni heç də qınamıram,
Sən tanımasan da , olar.Qartal gəzən dağda varam,
Bülbül uçan bağda varam,
Budaqda, yarpaqda varam,
Sən tanımasan da , olar…Həm bəmdənəm, həm zildənəm,
Dörd hikmətdən.. fəsildənəm.
Halal əsil-nəsildənəm,
Sən tanımasan da, olar.Sufi, dərviş, abid mənəm,
Görünməzə şahid mənəm.
Vətən bilir, şəhid mənəm,
Sən tanımasan da , olar!Xoş arzuda, diləkdəyəm,
Həzin əsən küləkdəyəm,
Min-min güldə, çiçəkdəyəm,
Sən tanımasan da, olar!Billur bulaq, dəli çayam,
Gündüz günəş, gecə ayam.
Tanrı verən bəxşiş, payam,
Sən tanımasan da, olar!Çəməndə qızıl laləyəm,
Gül üstə düşən jaləyəm.
Dağdan axan şəlaləyəm,
Sən tanımasan da, olar.İsrafilin surundayam,
Həzrət Musa Turundayam.
Məhəmmədin nurundayam,
Sən tanımasan da, olar.Sevinc dolu gözdə yaşam,
Fərəhimdən gərək coşam.
Yaz müjdəli qaranquşam,
Sən tanımasan da, olar.Həm xeyirəm, həm də ,, şər”əm,
Haldan-hala tez düşərəm.
Mən qəribə bir bəşərəm,
Sən tanımasan da, olar!Neçə oğrun baxışdayam,
Yüz ilməli naxışdayam,
Enişdəyəm, yoxuşdayam,
Sən tanımasan da, olar!Xoş amalam, saf niyyətəm,
Şölələnən ülviyyətəm.
Ecazkar bir təbiətəm,
Sən tanımasan da, olar.Yaşıl meşə, göy çəmənəm,
İşıq saçan-göycə, mənəm.
Zəngəzuram, Göyçə mənəm,
Sən tanımasan da, olar!Ələsgərəm, mən Alıyam,
Sözümün şəkər-balıyam.
İrəvanam, Borçalıyam,
Sən tanımasan da, olar!Yurdun şəhəri, kəndiyəm,
Dağı, bərəsi-bəndiyəm.
Qoşa-qala Dərbəndiyəm,
Sən tanımasan da, olar!Təbriz, Zəncan, Xoy da mənəm,
Bir kökdə min soy da mənəm.
Bütün VƏTƏN boyda mənəm,
Sən tanımasan da, olar!Çəkdiyim ağrı, ahdayam,
Dünən, bu gün, sabahdayam.
Allah məndə, Allahdayam,
Sən tanımasan da, olar!
Sən tanımasan da…Olar!! -
Rəşad MƏHƏMMƏDOĞLU.”Şüşədən boylanan Şuşamız!”
Uzun illərdir özləri yolda qalan Qarabağdaki yollarımın sinəsi cadar-cadar olub. Başı aşağı ikilən
dağlarımız, sinəsi yanan tarlalarımiz 23 illik həsrətin əsarəti altındadır.Qarabağmızın döyünən ürəyi Şuşamız da bu həsrətin təsirindən uçüb sökülür. Biz isə hələ də müharibəsiz mübarizə parırıq.Hələki sadəcə özümüzu qoruyuruq, Bakının işğal olacağnı düşünərək qorunuruq. Amma Qarabağmızı işğal edən ermənilər isə hələ də öz çirkli, qondarma yalanlaryla dolu olan
siyasətiylə dünyaya səs salıb öz “günahsız”lığnı sübuta yetirir.Görünür dünyada bir çox
ermənipərəst qüvvələr həqiqəti belə görmək istəmir.Bizim günahsızlğmıza, faciələrimizə göz
yumur. Biz isə hələ də “dozümlü, xeyirxahq, sülhsevər xalqıq” deyib durmuşuq. Bu məsələlərimizin
həllini o insanlara, o ölkə sahiblərinə tabşırmışıq ki, o adamlar ermənilərə işləyir amma üzmüzə baxıb gülür.Biz isə uzun illərdi ümidli olduğmuz o insanlardan hələ də kömək gözləyirik. Daimi bütün müsəlman ölkələrini gizli-gizli terror quruplaryla, təşkilatlarıyla müharibələrlə talan edən
Amerikadan, İşğalçı, separatçı Rusiyadan kömək gözləyirik. Vaxt isə öz axarıyla gedir. Şüşa isə yenə də uzun illərdi ermənilərin əsarətindədir.Neyləyək, başımız əhmiyyətli günlərimizə o qədər qarışıb ki, bu gün kədərlənəcək günümüz olanda sabah şən günümüz olur. Mənim “9may” qələbəm abamın qələbəsidir.O babamın ki o vaxt 1941-45 -ci illərdə Rus Alman müharibəsində Rusiyanın uğuru naminə döyüşdü.Hətta babamın doğulduğu Azərbaycan torpağı o vaxt rus ordusunun möhkələndirilməsi üçün
Rusiyaya neft verirdi, silah istesal edib verirdi, ( eşitdiymə görə o vaxt Alman ordusunu lərzəyə gətirən “Katyuşa” raketləri Bakıda istehsal olunurdu) ərzaq göndərirdi. Demək Rusiyanın Almaniyaya əldə etdiyi qələbədə Azərbaycanın köməyi böyük olub. Amma indi həmin o rus ordusu Bakımzda 1990 – cı ildə 20 yanvar faciyəsi törətdi, ermənilərin torpaqlarımızı zəpt etməsində köməkçi oldu. İndi mən babamın qələbəsini necə keçirim? Mən babamdan yox, Rusdan küsmüşəm.”Ruz bizim mehriban düşmənimizdir” desəm yanılmaram…
Bəyəm biz Şüşanı alıb Bakı kimi gözəlləşdirə bilmərikmi? Çox uzun yazmayım… (kövrəlirəm).,
Onsuzda bu mövzuda olan yazılarmız hər gün oxunur, saqqız kimi çeynənilir.Bu il Şuşamızın işağlından 23 il keçir.Görünür necəki Şüşamızla aramızda şüşə olduğundan Şuşaya şüşədən boylanıb baxmışıqsa Şuşamıza eləcə də ardmzdakı o şüşüsədən boylanıb baxacayıq. Şuşa da o şüşədən bizə
baxıb ağlayaraq heyfislənəcək.Döz Şuşa, döz.İnşallah həmişə arzuladığım kimi, (Artıq bu duaları
etməyə utanıram Şuşadan).Səninlə aramızdakı şüşələri sındırıb torpağına qələbəylə ayaq basacayıq.
Qarabağmza, sənə qovuşacayıq.
İnallah. …Amin! -
Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Arada bir zəng elə,
De ki, səni sevirəm.
De ki, sənin ətrini,
Güldən ala bilmirəm,
De ki,ay mənim ömrüm,
Sənsiz qala bilmirəm.
De ki, sənin həsrətin,
Məni buza döndərir,
Şirin-şəkər söhbətin,
Ömrü yaza döndərir.
De ki, sənin gülüşün,
Gül-çiçəkli bahardı,
De ki, sənin öpüşün,
Təzətərdi, nübardı!
De ki, o cazibəndən,
Mən ölmüş hara qaçım?!
Kimə deyim bu dərdi,
Hansı qapını açım?!.
…Arada bir zəng elə,
De ki, səni sevirəm,
De ki, sənin ətrini,
Güldən ala bilmirəm,
Sənsiz qala bilmirəm!!! -
Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,Köhnə qapı kimi cırıldayır Göy,
Göyün bir üzünü tüstü aparır.
Anamın alnında can verir qırış,
Kimsə ovduğumuz bustu aparır.Düz otuz ildi ki, canıma yükdü,
Nə vaxtsa kölgəmi asacam mən də.
Adamtək alçalmaq böyüklükdüsə,
Bugündən səbrimi basacam mən də.Nə var quş olmağa Allahın altda,
Əcəlin tətiyi basılıdı, qız.
Mənim bu taleyə yiyə çıxmağım,
Sənin baxışından asılıdı, qız. -
Tural SAHAB.”Leksik mənamsan mənim”
leksik mənamsan mənim
yəni həqiqətim
Sənsiz qoşma, bağlayıcı
uzaq başı ədat, nida olaram
dodaqlarda
uzaqlarda
yəni sənsiz
ürəyimdəki sözlərdə boğularam
Ürəyimin hərəkəti
hərəkətinin tərzi, yeri, zamanısan
sevgin rəngdədi
damarımda qanım
mən varlıq, sən adım
əvəzliklərə kimidi
sözüm söhətim
səndən sonrası yox
səni əvəz edən yox
bax belə bir taledi, qədərdi
mənim həyatım
çıxışlıq haldan, yönlük hala qədərdi
sözəm mən
məcazi mənamdı sənsizlik -
Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir
Məni həsrət qədərsevənmi var ki?
məni ümid qədər axtaranmı var?
Məni ümid qədər itirmədilər,
məni həsrət qədər axtarmadılar.Mənə ruhum kimi göz qoymadılar,
qara kölgəm kimi izləmədilər.
Gedəndə dalımca kimsə baxmadı,
gələndə yolumu gözləmədilər.Axı bir eh boyda çəkilmədim mən,
axı bir ah boyda yaşamadım ki.
Yer boyda savabın qurbanı oldum,
axı günah boyda yaşamadım ki.Mənəm gündə yüz yol ümidi sınmış,
mənəm gündə yüz yol alçalmış uşaq.
Mənəm ürəyində ağ tükü olan,
mənəm ürəyindən qocalmış uşaq.Bəlkə də,bəxtimi özüm itirdim,
bəlkə də,əvvəldən bəxtim olmadı.
İndidən özümə bir qəbir qazım,
bəlkə heç sonralar vaxtım olmadı.Özümü öldürmək günah sayılmaz,
bir belə yaşamaq səhvsə,günahsa.
Tanrıda özünü öldürər bəlkə,
vaxt tapıb yazdığı yazıya baxsa. -
Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”
Batmağa yollanar gün yavaş-yavaş,
Şəkilim üşüyər başın üstündə.
Mən dəli bir sevgi, sən həykəltaraş,
Yon mənim əksimi daşın üstündə.Bu daş ki, sükutdur-sükut hələlik,
Tozumdan gözünə vurmasın külək.
Biraz tənhalıq ver, biraz dəlilik,
Vicudum ruhunu oxşasın gərək!Ürək qoy sinəmin üstünü oyub,
Bəlkə də qədrimi bilərsən mənim.
Darıxsan gözünün üstünə qoyub,
Arada tozumu silərsən mənim.Yenə daş oyandım bu sübh çağına,
Gözlərim kor oldu yaraşığından.
Qaldır əllərini tut qabağına,
Qoru gözlərimi gün işığından! -
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu
Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır.
sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi.
Labоratоriya 1989-cü ildə yaradılmış və оnun ilk rəhbəri filоlоgiya elmləri namizədi, mərhum Nurpaşa Hümmətоv оlmuşdur. Az müddət keçdikdən sоnra Nurpaşa müəllim dünyasını dəyişmiş, оnun əvəzinə 1990-cı ilin əvvəlində sənətşünaslıq namizədi, əməkdar memar Nərgiz Əsgərоva labоratоriya rəhbəri təyin edilmişdir.
1993-cü ildə Nərgiz Əsgərоva elmi işlər üzrə direktоr müavini vəzifəsinə keçirildikdən sоnra şair Vaqif Aslan labоratоriya rəhbəri təyin edilmişdir.
1997-ci ildə Azərbaycan MEA Ədəbiyyat Institutu Fоlklоr sarayının Şəkidə filialı yaradılmış və şair Vaqif Aslan həmin saraya direktоr təyin edilmişdir. 1998-ci ildən labоratоriyaya filоlоgiya elmlər namizədi, dosent Ulduz Mürşüdоva rəhbərlik edir. (daha&helliip;) -
Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”
İçimdə təşviş var,
Elə yorulmuşam bu axtarışdan.
Çox uzaq ulduztək
yaxın ol mənə.
Yaxınlıq görünər uzaqlığında…
Yoxsa ki, yoxsa ki…
Sayım saat-saat sənsizliyimi…
Unudub özümü haraya gedim?!
Bircə əlacım var,
Elə bu gecə…
Saydıqca yorulub yuxuya gedim.
Aparsın ovcunda məni ta yuxu,
Hardasa,hardasa sən olan yerə…
Nə bilim…
bəlkə də daha qar yağıb,
Sənin sinəndəki mən olan yerə…
Səni axtarıram son ulduzumda,
Deyirəm sonumda bəlkə “SƏN”im var… -
Cahan GÜLSÜN.”Ölü Dəniz”
Qulaq ver səsimə,duy harayımı,
İndi təsəlliyə ehtiyacım var.
Viranə qoyublar qəlb sarayımı,
Səntək gözəlliyə ehtiyacım var.Gəlmişəm hal-əhval edim səninlə,
Dalğalar ruhumu alsın aparsın.
Gəlmişəm baş alıb gedim səninlə,
Bu zalım dünyadan canım qurtarsın.Bəs sənə nə olub niyə durğunsan?!
Gözümə birtəhər dəyirsən bu gün.
Bir az kədərlisən, bir az yorğunsan,
Bir az da qəddini əyirsən bu gün.Vaxt ötür, hər şeydən bezirsən,dəniz,
Nifrət eləyirsən dünya varına.
Sən də mi ölümü gəzirsən dəniz,
Yazığın gəlmirmi dalğalarına?!Sanki yadlaşmısan,uzaqlaşmısan,
Elə bil dünyadan qovublar səni.
Sən ki qatilinlə qucaqlaşmısan,
Çirkab sularında boğublar səni.Gəmilər dönübdür başdaşlarına,
Qəbrini qoynunda qazdırıbdılar.
Məhəl qoymayıblar göz yaşlarına,
Səni diri-diri basdırıbdılar.Sənə nə deyim ki,güldürüm,dəniz,
Söylə sonuncu kəz nə vaxt gülmüsən?!
Gəlmişdim özümü öldürüm,dəniz,
Gördüm ki, sən məndən əvvəl ölmüsən! -
Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”
Kaş kəpənək olaraq bu dünyaya gələydim…
Çiçəklərdən zövq alıb ömrü vuraydım başa,
Bir kəpənək ömrüyle mən də ömür sürəydim,
Qısacıq məhəbbətim onda dəyməzdi daşa…Kaş kəpənək olaraq bu dünyaya gələydim…
Qanadlarım zər dolu, ipək kimi qalaydı,
Kaş bu sözü o zaman men ürəkdən deyəydim,
Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı…Kaş kəpənək olaraq bu dünyaya gələydim…
Çiçəklər dostum olar, çəmənlərsə məskənim,
Kaş o zaman həyatın ləzzətini duyaydim,
Nə həsrətim olaydı, nə də ki bir nisgilim… -
Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb
Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir.
Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür. -
Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünə eləsən elə… yadıma gəlmir,
necə açılmışdı tale qapımız…
Bakı küçələri tapa da bilmir
harda dolaşıbdı addımlarımız…bizim pəncərəmiz yaman utanıb,
örtüb rübəndini yanaqlarına…
“bizim” dediyimiz ömür qurtarıb,
yaşam artıq “sənin”, “mənim” adında…o qız ölüb… məzar daşı ömrünün
“eşq” adlı tənhalar şəhərindədi…
mənim boyadığım qara gününün
ağlığı yoxluğum qədərindədir… -
Elnur RƏSULOĞLU.”Bayatılar”
Əzizim, ala gözlər,
Bircə cüt ala gözlər.
Qorxuram baxışlarla
Canımı ala gözlər.Əzizim, dağlar qalıb,
Sinəsi dağlar qalıb.
Laçında ürəyimiz,
Şuşada dağlar qalıb.Əzizim, gözəl yara,
Vurğunam gözəl yara.
Bu sevən qəlbimə sən
Vurma, ey gözəl, yara.Əzizim, gözlər qalıb,
Üz solub, gözlər qalıb.
Evlərdə neçə uşaq
Atasın gözlər qalıb.Əzizinəm, aranı,
Gəzdim dağı, aranı.
Heç baxmırsan üzümə,
De, kim qatdı aranı?Əzizinəm, sürmə, gəl,
Gözünə çək sürmə, gəl.
Elnur sənsiz darıxır,
Ayrılığı sürmə, gəl.Əzizim, külək əsir,
Qar yağır, külək əsir.
Bir qız məni özünə
Eləyib, külək, əsir.Mən aşiqəm, gül üzə,
Gül yanağa, gül üzə.
Bir yol gəlib insafa,
Heç olmasa, gül üzə.Əzizinəm, qar alıb,
Dağ başını qar alıb.
Zalımın zülümündən
Dünyada daş qaralıb.Əzizim, dinlə məni,
Qulaq as, dinlə məni.
Avam insan deyiləm,
Qorxutma dinlə məni.
-
Şafa KAMİLLİ.”Niyə sən..?”
Niyə bu qədər doğmasn mənə ,
Bu qədər ,doğmanin ,yadin içində ,
Ançaq sən doğmasan,əzizsən mən,
Görəsən ,niyə sən ? ,goğmasan belə ,
Ömrümə ,bəzəysen ,işiqsan belə ,
Görəsən ,bəs niyyə doğmasan dellə,
Bu qədər , insani icində ,nədən ?
Təkcə sən ,doğmasan ,əzizsən belə…
Sən sanki , elə mənim özümsən ,
Görəsen ,bu sensen yoxsa özümüməm ?
Tərədüd icində qalmişam inan ,
Bu qedr doğmanin ,yadin icində,
Niyə sən ? Niyə sen ? doğmasan belə -
Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”
Ruhumu oxşayır bahar ətirli
çiçəklər, bənövşə , yasəmən kimi
Üzümdə canlanlr dərin sətirli
qəlbimdə çalınır nəğməmim simi…Qaranquş yuvadan boylanır baxır
Qəlbimdə ən dərin sevgi oyanır
cəh -cəhlə hər yanı rəngə boyanır
Əlimdə ən isti əllərin kimi…Sanki ilk eşqimi xatırlayıram
Qaranqus gələndə bahar yaz kimi
onu hər nəfəsdə arzulayıram
ömrümün ən əziz arzusu kimi…Yarpaqda budaqdan düşür yavaşca
Yağışda torpağa dolub yağdıqca
mən səni sevmişəm qaranquşlarla
durnalar elimə gəldiyi kimi…Fidan ilham alıb yazdı vəsfinə
hələ deyiləcək neçə sözüm var
heyranam mən sənin təmiz qəlbinə
bir gün arzularım tam gerçək olar… -
Allahşükür AĞA.”Qoca…”
Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir. yol gedir xatirələrə…
Sualın cavabı nəvələr gəlir,Nidalar kimi..
Ayağını azca ləngidir qoca
Bir azca əyir belini
Nəsə tapırmış kimi
Yenidən boylanır xatirələrə…Xatirələr uzaqda deyil ki,
Əlində, üzündə qollarındadır.
Onunçün torpağa o əyilir ki,
Xatirələr getdiyi yollarındadı..Əyilir birini qaldıra bilmir,
Beləcə dolanır küçəni qoca.
Bütün xatirələr qapısı bağlı
Açılmır ki,
Keçə qocalıqdan gəncliyə qoca
Həyat tək çırpınır küçədə qoca. -
Abdulla MƏMMƏD.”Qəribəm yurdumda, qəribəm, canım”
(“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)
Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən, bağrımı dəlir,
Haranın külünü töküm başıma ?!Yerinə düşmür heç, sözüm yerinə,
Ha “İllah” edirəm- söz yerə düşür.
Əyrilər ucalır düzün yerinə,
Əyilə- əyilə düz yerə düşür.Yad əldə didilən bir əlçım yunam,
Bir əlçim buludam yol çəkən gözdə.
Köhnə bayatılı qəmli oyunam,
Nəmli göz yaşıyam verilən sözdə.Kimi göz götürür, söz yerə salır,
Kimi ot bitirir dillərin üstə…
Dərdi şələləyib, çiynimə alıb,
Çıxıb gedəcəyəm illərim üstən.Bəxtimin rənginə çalan ocaqda
Gözlərim özgə rəng görmür- neyləyim?
Qarala-qarala qalan ocaqdan
Gedən səadəti necə əyləyim?!Bir ovuc adamın əlindən qaçan
Bir ovuc torpağam, bir ovuc suyam.
Qərib çadırlara köksünü açan
Yurdu qəribsəyən qərib harayam.Hər gözdən bir həsrət, bir qüssə yağır,
Bir qərib hava çal, isinsin canım.
Qəriblik alnıma yazılan ağı,
Qəribəm, yurdumda qəribəm, canım!Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən başıma gəlir,
Haranın külünü töküm başıma?!Azərbaycan.Quba.
19.02.2001. -
Debüt: Qızbəsti QULİYEVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər
Qızbəsti Quliyeva 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur.
Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik.Şəhid anası
Oğlunu torpağa qurban vermisən,
Övlad itkisini sən ki görmüsən,
Çiçək bitirmisən, xəzan dərmisən,
Ağla bu dəhşətə, şəhid anası.Ağlama desəm də kar etməyəcək,
Bu acı qəlbindən heç getməyəcək,
Kabuslu yuxular heç bitməyəcək,
Ağla bu dəhşətə, şəhid anası.Gecənin yarısı xəbər almısan,
Səsizcə, heyrətlə donub qalmısan,
Bulud tək qaralıb, göy tək dolmusan,
Ağla bu dəhşətə, şəhid anası.Qapqara saçına düşübdü ağ dən,
Övlad qisasını alacaqsan sən,
Adını tarixə yazacaq Vətən,
Ağla bu dəhşətə, şəhid anası.İgidlərim, ərənlərim, mərdlərim
Göyə qalxdı silahların tüstüsü,
Ürəyimdə torpağımın istisi,
Hər tərəfdə igidlərin gur səsi,
İgidlərim, ərənlərim, mərdlərim.Düşmənləri ayağıma sərdilər,
Yaxşı gündə, dar gündə də birdilər
Vətən üçün canlarını verdilər,
İgidlərim, ərənlərim, mərdlərim.Şəhid oldu neçə-neçə igidim,
Neçə dünya olsa sığışmaz dərdim,
Azadlıqdır mənim eşqim, qismətim,
İgidlərim, ərənlərim, mərdlərim. -
Elnur Abdiyevi doğum günü münasibətilə təbrik edirik! (5 may 1980-ci il)
Abdiyev Elnur Dilavər oğlu 1980-cı il may ayının 5-də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurub. 2005- ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hal-hazırda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. İki kitab və bir neçə publisistik yazıların müəllifidir.
Qadın göz yaşına inləyir ruhum
Nə olar,ağlama,sil,göz yaşını,
Qadın göz yaşına inləyir ruhum.
Zümrüd gözlərindən daman damlanı,
Bir nalə,fəryadtək dinləyir ruhum.Səni ağladanlar anlamır nədən?
Qadınsız bir kişi yurddaşsız Vətən.
Tərk edir bədəni,ruhsuzdur bədən,
Qalxıbdı,cismimə enməyir ruhum.Ağlama,bağrımı gəl etmə,şan-şan,
Elə bil qanımdır,gözündən axan.
Sükuta qərq olub,halı pərişan,
Baxır göz yaşına,dinməyir ruhum.Bəlkə,sən deyilsən,özgəsidir,bu?
Gözündə bulanıb eşqin ağ suyu,
Bəlkə də,taleyin tənəsidir,bu.
Gözlərin elə bil dərin bir quyu,
Bəlkə,sən deyilsən,özgəsidir,bu?Hanı şaqraq gülüş,o şux yerişin?
Onu verən həyat geri aldımı?
Ya uğursuz oldu , bu son gedişin?
Sənə də uduzmaq nəsib oldumu?Üzünə iz salıb zamanın əli,
Daha nə var alnın qırışlarında?
Gör nələr yazıbdır,taleyin əli,
Susqun həyat nədir,baxışlarında?Kaş dönə yaşanan o xoşbəxt anlar,
Neyləyək bu anı kimsə bilməsin?
Səni bürüməyə bircə qəlbim var,
Gəl gir ürəyimə kimsə görməsin. -
Hikmət MƏLİKZADƏ.”Gəl otur, hərəyə yüz qram içək”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,Gəl otur, hərəyə yüz qram içək,
Sənin sağlığına qəmlənək bir az.
Soyun əynindəki çulu-çuxanı,
Eşqin dumanında nəmlənək bir az.Araya nə qədər ağ pəri girib,
Həyat torpaq kimi dadın itirib.
…Adəmin günahın almaq əbəsdir,
Kişi Həvva boyda qadın itirib…Məndən yanağını uzaq tut, nazlım,
Dişlərim qaşınır – zəliyəm artıq.
Mən aşiq oluram, aşıq sanırlar,
O da elə bilir, dəliyəm artıq. -
CEMAL SAFİ RÖPORTAJI
Sayın Cemal Safi hangi tarihte, nerede dünyaya geldiniz? Eğitiminiz nedir?
15 Ekim 1938’de Samsun’da dünyaya gelmişim. Sakarya İlkokulunda eğitimime başladım. Samsun Sanat Okulu’nun Torna Tesviye bölümünü bitirdim.Ailenizden kısaca söz eder misiniz? Anneniz, babanız, kardeşleriniz…
Babam rahmetli Mehmet Safi Azeriler gibi konuşurdu. Babam henüz üç yaşındayken ailece Azerbaycan Karabağ’dan Türkiye’ye göç etmişler. Önce Erzurum İspir’e yerleşmişler. Burada Ermenilerden zulüm görmüşler. O günlerde dedeme Çorum’un Alaca kazasında öğretmenlik görevi vermişler. Ailece oraya yerleşilmiş. Askerlik çağı gelene kadar babam da Çorum’da yaşamış. Babam askerliğini Samsun’da yapmış. Samsun’u çok beğenmiş ve oraya yerleşmiş. Samsunlu olan annem Ayşe Hanım ile evlenmiş.
Babam ticaretle uğraşırdı. Babamın otelleri ve kamyonları vardı. Nakliyecilik yapardı. Samsun’da bizi “Otelciler” diye bilirler.
Annemi hiç hatırlamıyorum. Ben küçükken veremden ölmüş. Ablam Zeynep de anneme bakıyormuş. Anneme olan sevgisinden “Annem verem oldu, ölecek. Öyleyse ben de hasta olayım, ben de öleyim.” demiş. Hastalığın kendine bulaşması için çaba sarf ettiğinden ben daha birkaç aylık bebekken Zeynep ablam veremden ölmüş. Kısa bir süre sonra da annemi kaybetmişiz. Ayşe annemden dört erkek ve bir kız olmak üzere beş kardeşiz. Annem öldükten sonra babam Melahat annemle evlenmiş. İkinci annemden de iki erkek kardeşim var. Sonra Ankara’ya taşındık. Büyük Otel vardı ve o zamanlar bizimdi. 1957’den 1971’e kadar o oteli işlettik. Ben de babamın yanında çalıştım.
Bir de Safi soyadını sizden başkasında duyduğumu hatırlamıyorum. Bunun hakkında bilgi alabilir miyim?
Soyadı kanunundan önce bize “Sofuoğulları” derlermiş. Soyadı kanunu çıkınca Safi soyadını almışız. Farsça soylu, asil anlamında olan “Safi” Arapça’da da sade, katıksız anlamındadır.
CHP Milletvekili İsmail Safi var. Bize geldi ve soyadlarımız üzerinde konuştuk. O da ”Sizinle akraba olabiliriz.” dedi. Onlar Çayeli’nde biz Samsun’da ve Ankara’da yaklaşık 100 Safi’yiz.
Hocam, medeni durumunuz ve aileniz hakkında bilgi alabilir miyim? Emekli misiniz?
Evliyim. Üç çocuğum var. İkisi erkek biri kız… İlk çocuğumun Mehmet Akif iş adamıdır ve Romanya’da yaşıyor. İkinci çocuğum Peyami Safa da iş adamı ve o da Londra’da yaşamını sürdürmekte… Kızımın adını Halide Edip koyacaktım ama yengem izin vermediği için adını Ebru koydum. Kızım Ebru, halen Ankara’da TRT’nin avukatıdır.
Yıllarca otel işletmeciliği yaptım, emekli oldum.
Eşinizin ve çocuklarınızın şiire karşı ilgileri var mıdır?
Hayır, eşim ve çocuklarım şiirle ilgilenmiyorlar.
Ne zamandan beri şiir yazıyorsunuz?
Okumayı öğrendiğim günden beri şiir yazıyorum. 10 yaşımdayken yazdığım ilk şiir şudur:
“Yazmakta epeyce olmuşum mahir,
Yalan yanlış düzme beyit ve sair,
Muhitimde ehli yoktu ki zahir,
Ben gibi cahili ettiler şair.”
On yaşındaki bir çocuk için mükemmel dizeler üstelik esprili ve ders verici… Şiir yazarken ailenizden, öğretmenlerinizden, yakınlarınızdan destek ve teşvik gördünüz mü?
Hayır, ailemden ve öğretmenlerimden hiç teşvik görmedim.
Hocam, nesir yazmayı denediniz mi?
Ne yazdımsa şiir oldu.
En çok sevdiğiniz şairler kimlerdir? Etkilendiğiniz şairler oldu mu?
Rıza Tevfik’in “Fikret’in Necip Ruhuna” adlı şiiri beni çok etkiledi. O an kendi kendime dedim ki “Ben de böyle şiirler yazacağım.” Şiir şöyle:Fikret’in Necip Ruhuna
“Dediler ki ıssız kalan türbende
Vahşi güller açmış; görmeye geldim
O cennet bağının hakine ben de
Hasretle yüzümü sürmeye geldim…Dediler ki sana emel bağlayan
Kabrinde diz çöküp bir dem ağlayan
Bermurad olurmuş! Ben de bir zaman
Ağlayıp murada ermeğe geldim!Şu hicran yılının son baharında
Jaleler titrerken çemen zarında
Gün doğmazdan evvel ben mezarında
Matem çiçekleri dermeğe geldim!Seni andım bütün gam çekenlerle
Aşk-ı hak uğruna yaş dökenlerle
Sarı gonca veren şu dikenlerle
Taşına bir çelenk örmeğe geldim!Yâdın ölüm gibi bir sırrı müphem
Neş’e-i sevda mı bu hissi elem?
Ruhumda ne füsun eyledin bilmem?
Bugün sana gönül vermeğe geldim!”Rıza Tevfik
En sevdiğim şairler: Necip Fazıl Kısakürek, Yahya Kemal Beyatlı, Faruk Nafiz Çamlıbel, Rıza Polat Akkoyunlu…
Kaç şiir kitabınız var? Sırasıyla isimlerini öğrenebilir miyim?
Dört kitabım var: Vurgun, Sende Kalmış, Kıyamete Kırk Kala, Ya Evde Yoksan…
Şiirlerinizi yazarken hangi ölçüyü kullanıyorsunuz?
Hece ölçüsüyle yazıyorum.
Aruz ölçüsünü denediniz mi hiç?
Elbette… Aruzu da denedim ama bugünkü Türkçeyle içime sinmedi. Aruz ölçüsüyle yazılmış pek çok şiirim vardır. Bazı şiirlerim hem heceye, hem de aruza uyarlar. Size bir örnek vereyim. Avni Anıl çok değerli bir dostumdu. Onun ölümü üzerine yazdığım şu şiirde aruz ölçüsünü kullandım:
“Avni Anıl gibi bir dev bir ulu usta,
Sana düşmez onu tarif sus bu hususta,
Sus damla değilken dem vurma deryadan Safi,
Pir Soyuer anlatsın onu hele sen sus da…”
Bir şair yazmış olduğu bütün şiirlerini sever belki ama içlerinden birini ve birkaçını daha çok sever diye düşünüyorum. Siz en çok hangi şiirinizi seviyorsunuz?
İnsan mürüvvetini gördüğü evladını daha çok sever. “Ya Evde Yoksan” şiirim mürüvvetini gördüğüm evladım gibidir. Yoğurt reklamlarında kullanılmıştı ve bana bir ev parası kazandırdı. “Neredesin Firuze” adlı filmde de bu şiirime yer verildi. Özcan Deniz, Haluk Bilginer, Cem Özer ve pek çok kişi bu şiiri okudular.
Bu güzel şiir “Ya Evde Yoksan” nasıl doğdu?
Yağmurlu bir gündü. Akşam namazından sonra pencereden dışarıya bakıyordum. Evimiz alt katta olduğu için sokağı seyrederken üstü başı son derece pejmürde tepeden tırnağa ıslanmış bir adam gördüm. Ayakkabıları yırtıktı, başında şapkası da yoktu. Sırılsıklam bir halde ana kapımıza baktı ve zorlukla “Tunç Apartmanı…” dedi ama adamcağızın hiç sesi çıkmadı, ben dudak hareketlerinden anladım. Ağlamaya başladım.” Ya bu adam sevdiğini arıyorsa… “ diye düşündüm. Şiir odam vardır evimde… Odama kapandım, bir karton üzerine bu şiirimi yazdım. Saat akşam sekizde girdiğim odamdan sabah saat sekizde çıktım. Kapımızın zil sesiyle uyandım, gelen ağabeyimdi. Şairken ne yazdığımı sonra pek hatırlamam. Ağabeyim şiir odamdaki kartonu göstererek “Burada çok güzel bir şiir var.” dedi. “Ya Evde Yoksan” işte böyle doğdu. Bunu anlatırken bile duygulanıp ağlıyorum.
Bu arada Akçay’da bir arsamız vardı. Apartman yapılıyor şu günlerde. Biterse oraya taşınacağız. Apartmanın adı da “Ya Evde Yoksan” olacak.
Bugüne kadar kaç şiiriniz bestelendi?
Bugüne kadar iki yüz elliye yakın şiirim bestelendi.
Orkan Gencebay’da seksen şiirim var. Bunlardan kırk beş tanesi herkesin dilinde olan şarkılarındandır. Otuz beş tanesi de bestelenmiş ancak henüz piyasaya çıkmamıştır. “Ya Evde Yoksan”, “ Ayşen” , “ İç Benim İçin” adlı şiirlerim de Orhan Gencebay tarafından bestelenerek yorumlandı, üç milyon civarında satış oldu.
Zekai Tunca, Selçuk Tekay şiirlerimi besteleyen sanatçılardandır. Vedat Yıldırım Bora da on üç şiirimi besteledi. Seda Sayan’ı meşhur eden şarkılardan biri de onun bestesi olan Aheste’dir.
“Mecbur muyum Ben” , “Yeter Artık Daha Fazla Üzemezsin” şiirlerimi de o bestelemiştir. Seda Sayan okumuştur. Ayrıca bestelediği şiirlerimden “ Eskici” adlı eseri de Hakan Taşıyan seslendirmiştir.
Candan Erçetin “Git” şiirimi bestelemiş ve okumuştur. Bilge Özgen de “Senden Sadece Beni Sevmeni İstiyorum” adlı şiirimi bestelemiştir.
“Vurgun” şiiriniz o kadar çok sevildi ki şarkısı da çok tuttu. Adeta bir marş gibi dilden dile dolaştı. Gerçekten bestesi de çok güzel olmuştu. Sanırım bu güzel eseri okumayan kalmadı. Bu şiir hangi duygularla yazıldı? Bestecisi kimdi? Kimler okudu? Kısaca “Vurgun” hakkında bilgi rica edebilir miyim?
Âşık olduğum kişiye yazdım. Aslında bir başka şiir yazmıştım. O şiiri değiştirdim. Çıkmaza girmiştim. Çok duygulu bir anımdı. Önceden yazdığım yarım şiirimi bir türlü sonlandıramıyordum. O değiştirince “Vurgun” ortaya çıktı.O günlerde Milliyet Gazetesinin Müzik Magazin eki vardı. Şöhretler Sayfasını Vural Şahin yönetiyordu. Benim bu şiirimi yayınlamış. Selçuk Tekay besteledi, Muazzez Abacı da çok güzel okudu.
Selçuk Tekay’ın bestelediği Vurgun’u Metin Milli okuyacaktı. Hatta Metin Milli’nin Olgunlar Sokak’taki bürosuna davet edildik. Rahmetli Selahattin Altınbaş’ın da bestesi “Silemezler Gönlümden Ne Aşkını Ne Seni” adlı eserle benim “Vurgun” adlı şiirimi de kasetine almıştı. Bana Vurgun’u iki kez dinletmişti. Çok beğenmiştim ve çok da etkilenerek ağlamıştım. Selahattin Altınbaş’a da “Silemezler Gönlümden Ne Aşkını Ne Seni” adlı bestesini dinletti. Yorumunu çok beğendik.
O sıralar Muazzez Abacı’nın son kaseti pek satmayınca müzik şirketi sözleşmeyi feshetmiş. Ancak Yaşar Kekeva Vurgun’u dinleyince “Muazzez Abacı okusun.” demiş. Bana da ulaşamıyorlarmış. Akçay’dayım o zamanlar. Muazzez Abacı parçayı dinleyince çok beğenmiş, çok etkilenmiş. “Kesinlikle ben bu şarkıyı okuyacağım ve kasetimin adı da ‘Vurgun’ olacak.” demiş. Nedret Selçuker’i çağırmışlar. Şiiri okutmuşlar. Rahmetli Nedret Selçuker o tarih için çok yüksek bir para istemiş. Yanlış hatırlamıyorsam 5.000 lira talep edince “Biz bu şiirin şairine vermedik bu parayı…” demişler.
Sonunda ramazan sabahı Muazzez Abacı’nın kaseti çıktı. Üç milyon sattı. Öğleden sonra da Metin Milli’nin kaseti çıktı ve Metin Milli’nin kaseti de 100.000 sattı. O tarihte bunlar çok yüksek rakamlardı. Kaset satışları o günlerde bu kadar fazla değildi. Bu şarkıyı daha sonra Muazzez Ersoy, Cengiz Kurtoğlu, Kibariye ve pek çok kişi okudu.
Zekai Tunca da en çok sevdiğim sanatçılardan biridir. Onun en sevilen, en muhteşem bestelerinin başında gelen “İmkânsız” adlı şiirinizin doğuşunu anlatır mısınız mümkünse?
Bir gün arkadaşlarımla beraber Altın Nal adlı bir gazinoya gittik. Metin Everest, Zekai Tunca, Ferit Sıdal, Erdinç Çelikkol ve ben; Gönül Yazar’ı dinliyoruz. Ferit Sıdal rahmetli oldu. O gece erken kalktı. Zekai Tunca bana dönerek: “Cemal Ağabey, sadece düşlerde görülen sevgili olur mu? Böyle bir eser olabilir mi? ” dedi. “Olabilir elbette…” dedim. Sohbetimiz gece boyu sürdü. Ertesi gün gömleğimin cebinde bir kâğıt buldum. “Yıldızlara baktırdım fallara çıkmıyorsun.” yazılı… Ben bunu ne zaman yazmışım diye düşünürken baktım Altın Nal adlı gazinonun kâğıdı… Olayı hatırladım ve bu şiir doğdu.
Çok sevilen sanatçılardan aynı zamanda müzik öğretmeni olan Candan Erçetin’in besteleyip yorumladığı “Git” adlı eseriniz benim en çok sevdiğim bestelenen şiirlerinizden biri… Bu şiirin bir hikâyesi var mı?
Hamisi olduğum bir kız vardı. Babası ölmüştü, annesi de hastaydı. Ona yardımcı oluyordum. Bu arada ister istemez duygusallık da oluşmuştu. Kız, beni çok üzüyordu. Bu yüzden sık sık kavga ediyorduk. Şiire başlıyordum fakat ertesi gün kızın ablası barıştırınca şiir bitmiyordu. Duygu olmazsa şiir yazılmaz. Ayrılmalar, barışmalar derken şiir sekiz ay on günde bitti.
Gönlüm dolmakalem, duygularım mürekkeptir.
Şiir etkinliklerinde sizden en çok istenen şiirlerinizden biri de “Telefonda Sen” oluyor. Bu şiirinizle ilgili bize neler anlatırdınız?
Akçay’daydım. Gece saat bire yirmi kala ev telefonumuz çaldı. Önce açmak istemedim. Israrla arayınca telefonu açtım. Ahizenin diğer ucunda sevdiğim kadın vardı. Yıllardır görüşememiştik. “Merhaba! Nasılsın?” dedi. Sohbete başladık. Bu şiir de böylece doğdu.
Şairler çok fazla âşık olurlarmış. Doğru mudur?
Şairler bin kez severler ancak bir defa âşık olurlar.
Şairlerin pek çoğu kendi şiirlerini güzel yorumlayamazlar ama siz hem çok güzel yazıyorsunuz, hem de çok güzel yorumluyorsunuz. Üstelik bütün şiirleriniz de ezberinizde maşallah hocam… Bunu nasıl başarabiliyorsunuz?Ben şiirlerimi yazarken de yaşarım, okurken de… Şiirlerim ruhuma işlediği için ezberimdedir. Hissederek okuduğum için etkili olduğunu düşünüyorum.
Yakınlarda yeni bir kitap veya şiir albümü gibi projeleriniz var mıdır? Şimdiye kadar hiç şiir albümü çıkardınız mı? Şiir albümü hazırlarsanız hangi şiirleriniz bu albümde yer alır?
Evet, daha önce 1989 yılında “İmkânsız” adlı bir şiir kaseti çıkarmıştım. Stüdyo çalışmaları 33 günümü almıştı. Gerçi gündüz çalıştığım için sadece gece seslendiriyordum. O zamanlar koca İstanbul’da sadece üç stüdyo vardı. Teknoloji de bu kadar gelişmemişti. Yine bir şiir albümü çıkarmayı ayrıca şair arkadaşlarımın, hayranlarımın benim için yazdıkları şiirleri de bir kitap halinde yayımlamayı düşünüyorum.
Yeni şiir kasetinizin adı ne olabilir? Hangi şiirlerinizi bu albüme almayı düşünüyorsunuz?En başta “Tek Hece” elbette… Sonra naatlarım… Peygamberimiz için yazılmış iki naatım var. İkisini de bu albüme almayı düşünüyorum. Allah için yazdığım “Kâinatın Ulu İmparatoru” adlı şiirimi de bu albüme koyacağım. “Ya Evde Yoksan “, “Vurgun”, “Git”, “Sanem”, “Sende Kalmış”, “Telefonda Sen”…
Yeni yetişen gençlere, şair olmak için çabalayanlara öğüdünüz nedir?
Şair olunmaz, şair doğulur. Bol bol kitap okusunlar. Kelime hazinelerini geliştirsinler. Şair gibi yaşasınlar.
Şair gibi yaşamak derken neyi kastediyorsunuz?
Özgür yaşasınlar. “Şunu yazsam ne olur, bunu yazsam tepki alır mıyım?” diye asla düşünmesinler. Şunu da belirteyim: Aşkım için canımı, özgürlüğüm için aşkımı feda ederim.Değerli şairimiz Cemal Safi Hocam, sizinle röportaj yapmak benim için çok keyifli oldu. Bana vakit ayırdığınız için çok teşekkür ederim.
Ben teşekkür ederim.
Harika UFUK.
18 HAZİRAN 2014
BAKÜ- AZERBAYCAN -
Gülnarə İSRAFİLQIZI.”Mən adlı kim qaldı ki..?”
yaz gecəsində görüşdük,
ağaclar qrov bağlamışdı soyuq nəfəsindən
dolanmışdı qapımıza qaranlıq zolağı
nəyisə xatırladırdı, yada anladırdı.
onda nəfəsim çox istiydi, kin-küdurətsizdim
illər keçdikcə, soyuqluğun ciyərlərimə dolurdu
buzladırdı ciyərlərimi..
nəfəs almaz olurdum.
yay gecəsində, tənginəfəsdim..
öləcəyimdəm ölmüşümə gedirdim.
dünya öldükcə ölürdü.
bir qığılcım vardı ovcuma topladıqlarımda.
ovcumdan atdıqlarımda.
gömülməyə gedirdim dünyanın ürəyində.
getdim…
fəsillərim qarışdı.
mən adlı kim qaldı ki..?
danışan taptanan, itib-batan ayaq izlərindən başqa.
gəlişimdən gedişimin fərqinə gedirdim, getdikcə
uzandıqca, qısaldıqca özümə boylanırdım səndən.
varlığımda yoxluq, yoxluğumda varlıq daşıyan dünya!
sinəndə sıralanıb baş daşlarım…
boyun bağın! -
Fidan ABBASOVA.”Kaş ki bu sevgini görə biləydin”
Böyük ümüdlərlə sevmişdim səni
kaş ki bu sevgini görə biləydin
bax yarı yoldada tərk etdin məni
kaş bunu ilk gündən görə biləydim…Səni tanımadım tələsdim bir az
düşündüm zamanla sevərsən məni
axı zorla belə gözəllik olmaz
zərrədən bir dağa çevirdim səni…Vəfasız dedilər heçə saymışıq
deməli sevməyən vəfasız olur
bunu bilirəmki gec anlamışıq
gedənin yerinə başqası dolur…Məni qınayanlar sual edirlər
niyə məhəbbətdən sınıqsan belə
mən necə deyim ki bir vaxt sevirlər
gedərkən sevgilər çevrilir kinə…Ömür yollarımda iz qoyub getdin
bilmirəm sabaha nə ümüdüm var
bir bax ki sən mənə daha nə etdin
insanı fikirlər vaxtsız qocaldar…Fidan susmur qəlbin naləsinə bax
acıdır sevginin bıçaq yarası
indi zəfərinçün böyük çələng tax
beyaz dəyişərək qalır qarası… -
“Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi keçiriləcək
Silahlı Qüvvələr gününə həsr edilmiş “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın bütün cəbhə bölgələrində yerləşən rayonlarında keçirilməsi planlaşdırılır.
Hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Azərbaycan Respublikasının bütün cəbhə rayonlarını: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, həmçinin Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Müsabiqədə həmçinin Azərbaycan Respublikasının digər rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Bundan ötrü iştirakçının şəxsi iştirakına ehtiyac yoxdur, müsabiqədə uzaqdan da iştirak etmək olar. İştirakçı öz çıxışını video-çarx şəklində müsabiqənin elektron ünvana (festival@gim.az) göndərə bilər.
Müsabiqənin iştirakçılarının qeydiyyatı 10 aprel 2015-ci il tarixədək keçirilir. İştirak etmək üçün ərizələr Gəncə Qarnizonu Zabitlər Evində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 56) və ya festival@gim.az elektron ünvanına göndərilərək verilir.
Müsabiqə iştirakçılarının bütün çıxışları internet səhifəsində yerləşdiriləcək. Həmin səhifədə istənilən iştirakçının video-çarxına baxmaq və bəyəndiyi iştirakçıya səs vermək imkanı olacaq.
İştirakçıların çıxışları professional münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində keçiriləcək. Mülki iştirakçılara hərbi hissənin ərazisində gəzinti təşkil ediləcək. İştirakçılar gəzinti zamanı əsgər yataqxanası, sinif otaqları, atıcı silah və hərbi texnika ilə tanış olacaqlar. Seçim konserti keçirildikdən sonra əsgər yeməkxanasında iştirakçılar üçün nahar yeməyi təşkil ediləcək.
İkinci turun konsertləri aşağıda göstərilən bölgələrdə keçiriləcək: Bərdə, Beyləqan, Şəmkir, Gəncə.
Yarımfinal və final konsertləri Gəncə Qarnizonu Zabitlər Evinin tamaşa zalında keçiriləcək.
Qaliblərin mükafatlandırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaq.Şəfa VƏLİ,
AYB üzvü və Prezident təqaüdçüsü. -
Pərviz HƏKİMOV.”Əvvəli öndədir gəldiyin yolun”
Dönüb simuzərə mini birində,
Daha kəraməti yoxdur pirin də.
Göz yaşı qaynayır hər ləpirində,
Üstündə şadlanıb güldüyün yolun.Sevinc buludundan yağan kədərdir,
Allahın günahı bəxtdır,qədərdir.
Sirri,müəmması milyard qədərdir,
Ovcunun içitək bildiyin yolun.Hərə bu dünyanı bir cürə yozdu,
Fikir çəmbərində saydı,uduzdu.
Sənin həyatına xəmirdi,duzdu,
Üstündə bayılıb öldüyün yolun.Şirin sabahların zəhər dadıdır,
Göydə uçanların yer qanadıdır.
Axır da əvvəlin başqa adıdır,
Əvvəli öndədir gəldiyin yolun -
Debüt: Qalib ŞAMXALOĞLU (Füzuli rayonu).Yeni şeir
Millətim yatıbdı fil qulağında,
Gəlirin, çıxarın bilmədi, vallah!
Çapıb talamağa gəlirlər bizə,
Gələn xoş niyyətlə gəlmədi, vallah!itirə-itirə gəlirik!-Hanı,
Yurdun Zəngəzuru, ya İrəvanı?!
Bölgələrə bölürük Azərbaycanı,
Yad gəlib bizləri bölmədi, vallah!Dərbəndim,Təbrizim müdam ağlayır,
Qarabağlıların qara bağlayır!
Borçalının dərdi ürək dağlayır,
Kərkük göz yaşını silmədi, vallah!Bir sancı doğruyur qəlbimi mənim,
Bizə biz olmuşuq hər zaman qənim!
Məşəqqət içində yazıq vətənim,
Bir dəfə ürəkden gülmədi,vallah !Öndə gədəniyik biz latın, lütün,
Hardan xeyir gələr, kəsmişik kütün!
Qalibin ölübdür ümidi bütün,
Bir quru cismidi ölmədi, vallah ! -
Elnur RƏSULOĞLU.”Dünyada”
Dünyada
Sən qəlbimin hərarəti, atəşi,
Səndən gözəl ola bilməz
dünyada.
Gözəlliyin utandırar günəşi,
Səndən gözəl ola bilməz
dünyada.Bu məqamı gözləmisən xeyli
sən,
Vurulmusan, sən də mənə
meylisən
Divanəyəm, Məcnun mənəm, Leyli sən,
Səndən gözəl ola bilməzdünyada.
Bir xəstədir, sənsən şəfa
Elnura,
Əbəs yerə vermə cəfa
Elnura. Sevgidə sən göstər vəfa
Elnura,
Səndən gözəl ola bilməz dünyada. -
Elnur ABDİYEV.” Bu kürədə yaşa sevgi hörmək üçün”
Bu gün kənd qəbiristanlığında Şəhidlərin məzarlarını ziyarət etdim. Baxdım,baxdım,sadəcə qəlbimdə bir qürur hissi doğdu.
Bu məzarlar şanlı tarix səhifəsi,
Uyuyublar, Vətən ömür sürmək üçün.
Hər bir şəhid özü boyda Yer kürəsi,
Bu kürədə yaşa sevgi hörmək üçün.O qanlarla Bayrağımda Vətən gülür,
Ruhu enməz şəhidlərdir,Vətən gülü.
Haqq yolunda ölənlərə demə ölü,
Onlar yaşar,sən acizsən görmək üçün.Gör nə qədər böyüksən ki, ey şəhid sən!
Bir savabın cavabına tək şahidsən.
Baş əyirəm məzarların önündə mən,
Şəhidlərə şanlı salam vermək üçün. -
Nail DAĞLAROĞLU.”Edə bilsin”
Ürəyimdə güclü məhəbbət oyat,
Ömrün sonunadək bəs edə bilsin.
Duyğular müqəddəs, saf, təmiz olsun,
Dillənsin ürəkdə səs edə bilsin.Elə et ki, hazır olum olməyə,
Təkcə sənnən danışmağa, gülməyə.
Mənimlə dərdini yarı bölməyə,
Qoyma snnən qeyri kəs edə bilsin.Nailəm, eşqinlə alışım yanım,
Sənsiz keçən günə qoyma dayanım.
Sənnən ayrı düşsə bu sevən canım,
Naz-qəmzəndən umu-küs edə bilsin. -
Gənc xanım yazar müsabiqənin qalibi olub
1 may 2015-ci il tarixdə Azərbaycan Dİllər Universiteti tərəfindən Azərbaycan Xalqının ümummilli lideri, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri və müəllimləri iştirak edib.Müsabiqənin qalibi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin I kurs dinləyicisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, gənc xanım yazar Ülkər Piriyeva olub.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Nigar RÜSTƏMQIZI.”Qabriel Qarsia Markizdən…”
Gecənin zülmətinin tozunu
üstümdən çırpmamış səhər açılmışdı…
Onsuz keçən günlərimin hədiyyəsi
Şillə kimi üzümü qızartmışdı.
Dünyadakı heç bir həzzi bu iztiraba
dəyişməzdim.
Tipik Oxatanlar kimi inadkardım,
Oysa o qədər mərhəmətli idi ki, hətta
Iblisə də yazığı gəlirdi…
Ehh, kim təsəvvür edə bilər ki, bu nə cür
xoşbəxtlikdir.
Daha ölməyə azca da niyyətim yoxdur.
Amma o gün…
O gün…Səhər dodaq boyasıyla
güzgüyə yazdım:
“Sevgilim, bu dünyada biz tənhayıq”
Qayıtmadım… -
Ülviyyə VAHİD. “Vaqif Səmədoğlu haqqında düçüncələr”
Şəxsiyyətlərindən biri,əvəzsiz insan,Səməd Vurğunumuzun yadiğarı, şair-drammaturq Vaqif Səmədoğlu bu gün dünyasını dəyişdi. Bu dahi şəxsiyyət haqqında zamanında deyilib və bundan sonra da daha çox xoş sözlər deyiləcək,əminəm.Çünki gerçəkdən də ölümü ilə ölümsüzlüyün zirvəsini qət edənlərdən oldu,Vaqif Səmədoğlu.
Sadəcə onu deyim ki,yanvar ayını heç sevmirəm.Doğma,dəyərli,əvəzsiz və s. bütün insanları məndən almaq üçün illərdir, qəsdimə durub sanki.Vaqif müəllim,çox təəsüf ki,sizləri də bizlərdən dən almış oldu zalım yanvar… (daha&helliip;) -
Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeirlər
XATİRƏ QALACAQ
Bir yol olub, yürüdüyüm illərim,
Sirdaş olub mənə,ötən günlərim.
Yazdığım hər misralarım,sözlərim,
Bu ömürdən bir xatirə olacaq.Enisli-yoxuşlu uzanan yollar,
Güvənli dağlara yağan o qarlar,
Yaşanan uğurlar,həm imtahanlar,
Bu ömürdən silinməz iz salacaq.Yaşanan illərin qışı, həm yazı,
Vusalın sevinci, hicranın yası,
Ürəkdən süzülub gələn hər yazı,
Bu ömürdən bir gün daha alacaq.Həyat öz köçünü çəkib gedəcək,
Kimlər ağlayacaq,kimlər güləcək?
Günun birindəysə hər şey bitəcək,
Bu ömürdən tək nişanə qalacaq.
Bu ömürdən, bir xatirə qalacaq.SEVGİ NAĞILI
Bir sevgi nağılı danış sən mənə,
Orda həsrətlərdən söz açılmasın,
Xoşbəxt sevgilərsə yarı qalmasın.
Bir sevgi nağılı danış sən mənə.Orda həm sədaqət,həm vəfa olsun,
Sevinc yaşlarıyla gözlər də dolsun.
Yasanan hər sevgi bir örnək olsun,
Bir sevğı nağılı danış, sən mənə..Məcnunlar Leyliyə həsrət qalmasın,
Fərhad min əzabla külüng çalmasın,
Züleyxa Yusifsiz qəmə batmasın,
Bir sevgi nağılı danış, sən mənə.Əzrayıl qapını vaxtsız döyməsin,
Fərizə eşq üçün kəfən biçməsin,
Sevgilərin sonu belə bitməsin,
Bir sevgi nağılı danış, sən mənə.Güvənli dağlara qarlar yağmasın,
Xəyanət kəlməsi heç anılmasın.
Vusalın yolları bağlı qalmasın,
Bir sevgi nağılı danış, sən mənə.Nağıl dünyasına qonaq olsam da,
Bir gün bu həyatla vidalaşsam da,
Daha nağıllara inanmasam da,
Bir sevgi nağılı danış, sən mənə.GEDİRSƏN
Yenə görüşünə gəlib dostların,
Bu görüş -acı bir tarix yazacaq.
Hər görüş xoşbəxtlik deyilki,ustad,
Qələm də bir vida şeirin yazacaq..Qəsdimə dayanan bu zalım ay da,
Səni də bizlərdən alıb aparır.
Ruhun bizimlədir,cismin yol üstdə,
Ömür də öz köçün çəkib aparır.Dəvətinə gəlib, səni sevənlər,
Ölümə-“xoş gəldin”,deyib gedirsən.
Qəlbimdə acı bir fəryad yüksəlir,
Qonaqların gəlib, hara gedirsən..?!Ülviyyə Vahid
-
AYB Gənclər Bölməsi yeni kitabın təqdimatını keçirib
01 may 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Ədəbi nümunələrdə Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözüylə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı qələm sahibləri üçün tükənməz mövzudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdi də Ulu Öndərin ədəbiyyata olan sevgisindən və qayğısından danışıb.
Daha sonra Firəngiz İdrisqızının rəhbərliyi ilə Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Gəncliyin səsi” ədəbi dərnəyinin yetirməsi olan, AYB üzvü və Prezident təqaüdçüsü Xəyalə Sevilin yeni nəşr olunmuş “Saçlarıma ay qonub” kitabının təqdimatı keçirilib.
Gəncə ədəbi mühitinin görkəmli nümayəndələri- Prezident təqaüdçüsü Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq, Ramiz Təmkin, Oqtay Abdulla, Almaz Yusifqızı öz çıxışlarında Xəyalənin istedadından və özünəməxsus üslubundan danışıblar. Firəngiz İdrisqızı gənc şairin “Gəncliyin səsi” dərnəyindəki fəallığını, Elməddin Nicat və Vüsal İsgəndərli isə dərnəyin Xəyalənin yaradıcılığına təsirini xüsusi qeyd ediblər.
Tədbirdə gənclərdən AYB və DGTYB üzvü Şəfa Vəli, Faiq Abdullayev, Aytac Məmmədova, Təhminə Məmmədova, Elvin Mustafayev, Samirə Səma, Gülnarə Sadiq, həmçinin, Aşıq Elbrus da iştirak ediblər.Şəfa VƏLİ,
AYB üzvü və Prezident təqaüdçüsü. -
Mais TƏMKİN.”Adamı” (Yeni şeir)
Dostlar, olmaz dadı-duzu,
Söz-söhbəti şit adamın.
Nə arı var, nə həyası,
Ruhu çılpaq, lüt adamın.Haqqa dəvət etsə mini,
Yenə eylər bildiyini.
Yox imanı, yox bir dini,
Səcdəgahı büt adamın.Üzdə tərif yapan gördüm,
Hiylə yolun tapan gördüm.
Arxadan çox qapan gördüm,
Belə qapmaz it,- adamı.Xainlərin qəlbi kindir,
Nə danışdır, nə də dindir.
Başa salmaq çox çətindir:
Bu zamanda küt adamı ! -
Şafa KAMİLLİ.”Uzaqdan-uzağa bu nədi belə?”
Sən və sənlə bağlı hər şey incidir məni,
Uzaqdan-uzağa bu nədi belə?
Qəlbim yanında olduğu üçün,
Hiss edir sənin hər halını,
Axı nə gizlədim darıxıram mən,
Deyəsən sənin də bir sıxıntın var ,
Ehtimal edirəm, bu belə deyil,
Sadəcə bu mənim hislərim olar ,
Şadlanan qəlbinlə, gülən üzünlə,
Sanki yanmdasan,sən mənimləsən.
Butü düşüncənlə, o saf qelbiylə ,
Deyəsən elə sən də beləsən…
Bu hislər sənində qəlbindən keçir,
Qəlbimdən, qəlbinə olan bu yolda,
Unutma, daima qəlbim sənindi…30.04.2015.
-
Mahmud Kaşğari.“Divani-lüğət it-türk” əsəri
Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Divani-lüğət it-türk” əsəridir. Bu əsərin müəllifi XI əsrdə yaşayıb-yaratmış məşhur türkoloq Mahmud Kaşğaridir.Müəllif bu əsəri 1075-ci ildə yazmağa başlayır.Əsəri 1077-ci ildə tamamlayır.Bu əsər ərəblərin türk dilini öyrənmək məqsədi ilə yazılıb. “Divani-lüğət it-türk” əsərində 7500-dən çox sözün şərhi verilib.Bu sərdə türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri də verilib.Şeirlər əsasən dördlük formasındadır.Misra daxili bölgü 4+3 formsındadır.Səkkiz hecalı şeirlərə də təsadüf olunur. “Divani-lüğət it-türk” əsərində türk dillərində ahəng qanununun olması haqqında ilk dəfə olaraq məlumat verilir.
-
Yusif Balasaqunlu.”Kutadqu bilik” əsəri
Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Kutadqu bilik” poemasıdır.Poemanın müəllifi Yusif Xas Hacib Balasaqunludur.Müəllif bu əsəri 18 ay ərzində yazıb.Poemanı 1069-cu ildə tamalayıb.Əsəri Qaraxni dövlətinin hökmdarı Süleyman Arslan Qaraxana həsr edib.Hökmdar bu poemanı yüksək qiymətləndirib.Əsərin müəllifinə “Xas Hacib” fəxri adını verib.
“Kutadqu bilik” poeması 85 bölmə və 6520 beytdən ibarətdir.Şeirlər əsasən dördlük şəklindədir.Dil və üslub baxımından Mahmud Kaşğarinin “Divani-lüğət it-türk” əsəri il yaxından səsləşir.Əruz vəzninin mütəqarib bəhrində yazılıb.Bu əsər əxlaqi-didaktik mövzudadır.
Poemanın “Kutadqu bilik” adlanması da təsadüfi deyil.Müəllif özü bu əsər haqqında yazır: “Bu kitabı oxuyan kutlu olsun.Kitab onun əlindən tutsun”.Bu əsəri Azərbaycan dilinə Ramiz Əsgər və Kamil Əliyev tərcümə edib.
Bu poemanın elm aləmində üç nüsxəsi var:
1.Vyana nüsxəsi 2.Qahirə nüsxəsi 3.Fərqanə nüsxəsi
-
Gülten Ertürkü doğum günü münasibətilə təbrik edirik!
Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik etmiş ve şairi bu günlere taşımıştır.
Başanlı öğretmenliğinin yanı sıra Türkiyenin çeşitli yerlerinde sahne alan ERTÜRK, TRTnn çekimlerini Beypazarında gerçekleştirdiği “Son mektup” ve “Türkmen düğünü” dizilerinde rol alarak seslendirme yaptı.Beypazarı yöresine ait bir yiyecek olan Beypazarı Kursunun hikayesini senaryo olarak yazdı.Pek çok TV Programlarına konuk oldu.Kendisi de TV programları hazırladı ve sundu.Büyük organizasiyonlarda, festivallerde ve Uluslararası programlarda sunuculuk yaptı.Türkiyede yayınlanan muhtelif edebiyat, kültür, sanat ve fikir dergilerinde, gazetelerde yazı ve şiirleri yayımlandı.
Öğretmenlik meslekinde Takı Tasarımı alanında sanat eseri konumunda çalışmaları bulunan Gülten ERTÜRK, 2008 yılında öğrencilerine rehberlik ettiği bir proje yarışmasında Türkiye 2.liği Ödülünü aldı.
2010 yılında Türkiyede bir ilk olan şair ve programcıların katıldığı “1. Çukurova Şiir Okuma Yarışması” ında 2. oldu.
2012 yılı Eylül ayının 24-de Türkiye Yazarlar Birliği Temsilci Kurulu üyesi olarak ilk kez Bakü’ye sefer etdi.Həmin ziyaret çerçevesinde “Aydın Ocağı” Sosyal Birliğinin organizasyonu ile “Divan-ı Hikmet” de gerçekleştirilen muhteşem görüşmede 2011 yılında Ankara’da yayımlanan
“harflerin Dansı” (Assonans ve Aliterasyonlarla Şiirler) kitabından hediyeler etdi.Türkiyə Türkçesinde yazdığı şiirlerden okudu. “Aydın Ocağı” Sosyal Birliği Onursal üyesi seçildi.
Dünya Genç Türk Yazarlar Birliği üyesi, yetenekli Türk hanım yazar Gülten ƏRTÜRKün şiirleri Türkiye Türkçesinden Türkiye Türkçesine tercüme olunarak ilk defa olarak Azerbaycan’da “Aydın Ocağı” Sosyal Birliğinin yayın organı “Aydın Ocağı” dergisinde-dergisinde olunarak ışık yüzü gördü.Dünya Genç Türk Yazarlar Birliği
ve “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalına şiirleri yayınlandı.
2012 yılı Ekim ayının 6’sında “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalının Birinci Kurultayı’nda Azerbaycan’ın Kültür ve Edebiyat portalının yayın, Yaratıcı, Temsilci Heyetlerinin Fahri üyesi ve “Türkiye Edebiyatı” bölümünün Baş editörü seçilmiştir.
İkinci kitabı olan “Nerdesin Kırık Ayna”nın 2. baskısının gelirini Türkiye Gücsüzleri Vakfına bağışlayan şair;
İLESAM ( Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği),
TURÇEV ( Turizm ve Çevre Gazetecileri kültür sanat komisyonu)
DGTYB (Dünya Genş Türk Yazarlar Birliği),
Yurd Yuva Derneği üyesdir.
Şiir Kitapları; “Paylaşılacak Duygular”, “Nerdesin Kırık Ayna2, 1. ve 2. Baskı, “Gönlümdün Damlalar” ve Milli Eğitim Bakanlığı Devlet kitapları çocuk serisi yayınlardan “Şiirlerle Kutlayalım”
Şiir Albümleri; “Yüregimdeki Duygulardan Merhaba”, “Gönül Gülteni”
Ders kitapları; “Basit Telkari Teknikleri”, İçi Bos (kutu) Tekniği”
Hikaye kitabı; “Beypazarı Kurusu”SEVER SENİ
Canımda can varsa, sağsam,
Bir öfkeyle dağları aşsam,
Gökten taş olup da yağsa,
Dolum yine sever seniHer sezon açıp Scholes da,
Bulut içine dolsa da,
Fırtına, boran olsam da,
Yelim yine sever seni.Özlemin beynimi yorsa,
Zaman hiç ötməyib dursa,
Dalgalar kıyıya vurursa,
Gönlüm yine sever seni.Baxılmadı genç yaşıma,
Üzüntü katıldı Asım.
Neler gelse de başıma,
Kolum yine sever seni.Cefa etse de çok zalim,
Fetvalar verse de alim,
Qalamasa da hiç macalım,
Halim yine sever seni -
Gənc yazarlar “Shahbulaq.az” saytına keçdi
30 aprel 2015-ci il tarixdə “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, tanınmış yazıçı Eyvaz Zeynalov tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, gənc yazarlar Nigar Rüstəmqızı, Cahan Xanım, Kənan Aydınoğlu “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının Redaksiya heyətinə üzv qəbul olunublar.Yetişməkdə olan yeni nəsil Azərbaycan ədəbiyyatının nümayəndələrinin-gənc yazarların tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirililəcək.
-
Debüt: Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeir
Bir yol olub, yürüdüyüm illərim,
Sirdaş olub mənə,ötən günlərim.
Yazdığım hər misralarım,sözlərim,
Bu ömürdən bir xatirə olacaq.Enisli-yoxuşlu uzanan yollar,
Güvənli dağlara yağan o qarlar,
Yaşanan uğurlar,həm imtahanlar,
Bu ömürdən silinməz iz salacaq. (daha&helliip;) -
Afət Viləşsoyu doğum günü münasibətilə təbrik edirik! (27 aprel 1985-ci il)
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
Sevib, sevdiyiniz insanlar ilə birgə olun!Mətbuat xidməti (daha&helliip;)
-
“Sözlərlə rəqs edən şair”
Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız gəlir dünyaya – Viləşi özünə ad seçib, hər sözündə yenidən doğulan bir qız. (daha&helliip;)
-
Harika UFUK.”Kadir Gecesi”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Çok şükür ki ulaştık mübarek Ramazan’a,
Herkes sevinçli mutlu; baba, oğul, kız, ana,
Kur’an-ı Kerim’imiz bildirir her insana,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.Kibirden uzaklaşır bütün rütbeler, sanlar,
Çünkü Allah katında eşittir tüm insanlar,
İftar sofralarında toplanır dostlar, canlar,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi. (daha&helliip;) -
Debüt: Təbriz ELXAN (Gədəbəy rayonu).Yeni şeirlər
Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və vətənpərvərlik motivli şeirlər yazan Təbriz Elxan yurda və millətə sevgi dolu bir gəncdir.
Vətən
Atalar fexr eləsin, analar ağlamasın,
Bacılar gizli-gizli içinde sızlamasın,
Vətən üçün doğulub hünərli, mərd oğullar.
Düsmənlərlə çarpışıb uca şəhid olurlar.Vətəni tərk edən kəs .xar olar, xar həmişə,
Vətən üçün can vermək qürurdur hər igidə.
Nə qeder sinemde çirpinir urek,
Döndərən deyilem düşmənə kürək. (daha&helliip;) -
Gülnarə İSRAFİLQIZI.”Ümidim də ona sarılıb..!”
boğulan göz yaşlarımın
matəminə gəlmişdi ümidim
dənə-dənə ağlayırdı.
kəndirənmişdi boğazımda.
intihar günahdır deyirlər axı.
asılmağın günahı,
asılqan yerindəydi bəlkə də…
öldükləri gecə
adını çəkə bilmədiyim
zülmətlərə qarışan ömür,
qanına boyanan gənclik, (daha&helliip;) -
Fidan ABBASOVA.”Duyğuların ən ülvisi sevgidir”
Duyğuların ən ülvisi sevgidir
Bir gün , bir vaxt kimisə sevəcəksən
içindəki qısqanclığın hissidir
dəli kimi sevmə dəyişəcəksən…Fikirlərdən qocalacaq arzular
nə ümüdün , nə isdəyin qalacaq
boğacaqdır qəlbindəki duyğular
bəzən səni sevə sevə yoracaq…
(daha&helliip;) -
Şəfa VƏLİYEVA.Yeni şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBir gün gələcəm sizə
bir gün gələcəm sizə,
elə-belə… təsadüf…
qonşu qoyacaq sözə,
-arsızdı, özü gəlib…keçəcəyəm mətbəxə,
qaynayacaq çaydanın…
dadı qalıb deyirlər,
damağında dolmanın… (daha&helliip;) -
Şafa KAMİLLİ.” Yağma daha…”
Bahar gəlib ,ağaclar da, çiçəklənib ,
Qəlbizdə arzu – isdək ,
Sən yağirsan bahar fəsli ,
Qiş ditibdi ,qişda yağdin ,
Ağaclara ,qəlnimizə ,
Daha yağma ,bəsdi yağdin,
Qəlbimizi dondirursan ,
Çiçəklnmiş ağaclara ,
Daha yağma ,
İndi bahar fəsli ğəlib ,
Sən ğet qəlmə ,
Yağma daha , (daha&helliip;) -
Mayisə ƏSƏDULLAQIZI.”Adımı yaz sinənə”
Deyirəm, ay sevgilim,
Sən, adımı yaz sinənə.
Qızıldan hərflərlə,
Lövhə düzəlt, as sinənə.
Ürəyində mənimçün,
Gizli cığır aç sinənə,
Kim bilir, kim inciyir,
Dəxli yoxdu, heç mənə nə?!.
Deyirəm, bu dünyanın,
Hər bir işi sirr müəmma,
İnsanlığı olmayan,
Gəzir şöhrət azarında.
Sevənə lağ eləyir,ağız əyir,
Özü, amma,
Batıb çirkab içinə,
Alış-veriş bazarında!
Deyirəm, eləsinin,
Bilinməz nə yazı, qarı,
Xasiyyəti bədxahlar,
Bax elə qalsın, xaraba!
Niyyəti pisdi, rəzildi,
Adı da bayquş qarı,
Yığışıb köç etsinlər,
Burda qalsın, gözəl oba! -
Hikmət MƏLİKZADƏ.” “YaşaM”ın kod açılışı” (Məqalə)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüMənzərə xanımın “YaşaM” kitabına qısa baxış
“YaşaM” adı zənnimizcə, ya bir məxfi qrif, ya bir kod, ya da bir şifrədir. Bu adın güzgü konsepsiyası da maraq doğurur. Bu məxfi adın açılışına çalışaq.
İlk olaraq bu adın sol yarımkürə vəziyyətini şərh edək. Adın ilk və son hərfləri böyük şəkillidir. Hər iki hərf arasındakı ardıcıllığı analiz – sintez etmək üçün heroqlifik (sağ yarımkürə) işarə tipinə müraciət edə bilərik. Semiotik sistemə əsasən, antik-arxaik vəziyyətlər sol və sağ yarımkürələr üzrə icra olunur. Bu period mərkəzi xəttə meyllilik də yaradır – yəni “Y” hərfilə “M” aralığı məxfi – pünhan vəziyyəti açır. Demək, sol yarımkürə sağ yarımkürədə müvafiq analitik – fraqmentarlıq izhar edir və bu prosesə meyllidir. (daha&helliip;) -
Gənc yazar Elşad Baratın yeni kitabının imza günü keçiriləcək
23 aprel 2015-ci il tarixdə, saat 12:00-da, Kitabevim mağazasında Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gənc yazar Elşad Baratın yeni kitabı işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində “Vektor” nəşriyyatı tərəfindən 120 tiraj olmaqla, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru tanınmış şair Elçin İsgəndərzadədir.
Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə gənc yazar Elşad Baratın “Tükənməz Məhəbbətim” (2008), “Ruhumun Səsi” (2012) şeirlər kitabı işıq üzü görüb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Çinarə ÖMRAY.”Uzunömürlü kəpənək” (Məqalə)
Sizə “Eşq haqqı” adlı bir rəngli kəpənəkdən danışmaq istəyirəm. Biz Günayla lap əvvəldən tanış idik. Sonra qismət elə gətirdi ki, biz həm də qrup yoldaşı olduq. Mənim hər zaman insanlarda bir şey diqqətimi çəkib. Çox zaman insanların adlarıyla xarakterləri və ya yaşam tərzləri bir-bri ilə vəhdət təşkil edir. Hansısa bir oxşarlıq mütləq olur. Mən bunu Günayda da müşahidə eləmişəm. Günayın adı iki adın birləşməsindən əmələ gələn mürəkkəb bir addır. “Gün” və “Ay” . Maraqlısı ondadır ki, Günay bunların hər ikisini özündə əks etdirir. Məsələn: onun daxili Gün kimi işıqlıdı, şəfafdı, o istiliyi verə bilir qarşı tərəfə. Istər münasibətdə, istərsə də ünsiyyətdə. Ay kimi gözəldir, cazibədardır. Və bir də bildiyimiz kimi ayın görünmüyən tərəfi var. Yəni sirrli tərəfi. Bu gün Günayın EŞQ HAQQI adlı kitabı əlimdədi və düşünürəm ki, kitab həmin Ayın məhz o görünməyən tərəfidi. Kitabı götürüb sakit bir yerə çəkildim oxumaq üçün. Və oxudum. Yox, yox oxumadım, onunla söhbət etdim. Bilirsiz, bəzi kitablar var ki, onları oxuyursan, bəzi kitablar da var ki, onlarla söhbət edirsən. Mən Günayın kitabı ilə söhbət etdim. Təbii ki, söhbət əsnasında ayın görünməyən tərəflərini mənə açmağa çalışdı kitab dostum. Mənə bir qadın ruhunun narahatlığından danışdı, bir bakirə qız sevgidən söbət açdı, əsl vətən sevgisindən danışdı, bir qadının dünyaya hayqırışından bəhs etdi, bir ana qayğısından, bir ana nəvazişindən söz saldı kitab dostum. Bir də illərin arxasından boylanan, bəlkə də artıq daşlaşmış bir qadın kədərindən danışdı… (daha&helliip;)