Author: Delphi7

  • Esat ERBİL.”Arifler” (Yeni şiir)

    10490150_1496492080568423_8423822_n

    Aman istedim
    Her kes
    Yüzün çevirdi benden,
    Dediler sorma
    Burada
    Yoktur
    Yaşam mutluluğu
    Burada pul
    Rol oynar
    Hayat burada
    Sadece paradır.
    Ağladım yara
    Bağlandım zara
    Sıkıldım dara
    Her kes dil
    Açtı
    Git ara para!
    Gelenek bilmezler
    Görenek hiç yoktur
    Hepsi unutulmuş
    Hepsi bir pula
    Kurban olmuştur.
    Yaşam öykümde
    Hayat denememden
    Hep cebim
    Boşalmış
    Ama yüreğim
    İmanla dolmuş
    O, zaman
    Anladım ki
    Erenlere
    Varmışım ben.

  • İlkin ABBAS.”Neyçün belə qəddar dolanır başıma dünya?” (Müxəmməs)

    10515052_1454147261518412_988404994_n

    Oldum gecə-gündüz bu eşqlə halı-pərişan,
    Gəl olmadı yar bircə dəfə xanəmə mehman,
    Verdim canımı daim onun yolunda ehsan,
    Lap istəsə mən canımı verrəm ona qurban,
    Yar naz eliyir hər dəfə fürsət tapıb amma,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Sevdim onu, sandım ki qaranlıqda çıraqdı,
    Düşdüm çətinə, gördüm o gözlərdən uzaqdı,
    Bilməm mənim eşqim onun üçün nəsayaqdı?
    Yəqin ki nədir anlamayır eşq, çün uşaqdı,
    Mən yandım, o heç vecinə də almadı əsla,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Həsrət sıxır artıq məni, gəl həsrətə son ver,
    Sənsizlik uzun oldu, gəl bu müddətə son ver,
    Dünyam mənə zülmətdi, gəlib zülmətə son ver,
    Ya sev məni, ya öldürərək əzyətə son ver,
    Sevmirsən əgər fatiha ver ruhuma hətta,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Dərdin sıxır artıq məni, bil ey güli-rəna,
    Qəlbimdə mənim məskən edibdir belə sevda,
    Qəlbim sənə aid, ola bilməz yadın əsla,
    Sənlə keçər ey yar, mənim hər bir günüm əla,
    Üzdü məni bu həsrəti-hicran, gözəlim ta,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Gözlər səni gözlər uzun illər boyu, afət,
    Könlüm eləyib həsrəti-qəm çəkməyə adət,
    Sənsən təbibim, dərdimə yox başqa təbabət,
    Sevdim birin Allah, elədim mən nə qəbahət ?
    Bülbül də çəmənlikdə edir eşqimi ifa,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Eşqinlə edər qəlb evim ey gül, belə imdad,
    Neyçün edirəm mən sənin eşqin ilə fəryad,
    Neynim gələsən halımı gör, qəlb evi bərbad,
    Gəl ki edəsən sən bu könül mülkünü abad,
    Dünya evi mənçün sayılır bil quru səhra,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

    Tək ismin olubdur dilimdə daima əzbər,
    Fərhad kimi dağ çapdım olam mən ona bənzər,
    Bir sən olasan, sən bu sevən könlümə rəhbər
    Düşdüm quru səhralərə Məcnunla bərabər,
    Nə Məcnunu sevdi, nə də ki İlkini Leyla,
    Neyçün belə qəddar dolanır başıma dünya ?

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Ruhum vəcdə gəlir lal sevda kimi,
    Cismimin altında təpə oynayır.
    Sən elə süzürsən, elə bil ki, qız,
    Suların qoynunda ləpə oynayır.

    Kölgəmin tabutu elə cür durub,
    Elə bil torpağa düz xətt qoyublar.
    Sənə vermədiyim vədin altından,
    İmza əvəzinə yüz xətt qoyublar.

    Eşqdən kim yorulub, biz də yorulaq,
    Deyəsən, gün keçir, boynum üşüyür.
    Sanki xəzan vurmuş quru yarpaqdı,
    Qızlar bir-bir düşür, qoynum üşüyür.

    ***
    Bir az yaxın otur canıma bu gün,
    Götür yaylığını, nəmə batmışıq.
    Gözün qapı deyil, üzümə örtmə,
    Görən, elə bilər qəmə batmışıq.

    Ruhun yarpaq kimi yüz rəngə çalır,
    Nolar, ay insafsız, qolunu uzat…
    Mən vaxtsız gəlmişəm bu yer üzünə,
    Allah, bu əzabın yolunu uzat!

    Uzağa aparır bir kölgə məni,
    İndi bu ləpiri silim ki, yadsan?!
    Aç o gül ağzını, bir kəlmə söz de,
    Barı, heç olmasa bilim ki, yadsan.

  • Mayisə ƏSƏDULLAQIZI.”Deyirlər şairlər çoxalıb” (Yeni şeir)

    1533150_672733326111760_899121006_n

    Deyirlər şairlər çoxalıb yaman,
    Həzin küləklərin nəyi pisdi ki?
    Kamanın simindən şərbət tək axan,
    Sevən ürəklərin nəyi pisdi ki?!

    Birinə Tanrıdan sərvət pay düşər,
    Birinə taledən qismət tay düşər,
    Şairin qəlbinə hərdən təb düşər,
    Ağ vərəq, bir də ki, mürəkkəb düşər.

    Gözəllik axtarır hər bir qarışda,
    Dostluğa xəyanət etməz şairlər,
    Siyasətçi olar qanlı savaşda,
    Düşmənin sözünə getməz şairlər…

    Şahlar sarayında əsrlər boyu
    Dövləti aşsa da, şair oturub,
    Çətin söhbətləri, ərənlər toyun,
    Şairlər başlayıb, şair bitirib.

    Vətənə sevgisi bir dastan olar,
    Eşqini Tanrıdan alar şairlər,
    Sevdiyi aləmin heyranı olar,
    Xalqının qəlbində qalar şairlər.

    Hər yetən sıradan deyil şairlər,
    Mindən, bəlkə milyonlardan biridir,
    Bu söz hələ əvvəllər də deyilib,
    “Şairlər Tanrının elçiləridir”.

    Heç kimdən nə rüşvət, nə pay gözləmir,
    İlhamı gələndə yazar şairlər,
    Sevdiyi kimsədən xəyanət görsə,
    Onu ürəyindən pozar şairlər!..

    Olsa bəxti acı, ötsə də illər,
    İlbəil gəncləşər, gülər şairlər,
    Başının üstündən əssə də yellər,
    Sevgisin sevənlə bölər şairlər!

    Hər gözəl şairin öz ahəngi var,
    Yolçuyla çörəyin bölər şairlər,
    Başında tacı yox, söz çələngi var,
    Yetimin göz yaşın silər şairlər…

    Ürəyə loğmandı çəməni, dağı,
    Ruhuma gözəllik çiləyib, qatar,
    Vətən darda olsa, qudursa yağı,
    Şairin oğlu da səngərdə olar!

    Dolansa əsrlər keçsə də zaman,
    Vəfasız insana mail olmayır,
    Söz döyüşlərində verməyir aman,
    Hər qəlbi xəbisdən şair olmayır!

    Min illərdən bəri, bu günə qədər,
    Yazıldı tarixdə qaldı şairlər,
    Hər an qarşısına çıxsa da kədər,
    Məhəbbət önündə quldu şairlər!

    Nurlu gələcəyi, bəxtiyarlığı,
    Taleyin qisməti bilər şairlər,
    Dostluğu, sevgini, etibarlığı,
    İnsanın isməti bilər şairlər!

  • Gülnarə İSRAFİLQIZI.”Gizlətməyin şəhidimi” (Yeni şeir)

    234435423665547648

    Şəhidimin al qanıyla
    Səlnamələr bu torpağa
    Yazılmalı,
    Düşmənlərin,
    Göz bəbəyi ovulmalı,
    Qazılmalı.
    Ovuc-ovuc qanı axan, şəhidimin
    Adına bir kitab yazıb,
    Kiçik-kiçik tədbirlərin,
    Başqa- başqa şəkillərin,
    Kölgəsində gizlətməyin
    Şəhidimi.
    Təkcə bu gün film çəkib,
    Dar bir zalda,
    Əlillərə, şəhidlərin ailəsinə,
    Izlətməyin şəhidimi.
    Nədən mənim şəhidlərim,
    Əlillərim dar bir yerdə
    Tanınmalı.
    Ölkəmizdə,
    Ölkəsimizin hidudunda
    Alqışlarla,
    Milyonların yaddaşında,
    Anılmalı.
    O torpaqlar alınmalı.
    Aldatmayın, ağlatmayın, sızlatmayın,
    Şəhidimi,
    İldə bir yol xatırlayıb,
    Siz atmayın şəhidimi.
    Sökük- sökük kitablarda,
    Qarışdığı torpaqlarda,
    Gözlətməyin şəhidimi.
    Sadəcə bir film kimi,
    İzlətməyin şəhidimi.
    Gizlətməyin şəhidimi.
    Gülnarə İsrafilqızı.

  • Dağıdan deyil, quran olmaq

    İnsanlarda “dağıdıcsavalankardesimizı”  kimi tərif edə biləcəyimiz  bir xarakter növü var.  Bu xarakterin əsas göstəricisi insanların mübahisəli məsələlərdə bir-birinin şəxsinə,  mövqeyinə, fikirlərinə radikal, çox sərt  bir münasibat bəsləmələridir. Mənim qısa  təsvir etdiyim bu xarakterin, əslində,  daha qabarıq təzahürlərinə gündəlik həyatda hər kəs daim şahid olur. Bu xarakterin səbəb olduğu nəticələri istər şəxsi münasibətlərdə, istər cəmiyyətlərdəki qarşılıqlı münasibətlərin mənfi müstəvidə irəliləməsində, istərsə də qarşılıqlı dözümsüzlüyün yaratdığı münaqişələrin  cinayətlərlə nəticələnməsində müşahidə etmək olar. (daha&helliip;)

  • Yaxın Şərqdə məcburi ittifaq yox, sevgi ittifaqı

    10518868_1432712770345976_1429854027_n

    Ayrılıqlar və bölünmələr hər zaman vardı. Amma qəribə ittifaqlar bir anda İŞİD kimi bir şəbəkənin İraq şəhərlərini işğal etməsi ilə ortaya çıxmağa başladı. Malikinin məzhəb ayrıseçkiliyinə zəmin hazırlayan bəzi hərəkətləri və İraqın içində bölünmüş xalq, bir anda İŞİD şəbəkəsi ətrafında bir çox fərqli qrupu birləşdirdi. Sünni təriqətlər, Maliki əleyhdarları, bir qisim türkmən və kürdlər, Səddam dövrünün əsgər və generalları bir dam altında birləşdilər. Bu işğalları təhdid olaraq qəbul edən ətraf ölkələrdə də vəziyyət qəribədir. Maliki-Ruhani ittifaqı davam edərkən, İŞİD-in İraqdakı irəliləyişi Ruhani-Obama ittifaqını da qızışdırırdı. Belə ki, yaxın günlərdə İranın nüvə proqramı çərçivəsində Ruhani ilə birlikdə gerçəkləşəcək Cenevrə danışıqlarında digər bir məsələ İŞİD-dir.
    Bərzani-Ərdoğan ittifaqı daha da güclənərkən, Türkiyənin üzləşdiyi əsir böhranı və sərhəddəki hadisələrə görə zəifləyən Maliki-Ərdoğan ittifaqının da burada gücləndiyini deyə bilərik. Yaxın Şərqdə nəhayət ki, itttifaqlar yaranır, təhdidin meydana gətirdiyi məcburi ittifaqlar…
    İnsanlar, dövlətlər, dövlət başçıları qardaşlıq əsasında çətin gördükləri ittifaqı hər hansı bir təhdid olduğu zaman dərhal yarada bilirlər. Ortaq düşmən fikrinin sevgidən daha güclü olması yaşadığımız əsrin acı həqiqətidir.
    Vəziyyəti Türkiyə baxımından müşahidə etdikdə isə Türkiyənin bir müddətdir ki, mülayim və uzlaşdırıcı bir strategiyaya daha çox önəm verdiyi aydın olur. İraqda Maliki ilə gərginləşən münasibətlərin yumşaldılması, Ruhani rəhbərliyindən etibarən İranla hər ay aparılan mütəmadi danışıqlar və son olaraq Misirin yeni prezidenti Əl-Sisiyə prezident Gül tərəfindən göndərilən təbrik mesajı …
    Misirdə hərbi müdaxilə sonrası ölümlər və həbslər, əlbəttə ki, ağır bir keçmişə sahib olan türk xalqı üçün böyük bir imtahan oldu. Amma bu, qardaş ölkə Misir ilə əlaqəni qoparmaq demək deyil. Bu əhəmiyyətli mövzuya bir başqa yazıda toxunaq.
    Mosulun işğalından əvvəl Türkiyənin xüsusilə Şimali İraq ilə əldə etdiyi 50 illik neft müqaviləsi və ardından Bərzaninin müstəqillik iddiasında olması bəzi dairələrdə Türkiyənin bir anda köhnə Misak-ı Milli (National Oath) sərhədləri – yəni Mosul və Kərkük – üzərində suverenlik qurması olaraq qəbul edildi.
    Şimali İraq və dünyaya yeni açılmağa başlayan İran neftinin keçid yolunun Türkiyə olması yenə diqqətləri öz üzərinə çəkdi. Güclü bir Türkiyə ehtimalından narahat olan dərin dövlətlərin mövcud olduğu sirr deyil. Anlaşılmaz olan, sərhəddəki bu qarışıqlıqların bir çoxlarının iddia etdiyi kimi beynəlxalq planın parçası olub-olmadığıdır.
    Bütün bunlar bir planın parçası olsa belə, bu İslam ərazisinin tək bir qığılcımla alovlanması və qardaşın qardaşı qətl etməsi necə tamamilə xarici qüvvələrin oyunu ola bilər? Qurana söykənən və sevgi üzərində qurulan möhkəm bir sistemdə necə və hansı çirkli oyun müvəffəqiyyətli ola bilər? Problem, xüsusilə bu ərazilərdə olan ideologiya zəifliyidir. Təcavüzkar ideologiyaların saxta və yanlış olduğu göstərilmədikcə, Yaxın Şərqdəki qarışıqlığın həlli yoxdur.
    Belə ki, İŞİD də müəyyən ideologiya əsasında bir araya gəlmiş insanların meydana gətirdiyi bir şəbəkədir. Müxtəlif vəhşiliklərlə gündəmə gəlmələrinin, bir məzhəb döyüşü aparmalarının tək səbəbi isə inandıqları ideologiyanın yanlış olmasıdır. İslam dövləti qurmaq istəyirlər, amma əsl İslam dövlətinin bu şəkildə olmaması lazım olduğunu bilmirlər.
    Quranı ərəbcə oxuyurlar, lakin bütün dünyaya yayılmış xurafat dininin təsirindən xilas ola bilmirlər. Quran ayələrini xurafatlarla birlikdə izah edir, hətta çox vaxt Quran ayələri yerinə bu xurafatlara müraciət edirlər. O zaman dünyanın hazırda ən böyük problemlərindən biri olan radikalizm ortaya çıxır. İslamın hökmlərini yerinə yetirmək üçün güclü bir istək olur, amma tətbiq olunan din tam mənası ilə gerçək İslam olmur.
    Problem ideologiyadırsa, Amerika da daxil olmaqla bir çox ölkənin silahlı mübarizədən başqa bir metod inkişaf etdirə bilməməsi, bunu radikalizmin gücləndiyi yarım əsr boyunca edə bilməməsi çox maraqlıdır. Yanlış bir inancın yerinə doğrusunun göstərilməsi çox asandır. İdeoloji yanlışlıq alınan yeni silahlarla, verilən cihad fətvaları ilə, heç bir gücü olmadığı halda, “müqavimət göstərəcəyik” deyə ortaya çıxan zehniyyətlərlə yox edilə bilməz. Səddamdan sonra inkişaf etdirilən şiə məzhəbçiliyi necə indi belə bir sünni məzhəbçiliyini inkişaf etdirdisə, yandırıb-yox edəcəyəm deyə ortaya çıxmaq da eyni şəkildə radikalizmi inkişaf etdirəcək.
    İşlər mümkün olduqca tolerantlıqla həll edilməli və yanlış ideologiyanın aradan qaldırılması üçün tədbir alınmalıdır. Məzhəb qarşıdurmaları, anti-demokratik tətbiqlər və müdafiə xaricində müharibənin Quranda yeri yoxdur. İslam adına ortaya çıxıb can alanlara bu gerçək göstərilməlidir.
    Osmanlı mükəmməl deyildi, amma Osmanlının bu köhnə torpaqları belə bir narahatlığı yaşamadılar. Çünki İslamın istiliyi və sevgi dolu ruhu bu torpaqlarda hakimdi. İndi köhnə Osmanlı torpaqlarında xətkeşlə yaradılmış süni sərhədləri aradan qaldırma səyi var. Məcburi olaraq, qan tökərək, düşmənçiliklə. Belə olmaz. Mənəvi mənada ölkələr arasında sərhədlər əlbəttə ki, olmamalıdır. Lakin bu yalnız sevgi birliyi ilə təmin edilə bilər. Məcburi ittifaqlar, başqa ortaq düşmənlər olduğunda dərhal dağıla bilər. Amma sevgi ittifaqları qalıcıdır. Belə ittifaqlarda sərhədlərdə minalar, tikanlı tellər, sərhədi pozdu deyə vurulan təyyarələr olmaz.
    Bir anda zəruri ittifaqı yarada bilən ölkələr bu ittifaqı sevgi ilə qura biləcəklərinə niyə inanmırlar? Problemlərin təhsillə həll ediləcəyini, ittifaqların sevgi ilə meydana gələcəyinə inanmaları üçün daha nə qədər fəlakətin baş vermə lazımdır?
    Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi:

    http://www.arabnews.com/news/589776

  • Xoşbəxtliyin sirri

    10438785_1432712850345968_171633275_n

    Dünyadakı bütün insanlar xoşbəxt olmağa çalışır. Ancaq insanların ümid etdikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə müvəqqəti xoşbəxtlikdir. Davamlı olan həqiqi xoşbəxtliyi isə tam olaraq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin bir sirri var; o da coşğulu Allah sevgisi və Allaha olan təvəkküldür.

    İman edən bir insan bu dünyanın həqiqi mahiyyətindən, öz yaradılış məqsədindən, Uca Allahın özünü sınadığından və Ona qulluq etməklə məsul olduğundan xəbərdardır. Bu səbəblə, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi məskəni olan cənnətə girmək üçün səy göstərər.

    Xoşbəxtlik isə Uca Allahın əməlisaleh qullarına səmimi iman və sədaqətlərinə görə, həm dünyada həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq olaraq, onların qəlblərinə xoşbəxtlik və rahatlıq verir. Möminlərin maddiyyata bağlı xoşbəxtlik yaşamırlar, Allaha və axirətə imanın gətirdiyi mənəvi xoşbəxtliyi yaşayırlar. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman etmədikcə gerçək xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamalarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bir Quran ayəsində belə bildirmişdir:

    “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.” (Ənam Surəsi, 125)
    İman etməyən insanlar, ümumiyyətlə axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayarlar. Ölümü, ölüm sonrasında nələrlə qarşılaşacaqlarını, bütün etdikləri bütün əməllərə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz ya da gətirmək istəməzlər. Bu insanların belə məsuliyyətsiz davranmağına səbəb olan faktor isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Belə insanların düşüncəsinə görə yaşayacaq vaxtları çoxdur; buna görə də heç düşünmədikləri ya da düşünsələr belə reallaşacağına çox ehtimal vermədikləri bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu çox böyük itki olaraq xarakterizə edərlər. Böyük səhv edərək, dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə daha yaxın və asan görərlər. Dünyaya bağlanıb axirəti qulaqardına vurarlar. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışarlar. Bütün həyatlarını Allahı razı edəcək davranışlardan, din əxlaqından uzaq keçirər, bütün həyatları boyu dünyaya bağlı qalarlar.

    Dünya həyatına olan sevgi isə insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, davamlı çətinlik içində yaşayacaqlarını Allah Quranda belə bildirir:

    “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Ta ha Surəsi, 124)

    İman etməyən insanları xoşbəxt etməyən, onları narahat edən digər mövzu isə qarşılaşdıqları çətin anlardır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi qazanc və gəlirə bağlı olduğundan, çətin anlarda bu mənfəətlərini də itirməklə qarşı-qarşıya qalırlar. Hər şeyləri buna bağlı olduğundan heç gözləmədikləri bir hadisə səbəbindən hər şeyi itirmək təhlükəsi, onları böyük bir bədbəxtliyə düçar edir. Əldə etdikləri keçici sevinci də bu yolla tamamilə itirərlər. Çıxa bilməyəcəkləri pessimizmə və ümidsizliyə düşərlər.

    Möminlərin xoşbəxtliyi isə çətin anlarda göstərdikləri Quran əxlaqı ilə daha da qalıcı hala gəlir. Möminlər həmişə Allahın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün iman etməyənlər kimi pis görünən vəziyyətlərdən mənfi təsirlənməzlər. Əksinə çətin anlarda göstərdikləri gözəl və təslimiyyətli rəftarla Uca Allahın razılığını qazana biləcəklərinə ümid edərlər.

    Möminlərin qəlbində Allahın razılığını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyi sərf etməyin verdiyi sevinc və rahatlıq vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və rahat edir, həm də Allahın razılığını daha çox qazanmalarını təmin edən şövqlərini artırar. Bu sevinc və xoşbəxtlik, insanların iman etmədikcə əsla çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və rahatlıqdır.

    Nəzakət Bədirova

  • Siz Allahı nə qədər tanıyırsınız?

    10501339_1432713340345919_458758336_n

    Sizi kim yaratdı? Sizə bu bədəni, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?
    Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: “Allah”. Sizin kimi digər insanlardan da bu suallar soruşulduğunda, onlar da: “Allah”, – deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızları ilə bu həqiqəti təsdiq edəcəklərini belə bildirmişdir:
    “Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər?” (Ənkəbut surəsi, 61)
    Bəs sizi və kainatı ən incə xüsusiyyətinə qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allah’ı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

    Şübhəsiz, bunlar kimi daha bir çox sual soruşula bilər və siz də özünüzə görə bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, ya qohumlarınızdan, ya ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Ya da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar… Bəs verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?

    Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Filosof Allah’ı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərindən istifadə edərək Allah’ı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allah’la əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç bir dini təhsil almayıb, hətta Allah’ın endirdiyi ayələrin birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs sanki onun fikirləri müzakirəsiz doğruymuş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. Çox insan o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.Lakin unutmaq olmaz ki, insan yanıla bilən, cahillik edə bilən varlıqdır. Bu halda, bizə Allah’ı ən doğru tanıdacaq qaynaq yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməsi lazım olan şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə Allah’ın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi quluyla danışır. Məsələn: Quranda hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanları olduğu kimi, mələkləri və cinləri də yaratmışdır. Və Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalarının lazım olduğunu da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların çox qısa cavablarıdır və bu cavabların hamısı Quranda var.

    Nəzakət Bədirova

  • Debüt: İlham MİKAYIL (Kəlbəcər rayonu).Yeni şeirlər

    1533203_573982719353149_1847200993_n

    İlham Mikayıl (Mikayılov İlham Hamlet oğlu) 1989-cu il sentyabr ayının 5-də Kəlbəcər rayonunu Böyük İstisu qəsəbəsində anadan olub.1996-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir.İlk poeziya örnəklərini tələbəlik illərində qələmə alıb.Azərbaycanın adət-ənənələrini dərindən bildiyi üçün daha çox xalq şeiri üslubunda ədəbi-bədii nümunələr ərsəyə gətirir.Şeirləri Şaman”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”,“Sancaq”, “Sözün sehri”, “Elimiz, günümüz”, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və mdəbiyat Portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib.”Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
    Gənc ədib İlham Mikayıl haqqında qələm dostu Kənan Aydınoğlu “Kim sənə dedi ki?!”, “Kəlbəcər həsrətli şairim mənim” şeirlərini yazmış, müəllif haqqında ürək dolusu danışmışdır.
    2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    ALA YURDUMU

    Gülü dərilməyib təzə tər qalıb,
    Ürəkdə nisgil var dərdi sər qalıb.
    Düşmən tapdağında Kəlbəcər qalıb,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu .

    Lənət o anlara, lənət günlərə,
    Dilə gəldi o gün o dağ, o dərə .
    Əldən getdi Ağdam, Laçın, Ağdərə,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Dərbənd rus əlində, Şuşa dığada,
    Füzuli, Cəbrayıl qalıb yağıda.
    Gör kimlər oynadır at Qubadlıda?!
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Ruhumu incidir Qazan Bayandur,
    Deyir oğuz oğlu qalx ayağa dur.
    Çağırır Xocalı, Göyçə, Zəngəzur.
    Bir oğul gəzirəm ala yurdumu.
    Səliqə səhmana sala yurdumu.

    Hər şeyin öz adı var öz adında.
    Xocavənd, Xankəndi qalsın yadında.
    Silinməz iz qoysun qoy yaddaşında.
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    QOCALIR

    Zaman tələsdirir qovur insanı,
    Baxıb bu həyata dövran qocalır.
    Duyub düşündükcə ömrün sonunu,
    Saçları ağarır, insan qocalır.

    Həyat insanların üstünə cumur,
    Əl əli yuyanda əlüzü yumur.
    Görən bu həyatda insan nə umur,
    Baxıb min arzuya güman qocalır?!

    Əyrini düz sayır, düzü də əyri,
    Allah cüt yaradıb”Şəri və xeyri”.
    Bircə bu dünyada yalandan qeyri,
    İnsana baş əyən zaman qocalır.

    Bəşər yox olubdu qandal qolunda,
    İblislər əyləşib sağı-solunda,
    Həyatın çıxılmaz çətin yolunda,
    İnsanı dərk edib qanan qocalır.

  • Debüt: Nemət Tahir QARAXANLI (Ağdam rayonu).Yeni şeirlər

    564422_428432760610215_140540675_n-300x2251

    Nemət Tahir (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olub, oranı 2006-cı ildə bitirib. İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görüb. 2006-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Şeirləri, hekayələri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur. Şeir, həkayə, məqalələr yazmışdır. 2010-cu ildə Sumqayıt Dövlət Universitetini bitirmişdir. 2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
    2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib. Ağdam rayonunun Səfərli qəsəbəsində yerləşən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib. Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir. Ədəbi-bədii yaradıclığını da davam etdirir.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

    OLMUR

    Bu sevgi elə bir müqəddəs sirdir,
    Yardan özgəsilə paylaşmaq olmur.
    Sevgilindən uzaq qəlbində sevgi,
    Hicranlı günlərə alışmaq olmur!

    Bəzən ürəyimə sevinc dolsa da,
    Sevgilimin yeri bir damcı dolmur.
    Bəzən bu həsrətə etsəm də hörmət,
    Sevgili düşmənlə barışmaq olmur.

    Daha ayrılığa dözə bilmirəm,
    Yanardım alovsuz, göz yaşım qoymur.
    Bizi sınağamı çəkir görəsən,
    Allahın işidir qarışmaq olmur?!

    DODAĞIM

    Məktubun sonunda “öpürəm” yazdın,
    Ağacda yarpaqtək əsdi dodağım.
    Onu belə qəmgin görəndə dilim.
    Dedi, sızlamağın bəsdir,dodağım.

    Bir az da əhdindən üz döndərməyib,
    Haqlını haqsıza qurban verməyib,
    Sənə qeybətinə dözə bilməyib,
    Dişimlə dilimi kəsdi dodağım.

    GÜLÜM

    Sorsan ayırlıqdan nələr çəkmişəm?!
    Həsrətdən göylərə sovrulub külüm.
    Eşqim iddiamdır, şaihidim cəfa,
    Tanrıdan tək səni diləyir könlüm.

    Pəncərini açıq qoyub yatarsan,
    Gələcəm səninlə dərdimi bölüm.
    Ruhum qonağındır yenə bu gecə,
    Bu an əbədilik olsunmu, gülüm?

    Əllərin ttitrəyir, baxışın ürkək,
    Saçların gül qoxur, dodağın çiçək.
    Mənimsə dodağım bal arısı tək,
    Sənin dodağına qonsunmu, gülüm?

    * * *
    Yenə payız gəldi sənsiz ömrümə,
    Otağım qaranlıq, divarlar soyuq.
    Tavana rəsmini çəkir gözlərim,
    Qəlbim buz parçası, duyğular soyuq.

    Qara buludlar tək nigarançılıq ,
    Həsrət gözlərinə kölgə salıbdır.
    Səni görməsəydim dəli olardı,
    Yaxşı ki, yadında şəklim qalıbdır.

    Səninlə üz-üzə durmuşuq sanki,
    Gözümüz danışır səssiz-səmirsiz.
    Bilməm, ayrılıqmı qorxutdu məni?
    Yanımda olsan da, darıxdım sənsiz.

    CAVABSIZ SEVGİ

    Nazını çəkməyə hazırdım hər an,
    Çünki mənasızdı əzabsız sevgi.
    Ancaq ki, insanı bir ağac kimi,
    İçindən çürüdən cavabsız sevgi.

    Yanımda olsan da, mənə uzaqsan,
    Hər yandan üstümə həsrət çilənir.
    Baxışın bənzəyir ölüm hökmünə,
    Gözündən üzümə nifrət çilənir.

    Sanma ki, hər işin doğrudu, düzdü,
    Ömrünü puç edər əyrilər bir gün.
    Sevgimə gülərək alçaltma məni,
    Nifrətin sevgiyə çevrilər bir gün.

    MƏNƏ

    Gözümə göründü bir anlıq siman,
    Həsrətin yarası qövr etdi yenə.
    Təkcə bu yaralı ürəyim deyil,
    Bütüncə varlığım həsrətdi sənə.

    Bürünsə də, nura bütün kainat,
    Sənsizlik əbədi zülmətdi mənə.
    Səndən ayrı düşmək unutmağı yox,
    Uzaqdan sevməyi öyrətdi mənə.

    GÖZ YADDAŞI

    Saçların tək uzun bir qış gecəsi,
    Qarşımda dəftərçə, əlimdə qələm.
    Səni düşünürəm tənha bir otaq,
    Kaş xəyal da olsa, yanına gələm.

    Rəsminə baxıram gözümü yumub,
    Döyünmür ürəyim bir sükut çöküb.
    Bu şəkli nə rəssam, nə də fotoqraf,
    Sevən gözlərimin yaddaşı çəkib.

    Bu qış gecəsində qovuşsaq əgər,
    Sevincdən ağlaram, gülər göz yaşım.
    Həsrətdən ağlasam, qorxuram birdən,
    Rəsmini gözümdən silər göz yaşım.

    GÜLÜM

    Səni gül bağına bənzədirəm mən,
    Ürəyim bağbanın olsunmu, gülüm?!
    Həsrətin üşüdür qəlbimi yaman,
    Hicran soyuğunda donsunmu, gülüm?!

    Göylərdən enibsən mələksən mələk,
    Yanağın qızılgül, dodağın çiçək.
    Mənimsə dodağım bal arısı tək,
    Sənin dodağına qonsunmu, gülüm?!

    YAĞIŞ YAĞIR

    Sənə doğru xəyallarım qanad açdı,
    Buludlara qoşularaq qanad olub sənə qaçdı.
    Yağış yağır yağan mənsə hamı kimi
    Sən də qaçıb bu yağışdan daldalanma.
    Çətir altda gizlənmə islanmaqdan qorxma, gülüm
    Axı mən bir saf yağışam ətrafında tanımadığı insanlara ləkə vuran
    Üzünə gülüb arxasında qeybət qıran
    Məqsədi üçün yaltaqlanan insanlardan qorxginən!
    İslanmaqdan qorxma, gülüm!
    Mənə bax təmizliyi, düzlüyü gör!
    Hər damlada varlığımı hiss elə.
    Mən doğruluğun, həqiqətin güzgüsüyəm.
    Mən TANRININ yer üzündə sevgisiyəm.
    Yağış yağır yağan mənsə hamı kimi
    Sən də qaçıb bu yağışdan daldalanma.
    Çətir altda gizlənmə
    Qoy bu yağış saçlarından süzülərək ayağının ucunadək
    Vücuduna sarılaraq ruhuna hopsun.
    Nur damlaları dodağımı əvəz etsin, səni öpsün.
    Daha bəsdi, bunca həsrət!
    Bax beləcə, bu ayrılıq sona yetsin!

    İYİRMİ YANVAR

    Odlar yurdu qan ağladı,
    Qana boyandı o gecə.
    “AZADLIĞIN” pöhrələri,
    Qanla suladı o gecə.

    “20 YANVAR”
    Güllə yağırdı şəhərə.
    Bizi boğdular qəhərə.
    Ümid yoxuydu səhərə.
    Vaxt da dayandı o gecə.
    Bu günahsız cəsədlərə,
    Bu cavanca şəhidlərə.
    Analar, bir ağı deyin!
    Gül-çiçəkli məzarlara
    Qəbristanlıq, xiyaban yox,
    “AZADLIĞIN BAĞI” deyin!

    SƏRHƏDÇİ

    Bir əsgər var sərhəddə
    Günəşlə bərabər açır səhəri.neç
    Neçə vaxtdır,
    Eldən-obasından
    Sevdiyindən uzaqdadır.
    Qəlbini doğrayır hicranın zəhəri.
    Ancaq O sərhədçidir.
    VƏTƏNİN EŞQİNƏ,
    Doğmaların xətrinə
    Dözür hər cür həsrətə
    Udur bunca qəhəri.
    Gülümsəyir doluxsunmuş gözləri…
    Silahı çiynində, qulağı səsdə.
    Gözləri sərhədçidir!
    TÜRK OĞLU, AZƏRBAYCAN ƏSGƏRİ!!!

  • Gülnarə İSRAFİLQIZI.”Qocalıq silinər!” (Yeni şeir)

    234435423665547648

    Qocalıq əlaməti var!
    Qocamı görünürəm?
    Fikir vermə bir neçə ilə,
    Arxanca gəlirəm.
    Qoy olsun neyləyək,
    Gəl xoş gəlirsən.
    Eh ay qocalıq!
    Başqa əlacımız yox,
    Sənə söyləyək.
    İllərimiz geçdikcə,
    Saçımız çal-çal olur.
    Üzümüzdən xət- xət
    Qocalıq doğulur.
    Həkimə get açdır xətləri,
    Nəyin fikrini edirsən ay dəli,
    Onun da əlacı var.
    Qaldı saçlar….
    İki manatlıq boya al,
    Rənglə getsin çallar.
    İndi cavanlar görmür,
    Onda həsəd aparacaqlar.
    Doxsana çatsan insituta gir,
    Məharətini gənclərə bildir.
    Görüm
    Kim sənə,
    Qoca deyə bilər?
    Qocalıq silinər.

    Gülnarə İsrafilqızı.

  • Ülviyyə ƏLİZADƏ.”İslam Dini Gözəllik və Keyfiyyət Dinidir. Xurafat əsla İslam dini Deyildir” (Məqalə)

    photo.php

    Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.(Əraf,31)

    Allah müsəlmanların Allahın zikr ediləcəyi hər məkanda xoş, təmiz, baxımlı, qadınların makyajlı, keyfiyyətli, qadın və kişilərin süs, bəzək əşyalarından istifadə etməyini, gözəl və zövqlü geyimlər geyinmələrini, gözəl ətirlərdən istifadə etmələrini istəyir və təşviq edir.

    Həmçinin təmiz qidalardan, ruzilərdən istifadə etmələrini, lakin israf etməmələrini bildirir. Ayənin ardında isə – De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf 32)- deyə bildirir. Xurafatçılara baxırıq, onlar nə deyirlər bu haramdır, hər məzhəbin özünün ayrıca haram qida siyahısı var və birinin halalı digərinin haramıdır və ya əksinə. Eyni zamanda gözəl ətirli, təmiz, baxımlı olmağı, zövqlə geyinməyi, zinətlərdən istifadə etməyi haram edirlər. İslam dini bunu qadağan etmir. Qadağan edənlər Kimdir, Xurafatçılar. Əslində isə ayədə deyildiyi kimi dünya və axirət həyatında bu gözəlliklər yalnız möminlərə məxsusdur. Diqqət etsək, Allah elə xurafatçıların öz əlləri ilə onları bütün bu gözəlliklərdən məhrum etmişdir, maşaAllah. Əlamətlərini haradan bilirik, hələ dünyada ikən bu nemətlərdən məhrumiyyətlərindən. Belə ki, Xurafatçılar pis qoxulu, səliqəsiz, pəjmürdə, qara geyimlərə üstünlük verən, sac-saqqala qarışmış, qeyri -estetik bir görünüşə sahib olurlar. Bu xoşagəlməyən, insana cəhənnəmi xatırladan görünüş onların dünyadaykən cəhənnəmlərini yaşamağa başladıqlarını göstərir. Bütün bunlar isə onların Allaha qarşı qeyri-səmimi olmalarından, Allahın və Elçisinin gətirdiyi qanunları bəyənməyərək, özlərindən yeni uydurma din yaratmağa çalışmalarından dolayıdır.

  • Savalan MƏMMƏDLİ.”İrqçiliyin mənşəyi, cəmiyyətə nüfuzu və həll yolu” (Məqalə)

    10508453_1430387493911837_277549_n (1)

    Son dövrlər mediada irqçiliklə bağlı xəbərlərin artdığı müşahidə olunur. Xüsusilə, futbol və bir sıra idman yarışlarında qaradərili idmançılara banan atılması və s. hadisələr bundan xəbər verir. Sonuncu Avropa Birliyi seçkilərində də irqçi radikal sağ partiyaları qalib gəldi. Avropadakı radikal sağ adlanan bu partiyaların ortaq səciyyəvi xüsusiyyətləri isə qatı irqçi olmaları, avropalılardan başqa heç bir milləti qəbul etməmələridir. Avropada bu cür partiya və hərəkatlara dəstək də getdikcə artır. Gəlin məsələnin həllinə keçməmişdən əvvəl irqçiliyin nə olduğunu və mənşəyini araşdıraq.
    İnsanların fiziki fərqlilikləri irqlərarası üstünlük və ya zəiflik kimi dəyərləndirib müəyyən irqlərin daha üstün olduğunu iddia edən ideologiyaya irqçilik deyilir. Əslində irqçilik tarixin hər dövründə özünü büruzə verib. XVI əsrdən sonra Amerikanın kəşfi, bir çox Avropa dövlətlərinin imperiya qurmaq naminə Afrika və Asiyada işğalçılıq siyasəti yürütməsi və insanları kütləvi şəkildə qətlə yetirməsi irqçilikdən xəbər verir. Xüsusilə Amerikanın kəşfindən sonra avropalıların Amerikanın yerli sakinlərinə tutduqları divan irqçiliyin bariz nümunələrindən biridir. O dövrdə Amerikadakı yerlilərin nəslini kəsməyi hədəfləyən İspan “conquistadorlar” (işğalçılar) belə bir açıqlama etmişdilər: “Yerlilər həqiqi insan deyil, inkişaf etmiş heyvan növüdürlər”. Bu şüar o dövrdə bütün imperialist qüvvələrin əsas devizinə çevrilmişdi. Lakin bu şüarın elmi əsası çatışmırdı. Bu “elmi əsası” da Darvin təmin etdi. Çarlz Darvin “Növlərin Mənşəyi” və “İnsanın təkamülü” adlı kitablarında insanın inkişaf etmiş heyvan növü olduğunu iddia etdi. Lakin eyni zamanda bəzi irqlərin təkamüllərini tamamlayıb “mədəni irqə” çevrildiklərini, bəzilərinin isə hələ təkamülünü tamamlamadığını və “zəif, aşağı irq” olduğunu vurğuladı. Darvinin “mədəni irq”i avropalı ağ insanlar idi. Yerdə qalan digər bütün millətlər isə “aşağı irq” statusunda idi. Müasir irqçiliyin banisi Çarlz Darvindir. Təsdiqi isə Darvinin öz sözləridir: “Bəlkə də yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən meymunabənzər insanlar da yox ediləcəklər. Beləliklə, insanla ən yaxın qohumları arasındakı boşluq daha da böyüyəcək. Nəticədə dünyada indiki avropalı irqlərdən daha mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillərdən daha geridə olan babun növünə məxsus meymunlar qalacaq” 1
    Mövzu ilə bağlı Darvinin başqa bir ifadəsində isə “Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin inkişafına sizin düşündüyünüzdən daha çox fayda verdiyini və verməyə davam etdiyini sübut edə bilərəm. Təsəvvür edin ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildikdə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə çox gülünc gəlir. Avropa irqləri olan mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdilər. Dünyanın yaxın gələcəyinə baxdıqda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş ali irqlər tərəfindən məhv ediləcəyini (yox ediləcəyini) görürük”.2 deyilir.
    Bu fikirlərdən də aydın olur ki, Darvin insanları “mədəni irq”, “avropalı”, “ağ irq” və “aşağı irq” adlanan bir neçə qrupa bölür və bu insan irqləri arasında mübarizə gedəcəyini, güclü irqlərin zəif irqləri əzəcəyini bildirirdi. Bunu da təbiətin qanunu kimi təqdim edib irqçiliyə təşviq edirdi. Ancaq bu fikirlər əsla həqiqəti əks etdirmir. Çarlz Darvinin təkamül fərziyyəsinin elmi əsası yoxdur. Bu günə kimi Darvinin səsləndirdiyi heç bir fikir elmi cəhətdən öz təsdiqini tapmayıb. Əksinə, bütün elmi faktlar təkamül fərziyyəsinin əleyhinə olmuşdur. Lakin o dövrdə imperialist qüvvələr özlərinə sərf etdiyi üçün Darvinin fikirlərindən istifadə etmişdilər. İrqçiliyin “elmi” əsasında Darvinin təkamül fərziyyəsinin olduğunu antropoloq Lalita P. Vidyarti belə açıqlayır: “İnsanın mədəni bir təkamül dövrü keçdiyinə və ən üst pillənin Ağ Adamın mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən Darvinin “güclülərin həyatda qalması” düşüncəsi sevinclə qarşılandı. Bunun nəticəsində XIX əsrin ikinci yarısında qərbdə elm adamlarının əksəriyyəti irqçiliyi mənimsədilər”. 3
    Nəticədə Darvin bu fikirləri ilə irqçiliyə “elmi” status qazandıraraq o dövrün bütün imperialist işğalçılarına rahat şərait yaratdı. Bundan sonra irqçiliyə söykənən yüzlərlə qətliamlar törədildi və XX əsr dünya tarixinə ən qanlı səhifə kimi daxil oldu. Bu qətliamların ən aktiv iştirakçıları isə irqçilik siyasəti yürüdən nasistlər oldular. Hitler nasizmi qurmaq üçün Darvinin təbii seçmə qanundan istifadə etdiyini həm “Mayn Kampf” əsərində açıqlamış, həm də öz çıxışlarında dəfələrlə vurğulamışdı. Nasizmə görə irqlər bir neçə kateqoriyaya bölünürdü. “Mədəniyyət yaradan irqlər” yəni “ali irq” və Darvinin sözü ilə “Ağ irqlər”. Bura başda almanlar olmaqla avropalılar daxil idi. Digər kateqoriyada “mədəniyyəti izləyən irqlər” var idi. Buraya çinlilər və yaponlar daxil idi. Nasizmə görə üçüncü kateqoriyanı isə “mədəniyyətə zərər verən irqlər” təşkil edirdi. Buraya isə başda yəhudilər, slavyanlar və s. olmaqla yerdə qalan bütün irqlər aid idi. Hitlerin fikrincə ali irq digər zəif irqləri əzməli və təkamül prosesini sürətləndirməlidi idi. Beləliklə, Hitler bu düşüncələri həyata keçirdi və bu hadisələr XX əsrə tarixin ən böyük vəhşiliyi kimi damğasını vurdu. Bəs bu fikir nəyə əsaslanırdı? Darvinin bu sözlərinə: “Vəhşi insanların bədənləri və başları zəif olanları sıradan çıxarır və sağ qalanlar, əksərən, həqiqətən sağlam olanlardır. Digər tərəfdən biz mədəni insanlar sıradan çıxma prosesinin qarşısını almaq üçün əlimizdən gələni edirik; axmaqlar, şikəstlər və xəstələr üçün müalicəxanalar qururuq, kasıbları qoruyan qərarlar qəbul edirik, tibb mütəxəsislərimiz hər bir xəstəni yaşatmaq üçün ən son ana qədər bütün məharətini göstərir…Beləcə mədəni toplumların zəif üzvləri öz nəsillərini davam etdirirlər.Ev heyvanı yetişdirməklə məşğul olan heç kim bunun insan irqinə böyük zərər verəcəyindən şübhə etməz.” 4
    Darvin bu sözləri ilə açıq aşkar şəkildə “üstün irq” xaricində bütün insanların, əslində, insan irqi üçün təhlükə törətdiyini bildirirdi. Darvinin bu cümlələrini Hitler sözbəsöz həyata keçirdi. Öz ağlınca zəif gördüyü bütün irqləri qırmağa başladı. Mühariblərlə yanaşı Almaniyanın daxilində də zəif, şikəst, xəstə, əqli problemləri olan insnalara qarşı amansız mübarizə aparılırdı. Bunun üçün 1933-cü ildə iqtidara gələn kimi “irqi sterilizasiya” adlı qanun qəbul etdi. Bu qanuna əsasən ölkədəki bütün xəstələr, şikəstlər, fiziki qüsurlular, yaşlılar, əqli problemi olanlar daxil olmaqla 80.000 insan “Nasist Müqəddəs Sağlamlıq Məhkəmələri” tərəfindən iki-üç il ərzində qısırlaşdırıldı. Bununla yanaşı minlərlə dəli və əqli problemləri olan xəstələrə zəhər verilərək öldürüldü.
    Faşistlərin zülmlərini saymağa davam etsək cildlərlə kitab yazarıq. Burada əsas məsələ bu zülmlərin statistikası yox, mənbəyidir. İrqçiliyin indiyə kimi müşahidə edilən bir sıra təzahürlərinə misallar çəkdim. İndi isə keçək bu problemin həll yoluna.
    İrqçiliyin mənşəyinin Darvinin təkamül fərziyyəsi olduğunu dəlilləri ilə sizlərə təqdim etdim. Bir problemin həlli üçün onun mənşəyinin bilmək çox əhəmiyyətlidir. Lakin irqçilik məsələsində insanlar problemin nədən qaynaqlandığını sanki görmək istəmirlər. Bir çox televiziya proqramlarında, radio verilişlərində və müsahibələrdə irqçiliklə bağlı səsləndirilən fikirlərə rast gələ bilərsiniz. Hər kəs iqrçiliyin ciddi problem olduğunu vurğulayır, ancaq heç kim həll yolunu dilə gətirmir. Çünki problemin qaynağını araşdıran yoxdur. Bu yaxınlarda Avropanın ən çox seyr edilən kanallarından birində irqçiliyə həsr edilmiş genişmiqyaslı bir verilişə baxdım. Veriliş çərçivəsində irqçi hücumlara məruz qalmış qaradərili futbolçulardan müsahibə alınmışdı. Bu futbolçuların hamısı onlara atılan bananlardan şikayətlənirdi. Bir futbolçunun dediyi sözlər isə məsələnin mənşəyini anlamağımız baxımından əhəmiyyətli idi. Futbolçunun uzun müsahibəsindən yadımda qalan sözləri təxmini olaraq yazıram: “Mən hara gedirəm, qarşıma banan atırlar və ya meymun səsləri çıxardırlar. Sanki biz insan deyilik meymunuq”. Bu sözlər sizə tanış gəlmədi? Gəlmədisə zəhmət olmasa məqaləni yenidən oxuyun. Yuxarıda Darvinin zəncilər haqqında nə düşündüyünü qeyd etmişəm. Zəncilərin inkişaf etmiş meymun növü olduğunu vurğulayan tək fərziyyə Darvinin təkamül fərziyyəsi idi. Lakin mənim baxdığım verilişdə bu nüansı heç kim vurğulamadı. Hamı irqçilikdən şikayətləndi və veriliş bitdi.
    Məsələnin həll yolu nədən ibarətdir?
    Birinci nüans ondan ibarətdir ki, irqçiliyin əsası olan təkamül fərziyyəsinin heç bir elmi əsası yoxdur. Bütün elmi dəlillər təkamül fərziyyəsinin əsassız olduğunu göstərir. Dünyada irqçiliyin qarşısını almaq üçün atılmalı tək addım təkamül fərziyyəsinin əsassız olduğunu elmi dəlillərlə bütün dünyaya göstərməkdir. Bu, bütün irqçi hərəkatlara ən tutarlı cavab olacaqdır. Bundan əlavə milliyətçi və irqçi insanların sevməyəcəyi başqa bir nüans isə, əslində bütün insanların eyni genetik xüsusiyyətlərə sahib olmasını dilə gətirməkdir. Stenford Universitetindən prof. Mark Feldmanın apardığı araşdırmaya əsasən bütün millətlərin, bütün insanların genetikası 99.9 % eynidir. Mark Feldan : “…İnsan qrupları arasında sezilə bilən fərqliliklər, məsələn, dəri rəngi və kəllə qutusu forması genetik xüsusiyyətlərin olduqca kiçik miqyaslarda göstərdiyi fərqliliyin nəticəsidir”. 5
    Yəni dünyadakı heç bir millət başqa bir millətdən, heç bir irq başqa bir irqdən üstün deyil. İrqi üstünlük iddiaları ilə başqa millətlərə qarşı yaradılan nifrət kampaniyalarının da heç bir əsası yoxdur. Yəni elmi əsası yoxdur.
    Mövzu ilə əlaqədar Peyğməbərimizin (s.ə.v) bir sözünüdə xatırlatmaq istəyirəm. “Nə ərəbin Əcəmə, nə də Əcəmin ərəbə üstünlüyü yoxdur. Üstünlük sadəcə təqva ilədir”. Eyni şəkildə müqəddəs Kitabımız olan Quranda da ALLAH hansısa xalqın başqa bir xalqdan üstün olduğunu vurğulamamış, əksinə üstünlüyün sadəcə gözəl əməllə olacağını bildirmişdir. Quranda ALLAH insanlara hər zaman “ey iman edənlər”, “ey möminlər”, “ey insanlar” şəklində müraciət etmişdir. Yəni insana dəyər qazandıran onun irqi, milliyəti, qövmü deyil, hər kəsin sahib olduğu əxlaq və etdiyi gözəl əməllərdir. Üstünlük də sadəcə iman və gözəl əməllərlə ola bilər. İrqlərini əsas tutub üstünlük iddiasında olanlar isə böyük yanılqı içindədirlər

    Mənbələr
    1. Charles Darwin, The Descent of Man, 2. Edition, New York, A L. Burt Co., 1874, s. 178
    2. “Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York:D. Appleton and Company, s.285-286
    3. Lalita Prasad Vidyarthi, Racism, Science and Pseudo-Science, Unesco, France, Vendôme, 1983. s. 54
    4. Charles Darwin, The Descent of Man, 2. Edition, New York, A L. Burt Co., 1874, s. 171
    5. http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/1416706/DNA-survey-finds-all-humans-are-99.9pc-the-same.html

  • Rafət ƏLİZADƏ.”Hitler dahi deyildi” (Məqalə)

    10489135_1429467390670514_1794714378_n (1)

    “Biz nasistlər… barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik”

    ~ Adolf Hitler

    Faşizmin 20-ci əsrə basdırıldığını zənn edən böyük qism insanların gözləri bir neçə il əvvəlin Breyvik terroru ilə açılmışdı. Əslində qərb dünyası çoxdandır ki, neonasizmin fərqində idi, lakin faşist təhlükəyə qarşı, demək olar ki, biganə qalırdı. Belə olduğu halda, həmin ciddi təhlükəni öz ölkəmizdən də uzaq görmək dövlətçilik prinsiplərimizə tərs düşəcəyi üçün bu ideoloji təşkilatlanmaya qarşı daima ayıq-sayıq olmağımız zəruridir.

    Bu zaman faşizmin dünyadakı ən öndə gedən təmsilçisi sayılan Adolf Hitlerin kimliyi haqda ətraflı məlumata ehtiyac duyulur. Doğrudur, bu gün Hitler ismi başda öz vətəni Almaniya olmaqla, dünyanın böyük hissəsi tərəfindən qəbul edilməyən bir addır. Lakin bir gerçəyi gözardı etmək böyük səhv olardı: geniş bir qism insanların şüuraltında “Hitler” ismi “gizli heyranlıq”, həyatda idealı olan və məqsədinə yetişmək üçün hər şeyini fəda edən, mükəmməl və dahi bir insan obrazını ifadə edir. Cəmiyyətin şüuraltına yerləşmiş bu yanlış düşüncə tərzi isə statistik göstəriciləri alt-üst edəcək səviyyədəki bir təhlükədən xəbər verir. Belə olduğu halda, Hitlerin nə dərəcədə “dahi” olduğunu üzə çıxarmaq üçün onun həm siyasi, həm də mənəvi-psixoloji həyatının pərdələrini aralamaq gərəkdir.

    Hitlerin məşhur çılğın və coşğulu nitqləri… Bu nitqlər, Hitlerin hətta müxaliflərinin belə heyranlıqla qarşıladığı başlıca xüsusiyyətlərindən biridir. Əslində isə, Hitlerin qəzəb dolu, təcavüzkar, paranoik və qaba olan çıxışlarını göz yaşları içində dinləyən milyonlarla insan romantik milliyyətçiliyin təsiri altında tilsimlənir və sanki şüurlarını itirirdilər.

    NSAFP-in (Hitlerin qurduğu nasional-sosialist partiya) məşhur Nürnberq mitinqləri buna gözəl bir nümunədir. Amerikalı araşdırmaçılar Beycent, Li və Linkoln Hitlerin “heyranedici” çıxışlarının əslində “içiboş, bəsit, uşaqca və təkrarlarla dolu” sözlərdən ibarət olduğundan belə bəhs edirlər:

    “Bədnam Nürnberq mitinqlərində… çəkilən filmlər insanların sanki öz-özlərini sərxoş etdiklərini, bir növ transa girdiklərini, “Ziq Hayl” şəklindəki NSAFP şüarını durmadan təkrarlayaraq Hitlerə sözün əsl mənasında sitayiş edərcəsinə nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündə bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunur… Bu, qaneedici bir çıxışın nəticəsi deyil. Əksinə, Hitlerin çıxışları heç də qaneedici deyildir. Demək olar ki, hər zaman bəsit, uşaqca, eyni şeyləri təkrarlayan və məzmunu boş danışıqlardır. Lakin bu çıxışları etmə forması zəhərli bir enerjiyə malikdir, bir nağara ritmi kimi hipnozedicidir… Hitlerin mitinqlərində müşahidə olunan şey psixoloqların adətən mistik sınaqları açıqlamaq üçün işlətdikləri “şüur sürüşməsi” vəziyyətidir” (1).

    Elə bu “şüur sürüşməsi”ni yaşayan və zehinləri üstün irq düşüncələri ilə yoğrulmuş faşist Almaniyası idi ki, II Dünya Müharibəsində 55 milyon insanın ölümünə səbəb oldu…

    Hitlerin bu çıxışları təbii ki, onun ruhi dünyasının normada olmağı ilə bağlı şübhələr doğururdu və bu şübhələr zaman keçdikcə özünü daha da doğrultdu. Diaqnoz qoyulmamış olması heç də Hitlerin ruhi xəstə olmadığı mənasına gəlmirdi. Hətta bu məsələ hal-hazırda elmi icma tərəfindən də dilə gətirilən bir həqiqətdir.

    Cənubi İllinoys Universitetindən professor Henri Morris keçən əsrlərdə yaşamış və siyasət səhnəsinə də sıçramış olan bir sıra təkamülçülərin ruhi və psixoloji dünyalarının araşdırıldığı “Qara Pərdənin Arxası” adlı elmi bir məqalə yazmışdır. Çarlz Darvindən Karl Marksa qədər bir çox məşhur təkamülçünün “qaranlıq dünyaları”nın araşdırıldığı məqalədə Hitler və onun ideoloji atası olan F. Nitsşe barədə isə bunlar yazılır:

    “…Coşğun təkamülçü filosofun dəliliyi haqda müzakirəyə isə ehtiyac yoxdur. İstər “Tanrı öldü” propanqandası ilə Fridrix Nitsşe, istərsə də astrologiya (ulduz falı) və okkultizm obsessiyaları ilə Adolf Hitler, yaxud da başqaları. Hansı ki, bunların dünya səhnəsindəki nüfuzlu nailiyyətləri travmatik fiziki qüsurlarla və əxlaqi-mənəvi səviyyəylə əlaqədar suallarla müşayiət edilmişdir” (2).

    Okkultizm (mistik inanclar) Hitlerə 1918-ci ildə qurulan Tule Cəmiyyətindən miras qalmışdı. Bu cəmiyyət Atlantida əfsanəsini yenidən canlandırmaq, qatı irqçilik və bütpərəstlik kimi prinsiplərə sahib idi və Hitler hələ öz partiyasını qurmamışdan öncə Tule iclaslarında tez-tez iştirakçı qismində otururdu. Qısa zamanda Tule mistisizmini mənimsəyən Hitler öz zehnində bu okkult düşüncələrdən ibarət bir dünya qurdu və özünü bu xəyal dünyasında yaşamağa sövq etdi. Bu xəyal dünyasının insanı həqiqətlərdən qoparan və bir sıra hisslərin əsirinə çevirən təsiri isə əqli çatışmazlıq olan şizofreniya ilə eynilik təşkil edir. Necə ki, şizofren xəstələr də həqiqətlərdən tamamilə qopur və öz xəyal dünyaları içində yaşamağa başlayırlar…

    Nitsşe də faşist Almaniyasının əhəmiyyətli adlarından biridir. Dünyanın ən fanatik ateistlərindən və qatı təkamülçülərindən olan Nitsşe Hitleri geniş miqyasda təsiri altına almış, Hitler onun şərəfinə xüsusi bir abidə qoydurmuşdu. Bu təkamülçü filosofdan Hitlerə miras qalan irqçi düşüncənin yanında daha bir ciddi təhlükə- qadın düşməçiliyi də var idi. Nitsşenin “Zərdüşt Belə Deyirdi” əsəri nasistlərin müqəddəs kitabı halına gəlmişdi və bu kitabla yetişdirilmək içindəki qadın düşmənçiliyindən dolayı faşistlər arasında qadına ikinci sinif, aşağı bir məxluq kimi baxılmasına səbəb olmuşdu. Bunun üzərinə isə, qədim Sparta “mədəniyyəti”ndən miras qalmış və 1902-ci ildə qurulmuş “Xaslar Cəmiyyəti”ndən törəmiş “kişi sevgisi” gəldiyi zaman isə faşist Almaniyasında sapqın davranışlar yayılmağa başladı. NSAFP homoseksuallar klubu halına gəlmişdi…

    Bu tarixi həqiqət təfərrüatlı şəkildə Skott Layvli və Kevin Abrams tərəfindən 1995-ci ildə nəşr olunmuş “Çəhrayı Svastika: NSAFP-də Homoseksuallıq” adlı kitabda analiz edilmişdir. Kitabda istər NSAFP öncülü olan cərəyan və təşkilatlar, istərsə də partiyanın idarəedici heyəti təfsilatlı şəkildə incələnmiş və bu faşist kadrın daxilində çoxlu sayda homoseksual olduğu göstərilmişdir. Homoseksual olduğu bilinən nasistlər arasında SA (Hücum Dəstəsi) komandanı Ernst Röm, Gestapo şefi Reynhard Heydrix, Hava Qüvvələri kapitanı Herman Gerinq, Rudolf Hess, “Hitler Gəncliyi” təşkilatının sədri olan Baldur fon Şirax, nasistlərin maliyyə naziri Valter Funk, Hitlerin Quru Qoşunları komandanı Verner fon Friç kimi adlar daxildir. SS lideri Henrix Himmler və Adolf Hitlerin özünün də homoseksual meyilləri olduğuna dair bir sıra dəlillər mövcuddur (3).

    “Çəhrayı Svastika”da bu sapqınlığın nasistlərlə məhdudlaşmadığı, Amerikada fəaliyyət göstərən müxtəlif neonasist qruplaşmaların və irqçi təşkilatların liderləri arasında da bir çox homoseksualın olduğu və bu sapqınlığın faşizmdə, sözün əsl mənasında, nəsildən nəslə ötürüldüyü də yenə faktlarla dəyərləndirilir.

    Buraya qədər incələdiklərimiz Hitlerin dırnaqarası dahiliyini nümayiş etdirmək üçün artıqlamasıyla kifayətdir. Lakin Hitler ideologiyasının ən təhlükəli bir yönü vardır ki, tarixən bəşəriyyətə bəladan başqa heç bir şey qazandırmamışdır. Bu, irqçilikdir. İrqçilik Çarlz Darvinlə birlikdə dirçəlmiş qanlı bir cərəyandır və təkamül nəzəriyyəsinin dünyaya vurduğu ən böyük zərbə olmuşdur. Təkamülçü və irqçi Tule Cəmiyyətindən almış olduğu təlimlə Hitler də qatı təkamülçüyə çevrilmiş və alman irqini dünyadakı ən üstün irq olaraq görmüşdü.

    Hitlerin darvinizmə olan bağlılığı hələ 1925-ci ildə nəşr olunan “Mənim Mübarizəm” adlı kitabında görünür. Məsələn, kitabının 4-cü hissəsində darvinizmin müvəffəqiyyətli Almaniya üçün yeganə təməl olduğunu ifadə etmişdir.

    “Darvin: əvvəl və sonra” kitabının yazıçısı Klark Hitlerin darvinizmə olan bağlılığından belə bəhs edir:

    “Təkamüli fikirlər (olduqca açıq bir şəkildə) “Mənim Mübarizəm”in ən pis hissələrinin və (Hitlerin) xalqa nitqinin qaynağıdır. Hitler üstün irqin həmişə aşağı irqə qalib gələcəyi nəticəsinə gəlmişdir” (4).

    Elə bu təkamülçülükdən yola çıxaraq Hitler “alman irqini saflaşdırma” kompaniyasına başladı və bunu ilk öncə öz xalqı üzərində tətbiq etdi. Xalqın içindəki xəstə, şikəst, anadangəlmə kor və ya əlil insanları “zərərli ünsür” və “çürüməyə məhkum” adlandıraraq sıradan çıxarmağa başladı. Hitler deyirdi:

    “…Fərdin həyatına yüksək qiymət verilməməlidir. Əgər fərd təbiətin gözündə əhəmiyyətlidirsə, təbiət onu qorumaq üçün lazımi marağı göstərəcək. Bir ağcaqanadın qoyduğu milyonlarla yumurtanın içindən çox azı yumurtadan çıxır, amma yenə də ağcaqanad irqi inkişaf edir” (5).

    Halbuki din əxlaqında xəstə, əlil insanlar “çürüməyə məhkum” deyil, tam əksinə, insanlar onlara kömək etməli, sağalmaları üçün var gücülə çalışmalıdırlar. Din əxlaqına görə, həyat güclülərlə zəiflərin mübarizəsindən ibarət deyildir, əksinə, din güclülərlə zəiflərin köməkləşməsini, cəmiyyətdə mərhəmətin, sevginin, sülhün və sosial ədalətin bərqərar edilməsini təşviq edir.

    Lakin təkamül nəzəriyyəsini özünə prinsip seçmiş nasizm bu gözəlliklərin tam əksini həyata keçirmişdi. Hitlerin fövqəltəbii güclərə malik, qüsursuz və yanılmaz bir “öndər” (“fürer”) olduğuna və onları mütləq zəfərə aparacağına aldanmış faşist Almaniyası tarixdə bənzəri görülməmiş qırğınlara və cinayətlərə imza atdı. Auşvits həbs düşərgəsindən II Dünya Müharibəsinə qədər yaşanmış inanılmaz vəhşiliklərə Hitlerin gətirdiyi bəhanə isə belə idi:

    “Yaşamaq istəyi qarşıdurmaya aparmalıdır, çünki bu istək təmin edilə bilməməklə yanaşı, eyni vaxtda, həyatın təməlidir. Yaşanan sahə məhduddur. Buna görə, insaniyyətdən çox mərhəmətsizlik həyatda əsasdır! İnsan ixtilaflar və davam edən mübarizə nəticəsində dünyanın sahibi olmuşdur. Bu, insanlığın deyil, güc və hakimiyyəti qazanan qüvvənin üstünlüyüdür” (6).

    Başqa bir sözündə isə Hitler törətdiyi vəhşiliklərdən fəxrlə bəhs edirdi:

    “Biz nasistlər… barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik” (7).

    Almaniya II Dünya Müharibəsindən məğlubiyyətlə çıxdı. Hitler məqsədinə çatmadı və “Üçüncü Reyx”, yəni 1000 illik Alman İmperatorluğu xülyası puç oldu. Lakin Hitlerin olduqca qəribə bir təsəllisi var idi. Bütün bir xalqın etibar etdiyi “fürer” almanların məğlubiyyətini təbiətin bir qanunu kimi qələmə verdi! “Alman irqi məğlub oldu, demək ki, təkamül cəhətdən üstün irq deyilmiş” (!). Beləliklə, insanların gözündə “xalq qəhrəmanı” olan Hitler, əslində xalqını öz əllərilə təkamül nəzəriyyəsinə olan bağlılığına qurban verdi…

    Bütün bu incələdiklərimiz Hitlerin, düşünülənlərin əksinə, uğursuz siyasətçi, əqli və ruhi çatışmazlıqları olan və öz xalqını qəsdən ölümə sürükləyən zalım diktator olduğunu göstərir. Belə olduğu halda, xalqımız Hitlerin bu qanlı ideologiyasına qarşı daima ayıq-sayıq durmalı və cəmiyyətimiz, xüsusilə də, gənc nəsil faşist ideologiyanın yanlışlığı və təhlükəsi barədə ətraflı məlumatlandırılmalıdır. Unutmayaq ki, faşist ideologiya getdikcə sirayət edir və praktikada da güclənməyə davam edir. Bunu, başda Avropada olmaqla, dünya miqyasında irqçiliyin getdikcə daha geniş surətdə inkişaf tapması ilə görmək mümkündür.

    Bundan əlavə, başda da qeyd etdiyimiz kimi, Norveçdə özünü Hitlerin davamçısı sayan Anders Breyvikin törətdiyi terror aktından sadəcə bir neçə il keçməkdədir. Faşist təhlükəni Qərb dünyası elə bu yaxınlarda da hiss etdi: 14 aprel, 2014 tarixində ABŞ-da yəhudilərin Pesax bayramı öncəsində bir əlisilahlı “Hayl Hitler!” deyə bağıraraq yəhudilərə atəş açdı və 3 nəfərin ölümünə səbəb oldu. İstintaqa əsasən, cinayətkar biri uşaq, biri 70 yaşlı qadın olan qurbanlarını öldürməmişdən öncə onların yəhudi olub-olmadığını sorğulayıbmış.

    Bundan əlavə, elə keçən ay doğma Bakımızın mərkəzində üzərində III Reyxin gerbi olan nasist hərbi uniforması geymiş bir gəncin Hitler salamı jestilə “Ziq” (faşistlərin “Ziq Hayl” (“Yaşasın Zəfər!” sözünü ifadə edir) sözünü təkrarlayaraq gəzməsinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. Doğrudur, üzərindən bir müddət keçdikdən sonra həmin gənc bunun sadəcə bir zarafat olduğunu açıqladı. Lakin belə halların ümumiyyətlə baş verməməsi üçün Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə daha sıx bağlanmalıdır. Unutmaq olmaz ki, bu gün neonasistlər 33 ölkədə və 6 qitədə aktiv vəziyyətdədirlər və nasist meyilləri olanların yaş hüdudları isə 13-25 yaşlar arasında dəyişir. Belə olduğu halda, orta məktəblərdə və universitetlərdə faşizm haqqında sadəcə texniki məlumatlar verməklə kifayətlənmək olmaz. Tarixi faktlarla birlikdə faşizmin bəşəriyyətə necə böyük bəlalar gətirdiyini və faşizmin təməli olan darvinizmin heç bir elmi əsası olmadığını da tədris etmək zəruridir.

    Ümummili liderimiz Heydər Əliyev Cənablarının bu sözlərini gənc nəslimiz heç zaman unutmamalıdır:

    “Faşizm dünyaya nə qədər faciələr gətirib, insanlara nə qədər bəlalar gətirib – bunu hamı yaxşı bilir. İkinci Dünya müharibəsi məhz alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq iddiası ilə başlandı… Faşizm bütün dünya tərəfindən bir faciə, bir vəba kimi insanların hafizəsində yaşayacaqdır. Ancaq bəşəriyyət bir daha imkan verməz ki, faşizm meydana gəlsin” (8).

  • Elçin YAZAR.”İlahi eşqi yaşamaq” (Aləm əsərləri)

    1383654_1423763401180583_313244292_n (2)

    Sevgili oxucular!
    sevgi insan oğlunda olan ən böyük duyğu, ən böyük hissdir. Hər bir insanın fitrətində sevgi vardır. Sevgi elə bir duyğudur ki, sevdiyimiz zaman bunu hər kəsi əhatə edən davranış forması olaraq həyata keçəcəkdir. Sevmək xoşbəxtlikdir bunun meyvəsi olan sevilməkdə xoşbəxtlikdir. Tarixi keçmişə nəzər salsaq görərik ki, İlahi Eşqi yaşayan böyüklərimiz nəyi hədəf alaraq İlahi eşqə çatdılar? Dahi Azərbaycan şairi Nizami Gəncəvi buyurur ki:
    Ey Nizami bəsdir, dünyadan çək əl,
    Yetər alçaldığın göylərə yüksəl.
    Dahi Nizami Gəncəvi bu misrasında insanın göylərə yüksəlişindən bəhs edir. Göylərə yüksələ biləcək olan insana əmanət olaraq üfürülən ruhdur. Bu ruh yaşarkən geri dönməli, yəni sahibinə yüksəlməlidir. Nizami Gəncəvi başqa bir misrasında buyurur ki:
    Hansı yerdən gəlibsə həmən yerə çatdı ruh,
    Xəyal tapa bilməyən bir gözəllik tapdı ruh.
    Sevgili dostlarım Mövlana Cəlaləddin Rumi buyurur ki:
    “Canana Qqovuşmagı canı könuüldən dilə”.
    İnsanın yaradılmışlar içərsində üstünlüyünün tək səbəbi onda olan ruhdur. İnsanda olan ruh Allah (c.c) tərəfindən əmanət olaraq üfürülmüşdür. Bu yüksəlişi yaşayan böyüklərimiz Dədə Qorqud, Nizami Gəncəvi, Mövlana C.R, Yunus Əmrə, İmadəddin Nəsmi, Məhəmməd Fizuli, Hüseyin Cavid və bir çoxları bu həqiqəti yaşamışlar.
    Həqiqət nədir? İnsan üç vücuddan ibarətdir. Bu dahi şəxsiyyətlər və bir çoxları bunu yaşadılar. Nəyi yaşadılar? Ruhun, cismin, nəfsin və iradənin təslimini yaşadılar. Bizdə yaşamaqla vəzifəliyik!. Çünki, hər kəs dünyaya gəlmədən qabaq Qalu-bəla günü Allah bu təslimləri yaşayacağı haqqında söz vermişdir. Bunu böyük şair İmadəddin Nəsimi öz qəzəlində belə söyləyir:
    Ey! Xaliqin əmanətin (ruhun) zayə edən,
    Layiqdir ada olki zülümən cahil ola.
    Bu misrada Nəsmi onu deyir ki, insanda əmanət olan ruhu yaşarkən geri qayratmağı dilməyənlər zalım və cahildir. Allah-Təala insanı yaratdıqdan sonra ona ruhundan üfürdüyünü buyurur. Əgər bir insan onda əmanət olan ruhu dünya həyatını yaşarkən geri qaytarmağı istəmədiyi müddətcə zalım və cahil adını alır. Bu haqda böyük şairimiz Məhəmməd Fizuli buyurur:
    Canı (ruhu) canan diləmiş verməmək olmaz ey dil,
    Nə niza eyliyəlim ol nə sənindir nə mənim.
    Bu misralardan bunu anlayırıq ki, biz də əmanət olan ruhu bu dünyada yaşarkən sahibi olan Allaha tsəlim etməyi, qovuşdurmağı diləməliyik!. Bu böyük insanlar bunları yaşadılar və bu haqda öz əsərlərində də söyləmişlər. Biz də yaşamalıyıq! Yaşamaq üçün isə bir tək diləklə yönələcəksiniz yaradana. Nizami Gəncəvi bu diləyi öz misrasında belə söyləyir:
    Könlümdə haqdan savayı məgər bir dilək varmı,
    Ona qovuşan kəslər başqa bir şey umarmı?
    Yəni sevgili oxuyucular qəlbimizdən Allaha (c.c) yönələrək ruhumuzu Ona təslim etməyi diləməliyik. Böyük haqq dostları bu duanı Allahdan istədilər. Bunun üçün bu gün bizdə onlardan danışmalıyıq. Necə ki, Ərəb dilini bilmək qurtuluş deyilsə Nizamini, Mövlananı, Yunusu, Nəsimini, Fizulini, Hüseyin Cavidi bilmək, əzbərləmək yetməz! Onları anlamaq, onları yaşadıqı İlahi eşqi yaşamaq, hiss etmək əsildir! Sevgili oxuycular Nizamilər, Fizulilər bu gündə var olmalıdır. Ot kökü üstündə bitər. Bizm də onların yaşadığı İlahi eşqi yaşamağımız, yaradılmışı, fani olanı deyil hər şeyi yaradan Allahı (c.c) istəməyimizə bağlıdır. Ədəbi təsəvvüf yolçuları bizə mənəvi irsi miras qoymuşlar. Mirası yaşamaqla qorumalıyıq. Diqqət edilərsə Dədə Qorqud söyləmiş:
    Allah-Allah deməyincə işlər olmaz,
    Qadir Tanrı verməyincə ər bayılmaz,
    Əzəldən yazılmasa,qul başına qəza gəlməz,
    Əcəl vədə verməyincə kimsə ölməz.
    Nizami Gəncəvidə:
    O gecəni bir daha görmək üçün ah,
    Əl qaldırıb göylərə deyirəm: Allah, Allah.
    Mövlana Cəlaləddin Rumi:
    Canana qovuşmağı canı könüldən dilə.
    Yunus Əmrə:
    Eşqin aldı məndən məni,
    Mənə səni gərək səni.
    Mən yanaram dünü-günü,
    Mənə səni gərək səni.
    Məhəmməd Fizuli:
    Canı canan diləmiş verməmək olmaz ey dil,
    Nə niza eyliyəlim ol nə sənindir nə mənim.
    Bunlar bizim böyüklərimizdir biz də onlar kimi İlahi eşqi, onun sonsuz xoşbəxtliyini yaşamaqla mənəvi saflığa aparan mirasa sahib olmuş oluruq. Sevgili dostlarım biz də ədəbi təsəvvüfün (mənəvi saflığı) araşdırmaq, yaşamaq və bölüşməyi hər kəsə tövsüyyə edirik. İnsan üçün ən qiymətli şey dünya həyatını yaşarkən İlahi eşqin sonsuz xoşbəxtliyini yaşamaqdır. Xoşbəxtlik…Yaradılmış da deyil! Yaradan Allahdadır. Ədəbi,
    mənəvi irsi daşıycıları olmaq diləyi ilə bu yazımızında sonuna gəldik.

  • Debüt: İlham HƏBİB (Zəngəzur mahalı).Yeni şeirlər

    10367691_4275208494657_5626564282031219599_n (1)

    İlham Həbib 1979-cu ildə Zəngəzur mahalı, Qafan rayonunda anadan olub.1986-1996-cı ilərldə Abşeron rayonu Saray qəsəbəsi “A. Müzəffərov” adına orta məktəbdə təhsil alıb. Fövqəladə Hallar Nazirliyində çalışır. Ailəlidir. İki övladı var.
    “Zərif beytlər” almanax kitabında,”Dünya Genc Türk Yazarlar Antolojisi” kitabında, “Söz odası”, “Paritet” və bir neçə sosial saytlarda şerləri çap olunub.

    DE Kİ, SƏNİ DƏLİ KİMİ SEVİRƏM

    Eşq sahilim, göy ləpəli dənizim,
    Deki səni dəli kimi sevirəm.
    Bircə kərə heç olmasa əzizim,
    De ki, səni dəli kimi sevirəm.

    Haralara gəldim sənin izinlə,
    Hara getsən apar məni özünlə.
    Danışmağa sözün yoxsa, gözünlə,
    De ki, səni dəli kimi sevirəm.

    Baş qoyaram yollarında daşına,
    Tab elədim baharına, qışına.
    Çevir məni ürəyinin başına,
    De ki, səni dəli kimi sevirəm.

    Gözlərimi gözləməkdən yorma gəl,
    Qəriblikdə zərif boynu burma, gəl.
    Bilirəm ki, darıxmısan durma, gəl.
    De ki, səni dəli kimi sevirəm.

    İlham yanıb külə dönüb, köz qalıb,
    Deyiləsi gör nə qədər söz qalıb.
    Tələs biraz, getməyimə az qalıb.
    De ki, səni dəli kimi sevirəm.

    * * *

    Çək sığalı telimə,
    Telim sevinsin gülüm.
    Əlini ver əlimə,
    Əlim sevinsin gülüm.

    Çəmənimdə çiçək ol,
    Çiçəyimdə ləçək ol.
    Güllərimə bəzək ol,
    Gülüm sevinsin gülüm.

    Gəl ətrini qoxuyum,
    Sənə çələng toxuyum.
    Eşqə nəğmə oxuyum,
    Şirin dilim sevinsin.

    Gözüm fərəhlə dolsun,
    Hicran saçını yolsun.
    Günlərim sənin olsun,
    Ayım, ilim sevinsin.

    * * *

    Alnımdakı qırışdayam,
    Boyu ölçən qarışdayam.
    Vicdanımla yarışdayam,
    Yerlərə dəyir kürəyim.

    Başım min cür xəyaldadı,
    Qələmim qeylü-qaldadı.
    Ruhum təngnəfəs haldadı,
    Yaman kəsilim kələyim.

    Ürək qırdı qan sirdaşım,
    Can istəyir can yoldaşım.
    Başa dəyir əhlət daşım,
    Artıq ələnib ələyib.

    Bu torpağın üzü qara,
    Daşındakı sözü qara.
    Izi qara, gözü qara
    Üzün qaralsın fələyim.

  • Debüt: Nüsrət HƏSƏN (Sabirabad).Yeni şeirlər

    10409792_513374182128649_102896210_n

    Nüsrət HƏSƏN (Həsənov Nüsrət Ülfət oğlu) 1992-ci il fevral ayının 15-də Sabirabad rayonunda anadan olub.Hal-hazırda İnşaat kollecinin qiyabi tələbəsidir. Dövlət Sərhəd Xidmətində işləyir.

    Söyləmə

    Söyləmə arının balı şirindi!
    Yanağın baldan da şirin deyilmi?
    Söyləmə dənizin dibi dərindi!
    Gözlərin dənizdən dərin deyilmi?˚
    ***
    Söyləmə qara rəng parıldayarmı?!
    Gözünün qarası necə nur saçır?
    Məni sevdiyinin nişanəsidir,
    Elə bil ay çıxıb gecə nur saçır.
    ***
    Söyləmə güllərin ətri gözəldi!
    Sənin öz qoxunun dəlisiyəm mən.
    Bu böyük məhəbbət sənə özəldi,
    Sanma ki, çoxunun dəlisiyəm mən.
    ***
    Söyləmə soyuqdur get qalın geyin,
    Əlinin istisi bəs edər mənə.
    Yanımda olanda təsəvvür eylə
    Xoşbəxtlik verirsən nə qədər mənə.
    ***
    Danışma ipəyin incəliyindən!
    Tellərin ipəkdən daha incədir.
    Danışma cəhənnəm işgəncəsindən!
    Həsrətin ondan da pis işgəncədir.
    ***
    Danışma baharın gözəlliyindən,
    Yanında qış belə bahardan gözəl.
    Sevgimi deməyə yetmir cümlələr,
    Yazsam da nə qədər mən şeir-qəzəl.
    ***
    Danışma Məcnunun məhəbbətindən,
    Mənim duyğularım ondan da təmiz.
    Danış öz yarından, öz Nüsrətindən.
    Əbədi yaşayar bizim sevgimiz.

    « Yol »

    Qara gözlərini yollara dikmə
    Terk edib getdiyim yola gəlmərəm.
    Yalvarıb-yaxarıb göz yaşı tökmə,
    Mən elə tərsəm ki yola gəlmərəm.

    Bəlkə də yuxuna gələrdim, amma,
    Çətinki yetişim çox uzağam mən.
    Bəxtim tək qarayam, bu deyil əmma
    Sənin ki yanında üzü ağam mən.

    Daha pəncərənin önündən çəkil
    Gözünlə başqa bir sevgiyə yol çək.
    Özümə nifrəti tutmuşam vəkil,
    Etdiyin gunahın altına qol çək.

    Sevgi müqəddəsdir söyləyib durma.
    Düşünmə bu sözə şəkk edirəm mən.
    Bu ki eşq deyildi ay teli burma
    Arxamca boylanma tək gedirəm mən.

    Qayıdan deyiləm dağılsa dünya,
    Pozmaram etdiyim tövbəmi heç vaxt.
    Amma ölməyini istəməm əlsa
    Mən sənə vermərəm növbəmi heç vaxt.
    Mən sənə vermərəm növbəmi heç vaxt.

    Mənə bir bəhanə ver
    Mənə bir bəhanə ver
    Getməyim qalım deyə
    Əvvəl ki tək ürəkdən
    Sevgilin olum deyə.
    * * *
    Mənə bir bəhanə ver
    Qürurumu sındırım
    Ağlım səndədi onsuz
    Cismimi dayandırım.
    * * *
    Mənə bir bəhanə ver
    Günahını əfv edim
    Sevib səhv eləmişdim
    Qoy yenə də səhv edim.
    * * *
    Mənə bir bəhanə ver
    Səmimi davranışla
    Yapışıb əllərimdən
    De ki, məni bağışla.
    * * *
    Mənə bir bəhanə ver
    Bitsin bu dava-dalaş
    Sevdiyini de mənə
    Gözündə bir damla yaş.
    * * *
    Sevincdən uçum göyə
    Bəs etməsin mənə yer.
    Yanında qalım deyə
    Mənə bir bəhanə ver
    Mənə bir bəhanə ver.

    Hava, Su
    Dedinki sevgidən danışma artıq
    Göz aç həqiqətə oyan yuxudan.
    Soruşdum-“mən axı nədən danışım?
    Dedinki danış da, havadan, sudan.
    Yaxşı qoy danışım öncə havadan
    Qəlbimdə fırtına oyanıb indi.
    Cavabsız sevgiyə yaxalanmışam
    Gözümə unutmaq dayanıb indi.˚
    ***
    Baxma ki səmada isti günəş var
    Mənim danışdığım havanı dinlə.
    Xəyalın etdiyim toy havasını
    Oynaya bilmədim niyə səninlə?!
    ***
    Nə olsun bu saat yay aylarıdır
    Mən ki üşüyürəm önündə tir-tir.
    Sevirəm sözünə möhtac şəkildə
    Əsirəm bu yayın günündə tir-tir.
    ***
    Anla hər havada günəşim sənsən
    Vaz keçən deyiləm mən bu duyğudan.
    Görürəm havadan sıxıldın nəsə
    Gəl sənə bir az da danışım sudan.
    ***
    Bir su tanıyıram bulaq kimidir
    Çıxıb mənbəyindən süzülür hər gün.
    O qədər saf sudur, o qədər təmiz
    Muncuq tək yan-yana düzülür hər gün.
    ***
    Belə məhəbbətlə hansı çay axır?
    De hansı bulaqdır, o hansı quyu?
    Deyəsən gözəlim susadın yaman
    Duzludur dediyim bulağın suyu.
    ***
    O muncuq damcılar yad deyil mənə,
    Çəkdiyim acıda sirdaşlarımdır.
    Sənə məhəbbətlə süzülüb gedən
    Yəqin ki, anladın. Göz yaşlarımdır.
    ***
    Görürsən, danışdım havadan, sudan?
    Bağışla deyəsən vermişəm əzab.
    Allaha sığınıb ümidvaram ki,
    Mənim də sevgimə gələcək cavab.
    Mənim də sevgimə gələcək cavab…

  • Debüt: Gülnarə SADİQ (Gəncə).Yeni şeirlər

    gulnare sadiq

    Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.
    Uşaqlıq illərindən ədəbiyyata marağı olan Gülnarə əvvəlcə qısa şeirlər yazıb. Yazıları “Töhvə”qəzetində, ”Məhəbbət işığında”, ”Gəncliyin səsi” almanaxlarında derc edilmişdir. Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin səsi”ədəbi dərnəyinin üzvü olmuşdur.Hal-hazırda www.vehdet.org saytının baş redaktorudu.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

    Səninlə görüşə gəlmişəm, Allah.

    Yığıb ətəyimə günahlarımı,
    Alıb əllərimə ahu-zarımı,
    Sərib yollarına arzularımı
    Rəhminə sığınıb gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    Behiştin tək arzum,tək diləyimdi,
    Ibadət qəlbimdə tək təsəllimdi,
    Peyğəmbər sevdası tək zəfərimdi,
    Aşiqəm məşuqa gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    Kitabın baş tacım,Rəsulun nurum,
    Fatimən xəyalım,Huseynin yolum,
    Əhli-beyt qərarım,eşqidir sonum
    Məhkumam hökmümə gəlmişəm, Allah
    Səninlə görüşə gəlmişəm, Allah.

    Xəyal dənizimin sən sultanısan,
    Dostumsan,arxamsan,sən sirdaşımsan,
    Rəbbimsən,haqqımsan,sən Allahımsan
    Əmanət canımla gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    YUXUMA GƏL

    Sənə gedən yollar yaxın olaydı,
    Gəl mənim yuxuma ümidim kimi.
    Bütün ömrüm sənli yuxu olaydı,
    Gəl mənim yuxuma xəyalım kimi.

    Düzüm yollarına sabahlarımı,
    Səpim buludlara göz yaşlarımı,
    Atım ulduzlara arzularımı,
    Gəl mənim yuxuma həyatım kimi.

    Bir ümid nağılı uyduraq sənlə,
    Bir sevda yağışı yağdıraq sənlə,
    Məhəbbət nəğməsi oxuyaq sənlə,
    Gəl mənim yuxuma sevdiyim kimi.

    Həqiqət dünyanın yalandır üzü,
    Səhərlərim düşmən yalandır sözü,
    Od tutmaz həsrətim yalandır közü,
    Gəl mənim yuxuma öz eşqim kimi.

    Bəlkə də bir sabah heç oyanmadım,
    Bəlkə vüsalına mən çatammadım,
    Bəlkə gözlərinə heç baxammadım,
    Gəl mənim yuxuma ürəyim kimi.

    MƏNƏ UNUT DEDİN

    Mənə unut dedin,
    mən də unutdum.
    Xatirələri silməyə başladım-
    könül dəftərimdən,
    bir-bir ,
    vərəq-vərəq cırdım onları.
    Görüş yerlərimizin ünvanını unutdum.
    Sonra uçurmağa başladım
    qəlbimdəki eşq sarayını.
    Yavaş-yavaş qopardım səni
    ruhumdan,
    canımdan…
    amma hər qopardıqca,
    qəlbimdə qopdu yerindən.
    Hər cırılan xatirədən
    bir yara aldı ürəyim.
    Qanadı,qanadı,soldu ürəyim.

    Yordu məni bu yaralar,
    Yordu məni sənsizlik…
    çox yordu ürəyimi.
    Asta-asta haldan saldı…
    Cismim soldu,
    Qəlbim soldu.
    Sonda isə həyatım.
    həyatım soldu.
    Torpağa döndü həyatım.
    Torpağa qarışdı cismim.
    Öldü cismim,öldü ürəyim.
    Adsız aşiq məzarina qoydular məni,
    O tənha qəbrdə-tənha qəlbimlə
    yapayalnız …qoydular məni
    Adsız qəbir,
    Adsız aşiq,
    Adsız mən.
    Bir də baş daşına həkk olunan son sözlər:
    mənə unut dedin,
    mən də unutdum.

  • Debüt: Tural COŞQUN (Şabran).Yeni şeir

    10428802_651345391625630_1343275715_n (1)

    Tural COŞQUN (Şeydayev Tural Nabil oğlu) 1990 -cı il yanvar ayının 18-də Şabran rayonunda anadan olub.1996-2007-ci illərdə Şabran rayon Roman Yusifov adına 2 saylı tam orta məktəbdə təhsil alıb.2009-2012-ci illərdə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin Mühasibat uçotu və audit ixtisasını bitirib. Hal hazırda Şabran rayon mərkəzi xəstəxanasında mühasib işləyir.Şeir yazmağa orta məktəb vaxtlarımdan başlayıb.Subaydı.

    SİLDİM SƏNİ

    Bu gecə qəlbimdən sildim mən səni,
    Fikrimdən,beynimdən sildim mən səni.
    Neyləyim bu dərdi daşiyammadım,
    Bu tənha sevgini yaşıyammadım.

    Sənin laqeydliyin yorubdu məni,
    Sənin tək sevmədim inan kimsəni.
    Sənsə bircə zərrə sevmədin məni,
    Sevmərəm bir daha, UNUTDUM SƏNi.

    inanki şeirimdən sildim mən səni,
    Gözümün əksindən sildim mən səni.
    Şeirim,beynim,dilim nədirki?
    Ruhumdan,ömrümdən sildim mən səni,
    Bu gecə qəlbimdən sildim mən səni…

  • Nərmin KƏRİMZADƏ.”Sosial həyatda dinin əhəmiyyəti” (Məqalə)

    nazkowe

    Dinsiz mühitdə, ailə məfhumu aradan qalxır. Ailəni təşkil edən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə məhv olur. Ailə, cəmiyyətin təməlidir və əgər ailə dağılsa, cəmiyyət də pozular. Dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti təşkil edən bütün mənəvi dəyərlər məhv olar. Dinsiz cəmiyyətdə heç kim bir-birinə hörmət, sevgi və mərhəmət hissi bəsləməz. Çünki bunun üçün bir səbəb olmaz. Nəticədə, sosial anarxiya əmələ gələr. Müxtəlif xalqlara qarşı təcavüzkarlıq mövqeyi formalaşar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata övlada, övlad ataya qarşı təcavüzkar olar.
    Daima qan tökülməsinin, bəzi ölkələrdə daima gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə hər gün gözünü qırpmadan, çox adi səbəblərlə bir-birlərini öldürən insanların xəbərləri verilir. Halbuki, axirətdə hesab verəcəyini bilən insan başqa birinin üzünə silah tutub öldürə bilməz. Allah`dan qorxar və pis haqq-hesabdan çəkinər. Allah Quranda insanları fitnə-fəsad törətməkdən belə çəkindirir:
    Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allah`a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
    İntiharların bu qədər yayılmasının kökündə də dinsizlik durur. İntihar edən, əslində, cinayət törədir. Ancaq Qurana bağlı bir insan bunu əsla etməz, belə bir fikri ağlından belə keçirməz. İnanan insan ancaq Allah rizası üçün yaşayar və Allah`ın ona dünyada verdiyi hər cür çətinlik və sıxıntıya səbr edər. Bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat alacağını unutmaz.
    Dinsiz cəmiyyətdə insanlar bir-birlərinə insan kimi dəyər vermirlər, çünki bir-birlərini meymundan təkamüllə əmələ gəlmiş varlıqlar kimi görürlər. Bir insan meymundan təkamüllə törədiyini düşündüyü insana xidmət etmək, ona qulluq etmək istəməz. Bu düşüncəyə malik insanlar bir-birlərinə dəyər verməzlər. Bir-birlərinin sağlamlığını, rahatlığını düşünməzlər. İnsanlara zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmazlar.
    Quran əxlaqı yaşandıqda dövlətə və millətə böyük zərər verən anarxiya bəlası tamamilə sona çatar. Mənəvi dəyərlərə malik şəxslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlıq etməkdən çəkinməzlər. Bu əxlaqa malik insanlar daima ölkənin rifahı və təhlükəsizliyi üçün çalışarlar. Belə cəmiyyətdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə, maddi və mənəvi cəhətdən dəstək olar. Allah`dan qorxan insanlardan ibarət cəmiyyətdə cinayət işləri, demək olar ki, baş verməz. İndiki cəmiyyətdə baş verən cinayət hadisələrinin mində biri belə baş verməz. Dövlətin idarə olunması çox asanlaşar. Dövlət anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmayacağı üçün bütün gücünü ölkənin daxili və xarici siyasətinə, rifahının yüksəlməsinə, güclənməsinə, dirçəlməsinə sərf edər. Nəticədə də çox güclü dövlət formalaşar.
    Cəmiyyətdə gənclər arasında geniş yayılmış laqeyd xarakterə Quran əxlaqı ilə yaşayan gənclərdə rast gəlinməz. Gəncliyin dinamikliyi, şövqü daima xeyirli işlərə istiqamətləndirilər. Belə bir mühitdə şagird və tələbələr sadəcə sinifdə qalmamaq və ya cəzadan xilas olmaq üçün deyil, şövqlə, istəyərək, dövlətə və millətə fayda vermək üçün təhsillərinə çox əhəmiyyət verərlər. Məktəblərdə intizamsızlıq aradan qalxar. Çox rahat, faydalı təhsil mühiti formalaşar. Müəllim və şagirdlər arasında itaətə, hörmətə və tolerantlığa əsaslanan müştərək iş meydana gələr. Bundan əlavə, şagird və tələbələr dövlətə, polisə qarşı da çox hörmətcil və itaətkar olar, dövrümüzdə tez-tez rast gəlinən tələbə etirazları baş verməz. Çünki bu etirazları tələb edən mühit olmaz.

  • Təranə ŞƏMS.”Biz o boya enə bilmərik” (Məqalə)

    1394111443_1378745_1401638060069638_1083618525_n

    AYB –nın qurultayi ilə əlaqdar hörmətli şairimiz Məmməd İsmayılın çıxışından sonra verdiyi müsahibəni oxuyub vətəndaş olaraq oz fikirlərimi qələmin gözünə qatıb belə ifadə edərək bu bəhri təvili yazdım və sizlərə ərməğan edirəm.

    Vaxt məqam yetişdi sifarişlə xahişlə yığdıq biz yazarları,anlam geniş, müstəvidə, birtərəfli açıq-aşkar bir araya.Yaxın eldən, obadan gələn də var çağrış səsli bu səsə bu haraya. Qurultaydı dedilər, kimsə sevinc yaşadı, bəzi kəslər bacardı burda bizi aldadıb, sözdə söz oynatmağı. Şairlər ki, yığıldı söz satıb soz eşməyə, yaxın uzaq keçmişə yb dediyim yerə köhnəliyi dəf edib, yeni sədr seçməyə.İndi gəlin dərd dağıdım sizlərə,dərd biçilib boynumuza ,bizim kimi bizlərə.Sözüm yetər əldə qələm, şeir sənət fədaisi, yazar olub ad qazanan kəslərə.Gəl oturaq söhbət edək, mənim sizə,kəlmə -kəlmə səti-sətir sözüm var: Siz tanıyın uzaq durun şair nədir, qələm nədir, imdad uman, ələm nədir, ələn nədir xəlbir nədir,əlbir olub kimsələrə daş ataraq zərbə nədir. Bəlkə deyim, mən yalanam, mən demirəm biz beləyik, hamı görür, hamı deyir, görürsə göz,dil də yalan, söz də yalan?! Söyləyirəm siz də baxın baş da yığar, yığma- qurma, yalanları kalan- kalan axın-axın.Budur baxın məkan alan, külək qovub tozda qalan, yalan –palan sözlə vurub ara qatan, mən tanıdım, mən bilirəm kimsən oğul, ağzın şirin noğul-noğul. Adın tanış göz önündə yad ellərə ad olmusan, öz elindən uzaq düşüb, indi bura,bu torpağa qonaq düşüb şad olmusan,Təəssüf edim, yb idi guman yerin, öz evindən uman yerin, nədənsə sən söyləmədin, hər sözünü yeyin- yeyin. Dilində od,sözündə od, yanmayanı yandıraraq, qanmayanı qandıraraq, mən beləyəm söyləyərək,düz danışıb,hər sözümü düz deyəcəm sözüm sizə xoşsa yeyin, öyünməyin zirvədəsiz, ayaqaltı eniş-yoxuş yeriməyin yeyin-yeyin. Dilində od sən gələrək,natiqlərin, naqislərin hər sözünə bənd çəkərək, ürək yanıb dərd əkərək, məddahları, yaltaqları alqış edib bəyənmədin,menyu şirin çoxsa belə hər sözü sən yeyənmədin. Söz alıban söylədin ha, güı ətirli tər sözünü.Əhsən dedim El oğluna,öz elinin ər oğluna, söz udmayan o hulquma. Üz tutaraq anası Higar, atası Rəsul, söz əhliyəm söyləyən ,yaxını uzaq görməyən Anar adlı bir monaxa, dilin odlu söz deyəndə, yaltaqlar da utanmadan acı –şirin söz yedilər, yerli –yersiz hədəf oldun həmlə edib, söz dedilər.Gəlin bir az göz yetirin hansı yaltaq, söz yeridib fikir desə, deyəcəksiz pərdə cırıq, fikir qırıq görəcəksiz oynanmayan bir tamaşa. Kimdir Anar biənmirəm hökm böyük görəmmirəm, nədən belə mənəm- mənəm soyləyib ha at oynadır bölgədə. Şeir sənət söz əhlimiz bir-birindən uzaq düşüb, bölünmüşük saman olub doyülmüşük uçmuşuq ha , batmışıq ha yaxın –uzaq, uzaq yaxın ölkədə. Zaman-zaman nə baş verir sorar olsaq,nədən nəyi anlayaraq, ipə-sapa nəyi düzüb, boğaz üzüb, kimsə kimi danlayacaq. Biz ölmədik, biz yaşarıq biz ki, varıq yaltaq olub, qanmaz olub çəpik çalıb zaman-zaman oynamışıq, dərd bizimsə, haçan nə vaxt kimsə, kimə söz dyəndə haqqı görüb danlamışıq? Bu haqq bizim, bizdən ötə alınqanıq qana-qana bilməz olub, ağız dolab,söz deyəni görmədik, nə gördüksə, göz yumaraq, söyləmədik bilmədik. Anarı belə, o biri elə, bu biri belə, söz atdılar Məmmədinə,dili sözlü Əhmədinə, sözlə vurub Məmmədi də, hər sözünə yamaq salıb zəhər töküb heybəsinə,verənmi var haqq səsinə gəlmədi qıy,haray salıb batma dedi öz səsinə.Qoymadılar söz bazarı,söz alveri meydan ala, hədəf bəlli ox atdığı şeytan ola, sözü oxsa boğazlara qaytan ola. Çəkinmədən söz dedi o, gözlərinə baxa-baxa hər sözünü zəhər edib, kimdi Anar? ÜSTÜNƏ ÇOX yedirdi O. Mən görürəm, biz beləyik çəpik çalan yaltaqlarla utanmadan, çəkinmədən məqamı yox,məramı xoş bəzilərlə həmfikirik həmrəyik. Şeir sənət müstəvidən, YB bizdən uzaq düşüb, dili sözlü meydan alan, söz oynadan bəxti qara şairlərə təzad dolu tuzaq düşüb. Bəyənmirəm sən dedin ha,bu meydanı, səs ki, batıb bülbül yatıb,meydan olub cik-cik edən şairciklər yığnağı, söz deyəndə göz döyərək sayacaqlar əl üstəki barmağı. Mühit qoca yazan cocuq, səs ki, gələr boğuq-boğuq, xoruz banlar, cavab verər cik-cik sərçə, axsaq toyuq.Dövür çətin söz alveri əkin-əkin, söz alıban demək çətin, ürək yansa , söz aqlayar, könüllərdi oyuq-oyuq,gəlin baxaq, dəmnən uzaq soyuq-soyuq, dilin sussun, gözün baxsın donuq-donuq. Dildə sual nədən belə batmışıq ha, qış gəlmədən yatmışıq ha, o sənləri bu mənləri söz deməmiş satmışıq ha! Sözün oldu belə-belə nə ad verim bizlərə biz, iynə sapıq bizlərə biz, üz olmuşuq üzlərə biz, unutmuşuq sizli bizli, bizləri biz, yolda qıraq izləri biz, yıxla –düra yeriyərək, əl uzadıb dərd dağıdaq kimlərə biz! Balta bizim, xalta bizim, boyun bizim, oyun bizim, məhv olmuşuq qalmayıbdı, tozum izim,yıxıla-dura yerimişik sürünmüşük dizin –dizin…Eşit sən hey!Vətən sənin, Vətən mənim, kürsüdüsə satılmayıb, sənin deyil, dörd əlinlə yapışma sən,ömür vəfa etməyəcək olmayacaq mənim desən nə heç kimin heç kəsin. Kimsən axı, kapsamısan, “Mən” in sənin, özün kimin, yerdə onun, göydə onun, keçməz olsun, künc-bucaqda çiçan- pişik hər oyunun,üz də qıraq astarı var,dərisi var hər qoyunun, yalanları yeyənmərik, yetər daha öyənmərik. Nə gündəsən EL oğlunun, ər oğlunun tuş gəlibən hədəf bəlli qəzəb dolu, eyhamına dözəmmədin. Qor töküldü canına, qan vuranda başına, üz—üzə sən həzm edibən yeyənmədin haqq sözünü El oğlunun MƏMƏDİN!!! Göz-gözə sən bilənmədin seçilmişən sədr mənəm, el sevərəm qədir mənəm, mən Anaram deyənmədin. Mən qarışıq, şeir sənət bəllidisə yb nədir mühit bizik, doğru dürüst öyənmirik çəpik çalan yaltaqı da başda duran maddahı da, bəyənmirik, get uzaq ol məlum yerin, YERİNDƏ DUR!!!! Kürsü sənin olsa belə biz tərəfdən tanınmadın, biz o boya enənmərik, kötüyə qoyub saqqal kəsən baltaları, xaltaları
    sevənmərik SEVƏNMƏRİK… !!!
    TƏRANƏ ŞƏMS.20.06.2014.

  • Vəfa KƏRİMZADƏ.”İslam Birliyi – Müsəlmanların birlik olmağı nə üçün lazımdır?” (Məqalə)

    10405700_1411233632493890_874688734_n

    Bir çox insan rahat həyatını yaşamağa davam edərkən dünyanın müxtəlif yerində milyonlarla müsəlman qardaşımız böyük zülmə məruz qalaraq yaşamaq uğrunda mübarizə aparır. İraq, Əfqanıstan, Şərqi Türküstan, Kırım, Fələstin, Kərkük, Moro, Patani və Arakandakı müsəlmanlar hər gün müsəlman qardaşlarından gələcək köməyi ümidlə gözləyirlər. Gördükləri zülmü və təzyiqi bütün şiddəti ilə yaşayan qardaşlarımızın halını başa düşmək üçün bir anlıq özümüzü onların yerinə qoyaq.
    Bu məqələni oxuyarkən və ya yerinizdə yatan zaman birdən-birə evinizin dağıdıldığını, yandırıldığını və həmin anda ətrafdakı bütün evlərin də eyni vəziyyətdə olduğunu düşünün. Uşaqlarınızı, valideynlərinizi götürərək həyatınızı xilas etmək üçün bayıra çıxdığınızı, orda da sizi əli silahlı insanların gözlədiyini xəyal edin. Sığınacaq bir yer olmadığını və sadəcə qaçmağın lazım olduğunu.. Arakandakı qardaşlarımız hər an bu dəhşəti yaşayırlar…
    Küçədə gedərkən yaxılaşan təyyarə səsinə və ardından gələn dəhşətli partlayışlarla havadan bomba yağdığını və həyatınızı xilas etmək üçün hara sığınacağını bilmədən qaçdığınızı xəyal edin. Son günlərdə artıq xəbərlərin ilk sıralarında yer almasa da Suriyada 2 ildir davam edən vətəndaş müharibəsinə görə məzlum uşaqların, qadın və kişilərin hər an hiss etdikləri, hər an yaşadığı budur.. Əsədin təyyarələri məzlum əhalinin evlərini, xəstəxanalarını, çörək sexlərini, hətta məktəblərini bombardman edir.
    Acından mədənizin ağrımasına baxmayaraq, öz aclığınızı bir kənara qoyub, yanaqları çökmüş, iri qara gözlərində sevinc yerinə acı olan uşağınıza yedirtməyə heç nə tapa bilməməyin çarəsizliyi içində ot yığıb, onu suda qaynadaraq “yemək” hazırladığınızı və bu otlu su ilə uşağınızı yaşatmağa çalışdığınızı düşünün. Acından ölənlərin sayının 144-ə çıxdığı Yermükdə müsəlman qardaşlarımız uşaqlarını yedizdirə bilməməyin çarəsizliyi içində bunları yaşayır.
    İsti evinizdə oturarkən birdən-birə qapının vurulub açıldını, bacınız, qardaşınız, atanız, həyat yoldaşınız, oğlunuz və ya qızınızın yerdə süründürülərək zorla evdən çıxarıldığını, kişilərin gözünün qabağında edam edildiyini, qızlarınızın, həyat yoldaşınızın, bacınızın və ya ananızın isə təcavüzə məruz qaldığını düşünün. Şərqi Türküstanda yaşayan uyğur qardaşlarımız 1965-ci ildən etibarən bu cür böyük zülm altında yaşayır və bu zülm altında şəhid olanların sayı 35 milyondur… Bu say Kanadada yaşayan əhalinin sayına bərabərdir. Yəni biz isti evimizdə oturan zaman, bir ölkənin əhalisinin sayı qədər müsəlman qardaşımız şəhid olub…
    Bura qədər izah edilən bir neçə misal belə insanın qəlbinin ürpərməsi, vicdanında böyük acı hiss etməsi üçün kifayətdir. Siz bu yazını oxuyan zaman dünyanın fərqli yerlərindəki müsəlman qardaşlarımız bir gün bombalardan birinin öz evinin damına düşəcəyinin narahatlığı, hər gün silah və bomba səsləri ilə yaşamağa davam edir. Bəziləri hər an qapılarının döyüləcəyinin narahatlığı içindədir. Qapılarını döyənlər hər an evin sakinlərindən birini götürüb apara bilər. Həmin ailənin bir daha onu görməsi, ondan xəbər alması belə mümkün olmaz. İşgəncəyə məruz qalan, təcavüz edilən, güllələnərək şəhid edilən, ibadətlərini yerinə yetirməyə əsla icazə verilməyən qadınlar, kişilər, qocalar, uşaqlar, qundaqdakı körpələr niyə öldüklərini belə bilmədən can verirlər. Uşaqlar niyə hər kəs kimi məktəbə gedə bilmədiyini, niyə evlərinin yandırıldığını anlaya bilmir… Qısacası, bu ölkələrdə həyat bizim bildiyimiz kimi, normal şəkildə davam etmir.
    Savaşın düz ortasındaki məzlum insanların yaşadıqları bu çətinlikləri, nə düşündüklərini, necə möhtac bir vəziyyətdə olduqlarını anlamaq hamımız üçün çox vacibdir. Çünkü bir çox insan evində təhlükəsiz olub-olmadığını bir an belə düşünmədən rahat şəkildə yaşayır. Bir çox insan istədiyi zaman marketə gedib istədiyini rahat şəkildə alıb yeyə bilir, istədiyi zaman tətil planları qura bilir. Dünyanın bir başqa ölkəsində adını bilmədiyi, tanımadığı analar, uşaqlar, babalar və nənələrin başına gələnləri lazımi şəkildə önəmsəmədən, onların həyatı üçün narahat olmadan, bütün bunlardan özü heç məsuliyyət daşımadığını düşünərək həyatını davam etdirə bilir.
    Ancaq əgər hərkəs belə edərsə, istəmədən və bilməyərək dünyanın bir çox yerində yaşanan bu insanlığa sığmayan hərəkətlərə ortaq olmuş olar. Müharibənin dəhşətli görüntüləri yaxşı bir insanı narahat edə bilər, bunu dilə gətirə bilər. Bu insan yeri gəldiyində müharibənin zərərlərindən də bəhs edə bilər. Amma vicdanlı və imanlı bir insan bu problemi qəlbən hiss edər, özünü onların yerinə qoyar. “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi 75) ayəsini düşünər və zülmə məruz qalan insanların məsuliyyətini öz üzərində hiss edər. Dünyada hakim olan zalımlığı tamamilə aradan qaldırmaq üçün var gücü ilə cəhd edər.
    Unutmayaq ki, Suriyada donaraq can verən hər körpədən, Türküstanda evindən çıxarılaraq təcavüzə məruz qalan hər gənc qızdan, Misirdə snayperlərin gülləsinə tuş gələn hər candan, Patanidə işgəncə görən hər qardaşımızdan, mağazaya gedərkən düşən bomba ilə həyatını itirən hər gənc qızdan, əlində oyuncağı ilə yatarkən dağıntıların altında qalan hər körpədən, yemək almaq istədiyi bazarda əlini, ayağını itirən hər anadan Əfqanıstanda, Çadda, Kırımda, Kərkükdə zülm görən və məzlumdan bütün müsəlmanlar məsuliyyət daşıyır.
    Bu zulmə “dur” deməyin yolu isə çok asandır. Allah’ın təqdim etdiyi həll yolunu tətbiq etmək… Allah dünyanın hüzura qovuşması üçün inananların qardaş olmalarını, bir-birlərinə kömək etmələrini və birlik olmalarını əmr etmişdir. Müslümanlar da qardaş olduqlarını xatırlayıb məzhəb ayrı-seçkiliklərini, anlaşmazlıqları bir kənara qoyub ortaq amalda birlik olub Türk İslam Birliyini təcili olaraq qurmalıdırlar. Allah’ın Quranda göstərdiyi, Peyğəmbərimizin (sav) hədislərində təfərrüatı ilə izah etdiyi tək həll yolu budur. Birlik olmaq Qurana görə fərz, dağılıb ayrılmaq isə haramdır. Müsəlmanların Allah’ın “Allah’ın ipindən möhkəm sarılın və dağılıp ayrılmayın…” (Ali-İmran surəsi, 103) hökmünün tələbi olaraq bir an öncə birləşib İslam Birliyini qurmaları, çəkilən acıların bitməsi, dünyanın hüzura və rifaha qovuşması üçün vacibdir. Müslümanların birlik olması, qan bağlılığı olan qardaşlar kimi, hətta daha da güclü şəkildə bir-birinə bağlanması fərzdir.

  • Toğrul İBRAHİMOV.”Süni seçmə, seleksiya nə üçün təkamülə dəlil deyil?” (Məqalə)

    kosssse (1)

    Bu gün qabaqcıl təkamülçülər belə bitki və heyvan seleksiyasını təkamül nəzəriyyəsinə sübut olaraq qəbul etmirlər. Lakin bəzi təkamülçülər bu iddialardan əl çəkməməkdə qərarlıdırlar. Ona görə də gəlin bu mövzunun təkamül nəzəriyyəsi ilə əlaqəsi olmadığını elmi dəlillərlə birlikdə araşdıraq.

    Bitki sortlarının və heyvan cinslərinin seleksiyası Darvin təkamül nəzəriyyəsini ortaya atmazdan daha əvvəl insanlara məlum idi… İt, qoyun və inək kimi heyvanlar arasında ətlik, südlük və sürətlə qaçan cinslər əldə etmək üçün seleksiyaçılar xüsusi bir ardıcıllıqla bu prosesi həyata keçirərək daha faydalı cinslər yetişdirmişdirlər. Bunu edənlər isə təkamülçülər deyil, əksəriyyəti təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmayan insanlar olmuşdur. Bu adət 19-cu əsrdə elmi bir dayağa söykədilmişdir. Bunun səbəbi isə təkamülçülərin düşündüyü kimi təkamül nəzəriyyəsi yox, Mendelin kəşf etdiyi genetika qanunlarıdır. Mendel dindar, Allaha inanan, yaradılışı müdafiə edən və təkamül nəzəriyyəsinə qarşı çıxan bir elm adamı kimi məşhurlaşmışdır. Bəzi təkamülçülərin bitki və heyvan seleksiyasını təkamülün bir dəlili kimi göstərmək cəhdləri səthi bir məntiqə əsaslanır: “Seleksiyaçılar bir neçə nəsil içərisində fərqli cins heyvanlar əmələ gətirə bilirlər, elə isə milyonlarla il ərzində bütün növlər bir-birindən əmələ gələ bilər”. Ancaq bu məntiqin əsassızlığını bir neçə maddəylə izah etmək olar:

    Heyvan və ya bitki növləri üzərində aparılan seleksiya işləri insanlar tərəfindən- xüsusi bir məqsədə görə ağıl sahibi insanlar tərəfindən şüurlu şəkildə həyata keçirilir. Ancaq təbiətdə belə bir şüurlu mexanizm yoxdur.

    Ən vacibi isə budur ki, bu proses heç bir zaman müəyyən bir sərhədi keçə bilməz. Bu üsulla yeni canlı növləri meydana gətirilə bilməz. Darvinin yaşadığı dövrdə genetika bilinmədiyi üçün o, bitki və heyvan seleksiyaçılarının sərhədsiz dəyişmə həyata keçirə biləcəklərini zənn etmiş, amma bu fikir 20-ci əsrdə genetik araşdırmalar sayəsində çürüdülmüşdür. 20-ci əsrdə canlılar üzərində aparılan bəzi təcrübələr nəticəsində genetik dəyişməzlik (genetic homeostatis) qanunu elmə məlum olub. Bu qanun bir canlı növünü dəyişdirmək üçün həyata keçirilən bütün seleksiya işlərinin müəyyən bir sərhəddən kənara çıxmadığını göstərir, canlı növləri arasında keçilməz sərhədlər olduğunu sübut edir. Bunu süni seçmənin müxtəlif metodlarında daha ətraflı araşdıra bilərik:

    Fərdi seçmə. Əgər insana hər hansı bir bitkidə müəyyən bir əlamət xoş gəlibsə, onda insan ona qarşı fərdi seçmə tətbiq edir, yəni:

    1. O, bu bitkini öz-özünə tozlandırmaqla çoxaldır, beləcə arzu olunan əlaməti möhkəmləndirir.

    2. Beləliklə insan saf xətlər alır.

    3. Lakin saf xətlərdə homoziqotların sayı artdığından mutasiyaların da üzə çıxma ehtimalı çoxalır.

    4. Mutasiyalar hər zaman zərərli proseslər olduğuna görə insan öz-özünə tozlandırmanı dayandırır, alınmış müxtəlif saf xətləri bir-biriylə çarpazlaşdırır.

    5. Bunun nəticəsində alınmış nəsildə heterozis effekti (hibrid qüvvəsi) üzə çıxır (Heterozis- iki saf xəttin çarpazlaşmasından alınan nəsildə yüksək həyatilik qabiliyyətinin və dözümlüyünün meydana çıxmasıdır).

    6. Lakin ikinci nəsildə heterozis zəifləməyə başlayır.

    Gördüyümüz kimi, həqiqətən də canlılar müəyyən bir sərhəddən sonra dəyişməyə deyil, əksinə, öz orijinal vəziyyətinə qayıtmağa daha çox meyl göstərirlər. “Darvin Retried” (“Darvin Yenidən Mühakimədə”) adlı kitabın müəllifi Norman Makbet bu mövzuyla bağlı belə deyir:

    “Problem canlıların həqiqətən də sərhədsiz bir ölçüdə variasiya (müxtəlifləşmə) göstərib göstərmədikləridir. Növlər hər zaman sabitdirlər, seleksiyaçıların əldə etdikləri müxtəlif bitki sortlarının və heyvan cinslərinin müəyyən bir nöqtədən sonra dəyişmədiyi, hətta hər zaman orijinal formalarına qayıtdığını bilirik…”1

    Seleksiya mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri sayılan Lüter Berbank bu həqiqəti “bir canlıda meydana gələ bilən dəyişmə ehtimalının bir sərhədi vardır və bu qanun bütün yaşayan canlıları müəyyən olunmuş bəzi çərçivələr içərisində saxlayır”2 deyərək ifadə edir.

    Variasiya nədir?

    Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsas etibarilə, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

    Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

    Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da həmin növün gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, lələk əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

    Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində “bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm” demişdi. “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

    “Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm”3.

    Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. Cerri Berqman “Təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

    “Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir… Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik””4.

    Qısacası, bitki və heyvanlar üzərində seleksiya işləri yalnızca bir növün genetik məlumatının sərhədləri içində meydana gələ bilən bəzi dəyişikliklərdir, amma heç vaxt növlərə yeni bir genetik məlumat əlavə etmir. Buna görə də, süni seçmə prosesi təkamülə nümunə göstərilə bilməz. Müxtəlif it, inək, ya da at cinslərini nə qədər cütləşdirirsinizsə cütləşdirin, nəticədə ortaya yenə də itlər, inəklər və ya atlar çıxacaq, yeni növ əmələ gəlməyəcək.

    Danimarkalı elm adamı V.L. Cohansen bu mövzunu belə xülasə edir:

    “Darvinin xüsusi vurğuladığı variasiyalar, əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”5.

    Eyni zamanda müxtəlif növlərdən olan fərdləri cütləşdirsək də, meydana çıxan nəsil dölsüz olur, çoxala bilmir.

    Bundan başqa, süni mutagenezlərlə də mikroorqanizmlərin funksiyasını pozaraq vitaminlər, amin turşuları, dərman preparatları, antibiotiklər, zülallar istehsal etmək mümkündür. Bu, insan üçün faydalı, lakin canlı üçün olduqca zərərlidir, çünki canlılar öz funksiyalarından başqa prosesləri həyata keçirməyə məcbur edilirlər. Belə ki, bütün mutasiyalarda DNT sintezində dəyişiklik yaranır, bu da bir qayda olaraq orqanizm üçün əlverişsiz olur və çox zaman onun ölümü ilə nəticələnir.

    Poliploidlik. Əksərən bitkilərdə tətbiq olunur. Adətən, süni surətdə, məsələn kolxisin zəhəri ilə bitki hüceyrəsinin bölünmə vətərini dağıtmaqla əldə edilir. Bölünmə vətəri dağılmış hüceyrədə xromosomlar qütblərə çəkilə bilmədiyi üçün xromosom yığımı bir neçə dəfə arta bilir. Poliploid (xromosom yığımı artmış) hüceyrələr daha iri olur və daha çox hüceyrə şirəsi toplaya bilir, bu səbəbdən də, bitki daha iri olur və çox məhsul verir. Amma hər zamankı kimi, yeni növ ortaya çıxmır, əksinə bitkiyə zərər verəcək bir proses baş verir. Buradan bu nəticəyə gəlmək olar ki, insan özü üçün faydalı hesab etdiyi əlaməti seçir, amma bu, bitki üçün heç də faydalı sayıla bilməz.

    Mənbələr:

    1- Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, s. 33

    2- Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, s. 36

    3- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184.

    4- Jerry Bergman, “Some Biological Problems With the Natural Selection Theory”, The Creation Research Society Quarterly, vol. 29, no. 3, December 1992.

    5- Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, səh. 227; Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, Boston, 1971, səh. 33.

  • Nərmin KƏRİMZADƏ.”Şiddət həll yolu deyil” (Məqalə)

    nazkowe

    Yaxın Şərqdə son dövrlərdə artaraq davam edən məzhəb təəssübkeşliyinin nəticəsi olaraq meydana gələn şiddət, zorakılıq ilk dəfə son həddə çatıb. Eyni dinin eyni ortaq təməl dəyərlərinə inandıqları halda, İslamı fərqli şərh edən məzhəblərin öz aralarındakı münaqişələri, əlbəttə, qəbuledilməz haldır. İslam aləmində bu cür sevgisizlik və münaqişə ab-havası İslama ziddir. Bununla yanaşı, ortaya çıxan mənzərə həm bölgə, həm də dünya üçün böyük təhdiddir.
    Bəzi strategiya mütəxəssisləri Orta Şərqdəki məzhəb münaqişələrinin bölgədəki diktatura rejimləri ilə aradan qaldırılacağını düşünərək yanılırlar. Bu fikir qəbuledilməzdir. Aydındır ki, bu diktaturalar şiddəti aradan qaldırmaqdan çox şiddəti şiddətlə yatırmağa çalışan, dərin dövlət terroru və mafiya metodları ilə insanları ifrat radikallığa sürükləyən ən ağılsız, ən qəddar sistemlərdir. Bu təzyiq sistemi insanları daha dərin kin, nifrət və sevgisizliyə sürükləyir, hətta şüuru tamamilə örtülən insanların terroru dünya ictimaiyyətinə tətbiq etməsinə səbəb olur.
    Halbuki, dünyada şiddətin qarşısını alan qüvvə bütün insanların fitrətində olan sevgi, şəfqət və mərhəmət kimi duyğuların, inananlar üçün üç böyük dinin kökündə olan mənəvi dəyərlərin ön plana çıxarılmasıdır.
    Quranda insanlar elmə, tədqiqata, kainatı tanımağa, düşünməyə, oxuma-yazmaya təşviq edilir, habelə, bir məsum cana qəsd etməyin bütün bəşəriyyəti məhv etməyə bərabər olduğu bildirilir. Odur ki, bir terror təşkilatının İslam adı altında cinayət törətməsi, münaqişə yaratması İslam əxlaqına uyğun deyil. Bu cür yanlışların izah edilməsi və bütün dünyaya həqiqi İslamın tanıdılması çox vacibdir.
    Münaqişələrə səbəb olan xurafatçılar dində olmadığı halda şiddəti dinə əsaslandırırlar. Halbuki, şiddətin mənbəyi ancaq bu insanların xurafatçı düşüncələridir. Həqiqi İslam sülh, əmin-amanlıq və qardaşlıq dinidir. Ona görə də şiddətin qarşısını almaq üçün, əvvəlcə, xurafatçılıq aradan qaldırılmalı, bu yanlış məntiq dəyişdirilməlidir.
    Saf vəhyə əsaslanan İslam xurafatçılıqdan fərqli olaraq ultra modern həyat tərzidir. Allah biz müsəlmanlardan dünyada cənnətə bənzər model formalaşdırmaq üçün çalışmağımızı istəyir. Hər şeyin ən yaxşısını, ən gözəlini hədəf seçməyimizi istəyir. Vicdanlı, sevgi dolu, şəfqətli, mərhəmətli, nəzakətli, baxımlı, təmizlikdə ən qabaqcıl olmağımızı əmr edir. Sosial ədalətin, bərabərliyin ən mükəmməl tətbiqi İslamda var.
    İslam dinində heç kimə təzyiq olunmaz. Heç kimin inancına qarışılmaz, təzyiq və məcburiyyət olmaz. Elmin ən yüksək səviyyəsi, incəsənət, estetika, musiqi, rəssamlıq, heykəltəraşlıq İslamda var. İslam Allah sevgisidir, gözəl əxlaqdır, dostluqdur, ağıldır, keyfiyyətdir, təmizlikdir, azadlıqdır, sülhdür, əmin-amanlıqdır. İslam dünyanı aydınladan işıqdır.
    Bu gün sadəcə Misir, Suriya, Mərakeş, Tunis, Əlcəzair deyil, bütün İslam ölkələrinin səhabə İslam anlayışına – yəni ultra modern, həqiqi İslam modelinə ehtiyacı var. Ölkəmizdə də gənclik artıq xurafatçılığı deyil, keyfiyyətli müsəlman anlayışını görmək istəyir. Xurafatçılığın qaranlıq fikirlərinə fikrən qarşı olan, müasir İslamı mənimsəyən nəslin olması çox yaxşı irəliləyişdir. İnşaAllah, İslamla heç bir əlaqəsi olmayan xurafatçılıq haqqında insanların məlumatı artdıqca illərdir müsəlmanların əzilməsinə, əziyyət çəkməsinə səbəb olan bu oyun tamamilə pozulacaq. Gözəl dinimiz İslamın insanlara təqdim etdiyi gözəlliklər səmimi istək və sevinclə mənimsənəcək.

  • Nəzakət BƏDİROVA.”Bağışlamaq möminin ən əsas xüsusiyyətlərindən biridir” (Məqalə)

    10487043_1428299980787255_1081544755_n

    Möminin ən əsas xüsusiyyətlərindən biri bağışlaya bilməsidir. Bağışlaya bilməyən insanlar isə qəlblərindəki qəzəbin qaranlığında qalmış insanlardır….
    Rəbbimiz insanlar üçün həzz alacaqları nemətlər yaradıb. Ancaq insanların böyük əksəriyyəti mənfi xüsusiyyətləri və davranışlarına görə bu nemətlərdən uzaq qalırlar. İnsanların mənfi xüsusiyyətlərindən biri də bağışlaya bilməməkdir. Əksər insanlar bağışlaya bilmədiyinə görə öz əli ilə özünü dünyanın bir çox nemətindən məhrum edir.
    İnsanların bir-birlərini bağışlamasına mane olan hisslər arasında ən təsirlisi, şübhəsiz ki, kin və qəzəbdir. Xüsusilə də əgər insan qəzəblənməkdə özünə haqq verirsə, belə olan halda, həmin insanın qəzəbini cilovlayıb qarşısındakını bağışlaması daha da çətinləşir. İnsanın özünə haqq qazandırması çox vaxt qarşı tərəfin, həqiqətən, böyük səhv etməsindən qaynaqlanır. “Mənə qarşı necə belə şey edib?” “Necə bu qədər düşüncəsiz, eqoist, ağılsız ola bilər?” kimi qarşı tərəfin, həqiqətən, pis davranışlarına əsaslanan haqlı nəticələri bu insanların qəzəblərini daha da artırır.
    Halbuki, burada nəzərdən qaçan çox mühüm xüsus var: əlbəttə, insan qüsurlu varlıqdır. Həyatının sonuna qədər heç səhv etmədən yaşaması mümkün deyil. Allah bir çox hikmətlə insanı səhv edəcək şəkildə yaratmışdır. Ona görə, insanın qarşısındakı şəxsin ömür boyu heç səhv etməməsini gözləməsi yanlışdır. Dünyanın ən mükəmməl, ən gözəl əxlaqlı şəxsi də insandır. Allah onu aciz yaratdığına görə, təbii olaraq unudacaq, səhv edəcək.
    Ancaq bir insan, həqiqətən, xoşniyyətli, səmimi və dürüstdürsə, səhvini düzəltmək üçün əlindən gələni edər. Ona görə, insanı dəyərləndirərkən onun heç səhv etməməsini gözləmək və səhv etdikdə də dərhal onu həyatından silib atmaq düzgün ölçü deyil. Əksinə, aciz varlıq olduğunu unutmamaq, səhv etdikdə də səhvini nə qədər səmimi şəkildə düzəltməyə çalışdığına baxmaq lazımdır. Əgər səhv edən insan səhvini düzəltmək və qarşı tərəflə münasibəti yoluna qoymaq üçün çalışıb əlindən gələni edirsə, onu bağışlamaq gözəl əxlaqdır.
    Cəmiyyətdə qəlblərindən heç cür silə bilmədikləri kin və qəzəb hisslərinə görə bir-birlərini bağışlamayan, hətta məhz buna görə ən çox sevdikləri adamlardan belə ayrı qalan bir çox insan var. Məhz bağışlaya bilmədiklərinə görə sevməkdən, sevilməkdən, dostluqdan, yaxınlıqdan, sirdaşlıqdan, sədaqətdən, vəfadan, hörmətdən tamamilə məhrum olmuş həyat yaşayırlar.
    Nəfs qürur adı altında insanları bir-birlərini bağışlamaqdan, güzəştə getməkdən, anlayışlı davranmaqdan, bir-birlərinə etibar etməkdən, hüsnü-zənn etməkdən, xoş niyyətlə, sevgi və mərhəmətlə yanaşmaqdan uzaq qoyur. İnsanlara qüruru müqəddəs (Allah`ı tənzih edirik) və təqdirəlayiq xüsusiyyət kimi göstərir, onları qürurlarından dönməməyə təşviq edir. Bağışlayan insanı alçalacağına, ağılsız vəziyyətdə qalacağına, məğlub olacağına inandırır. İnsanlar da nəfslərinin bu təlqinini dinləyir, qürurları kin və qəzəb hisslərini daha da artırır.
    Halbuki, bağışlamaq kin bəsləməkdən də asan, rahatlıq verən, bərəkətli, gözəl duyğudur. İnsan 100% haqlı olduqda belə, bağışlayarsa, çox dərin rahatlıq, sevinc hissi yaşayar. Ona qəlbində bu gözəl hissləri yaşadan isə ancaq Allah`dır. Allah Onun rizasına uyğun davranan, nəfsinin təlqinlərinə baxmayaraq yaxşılıq etməyi seçən qullarına Öz dərgahından lütf edir. Bağışlaya bilməyən insan hər gün, hər saniyə qəlbindəki kin və qəzəbin əzabını, sıxıntısını keçirir: “Görəsən, bağışlamalıydım?” -deyə düşünərək mənəvi əzab və peşmançılıq içində yaşayır. Bağışlaya bilən insanlar isə gözəl əxlaqları ilə sevgi, hörmət, dostluq qazanırlar.

    “Qoy, aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy, əfv edib bağışlasınlar. Məgər siz Allah`ın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir.”(Nur surəsi, 22)

    “Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!” (Maidə surəsi, 13)

  • Nəzakət BƏDİROVA.”Vicdan, yoxsa nəfs?” (Məqalə)

    10487043_1428299980787255_1081544755_n

    Bəzi insanlar Allahdan lazımı qədər qorxmadıqlarına görə Quranı özünə rəhbər tutmur və buna görə də Allahın bildirdiyi əxlaqı tam yaşamırlar.Bu insanlar Qurana tam tabe olmaq və bu nemətdən istifadə etməkdənsə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydalarına uyğun şəkildə şərh etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşır, fərqli və batil din anlayışını müdafiə edirlər. “Nəfsə uyğun din” olaraq adlandıra biləcəyimiz bu din anlayışının ən mühüm xüsusiyyəti insanların nəfsani istəkləri və dünyadakı mənfəətlə zidd düşməyən inanc olmasıdır.Bu saxta inanca sahib insanlar dinin az hissəsinə inanır və tətbiq edirlər, bu hissə onların vicdanlarını rahatladır, bununla yanaşı, heç vaxt öz dünyəvi istəklərindən güzəştə getmirlər. Bu batil din anlayışı heç vaxt onların mənfəətləri ilə ziddiyyət təşkil etmir, onları maddi-mənəvi heç bir mənada çətinliyə salmır, həyatın heç bir sahəsində fədakarlıq etməyi tələb etmir. İbadətlərin bəzilərini yerinə yetirə və asanlıqla da əl çəkə bilirlər.Belə səhv anlayışlı insanların həyatında Quran əxlaqı çox az yer tutur və onlara heç bir narahatlıq vermir. Bunun nəticəsində də belə insanlar yeri gələndə nəfslərinin istəklərini narahat olmadan yerinə yetirə bilir, ədalətdən, səmimilikdən, yaxşılıqdan uzaqlaşmaqdan qorxmurlar.Bu anlayış o insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirləri ilə uyğunlaşmadan, axirəti düşünmədən, istək və əyləncələrə mane olmadan və heç bir mövzuda narahat olmadan rahat yaşamalarını təmin edir. Cəmiyyətdəki insanların iman edib Allaha qulluq etməməyi və Quran əxlaqını yaşamamağı onları maraqlandırmır. Quran əxlaqına zidd olan bu dinin müdafiəçilərinə görə, ən əsası yaxın insanların dünyagörüşləri ilə zidd düşməmək üçün lazım olan hər məsələdə güzəşt etmək olar.Nəfsə uyğun bu dinin müdafiəçiləri insanları Allahın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək yerinə, ətraflarına da bu saxta dini təbliğ edirlər. Həm özlərini, həm də ətraflarındakı insanları bu yanlış din anlayışına inandırmağa çalışırlar. Halbuki nəfsə uyğun belə bir din anlayışının heç bir əsası yoxdur. Allah bir ayədə “de: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!”(Hucurat surəsi, 16) bildirir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi olan Rəbbimizdir.Allahın razılığını qazanmaq bəzən insanın nəfsinə qarşı çıxmağı tələb edə bilər. Allah Quranda dünya həyatının insanların sınanmaları üçün yaradıldığını, buna görə də bir çox hadisələrlə imtahan olunacaqlarını bildirmişdir:
    Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)
    İnsan dünyada qarşılaşdığı nemətlər və çətinliklər qarşısında Quran əxlaqına uyğun şəkildə davranmaqla və Allahın razılığını qazanmaqla məsuliyyət daşıyır. Allah başqa ayələrdə “insanlar yalnız: “İman gətirdik!” – deməklə imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik…” (Ənkəbut surəsi, 2-3) şəklində bildirmişdir. Belə ki, həqiqi iman Allahın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün hər şeyi gözə almağı tələb edir. Allahın razılığını qazanmaq lazım olduqda nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi şeylərdə güzəştə getməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.Allah Quran ilə bütün insanları “bir-birini yaxşılığa çağırıb pislikdən çəkindirməyi” bildirmişdir. İmanlı bir insan sırf insanlar “narahat olmasın” deyə bu məsuliyyətini yerinə yetirməkdən çəkinməz. İnsanların özlərinə və ya ətrafındakılara zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda, “narahat etməmək üçün” buna laqeyd qalmaz.

  • Şəfa KAZIMOVA.Yeni şeirlər

    1380827_707215725989395_1620152348_n

    ***

    Səssiz bir sükutla bağırır gecə,
    Saat əqrəbləri çalır ömrümü.
    Çiy palçıq zənn edir məni bu dünya,
    Gündə bir qəlibə salır ömrümü.

    Alır verdiyini gözüm doymamış,
    Bükür göy əskiyə bəyaz günümü.
    Bəzən də aldadır saf uşaq kimi,
    Ovcunun içinə alır ömrümü.

    ***

    Eşidin, ey insanlar,
    Şumlanmış ürəklərə
    Sevgi toxumu əkin!
    Əgər bacarmırsınız,
    Bir sevgi böyütməyi
    Ürəklərdən əl çəkin!
    Duzlu göz yaşlarından
    Parlaq sevgi cücərməz,
    Köçəri quş sevgilər,
    Uçdusa geri dönməz…
    Eşidin, ey insanlar,
    Siz ürək ovlamayin,
    Sizinçün bir kabablıq
    Ət deyilki ürəklər,
    İnsan ömrü qısadır,
    Qəm çəkməyə gün yetməz…
    Eşidin, ey insanlar,
    Əgər eşitmirsinizsə,
    O zaman dinməyin də,
    Barı sizi lal sansın
    Cövhəri saf ürəklər…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    Bir səni qıymadı…

    Gözlərinin şöləsinə büründüm,
    Bəxtəvəri oldum qəmli nağılın…
    Eşq tozunun arxasınca süründüm,
    Şirin xəyalımda titrək vüsalın.

    Bir səni qiymadi bəxtimə dünya,
    Əllərim tutsa da bərk ətəyindən…
    Razıyam, əlimlə gözümü oyam,
    Çəkib ala bilsəm dərinliyindən…

    Gecələrdə tənhalığın iziylə,
    Gözlərimin qarasına köçmüsən.
    Həsrətin naxışı-gəlinliyimdə,
    Sənki, onu ayrılıqdan biçmisən.

    * * *

    Bilirsən, mən gənc öləcəm…
    Yarıtmayacam bu bəxti…
    Bir bənd ağıya dönəcəm
    Ürəyində… müvəqqəti…

    Gözümdə əksin qalacaq…
    Ürəyimdə yara izin…
    Bir ilə unudulacaq
    Bu da ki, sənə son sözüm…

    Yolun düşsə salam denən
    Qara-qırmızı lentlərə…
    Adımı əyninə geyən
    Bəzənən qara mərmərə…

  • Bahadur ƏLİZADƏ.”Unudun Tanrını!” (Yeni şeir)

    ıfıl f

    Unudun ,insanlar ! Unudun Onu !
    O ki sevgidən sizi yaratdı
    Həqiqət göstərdi,yalan göstərdi
    Kor olmuş gözlərə dəva göstərdi
    Unudun, insanlar ! Undun Onu !

    Halalla, haramı ayırd etməyi
    Yaratdığı varlığa sevgi duymağı
    Sevgini anlayıb dəyər qoymağı
    Öyrətdi
    Öyrəndiz?!
    Öyrəndiz.
    Yalanı ,haramı nə tez öyrəndiz?!
    Bu qədər insanın canın almağı?!
    O mu öyrətdi cani olmağı?
    Verilən bu canlar ona məxsusdu?!
    Ruhunuz kirlənib , sizə məhbusdu
    Unudun ,insanlar! Unudun Onu !
    Dara düşəndəmi gələcək yada?!
    Onu düşünməyə haqqınız yoxdu
    O haqq sizdəydi artıq o yoxdu
    Unudun Tanrını ! Unudun Onu !

  • Ruslan Dost ƏLİ.Yeni şeirlər

    Фото269-225x300

    Adamlar

    Neynim, məndən olsa hələ sevmərəm,
    Neçəsi dərdimdən ölə, sevmərəm,
    Vallah, ağlım olsa belə sevmərəm,
    Gen gəzin, dəlidən qaçın, adamlar.

    Verirəm, qəlbimi qıran istəmir,
    Az qallam qəlbini qıram, istəmir.
    Gül-çiçək istəmir, Quran istəmir,
    Siz belə ölüdən qaçın, adamlar.

    Dənizlər üzülmür can əvəzinə,
    Könlüm tikan-tikan şan əvəzinə.
    Mən də dərd çəkirəm qan əvəzinə,
    Mən təki zəlidən qaçın, adamlar.

    Qaldı ortalıqda özbaşına, can,
    Kimdir bu işləri başına açan?
    Qaçın ey… dünyanın o başınacan
    Ruslan Dostəlidən qaçın, adamlar…

    Adamı

    Ah… bu nə yanğıdır həsrətindəki?
    Quşları boğmasın həsrətin təki.
    Elə amansızdır, həsrətin təki
    Mən yaxşı bilirəm neylər adamı.

    Ta o qız atdığım addımı neylər,
    Beş-altı hərflik adımı neylər?
    Bilirsən ayrılıq adamı neylər:
    Kamança dəlisi, neylər adamı…

    Səbrin qaba sığmaz, dolçaya sığmaz,
    Bu sevgi sən deyən ölçüyə sığmaz,
    Qəlbini boşaltsan ölkəyə sığmaz,
    Sən ay kənd uşağı, köylər adamı.

    Bağlandın mən dərdə, nə işin vardı,
    Olmaz bu qədər də, nə işin vardı,
    Axı sənin yerdə nə işin vardı,
    Ay göylər adamı, göylər adamı?

    Yaratdım

    Özümə bənzətdim söz şəkillərin,
    Dərə şəkillərin, düz şəkillərin.
    Yığdım çəkmədiyim qız şəkillərin,
    Gözə görünməyən sərgi yaratdım…

    Adam var, ömrünü sürüb içimdə,
    Adam var, özünü görüb içimdə…
    Mən nə yaratdımsa, qərib içimdə,
    Yarandı bir qərib vergi, yaratdım.

    İstədim Tanrıdan xeyir, düzəltdim,
    Gördüm tanrı düzəlt- deyir, düzəltdim.
    Mən elə heç nədən şeir düzəltdim,
    Mən elə heç nədən sevgi yaratdım…

  • Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər

    10489768_1422305641388661_4870624468386104181_n
    * * *

    Təbiət susubdur dinməyir artıq
    İndi əvəzində payız danışır
    Baharın qoxusu gəlməyir artıq
    Hər tərəf payızla yanıb alışır

    Bu ilin baharı nə tez ötüşdü
    Onun qoxusunu heç duymadım mən
    Mənimsə baharım payıza düşdü
    Baharı doyunca yaşamadım mən

    İndi payız mənimlə dostluq etsədə
    Baharım tutacaq mənim əlimdən
    Fəsillər ötüşüb çıxıb getsədə
    Əbədi qalacaq baharım mənim

    Sevgilim ən gözəl baharım sənsən
    Mən sevgi baharı səni bilirəm
    Sözümün dəyərin bilmək istəsən
    Səni canımdanda artıq sevirəm

    * * *

    Unutdun sən məni, ey vəfasızım
    Əhdimə sadiqəm, sevirəm hələ
    Ey mənim dünyada tək günahsızım!
    Bəs sevgi olarmı, sən söylə, böylə!

    O böyük sevgimi yerlərə vurdun
    İçimdə ağrılı bir dünya qurdun
    Nə getdin ki, söylə, artıq yoruldun?
    Yanıram bir böyük təəssüf ilə

    Aldatdin gözünlə bu saf qəlbimi
    Kimlərə söyləyim indi dərdimi??
    Bilərsənmi bir gün mənim qədrimi??
    Və ya çəkərsənmi sevgimə sillə??

    Ürəyim dinləmir məni nədənsə
    Bir kölə olmuşam olmaz həvəsə
    Düşüncəmlə ruhum vermir səs-səsə
    Adını gətirə bilmirəm dilə

    Daha çox sevirəm, yalnış qərardı
    Başımın üstünü buludlar aldı
    Eşq gülüm belə tez solub-saraldı
    Gedirəm yanğına mən bilə-bilə.

  • “Sevgi təşnəsi” (Məqalə)

    10489008_656731897746790_1282121067_n

    Möhtərəm poeziya həvəskarları!
    Hamınıza yaxşı məlumdur ki, SSRİ adlı möhtəşəm bir dövlət dağıldıqdan sonra, xırda məmləkətlər müstəqillik əldə edib, özəl həyata qədəm qoydular. Bütün bunlarla bərabər iqtisadiyyatda çətinlik və gərginliklər yaranmağa başladı. Elə məhz həmin gərginliklər müxtəlif millətlərdən olan insaları təsbeh muncuqları kimi, dünyanın dörd bir tərəfinə səpələdi. Onlardan biri də bizlərik. . .
    Uzaqlıq, qürbət anları ürəklərimizdə elə dərin nisgillər qoyub ki, hər dəfə sevincimizdən sonra,qəlbimizdən kədər, qəm məqamları da sovuşub. Mənə elə gəlir ki, ən yanqılı həsrətlər, ayrılıq notları qürbətdən vətənə havalanan ürək təşnələridir. Bu təşnəlik poeziya və şeiriyyətlə həmqəlb olan insanlarda daha qaynar, daha da coşğun olur.
    Çünki, poetik adamlar hər zaman cəmiyyətin ağrılarından doğan könül sarsıntılarını, vicdan hayqırtılarını millətə, xalqa çatdırmaqda özlərini borclu sayırlar. Bu ədəbiyyatın və poeziyanın məqsəd və məramıdır.
    Əlimdə şairə İradə Əlilinin 2013 – cü ildə Bakıda nəşr olunmuş “ Mənim sevgi dünyam “ adlı şeirlər kitabını vərəqləyirəm. Şairə mənim kimi vətəndən uzaqlarda yox, vətənimizin paytaxtı Bakı şhərində yaşayır və yaradıcılıqla məşğul olur. Elə ona görə də şairə İradə xanım Vətən və torpaq həsrətindən deyil, məhəbbətin və eşqin insan qəlbində yaratdığı yanqılı ehtizazlardan söhbət açır, oxucusunu öz yanar eşqinin pərvanəsinə çevirməyə sövq edir.
    Kitabın içindəki şeirlər bütünlüklə bir sevgi coşğusu, bir sevda fırtınası və bir acı sevgi hayqırtılaıdır.
    Sevirsənsə, məni sev həmişəlik!

    Uyma yad baxışa, özgə gülüşə.
    Hissini qəlbində saxla ömürlük
    Qoyma mən atım yalan görüşə.

    Ürək titrədən sevgi həsrəti, saf eşqin coşğun tərənnümü, torpağa bağlılıq İradə Əlilinin qələmə aldığı sətirlərin yönəmi və nəfəsidir.
    Mən yüzlərlə şeir kitablarını mütaliə edirəm, lakin şairə İradənin şeiriyyətdə məhəbbət və eşqin yanqılı təsvirini qəlbin sücgəcindən təşnəcəsinə keçirən şairlər çox azdır desəm yanılmaram.
    Hər kəsə bir tale yazı yazılıb,

    Ömrümdən ömrünə şikayətim var.
    Sənin bu sevdana məzar qazılıb,
    Olan acılara dəyanətim var.
    Dərdlərinə ortaq olum deyirsən,
    Mən sənə qayıdacağam !?

    Ayrılıq yollarının nə qədər keşməkeşli olduğunu öz aşiqinə işarət edən şairə düşüncələrini oxucuya belə nəzm edir :
    Dərin düşüncələr apardı səni,

    Özünü itirib hara gedirsən?
    Gedişin yandırdı məndəki məni,
    Uzaq sevda yolun. Sən ki, bilirsən.
    Kədərinlə paylaşaraq deyirsən,
    Mən sənə qayıdacağam!?

    İradə Əlilinin kitabda cəmlənmiş şeirlərindən biri də “ Gərək öyrətməzdin” başlığı altında olan şeirdir. O yazır:
    Saçım əllərinin tumarın istər,

    Sözüm gözlərinin odlu mehrini.
    Əlim ovucunda isinmək istər,
    Sözüm sözlərinin şirin mehrini.
    Həsrət qalırdımsa ayaq izinə,
    Gərək öyrətməzdin məni özünə!

    Ürəyinin sevgi atəşindən alovlanan hisslər, bütövlükdə şairənin yaradıcılığına işıq saçır,sətirlərinə can verir və onun poetikasında rəngarənglik yaradır . İlahi sevgi və həsrət duyğuları, yağış damlaları kimi birləşib poeziya axarına çevrilir, şairənin daxili dünyası oxucunu istər-istəməz öz aləminə məftun edir.Onun daxili dünyası vətənə, anaya,doğma torpağa olan sevginin təzahürüdür. Keçən il işıq üzü görmüş “Mənim sevgi dünyam” şeyirlər toplumunda oxucuların ixtiyarına verilmiş poetik nümunələr həssas qadın ürəyinin sevgi ilə alışıb yanan, istək və arzularından doğan poetik düşüncələrin nəzmə çəkilən təzahürüdür. Kitabda sevgi ilə yoğrulub, sevgi ilə ərsəyə gətirilmiş yeni deyimli, yeni poetik çalarlar,şairənin ürəyindəki niskilin oxucularla görüşə gələn ilk nişanələridir.Allahın göylərdən yerə göndərdiyi nurlu yağış damcıları şairənin tükənən arzularının üzərinə su səpir, onların ömrünü uzadır, onun illərdən bəri yığılıb qalmış kədər və niskilini saflığı və təmizliyi ilə yuyub aparır. Bu hikmətdən təsirlənən şairə belə yazır.
    Yağış yağır, həsrətimin yağışıdır,
    Bu həsrətin pəncərəmdə izi qalır.

    İradə Əlilinin yaratdığı sevgi dolu, həsrət dolu poeziya nümünələri, rəngarəngliyi və bənzərsizliyi ilə seçilən xırdaca bir qalaktikanı xatırladır. Buradakı ulduzların azacıq seçilə bilən parıltısı isə çox uzaqlardan görünməkdədir.İnanıram ki, zaman ötdükcə İradə xanımın şeiriyyət ulduzu dahada parlayacaq, qədirbilən oxucularını əsrarəngiz gözəlliyi ilə özünə daha da məftun edəcəkdir.
    Vətən torpaqları müqəddəsdir, əzizdir; O yad torpaqlarda özüm gəzsəm də,
    Ruhumun qidası torpağımdadır.

    deyən şairə ruhən vətən torpaöına bağlı olduğunu, bu torpaqların həmişə ruhunun qidqsı olduğunu göstərir.İradə xanımın könü dünyası əsil sevgi təşnəsidir,sevgi dəryasıdır və həmin təşnə ucsuz-bucaqsız bir okeana bənzəyir. Ümid edirəm ki, bu okeanın dalğaları poeziyamıza, şeiriyyətimizə eşqlə dolu bahar nəfəsi və yaz havası gətirəcəkdir.
    Bu enişli-yoxuşlu yollarda və yaradıcılıq axtarışlarında İradə xanıma uşurlar və zirvələr arzu edirəm.

    Vasif MƏMMƏDOV.
    “Şəhriyar” ədəbi-mədəni cəmiyyitinin sədri,
    Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasının üzvü.

  • Debüt: İlkin ABBAS (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

    10488853_1448886432044495_115390713_n

    İlkin ABBAS (Abbasquliyev İlkin Qadir oğlu) dekabr ayının 8-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı orta məktəb illərindən başlanmışdır. Şairin “Ana dili” adlı ilk şeiri 2010-cu ildə Naxçıvan redaksiyasındakı qəzetlərdən birində dərc olunmuşdur.. Orta təhsilini Naxçıvan şəhərindəki Hüseyn Cavid adına orta məktəbdə aldıqdan sonra Türkiyə Cumhuriyyətinin Bursa şəhərində yerləşən Uludağ Universitetinə daxil olmuşdur. Gənc Şairin bəzi şeirləri ilə tanış olaq :

    ANA

    Məni bu dünyaya gətirən gündən,
    Şirin xəyallara daldın, anacan.
    Gözünün nurunu içirib mənə,
    Gecələr yuxusuz qaldın, anacan.

    Layla sədasıyla verib yuxuya,
    Gözünün işığı bildin sən məni.
    Sənə olan sevgi sözlə deyilməz,
    Qələm acizdir ki vəsf edə səni.

    İstərəm nə qədər ömrüm var mənim,
    Həyata keçirim hər bir arzunu.
    Nə qədər çalışıb vuruşsam yenə,
    Qaytara bilmərəm sənin borcunu.

    Anacan, fərəhlə bax gələcəyə,
    Qoymaram qəm-kədər qəlbini oya.
    Qarşında diz çöküm, sən icazə ver,
    Öpüm əllərindən mən doya-doya.

    Məni bu dünyaya gətirən gündən,
    Şirin xəyallara daldın, anacan.
    Gözünün nurunu içirib mənə,
    Gecələr yuxusuz qaldın, anacan.

    Əlvida Demədən Çıxıb Gedəcəm

    Sən mənim ömrümə dərd gətirmisən,
    Bir gün ildırımtək çaxıb gedəcəm.
    Bulaqtək gəlmişdim ömrünə sənin,
    Bir gecə səssizcə axıb gedəcəm.

    Nə üçün ömürdə hər gün sarsılaq,
    Dedim gəl bu eşqə bir əlac qılaq,
    Səninsə son sözün oldu – ayrılaq,
    Əlini əlimə sıxıb gedəcəm.

    Sən gəldin ömrümə kəsildin qənim,
    Oldun başım üstə dumanım, çənim,
    Necə ki qəlbimi yandırdın mənim,
    Qəlbini yandırıb, yaxıb gedəcəm.

    Göylərə ucaldı qəmim, imdadım,
    Kimsəyə yetmədi nalə-fəryadım,
    Dilində olsa da tək mənim adım,
    Sənə xəyal kimi baxıb gedəcəm.

    Vağzalı

    Vağzalı çalınır yenə bu gecə,
    İki sevən ürək qovuşur bu gün.
    Məhəbbət oxunur cüt gözlərindən,
    Sevgidən ürəklər alışır bu gün.

    Qoy Allah qorusun sizi nəzərdən,
    Bəla uzaq olsun evdən-eşikdən.
    Arzumdur Allahdan bir ildən sonra,
    Körpə səsi gəlsin evdə beşikdən.

    Gəlin ağ geyinib, su sonasıdır,
    Bəy qardaşım əyləşibdir xan kimi.
    Sevin sevilin siz həyatda qoşa,
    Sevgi məhəbbətdir qəlbin hakimi..

    İki gəncin toy günüdür bu gecə,
    Sevgidən ürəklər alışır bu gün.
    Məhəbbət oxunur cüt gözlərindən,
    İki sevən ürək qovuşur bu gün..

    Xoşbəxtlik ömrümdən, günümdən qaçıb,
    Göylərdən intizar, qəm-kədər saçıb,
    Bir gün ayrılığın qapısın açıb,
    Əlvida demədən çıxıb gedəcəm.

    BU ŞƏHƏRDƏN GEDİRƏM

    Mən ölən sevgimə yas saxlayıram,
    Həsrət üzür məni yaman əzizim.
    Artıq olan olub, keçən keçibdir,
    Yoxdur qovuşmağa güman, əzizim.

    Xəyanət qəbimi göynətdi mənim,
    İnana bilmədi gördüyünə göz.
    Səninəm əbədi, bir ömür sənin,
    Niyə vermişdin ki mənə yalan söz?!

    Sənlə bu şəhərdə üz-üzə gəldik,
    Onda baxışların yaman şirindi.
    İndi o sevgidən əsər qalmayıb,
    Ayrılıq yarası demə dərindi…

    Sevgimi sən vara, dövlətə satdın,
    Özünə eylədin zərər, ay üzlüm.
    Sevgi qiymətlidir dünyadan belə,
    Anlasan bilərsən əgər ay üzlüm.

    Xoşbəxtsən, bilirəm yad ocağında,
    Gülərüz açırsan hər bir səhəri.
    Sənsiz ürəyimdə tək sənin adın,.
    Daha tərk edirəm mən bu şəhəri…

  • Aqil SABİROĞLU.”Alqış istəmirəm” (Şeir)

    10156084_1476195949259671_383444748_n (5)

    (“Səni alqışlamamaq günahdır”-deyən Eldar İsmayıloğluna)

    Millətimin,torpağımın bu günündə,
    Yox,mən alqış istəmirəm.
    Qazilərin,əlillərin…
    Bütün,bütün insanlığın
    arzusunu,amalını,məsləkini yandırana
    alqış deyin!
    Yox!
    Mən alqış istəmirəm!
    Bir az quru şörək tapsam,mənim bəsim…
    Qoy bir az da talasınlar bu ölkənin sərvətini,
    Millətinin boynun burub sındırana
    alqış deyin!
    Neynirəm ki mən alqışı,
    Öyünməli nəyim var ki?!.
    Ciblərinə silah atıb,
    nəşə atıb…
    Neçə-neçə ailənin çırağını söndürənə
    alqış deyin.
    İstəmirəm mən alqışı,
    Yastıq qoyma baş altıma!
    Yaltaqları,kütbeyini,
    Şərəfsizi dağ başına qondurana
    alqış deyin!
    Alqış lazım deyil mənə-
    hələ nimdaş,
    cırıq paltar əynimdədir!!!
    Lüt soyunub
    səhnələrdə ulaq kimi anqırana
    alqış deyin!
    Bu alqışa layiqəmmi?
    Bir halda ki aramızda tüğyan edir simasızlar,
    Yüz sifətli riyakarlar,
    quyruğunu bulayanlar…
    Məzlumları məkrli bir rəyasətə
    əl çalmağı qandırana alqış deyin!
    Alqışlayıb təhqir etmə məni,
    qardaş-
    Yox…
    Mən alqış istəmirəm…

    29.12.2013.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    575949_448528385223558_1371442086_n

    QÜRUB SAATI

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim qurulmuş qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdım,
    Könlümdə çağladım,gözümdə çaxdım.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?

    Belə dağ görməyib hələ bu sinə,
    Gərək qəlb yansın ki,ruh da isinə.
    Sən allah,qulaq ver zənguləsinə,
    Gör,zalım nə gözəl qurub saatı.

    BİZDƏ DAĞLAR DUMANDI…

    Şair dostum,bizdə dağlar dumandı,
    Dağ dumansız,duman dağsız yamandı.
    Bir ah çəkdim,qəlb alışdı,dil yandı,
    Bu ocaqdan qalan külüm mübarək!

    Gözlərini sinəmdəki dağ çəkdi,
    Bu dumanda göz çəkməkdə dağ təkdi.
    Bir qız gördüm,dodaqları çiçəkdi,
    Dərən də yox,deyəm ,gülün mübarək!

    Hər göz yaşı bir ayrılıq duası,
    Qan da yumaz bağrımdakı bu pası.
    Eşq dilində son şərqidir Qu yası,
    Belə sevda,belə ölüm mübarək!

  • Fidan ABBASOVA.”Amma yanılmışam sevirəm səni…” (Yeni şeir)

    Fidan Abbasova.jpg

    Bilmirdim bir zaman belə sevərəm
    səni gördüyüm an hər şey dəyişdi
    deyirdəm heç bir vaxt mən sevənmərəm
    amma yanılmışam sevirəm səni…..

    Sən məni tərk edib getsəndə belə
    mən hər gün sevgimi gətirib dilə
    ürəkdən yazdığım kövrək əllərə
    sığınıb deyirəm sevirəm səni….

    Düşünmə unutmaq asandır asan
    sonralar dərk edir sevgini insan
    çalış uğrunda öl bu eşqi qazan
    axı ürək deyir sevirəm səni….

    Çox gördüm yalandan sevgi əsiri
    gördükcə doğular itdi təsiri
    həttda daşa- daşa hər gün səbiri
    yenədə deyirki sevirəm səni….

    Get salamat qayıt amma ki qayıt
    bil ki , yollarında susuz ağac var
    bilmirəm qəlbini nəynənsə ovut
    bəzən fikirlərdən ürək daralar

    bilirsən həmişə tanıdın məni
    məndə tanıyaraq sevirəm səni….
    Fidan çarəsizdir neyləsin ürək
    yəqinki qismətə ayrılıq deyək
    sən çıxıb gedirsən indi neyləyək…
    amma ki hələdə sevirəm səni…
    Unutma hər zaman sevəcəm səni…..

  • Gülnarə İSRAFİLQIZI.”Özüm də bilmirəm nələr edirəm” (Yeni şeir)

    234435423665547648

    Özüm də bilmirəm nələr edirəm,
    Bir yaz yağışı tək kükrəyir içim.
    Bilmirəm özümə gəlim, danışım,
    Bilmirəm susaraq özümdən keçim.

    Özüm də bilmirəm nələr edirəm,
    Qasırğa qoparan küləklər kimi,
    Son kərə ümidlər qopur ürəkdən,
    Yarımçıq arzular diləklər kimi.

    Özüm də bilmirəm nələr edirəm,
    İçimdə yağışlar sellənir daşır.
    Bu qüssə, bu kədər mənə sus deyir,
    Yerlər-göylər isə mənnən danışır.

  • Gülnarə SADİQ.Yeni şeirlər

    03-300x225

    GƏL VİDALAŞAQ

    Mənim arzularım,ümid çırağım,
    Ruhumun sevdası,gəl vidalaşaq.
    Həsrətin könlümdə yanar ocağım,
    Ömrümün sevdası,gəl vidalaşaq.

    Son baxışınla ax,dol gözümə,
    Qarış düşüncəmə,dol hər sözümə,
    Sən get,özümü qaytar özümə,
    Könlümün sevdası,gəl vidalaşaq.

    Zamansız gəlmişdin,həvəssiz getdin,
    Ümidsiz,könülsüz,nəfəssiz getdin,
    Bir dünya doğmayla kimsəsiz getdin,
    Canımın sevdası,gəl vidalaşaq.

    Yağışımsan,dumanımsan,çənimsən,
    Həsrətimsən,ümidimsən,qəmimsən,
    Həvəsimsən,mənimsən,nəfəsimsən,
    Qəlbimin sevdası,gəl vidalaşaq.

    Arzu etmək

    Arzu etmək adətimdi,
    Nə sonu var,
    Nə əvvəli.
    Mən baxdığım ay gözəldi.
    Könül dostum ulduz və ay…

    Xəyal qurmaq təsəllimdi,
    Bahar gələr…
    Güllər açar…
    Ruhum dirilə bəlkə,
    Günəş nur saça bəlkə…

    Tənha qalmaq qismətimdi,
    Zülmət səhər,
    Zülmət gecə…
    Qəlbimdəki sevgi ölüb,
    Çətin bir də cana gələ.

    Ölüm rəbbin əmridi,
    Bir gün gələr,
    Hər şey bitər…
    Ruhum pərvaz edər səmada,
    Qələm ağlar,
    Dəftər ağlar,
    Mənsiz qalan şeirim ağlar

  • İradə ƏLİLİ.Yeni şeirlər

    10482380_1491853524365612_969733332_n

    TANRIDAN DİLƏYİMSƏN

    Fidanım gözəl qızım,
    Gözləri dan ulduzum
    Şirin söhbət sözümsən,
    Sevnc dolu günümsən.
    Ətirli gül bağçamda,
    Açılan çiçəyimsən.
    Sən ömrümə yaraşıq,
    Tanrıdan diləyimsən .
    Sənin o gül çöhrəndə,
    Min bir dünya görürəm.,
    Sənə ağıllı balam
    Şirinimsən deyirəm.

    GECƏNİN SƏSSİZLİYİ

    Gecənin səssizliyi səninlə gedir hara?
    Səni alıb dünyadan de bir, aparır hara?
    Bəlkə sehirli dünya çəkir səni qoynuna?
    Bəlkə əngin göylərə – aya, günə qonaqsan?
    Yox, həyat səhifəmə yazılmamış varaqsan!
    Səssizliyin içində sənin içindəki sən.
    Bu sakitlik içində görüşürsən sənlə sən!
    Düşünürsən, hara gedir bu ömürün karvanı?
    Gecənin səssizliyi kəsir əhdi-peymanı.
    Baxırsan, Yaradanın misilsiz əsərinə
    Dağlar sakit dayanıb, dənizlər təlatümdə.
    İçin sızlar bu dəm səhər dumanı kimi,
    İlk şəfəqlə dağılan bəyaz buludlar kimi,
    Fikrin uzaq sahildə səfil dolanan kimi,
    Bir ümid, bir xəyal aparar səni hara?
    Gecənin səssizliyi qəlbində dərin yara!

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    234435423665547648

    Yox olmuşam

    Günlərimin, illərimin,
    Əllərində yun olmuşam.
    Əlçim-əlçim didilərək,
    Əyrilərək,
    Xanalarda ilmə-ilmə,
    Kəsilmişəm, yonulmuşam,
    Ayaq altda,
    Qalmaq üçün toxunmuşam.
    Əzilmişəm,
    Rəngim qaçıb.
    Yuyulmuşam,
    Sanki elə,
    Dünya məndən,
    Mən dünyadan doğulmuşam.
    Hər ötən gün,
    Yoğrulmuşam,
    Yerindikcə üzərimdə.
    Özlüyümdən,
    Özlüyümə qovulmuşam.
    İlmə-ilmə toxunduqda,
    Böyüyərək,
    Dünya məndə,
    Mən dünyada yox olmuşam.

    Onun şəfaətində

    Əks olub varlığında,
    Allahın nişanəsi,
    Üzündəki təbbəssüm,
    Valeh edib hər kəsi.

    Yetimə sığal çəkib,
    Sevgi dolu əlləri.
    Hidayətə yol açıb
    Əxlaqı, əməlləri.

    Qəribləri dindirib,
    Qulları azad edib.
    Bağlayıb qardaşılığı,
    Qocaları yad edib.

    Kasıbları doydurub
    Fərq qoymayıb insana,
    Qızları xilas edib,
    Can qatıbdır hər cana.

    Elçi kimi, qul kimi,
    Dayanıb xidmətində.
    Örnəklər var ümmətə,
    Onun şəfaətində.

  • Gülnarə SADİQ.”Yuxuma gəl” (Yeni şeir)

    03-300x225

    Sənə gedən yollar yaxın olaydı,
    Gəl mənim yuxuma ümidim kimi.
    Bütün ömrüm sənli yuxu olaydı,
    Gəl mənim yuxuma xəyalım kimi.

    Düzüm yollarına sabahlarımı,
    Səpim buludlara göz yaşlarımı,
    Atım ulduzlara arzularımı,
    Gəl mənim yuxuma həyatım kimi.

    Bir ümid nağılı uyduraq sənlə,
    Bir sevda yağışı yağdıraq sənlə,
    Məhəbbət nəğməsi oxuyaq sənlə,
    Gəl mənim yuxuma sevdiyim kimi.

    Həqiqət dünyanın yalandır üzü,
    Səhərlərim düşmən yalandır sözü,
    Od tutmaz həsrətim yalandır közü,
    Gəl mənim yuxuma öz eşqim kimi.

    Bəlkə də bir sabah heç oyanmadım,
    Bəlkə vüsalına mən çatammadım,
    Bəlkə gözlərinə heç baxammadım,
    Gəl mənim yuxuma ürəyim kimi.

  • Hüseyn Arif.Həyatı və Yaradıcılığı

    10335726_630733263662185_1590584312_n

     

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Əsərləri

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri

    1.”Aşıq Alını axtarıram”, “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    2.”Aşıq Alı”, “Azərbaycan” jurnalı, Bakı, 1969, №9, səh.199-203.

    XALQSIZ XALQ ŞAİRLƏRİ

    Bir həyat şairi var,
    Bir də vaxt şairləri.
    Eldən, gündən xəbərsiz
    Saray, taxt şairləri.

    Biri haqqa daş atar,
    Biri kölgədə yatar,
    Kim sevib, kim yaşadar
    Bu bədbəxt şairləri.

    Biri var, üzdəniraq
    Haça dil, hazıryaraq.
    Qapı, baca, künc, bucaq
    Əl-ayaq şairləri.

    Hüseyn Arif, nə xəbər
    Nə qədərmiş nə xəbər
    Başsız başa keçənlər
    Xalqsız xalq şairləri.

     

    BİZ AYRI DÜŞƏLİ

    O günlər yuxuydu, yoxsa həqiqət,
    Bəlkə bir düyünlü sirr idi, getdi.
    O arzu, o ümid, o söz, o söhbət
    Dodaqdan süzülən dürr idi, getdi.

    Şırşırlar oyandı, çağladı dağlar,
    Çiçəklər boylandı, bəzəndi bağlar.
    Biz ayrı düşəli bir qərib bahar,
    Yanımdan xəbərsiz yeridi, getdi.

    Buludlar üfüqə çəkildi lay-lay,
    Zəmilər biçildi, buğdalar tay-tay
    Biz ayrı düşəli bir alovlu yay
    Çölləri, düzləri bürüdü getdi.

    Bulaqlar boynunda üşüdü yarpız,
    Yarpaqlar, budaqdan endi aramsız.
    Biz ayrı düşəli bir yorğun payız,
    Sarı çuxasını sürüdü, getdi.

    Axdı damcı-damcı buz salxımları,
    Sellər yaraladı bürcü, hasarı.
    Biz ayrı düşəli bir qışın qarı
    Gözümün içində əridi, getdi.

    Könlümdə dörd fəslin qəmi, nisgili,
    Möhnətin sonu yox, qəmin sahili,
    Yetmiş vida ili, ayrılıq ili,
    Ömrün günlərinin biriydi, getdi.
    Bir dağ kəli yaraladım zirvədə

    Bir dağ kəli yaraladım zirvədə
    Baş titrədi, ayaq əsdi, daş axdı.
    Bir canlını candan saldı bir zədə
    İki gözdən iki damla yaş axdı.

    Düşünmədim, anadır, ya baladır,
    Ovçu atar ov bərədən keçəndə
    Ala tula qanlı daşı yaladı,
    O sönürdü tikanlığın içində.

    Qabaqlaşdıq sökülməmiş qızıl dan,
    Mən silahlı, o silahsız bu yerdə.
    Yarıyolda ayrı düşdü qatardan,
    Mən günahlı, o günhasız bu yerdə.

    Öz halına təkcə özü ağladı,
    Kimi var ki, kim dayana yanında.
    Dil uzadıb, nəm torpağı yaladı,
    Sumu keçdi xəyalından son anda.

    Dodaq yanır, yanaq yanır, üz yanır,
    Buludumu, dumanımı əyləsin?
    Boylandıqca baxış yanır, göz yanır,
    Bu yanğıyla sellər, sular neyləsin?

    Ağır-ağır dartıb bükdü dizini,
    Muncuqladı kirpiklərdə donan tər.
    İndən belə toz basacaq izini,
    İndən belə nə yürüş var, nə səfər.

    Birdən-birə elə çırpdı özünü,
    Sağ buynuzu qopub qaldı qayada.
    Ey Hüseyn, müxtəsər et sözünü,
    Bu qan səni tutasıydı, tutdu da.

    Gözəllərə

    (zarafatyana)

    Gözəllər, söyləyin bu necə işdi,
    Qiyməti şöhrətə ada verdiniz?
    Kədəri yaxının üstünə atıb,
    Sevinci aparıb yada verdiniz?

    Hər saxta gülüşə, hər yalan sözə,
    Aldanıb düşdünüz dolaşıq işə.
    Sonralar möhnətlə gəlib üz-üzə
    Ömrü közə tutub, oda verdiniz.

    Buza döndü qələm, bozardı kağız,
    Arxamı qış kəsdi, qarşımı payız.
    Yüzünüz bir şair yaratmadınız,
    Biriniz yüz şair bada verdiniz…

    Sən dərsə gəlməyəndə…

    Düşür yadıma hərdən
    Məktəb həyətində mən
    Yoluna göz dikərdim,
    Qəlbim sızlardı birdən
    Sən dərsə gəlməyəndə…

    Durub-durub anardım,
    Gizli-gizli yanardım.
    Neçə dostun içində
    Özümü tək sanardım.
    Sən dərsə gəlməyəndə…

    Zəng səsi ucalardı,
    Uşaqlar söz alardı.
    Gözlərim boş masanda.
    Fikrim səndə qalardı
    Sən dərsə gəlməyəndə…

    Dözməyib buna bəzən
    Düşüb gah da həvəsdən
    Nə danım həqiqəti,
    Qaçardım mən də dərsdən
    Sən dərsə gəlməyəndə…

    A QIZLAR

    Siz elə kimsəylə oturub, durun,
    Könlünüz nə desə yetirsin sizə.
    Bir əli daş-qaşla oynasın onun,
    Bir əli gül-çiçək bitirsin sizə.
    Xidmətmi gərəkdir?
    Hər xidmət hazır,
    Burda beçə balı, orda ət hazır
    Mənzil istəsəniz, imarət hazır,
    Günəşi ovcunda gətirsin sizə.

    Hüseyn Arifin bir ərzi də var,
    Çoxdankı, çoxları çox şey arzular.
    Sevəndə katibi sevin, a qızlar,
    Şairin nəyi var, nə versin sizə?!

    MEŞƏBƏYİ

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    – Buyur! – dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab, təzə fətir
    Doymaq olmur, yenə gətir.
    Bığlarını arada bir
    Eşib durdu meşəbəyi

    Altımışı verib yelə
    Düşməyibdir ruhdan hələ
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri – keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi
    AY MİRZƏ DAYI

    Aşıq Mirzə Bayramova

    Mən beşikdə ikən telli sazınla
    Laylamı sən çaldın, ay Mirzə dayı
    Yenə dilləndirdin “Yanıq Kərəmi”
    Canıma od saldın, ay Mirzə dayı.

    Ağır toylar gördün, nişanlar gördün,
    Mahaldan-mahala atını sürdün.
    Gəlinlər gətirdin, qızlar köçürdün,
    Çox nəmərlər aldın, ay Mirzə dayı.

    Sənət meydanında imtahan olur,
    Hüseynin əhvalı pərişan olur.
    Səsin tutulanda könlüm qan olur,
    Sən niyə qocaldın, ay Mirzə dayı?

  • Gülnarə SADİQ.”İstəyirəm baxam sənə” (Yeni şeir)

    03-300x225

    İstəyirəm baxam sənə.
    Asta-asta süzəm səni,
    Gözlərində itsin ruhum,
    Ürəyində bitsin ruhum.
    Bir həsrətin qucağından,
    Bir hicranın ocağından
    Ümid olub uçsun ruhum,
    Təkcə sənə çatsın,
    Təkcə səni sevsin ruhum.

    İstəyirəm baxam sənə.
    Usta-usta tikəm səni,
    Bu ömrümün yollarına.
    Bu qəlbimin divarına.
    Ala bula saçlarına ,
    Sevgi dolu baxışına
    Heyran olub sevim səni
    Ümid dolu bu sevginə
    Aşiq olub sevim səni.

    İstəyirəm baxam sənə.
    Incə-incə yazam səni,
    Hər kəlmədə eşqim yansın,
    Qələm yansın,qəlbim yansın.
    Ümid saçım vərəqlərdən
    Ömrümüzün səmasından,
    Eşqimizin yollarına,
    Ömrümüzün baharına.

    İstəyirəm baxam sənə.
    Yavaş-yavaş biçəm səni
    Həsrətimin ətəyindən,
    Bu sevdamın ipəyindən,
    Varlığıma kökləyib
    Həyatıma tikəm səni.
    Ümidimin ürəyindən baxam sənə,
    Nəfəsimin gözlərindən sevəm səni,
    İstəyirəm baxam sənə.
    İstəyirəm baxam sənə.

  • Gülnarə İSRAFİLQIZI.”Nar gülü” (Yeni şeir)

    234435423665547648

    Nar gülü!

    Anam bəlkə də,
    Ad qoyanda,
    Düşünməyib adımı.
    Mövsümə düşdüyündən,
    Nar gülünə bənzədib,
    Doqquz ay bətnində,
    Böyüyən övladını.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    234435423665547648

    Ruhuma apar!

    Kimi qoysam yerinə,
    O sən olmayacaq.
    Səninlə doğan arzum,
    İstəklərim,
    Doğulmayacaq.
    Metro mənə dar,
    Maşrut dar,
    Küçə dar,
    Həyət dar,
    Həyat dar.
    Gəl cismimi,
    Ruhuma apar.

    Sevgimizə!!!

    Gecələr,
    Səni danışsın.
    Gündüzlər,
    Məni.
    Tərsliyin
    İpini burax.
    Ulduzlara göy üzü
    Möhtac kimi,
    Mən də sənə möhtac.
    Ruhum ac.
    Sevgimizin qollarından,
    Düyünləri aç.
    Yanan göz yaşlarımı,
    Sil əllərinlə.
    Böyük arzularımızı dindir.
    Üzünü güldür.
    Xoşbəxtlik,
    Qonaq gəlməsin bizə.
    Daim sarılsın sevgimizə.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    Fidan Abbasova.jpg

    * * *

    Böyük ümüdlərlə sevmişdim səni
    kaş ki bu sevgini görə biləydin
    bax yarı yoldada tərk etdin məni
    kaş bunu ilk gündən görə biləydim…………..

    Səni tanımadım tələsdim bir az
    düşündüm zamanla sevərsən məni
    axı zorla belə gözəllik olmaz
    zərrədən bir dağa çevirdim səni……….

    Vəfasız dedilər heçə saymışıq
    deməli sevməyən vəfasız olur
    bunu bilirəmki gec anlamışıq
    gedənin yerinə başqası dolur………

    Məni qınayanlar sual edirlər
    niyə məhəbbətdən sınıqsan belə
    mən necə deyim ki bir vaxt sevirlər
    gedərkən sevgilər çevrilir kinə………

    Ömür yollarımda iz qoyub getdin
    bilmirəm sabaha nə ümüdüm var
    bir bax ki sən mənə daha nə etdin
    insanı fikirlər vaxtsız qocaldar……

    Fidan susmur qəlbin naləsinə bax
    acıdır sevginin bıçaq yarası
    indi zəfərinçün böyük çələng tax
    beyaz dəyişərək qalır qarası………………

    * * *

    İçin- için ağladır bu eşq bu sevgi məni
    yada salır nə edim həm dünəni həm səni
    qınayanlar çox olur bir zamanlar sevəni
    indi nədən ayrıyıq sən uzaqsan soyuqsan
    mən sənsiz buza döndüm sən buz olma yazıqsan.
    Düşünməki başqası unutdurubdur məni
    sən dəyişə bilərsən unudanmazsan məni
    bu qədər ucuzmuydu sevgin qəlbin de yəni?
    baxdım ötən günlərə rəsimlərdə köhnəlib
    yəqin onlarda bizi gerçək sanıb güvənib.
    Xatirəyə döndüsə əllərim boş qalıbdır
    indi kövrək ürəyim səni yada salıbdır
    gözlərimə heç baxma onlar çox yorulubdur
    bilməzdim ki sən bu cür adi ucuz birisən
    mən gedirəm sən isə bir sağola dəymirsən.
    Fidan zaman keçəcək səni gördüyü zaman
    o olacaq dünyada yalnız eşqini danan
    zərrə qədər qəlbində varsa cüzi bir vicdan
    çıxma daha yoluma mən daha mən deyiləm
    çətin birdə sevgidə qüruruma əyiləm…………….

  • Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı

    1394111443_1378745_1401638060069638_1083618525_n

    Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri
    dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dəc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Şimal bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2011- ci ildən TƏRANƏ ŞƏMS təxəllüsü ilə mətbuat səhifələrində gündəlik aktual, publist məqalələri ilə çıxışlar edir. Yazdığı məqalələrlə yanaşı, öz ürək çırpıntılarını sözün sehrinə əlavə edərək çox sayda şerlərin müəllifidir.
    2013-cü ildə “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı nəşr olundu.Şeirləri Azərbaycan Türkcəsində Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində müntəzəm olaraq şeirləri və məqalələri ilə çıxış edir.

    AĞLAYAN KÖNÜL !

    Buludlarla səs – səsə
    Coşub ağlayan könül!
    Sən ol məni həyata,
    Sevib, bağlayan könül!

    Məni qəmə batırıb
    Qəmdən doymayan könül
    Qəmi – qəmə köç edib
    Mənim olmayan könül.

    Ağla neyin səsilə
    Yanıb ovunan könül
    Gözün leysan töksə də,
    Oda sığınan könül.

    Xəfif mehin eşqinə
    Çıtır – çıtır yanma gəl,
    Qınaq edib özünü
    Heç gileyli sanma sən.

    Könlünün yanan odu
    Gün gələr, dönər külə
    Qəmdən bağça salarsan
    Külü döndərib gülə!

    Təranə Şəms. 20. 03.2013
    Analar belə ağlar

    Analar belə ağlar
    Sözünü sarı simə
    Belini elə bağlar,
    Ağılar deyib ağlar.

    Ürəklərə od qoyar
    Zəminxarə havası
    Analar dilə gələr
    Çalar Şəhid laylası.

    Laylay sevdalı balam,
    Könlü vəfalı balam
    Laylay balam a laylay,
    Şəhid balam a laylay.

    Varlığını unudub
    Şəhid, nigaran balam
    Torpağı öz qanıilə
    Yuyub ,suvaran balam.

    Haqq adıilə haqqına
    Tanrıya yetən balam.
    Torpağında gül olub
    Solmayıb bitən balam.

    Sərvi boyuna baxdım,
    Odu canıma yaxdım
    Xəyalına sarılıb,
    Mən günlərcə alışdım.
    Laylay balam a laylay,
    Şəhid balam a laylay

    Torpağına bağlılıq
    Ana – bacı sevdası,
    Balana qucaq açıb
    Vətən adlı anası.
    Kiri Şəhid anası,
    balan elin balası
    Ürəyimə od vurub,
    Qəlbimi sən dağlama,
    Ağlama sən ağlama!

    Onu ağlar qız, gəlin
    Balan, elin balası
    Sən tək ona ağlama,
    Ona ağlar –
    Vətən adlı anası! 25.03.2013. Təranə Şəms
    Dönməyəcəksən!

    Odunsuz, ocaqsız, külə dönüb mən
    Sevərək eşqinə, vida söylədim.
    Səni yanmaq üçün sevmədim axı,
    Bilirəm vəfasız, dönməyəcəksən.

    Bilirəm, bilirəm dönməyəcəksən
    Gözlərim bulud tək, leysan töksə də.
    Sevgi mi, nifrət mi bilməyəcəksən,
    Donüşdə sən məni, görməyəcəksən.

    Bahar gələr mənsiz, gözlərin gülməz
    Qəlbin buz olsa da, əriyə bilməz.
    Baxışlar lal olar, dilin də dönməz,
    Ürəklər danışar, yollar ayrılar.

    Ayrılan o yollar qismət payımdı
    Dönsən, dönməsən də qışın yayımdı.
    Ötüşən hər günüm ömür sayımdı
    Qovuşmaz yollar da, izlər ayrılar.

    Sevənlər ayrılıb, bölünsə yarı
    Zamanla qovuşar yarıyla- yarı
    Aşiqlər gözləsə gələn baharı,
    Bülbülü gül oxşar, güli isə arı.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

    Nələr gəldi sevgimizin başına,
    Leysan yağdı, kipriyinə, qaşına,
    Yol gedirəm, bir işığın tuşuna,
    Harayımı sənə yetirmək üçün,
    Səni sevməmişdim, itirmək üçün!

    Sənsən sevgi dünyam, belə deyirdin,
    Gümanıma, bir aydınlıq gətirdin,
    Hardan sən özünü mənə yetirdin?!
    Qızılgül bəslərəm, bitirmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    İndi ki, belədir, unut beləcə,
    Gözləyəcəm sınıq bəxtim gülüncə,
    Bir sevgi istərəm, gəlsin gizlicə,
    Nisgili aradan götürmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    RƏSSAM SƏTTAR

    Rəhmətlik qonşumuz olmuş, Xalq rəssamı Səttar Bəhlulzadəyə ithaf edirəm…

    Yadımdadı, balaca bir qızcığazdım,
    Qayğılardan uzaq idim,
    Həyatın sərt gərdişindən, dərd-qəmindən iraq idim,
    Oyanardım məhlədəki qoşa minarə məscidin
    hər səhər azan səsinə,
    Rəhmətlik İbad babam da görərdim namaz üstədi,
    Üz tutub Haqq qibləsinə…
    Dan yeri də ağarardı yavaş-yavaş,
    O vaxt qorxardım gecədən, artıq yox olubdu təlaş…
    Oyanardım günəş işiq saçan kimi,
    Sevinərdim, tumurcuqlar açan kimi.
    Çünki indi məktəbə yollanacaqdıq,
    Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə oxuyacaqdıq…
    Görəcəydik biz qonşu Səttar əmini,
    Rəssam da bizi görən tək atacaqdı dərd-qəmini…
    Deyərdi ki, balalarım, kim əgər “beş” qiymət alsa,
    onun rəsmini çəkəcəm,
    Dünyanın rəng butasından ona çələnglər hörəcəm!
    Yığışardıq vaxt olanda Səttar əminin başına,
    Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
    Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
    təkrarsız barmaqlarına!
    Hərdən isə nə danışar, nə dinərdi,
    Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
    saatlarla düşünərdi…
    Xəyalən dünyanı Səttar sehrli rəng butasında
    parlaq mayaktək görərdi!
    Sadə idi, heç sevməzdi şan-şöhrəti,
    Rənglər dünyasıydı varı-dövləti…
    Və böyüdük, ailə qurduq biz hamımız,
    Səttar əminin yanında qaldı
    yarı canımız…
    Bir səhər eşitdim mən də, alovlu rəng butasından
    gözəl simurq quşu qalxıb,
    Rəssam Səttar əmimizi odlu qanadına alıb,
    uzaq Cənnətə aparıb!
    Cahanı o vaxtdan biz də elə rəngarəng bilirik,
    Yaxşını da, yamanı da elə Səttartək sezirik!
    Ruhun şad olsun ey Rəssam!
    Üzündəki əsrarəngiz cizgilərin, , hər söhbətin,
    ürəklərdə yaşayacaq,
    Sənintək sənətkarlara daim rəhmət oxunacaq!
    Bizim də bu şeirimiz rəssam Səttar əmimizdən
    söhbət olsun,
    Onun rənglər butasında parlayan o ruh məkanı
    Cənnət olsun!!!

  • Vəfa KƏRİMZADƏ.”Boş və faydasız şeylərdən necə üz çevirmək olar?” (Məqalə)

    10405700_1411233632493890_874688734_n

    Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
    Nələr boş və faydasızdır?

    Boş və faydasız işlərdən üz çevirmək insanın sadəcə Allah`ın razılığına uyğun davranması ilə mümkün olar. Müsəlman dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirər. Gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gülər, düşünər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.
    Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yönələr. Bunu belə bir misalla izah edə bilərəm: avtomobil motorlarının gücü haqqında hər insan söhbət edə bilər. Ancaq iman gətirən insan görülməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, müsəlman yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun müddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən çəkinmək üçün nələr etməli olduğunu öyrənməsi daha vacibdir.Qısaca desək, müsəlman dinin və digər müsəlmanların xeyrinə olmayan mövzularda nə uzun-uzun söhbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Axirəti üçün heç bir faydası olmayan işlərlə məşğul olmaz. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar.
    Quranda boş sözlə qarşılaşdığı zaman iman gətirən insanın davranışı belə izah edilir:
    Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər.
    (Qasas surəsi, 55)

  • Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirlərinin təqdimat mərasimi keçirildi

    1401604331_20140531_164211-300x168

    31 may 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, şairə, jurnalist, publisist, “Vahid” Poeziya Məclisinin, “Məcməüş-şüəra-şairlər məclisi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi Gülnarə İsrafilqızının səsləndirdiyi şeirlərə hazırlanmış foto-video çarxların təqdimat mərasimi keçirildi.Düzənlənən tədbir “BB Production”nun Direktoru, gənc yazar Teymur Həbibinin təşkilatçılığı ilə gerçəkləşdi.Tədbirin aparıcısı Turan Novruz ilk növbədə tədbir iştirakçılarını salamladı.Daha Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başladı.Azərbaycanın müxtəlif bölgələrindən, rayonlarından təşrif buyuran mədəniyyət, ədəbiyyat, incəsənət, kütləvi informasiya nümayəndələrinin nümayəndələri də tədbirdə iştirak edirdilər.Tədbiriniz aparıcısı gənc xanım Turan Novruz gənc xanım yazar Gülnarə İsrafilqızının həyat və yaradıcılıq yoluna qısa nəzər salaraq ədəbi-bədii nümunələrində yer aldığı mövzular haqqında bilgiləri tədbir iştirakçılarına sundu.Daha sonra Gülnarə xanımının yaradıcılığı haqqında “Vahid” Poeziya Məclisinin sədri və üzvləri, “Zəka və Ülviyyət” dərgisinin təsisçisi Elmira Ağayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, gənc yazarlar Qabil Ədalət, Emil Rasimoğlu, Gülnar Səma, İntiqam Yaşar, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvləri, gənc yazarlar Elçin Yazar, Sərvər Kamranlı, Nofəl Ümid, Kənan Aydınoğlu öz fikir və düşüncələrini bildirdilər.Gülnarə xanımın şeirlərinə çəkilmiş foto-video çarxlar tədbir iştirakçılarına təqdim olundu.Bu addım tədbir iştirakçıları tərəfindən müsbət qarşılandı.Tədbirin gedişatında Gülnarə xanım öz yeni şeirlərini səsləndirdi.Təşkilati dəstəyə görə “BB Production”un Direktoru, gənc yazar Teymur Həbibiyə, aparıcılıq üçün gənc xanım Turan Novruz, informasiya dəstəyi üçün kütləvi informasiya vasitələrinə, tədbirə təşrif buyuran hər kəsə öz dərin minnətdarlığını bildirdi.Sonda xatirə şəkilləri çəkdirildi.

  • Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirlərinin təqdimat mərasimi

    234435423665547648

    31 MAY – saat 14:00-da
    Şairə, jurnalist, publisist “Vahid” Poeziya Məclisinin üzvü, “Məcməüş-şüəra-şairlər məclisi”nin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi Gulnare Israfilqizinın səsləndirdiyi şeirlərə hazırlanmış foto-video çarxların təqdimatı.
    Təqdimatda foto-video çarxların, şerlərin səsyazması, musiqilərin seçilməsinin hazırlanmasında yaradıcı əməyi və zəhməti olan Teymur Bayramov (BB production) iştirak edəcək.
    Təqdimatın aparıcısı: Naiba Maslova
    Məkan: Babək prospekti 64 d / Venta Group (Xalqlar Dostluğu metrosu, Mondi mebel evinin yani)
    Tel: (051) 989-91-81 / (055) 861-62-27
    Giriş: PULSUZ
    Mediya nümayəndələri dəvətlidir.

  • Harika UFUK.”ARIYORUM ALLAH’IM” (Şiir)

    307114_10150226571147998_8263005_n

    Zaman söz dinlemiyor, son süratle geçiyor,
    Ayda, mevsimde, yılda arıyorum Allah’ım.
    Yaş ilerledikçe göz bin zorlukla seçiyor,
    Gönülde açan gülde arıyorum Allah’ım.

    Doğduğum gün başladı bendeki bu arayış,
    Yaz mevsimi yaksa da, dondursa da kara kış,
    Ahirden ahirete süregelen bu akış,
    Aşkla çağlayan selde arıyorum Allah’ım.

    Bu dünyada insana yegâne gerçek yarsın,
    Günahları affeder, sevapları sayarsın,
    Kâinatı yarattın, her tarafta sen varsın,
    Dağda, yamaçta, belde arıyorum Allah’ım.

    Küçücük bir çocukken anneme sordum seni,
    Yaşlandıkça anladım hayatı yeni yeni,
    Artık sana adadım bu yüreği, bu teni,
    Saçımdaki ak telde arıyorum Allah’ım.

    Beraat gecesinde, günah sevap kefende,
    Ölenin üstündeki helâl olan kefende,
    Yer ile gökyüzünde, müspet bilimde, fende,
    İzninle esen yelde arıyorum Allah’ım.

    Ramazan’da, Kurban’da, kandil gecelerinde,
    Dilimin döndüğünce Kur’an hecelerinde,
    Dağların, tepelerin hem en yücelerinde,
    Petek üstünde balda arıyorum Allah’ım.

    Harika’yım emelim; kavuşmak Rabbim sana,
    Aşkın kalbime düştü gezerim yana yana,
    Himmetinden, affından bir damla düşse bana,
    Adını kalpte, dilde arıyorum Allah’ım.

    HARİKA UFUK
    26 TEMMUZ 2010
    BERAAT KANDİLİ
    SAAT: 17.25

  • Kənan AYDINOĞLU.”Dilə” (Yeni şeir)

    Kenan
    DİLƏ!

    Haqqa qovuşanlara,
    Tanrıdan rəhmət dilə!
    Müsəlman bəndələrə,
    Sən də mərhəmət dilə!

    Həm özünə, həm dosta,
    Sən də kəramət dilə!
    Məcnun kimi Kəbədə,
    Sən də məhəbbət dilə!

    Ömür-gün yoldaşına,
    Təmiz sədaqət dilə!
    Dünyada hər bir kəsə,
    Yaşayıb ülfət dilə!

    Dərin hörmət və ehtiramla:

    Kənan AYDINOĞLU,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
    16 may, 2013-cü il.Bakı şəhəri.

  • Sərvər KAMRANLI.Yeni şeirlər

    10405979_515247895268300_1900983723_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    KÖNÜL SARAYIMA DOĞRU GƏLƏRSƏN?

    Eşitsən möhtacam sevginə sənin,
    Könül sarayıma doğru gələrsən?
    Olarsam qəlbində ikinci qəlbin,
    Dərdini – sərini mənlə bölərsən?
    *****
    Yağışa çevrilib üstünə yağsam,
    Qorxub ağlayarsan, yoxsa gülərsən?
    Gözündə yaş olub, gözündən axsam,
    Gözünün yaşını necə, silərsən?
    *****
    Qızıl balıq sənin toruna düşsə,
    Dil töküb sən ondan məni dilərsən?
    Həsrətim ömrünə yükləsə qüssə,
    Acı bu həsrəti vüsal bilərsən?
    *****
    Vaxtsız əcəl mənə zəngini çalsa,
    Məni görmək üçün sən də ölərsən?
    Cismim torpaq altda soyuqda qalsa,
    Ruhundan ruhuma büküb – bələrsən?

    Sərvər KAMRANLI 11 yanvar 2014 saat: 02:10

    BİR GÜN ÜRƏYİMDƏN QOVACAM SƏNİ

    Dilimdən düşməyən sözümsən sözüm,
    Girmisən qəlbimə, olmusan özüm.
    Nə gecəm bilinir, nə də gündüzüm
    Yuxusuz qalıram bütün gecəni,
    Bir gün ürəyimdən qovacam səni!
    ***
    Eşqin aləminə düşəndən bəri,
    Sanırdım, unudam bəlkə kədəri.
    Əksinə çoxaldı dərdin qədəri
    Saçlara bəxş etdin bəmbəyaz dəni,
    Bir gün ürəyimdən qovacam səni!
    ***
    Dözürəm hələ ki, hər bir zillətə,
    Təki çevrilməsin sevgim nifrətə.
    Bu esqim dönərsə, əgər həsrətə
    Alıb qoparacam, səndəki “məni”,
    Bir gün ürəyimdən qovacam səni!

    Sərvər KAMRANLI 18 noyabr 2013

  • “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi

    1536595_657856460920223_560139887_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı və Gündəlik İnformasiya Agentliyi tərəfindən “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək ” layihəsi həyata keçiriləcək . Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, Təsisçilər Şurasının Başqan yardımcısı,, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovadır.Layihə çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən ədəbi birliklər haqqında olan bilgilər Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.

    İnformasiya dəstəyi : “Carci.az” saytı
    Təşkilati dəstək : “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalı
    Maliyyə dəstəyi : “Konsaltinq-az.com”

  • Azərbaycan Yazıçılar Birliyi (AYB)

    picture

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
    ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı