Category: Azərbaycan ədəbiyyatı

  • “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək

    13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostlarının iştirakı da nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 may metro stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcək

    3 mart 2016-cı il tarixində respublikanın paytaxtı Bakı şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Ödülü laureatı Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Zəlimxan özü var xatirələrdə” ədəbi-bədii gecə keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə şairin yaradıcılıq nümunələri səsləndiriləcək, əsərlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Səs… Söz.. Rəng” kitabının təqdimat mərasimi keçiriləcək

    4 mart 2016-cı il tarixində saat 15:00-da paytaxtın Bakı şəhərində yerləşən Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik”adlı layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Söz… Səs… Musiqi” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı nəzərdə tutulub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Abdulla MƏMMƏD.Şeirlər

    12647929_456084107917624_702711598_n

    QARI NƏNƏ,AĞI DEYİB AĞLAMA!

    (“Didərgin şərqisi”,”Qaçqın harayı” silsiləsindən)

    Bu çöllərin durnaları didərgin,
    Bu torpağı parçalar kim,didər kim?
    Bu göylərin yaxasını didər kin,
    Qari nənə,ağı deyib ağlama!

    Qarı nənə,göyün üzü qaradır,
    Astarı göy,əyan üzü qaradır.
    Qarı nənə,bu göy üzüqaradır,
    Qari nənə,ağı deyib ağlama!

    Qara bulud qara gündür,qara gün,
    Qara teli ağ edəndir qara gün.
    Sən də,mən də qaragünük,qaragün,
    Qari nənə,ağı deyib ağlama!

    İslanmışıq-qorxumuz yox yağışdan,
    Ya payızdan deyilik biz,ya qışdan.
    Ayağımız üzülübdü yoxuşdan,
    Qari nənə,ağı deyib ağlama!

    Görən kimə göy üzü daş saxlayır?!
    Yurdu gedən bədəndə baş saxlayır.
    Hərə bir cür vətəndə baş saxlayır,
    Qari nənə,ağı deyib ağlama!

    Gözümüzdə göz dağıdır Xocalı,
    Bu qüssədən,Allah,ürək qocalır!
    Vətən para deyil dərdi borc alım,
    Qari nənə,ağı deyib ağlama!

    Yurdumuzda qərib olduq neçəmiz,
    Yadlaşdıqca Həkərimiz,Göyçəmiz.
    Gör kim idik,necə endik heçə biz,
    Qari nənə,ağı deyib ağlama!

    Azərbaycan.Quba.1996.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    A DAĞLAR

    Bahar gəlib oyansanız, a dağlar,
    Könül sizə qanad açıb gəlmişəm.
    Zirvə qarı, dağ havası, bulaqlar,
    Qaranquşla birgə uçub gəlmişəm.

    Məlhəmsiniz dərdə, qəmə, kədərə,
    A dağ gölü, yaşıl ada, gur dərə,
    Göy yamaclar, gəlməyəsiz nəzərə,
    Neçə məskən, oba keçib gəlmişəm.

    Vüqarınız ərənlərin görküdür,
    Ağ buludlar başınızın börküdür,
    Hər qayanız bir mahnıdır, türküdür,
    Oxumaqçün sizi seçib gəlmişəm.

    Səmalardan nur ələnir daşına,
    Qövsi-qüzeh lap oxşayır qaşına,
    Heyran-heyran dolanmağa başına,
    Ceyran kimi süzüb, qaçıb gəlmişəm.

    Qəhrəmanlıq bəlli olar savaşda,
    Tariximiz, salnaməmiz hər daşda,
    Qol götürüb oynayıram bu yaşda,
    Lalələrdə şəbnəm içib gəlmişəm.

    29.02.2016.

    ƏCƏLDƏN QAÇIŞ

    /Xocalı faciəsinə/
    Qarlı, qaranlıq dağ- daş,
    Ayaq yalın, açıq baş.
    Bağrında çağa – sirdaş
    Yüyürürdü yal ilə.

    Çıxarmırdı səsini,
    Dərmirdi nəfəsini.
    Sarmışdı körpəsini,
    Canına yun şal ilə.

    Fəlk dursun, biz sayaq,
    Qıc olmuşdu əl, ayaq.
    Qoynunda körpə- dayaq,
    Cəngdəydi, zaval ilə.

    Yarımcan, aşdı dağı,
    Keçdi meşə, oymağı.
    Bitdi əcəl sınağı,
    Çatdı, bu minval ilə.

    Ayırdılar bağrından,
    Şal qarışıq körpə, qan.
    Necə barışsın Dövran?
    Bu qanlı əhval ilə…

    26.02.2016.

  • “Sən gecikmə” kitabının təqdimat mərasimi keçiriləcək

    10 mart 2016-cı il tarixində, saat 13:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar, Şəhriyyə Qəzənfərqızının “Sən gecikmə” adlı ilk kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostlarının iştirakı da nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 may metro stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Arzu RÜSTƏMSOY.”Ayrı….”

    Nə deyim,dünyanın xeyir-şərinə,
    Ağı ayrı yığır,qaranı ayrı.
    Mat qalıb özü də bu işlərinə,
    Dağı ayrı yığır,Aranı ayrı.

    Dağa tamarzıdır,bax Arandakı,
    Aran sevdasına düşür,dağdakı,
    Kürü,Araz ilə su qovuşdurur,
    Qollar parçalayır,aranı ayrı…

    Diz atdım,süründüm,bildim bağ nədi,
    Xəyalda düşündüm,dərə-dağ nədi.
    Min budaq budandım,bir budaq nədi,
    Gözüm görməz oldu,haranı,ayrı?

    Başından dəli yel,əssə bilinməz,
    Kələklər yolunu,kəssə bilinməz.
    Yarından ürəyi,küssə bilinməz,
    Unutmaz,heç ara vuranı ayrı.. .

  • Arzu RÜSTƏMSOY.”Dözə-dözə yaşadım…”

    Dastanlara sığmayalı taleyim,
    Gözlərimdə buz salxımdı,gileyim.
    Qərarını itirəndə küləyim,
    Mən bu ömrü dözə-dözə yaşadım…

    Bir ağıdı,hər cümləsi qəm tütər,
    Onsuzluğu cəhənnəmdən də betər.
    Qırışlarda köz düşəndə qara tər,
    Mən bu ömrü dözə-dözə yaşadım…

    Necə keçdi,heç bilmədim adı nə,
    Vüsalının necəsi nə dadı nə.
    Doymamışdım,ocağına oduna,
    Mən bu ömrü dözə-dözə yaşadım…

    Çox uzaqdır,indi mənə bir ili,
    Yollarımda ayaq açdı,nisgili.
    Uzadı ardımca fələyin dili,
    Mən bu ömrü dözə-dözə yaşadım…

    28.02.2016

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    UNUDURUQ.

    Yaşayırıq,itirdiklərimizə yana-yana,
    Addım-addım gedib geriyə boylana -boylana,
    Köç eyləyir,zaman -zaman duyğularımız,
    Artır ,çoxalır gündən -günə qayğılarımız.
    Dərd yükünə sarılırıq,sıxılırıq,darılırıq,
    Bəzən yorulub,yoxdan var oluruq,
    Yaşayırıq ,içimizdə məhbus ikən,
    Hey qaçırıq lap ölümə məhkum ikən.
    Hərdən elə insan kimi yaşayırıq,
    Hərdən bunu unudaraq,insanları daşlayırıq,
    Unudaraq düz yolları,əyri yoldan başlayırıq
    Ömür keçir gün dolanır,hey qaçırıq,
    Bu sabahdan ,o sabaha yol açırıq
    Unuduruq sabahlarda ,daş atana daş dəyəcək,
    Unuduruq zaman gəlib ,bel bükəcək ,baş əyəcək
    Unuduruq hərdən ,unuduruq nədən?
    Qaça bilməz insan oğlu qədərindən,
    Günü gəlib ,vaxtı çatan son dəmindən.

    28 02 2016.

    AZDA TORPAĞIN QÜDRƏTİ.

    Hər fəslin öz zamanı var.
    Hər zamanından bir hikmət ,
    Bir möcüzə boylanar.
    Yaz olar oyanar,oyadar,yatmışları,
    Heyrət doğurar hər bir işləri,
    Qaynayar,qarışar həyat,
    Üzə çıxar yurd ,yuvası bilinməyən
    yüz cür həşərat ,yaşamaq istəyi
    böyük..
    Sən də yaşa,ey insan ,sanma zəhməti bir yük
    İsinər,çevrilər insan əliylə çəmənzara ,gülzara,cənnətə.
    Uçub getmiş köçəri quşlar qayıdar yenidən minnətə.
    Qüdrətlidi,min nemətli,sərvətlidi bu torpaq…
    Torpaq canlanır ,hər bir insan
    qudrətini görəsidi…
    Zəhmət çəkib çalışana,göstərəcək qüdrətini
    ,qoymaz düşə kimsə möhnətə,
    Yetirdiyi,bitirdiyi barına bax,
    Bar verdiyi bəhərinə,nübarına bax,
    Xoş açılan səhərinə,varına bax!
    İşini bilənə vaxtını onunla bölənə,
    Elə hey çalışıb ,qədrini bilənə,
    Zamanında zəhmətinin bəhrəsini verəsidi,…

    29 02 2016.

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    BU YAZIN GƏLİŞİ.

    Bu yazın gəlişi sevinc,səadət,
    Çırtlayıb çiçəyi naz bənövşənin,
    Boylanır yamyaşıl bahar donunda,
    Gətirir özüylə sevinc ,nəşəni.

    Çəməndə çiçəkıər düzüləsidi,
    Sevənlər əliylə üzüləsidi,
    Sevgi ürəklərə yazılasıdı
    Bu yaz gəlişində özgə büsat var.

    Qaranquş qanadlı xoş məramına
    Uçub hər qapıya təzə iz salar
    Hamı yetişəcək arzu ,kamına
    Çətin bir ürəkdə intizar qalar.

    Açın qapıları,qırın səddləri,
    Ürəkdən bir nəğmə oxuyaq gəlin,
    Unudub ürəkdə bütün dərdləri
    Sevincdən bir çələng toxuyaq, gəlin.

    Bənövşə ətirli ,bənövşə yazım,
    Boyanıb ətrinə səsim,avazım.
    Bu yaz gəlişinə bir namə yazdım,
    Qalsın ürəklərdə ,söhbətim,sözüm.

    27 02 2016.

    NECƏYƏM.

    Yenə kövrəlmişəm ,yenə dolmuşam,
    Sənsiz boynu bükük ,tənha qalmışam.
    Kədərdən saralıb ,gül tək solmuşam,
    Özünü tez yetir ,zülmət gecəyəm.
    Dayanma yollarda boran ,qar olar,
    Fikrim ürəyimdə tari mar olar,
    Günlərim elə hey ahu zar olar,
    Özünü tez yetir,gör ki necəyəm.

  • Fidan ABBASOVA.”Gərək hər gününü yazmaq lazımdır….”

    Bəzən yoxuşuna enib dünyanın
    yazılan qanunu pozmaq lazımdır
    bir az xəyalrdan qaçıb uzağa
    dənizə sığınıb azmaq lazımdır
    bu həyat yolunu yaşamaq üçün
    gərək hər gününü yazmaq lazımdır…

    Bəs edə bilsəydi həsrət sevgiyə
    yolunu gözləyən gözləyir niyə?
    bir gün o dönəcək xoş təsəlliyə
    inanıb taledən qaçmaq lazımdır
    bu həyat yolunu yaşamaq üçün
    gərək hər gününü yazmaq lazımdır…

    O çox güvəndiyin doslarda bir gün
    tərk edib gedəcək səni büsbütün
    boşluqda düşünüb günlərcə deyin
    vəfasız vədəsiz getməyin üçün
    hər gün bu ömründən yazmaq lazımdır.

    Fidan desəydiki dayanıb durdum
    məndə bu taledə itməz iz qoydum
    hər şeydən usandım hər şeydən doydum
    nəyim var onlra razıyam inan
    çoxum çox, azım az olan varımdır
    bu həyat yolunu yaşamaq üçün
    gərək hər gününü yazmaq lazımdır….

  • Fidan ABABSOVA.”Bir yanda ağ kağız, bir yanda qələm”

    Bir yanda ağ kağız bir yanda qələm
    yazıram qəlbimdən gələn sözləri
    uçub xəyalınla yanına gələm
    siləm nəmli nəmli axan gözləri….

    Niyə kövrəlmisən ey gözəl mələk
    qəlbində o qədər arzular yatır
    bilirəm ağırdır dözəsən gərək
    insan dünyasında daima yatır..

    Birdən ayılırsan birdən gülürsən
    axı səbəb kimi yaşamaq olmur
    bir gün yaranırsan bir gün ölürsən
    insanda qocalır yerində durmur…

    Ucalan dağ kimi qürəllənərkən
    uca dağ başına qarda yağarmış
    azad bir quş kimi uçub gedərkən
    bir qaya dibində qanad çalarmış…

    Gəl mənim ömrümə düşən əzizim
    Fidan bu zamanın qonağı oldu
    səni qarış – qarış həmişə gəzdim
    gəzdiyim o ürək bəs niyə soldu…..

  • Fidan ABBASOVA.”sən qovduqca məndə qaçdım…”

    Unuduram zamanıda
    başımdakı dumanıda
    əlimdəki amanıda vermədinki bir göz açım
    sən qovduqca məndə qaçdım…..

    Ruhum incik düşüb yaman
    cığır saldı bizə orman
    düşündükcə səni hər an
    boğdu məni sözləriylə
    dimə bilsəm bir dil açım
    sən qovduqca məndə qaçdım….

    Nə görməyə üzüm qaldı
    nə sevməyə dözüm qaldı
    nə o öldü nə mən qaldım
    bir yarpaq tək budağında
    bir yamyaşıl yarpaq açım
    sən qovduqca məndə qaçdım…

    Həsrət yükü yaman yükdü
    bu dərdlərim belim bükdü
    üzərindən bir xətt çəkdi
    o yarımçıq xatirələr
    baxdıqca mən nə baş açım ?
    sən qovduqca məndə qaçdım..

    Fidan pöhrə oldun yenə
    zamanını verdin yelə
    sən bir deyil milyon kərə
    günəşimtək doğub batdın
    nə deyim ki bu taleyə
    sən qovduqca məndə qaçdım…….

  • Nəriman HƏSƏNZADƏ

    neriman-hesenzade

    Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), “İlin şairi” makafatı laureatı (2010).

    Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır.
    1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur.
    1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
    1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
    1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur.
    1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[1] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
    Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
    “Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

    Kitabları

    1.Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
    2.Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
    3.Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
    4.Qaraca Çobanın hekayəti. Bakı: 1960
    5.Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
    6.Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
    7.Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
    8.Nəriman. Bakı: Azərnəşr, 1968
    9.Niyə demədiniz. Bakı: Gənclik, 1970
    10.Zümrüd quşu. Bakı: Gənclik, 1973
    11.Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
    12.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
    13.Zümrüd quşu. Bakı: Gənclik, 1976
    14.Nəriman. Bakı: Yazıçı, 1978
    15.Sən bağışladın. Bakı: 1979
    16.Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
    17.Fikir eləmə. Bakı: Gənclik, 1982
    18.Kimin sualı var. Bakı: Gənclik, 1984
    19.Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
    20.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
    21.Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
    22.Bütün millətlərə. Bakı: Yazıçı, 1991
    23.Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
    24.Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
    25.Pompeyin yürüşü. Bakı: “Azərbaycan ensiklopediyası”, 1995
    26.Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
    27.Poylu beşiyim mənim. Bakı: 2007
    28.Nəriman. Bakı: 2009
    29.Seçilmiş əsərləri. Bakı: 2010
    30.Nuru Paşa. Bakı: 2010

    Poemaları

    1.Nəriman
    2.Zümrüd quşu
    3.Kimin sualı var?
    4.Atabəylər
    5.Pompeyin Qafqaza yürüşü
    6.Midiya sarayı
    7.Bəyanət
    8.Həsrət
    9.Vətənsiz
    10.Heybədə gəzən şeir
    11.Şahid ol, günəş
    12.Rəsul Həmzətova məktub
    13.Şəhid atası Şərif qağaya məktub
    14.Qafqaz
    15.Cavid
    16.Qaçaq Kərəm
    17.Səfirə
    18.Xarı bülbül

    Povesti

    Nabat xalanın çörəyi

    Filmoqrafiya

    1.Nəriman Həsənzadə (film, 2006)
    2.Qəmbər Hüseynli (film, 2007)
    3.Mən Hüseyn Arifəm… (film, 2010)

  • Görkəmli şəxslərin Xalq şairi Nəriman Həsənzadə haqqında fikirləri

    neriman-hesenzade

    “…NƏRİMAN OLDUQCA HƏSSAS BİR ŞAİRDİR. O BİR QARTALIN UÇUŞUNDA, BİR LALƏNİN DURUŞUNDA, BİR KÖRPƏNİN BAXIŞINDA BÜTÜN KAİNATI, İCTİMAİ ALƏMİ VƏ MƏNA DOLU HƏYATIMIZI GÖRMƏK İSTƏYİR.”
    MİR CƏLAL PAŞAYEV
    Xalq yazıçısı

    “…NƏRİMAN HƏSƏNZADƏ DÜNYADA GÖZƏLLİK, NƏCİBLİK, ZƏRİFLİK AXTARIR VƏ BUNLARI BƏZƏN OLMAYAN YERDƏ DƏ GÖRÜR, ÇÜNKİ GÖZƏLLİK VƏ ZƏRİFLİK BU ŞAİRİN SƏNƏT İDEALIDIR. O, YALNIZ BU İDEYA EŞQİNƏ YAZIB-YARADIR. BAX BUDUR ONUN NƏĞMƏLƏRİNİN BAŞ MOTİVİ.”
    BƏXTİYAR VAHABZADƏ
    Xalq şairi

    “BÜTÜN MÜRACİƏTLƏRƏ MÜSBƏT CAVAB VERMƏK, ÇOX MÜŞKÜL MƏSƏLƏDİR. MÜTLƏQ KİMSƏ NARAZI QALACAQ. ANCAQ ÜÇ-DÖRD ADAM TANIYIRAM Kİ, BU MƏSƏLƏDƏ İSTİSNADIR. ONLARDAN BİRİ DƏ NƏRİMAN HƏSƏNZADƏDİR. ELƏ BİR ADAM TAPMAZSAN Kİ, NƏRİMAN MÜƏLLİM ONU NAÜMİD GERİ QAYTARSIN.”
    ÇİNGİZ ABDULLAYEV
    Xalq yazıçısı

    “NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA DANIŞMAQ ÜMUMƏN MÜASİR AZƏRBAYCAN POEZİYASI HAQQINDA DANIŞMAQ DEMƏKDİR. ŞAİRLİK NƏRİMAN HƏSƏNZADƏNİN STİXİYASIDIR- O, TƏKCƏ ŞEİRİNDƏ, NƏSRİNDƏ, DRAMATURGİYASINDA, PUBLİSİSTİKASINDA DEYİL, ADİ MƏİŞƏTDƏ DƏ ŞAİRDİR, YAZANDA DA, YAZMAYANDA DA ŞAİRDİR…”
    NİZAMİ CƏFƏROV
    Əməkdar elm xadimi, professor

    MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA SAF, XALİS LİRİKANIN YARADICILARI SIRASINDA NƏRİMAN HƏSƏNZADƏNİN XÜSUSİ YERİ VARDIR. ŞEİRLƏRİ TƏPƏDƏN DIRNAĞA QƏDƏR LİRİZM HADİSƏSİDİR. HƏTTA NƏRİMAN HƏSƏNZADƏNİN DANIŞIQ TƏRZİNDƏ DƏ LİRİK BİR HƏZİNLİK QABARIQ MÜŞAHİDƏ OLUNUR.
    İSA HƏBİBBƏYLİ
    Əməkdar elm xadimi, professor

    ƏZİZ DOSTUMUN LİRİK DÜNYASI, TƏFƏKKÜR ASİMANI ÜMMANDIR VƏ HEÇ VAXT TÜKƏNƏN DEYİL.

    SADƏCƏ ŞAİR DOSTUMA DEYİRƏM: NƏRİMAN MÜƏLLİM, 80-90 NƏDİR Kİ… SƏNİN BƏŞƏRİ POEZİYAN MİN İLLƏR BOYU AZƏRBAYCAN POEZİYA KƏHKƏŞANINDA ƏN PARLAQ ULDUZLARDAN BİRİ OLACAQ.
    MUSA QULUZADƏ
    nasir, dramaturq

    UZUN MÜDDƏTLİ MÜALİCƏDƏN SONRA BAKIYA QAYIDAN GÜNÜ MƏNİ AEROPORTDAN EVƏ APARAN AVTOMOBİLİN RADİOSU İLƏ ŞAİR NƏRİMAN HƏSƏNZADƏNİN SÖZLƏRİNƏ YAZILMIŞ “MƏNİM DÜNYAM” MAHNISI SƏSLƏNİRDİ. MAHNI MƏNİ BƏRK KÖVRƏLTDİ. HEÇ VAXT BELƏ OLMAMIŞDIM. SANKİ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLMİŞDİM.
    …NƏRİMAN İSTEDADLI ŞAİRDİR. ONUN YARADICILIĞI TƏRİFƏ LAYİQDİR.
    MƏMMƏD ARAZ
    Xalq şairi

    MÖVZU MÜXTƏLİFLİYİ, İNSAN ARZULARININ, CƏMİYYƏT HƏYATININ VƏ ZƏMANƏNİN ÇOXCƏHƏTLİ, ZƏNGİN BOYALARLA İŞLƏNMƏSİ HƏR BİR POETİK ƏSƏRİN MƏZİYYƏTİDİR. NƏRİMAN HƏSƏNZADƏNİN POEZİYASI BU CƏHƏTDƏN DƏ OXUCUDA DƏRİN MARAQ OYADAN POEZİYADIR. İDEALA, GÖZƏLLİYƏ, MƏNƏVİ SAFLIĞA SADİQ OLAN İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİ ŞEİRLƏRİNİN CANINA, RUHUNA HOPDURAN BU ŞAİR DAİMA AXTARIŞDADIR, ONUN POETİK FİKRİ YORULMAQ BİLMİR, OXUCUYA ARASIKƏSİLMƏDƏN YENİ ƏSƏRLƏR TƏQDİM EDİR.
    MİRZƏ İBRAHİMOV
    Xalq yazıçısı

    NƏRİMAN HƏSƏNZADƏ FİKİR VƏ MƏNA ŞAİRİDİR… HƏYATDA SON DƏRƏCƏ ZƏRİF, İNCƏ, HƏSSAS VƏ BƏZƏN HƏDDİNDƏN ARTIQ HƏLİM, YUMŞAQ TANIDIĞIMIZ NƏRİMAN HƏSƏNZADƏ BƏDİİ YARADICILIQ ALƏMİNDƏ KOMPROMİS TANIMIR. O, SON DƏRƏCƏ MƏRD VƏ PRİNSİPİALDI…
    XƏLİL RZA ULUTÜRK
    Xalq şairi

  • Nəriman HƏSƏNZADƏ

    neriman-hesenzade

    ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM

    Ürəyim ananı istəyir, qızım,
    sən yaşa dünyada qəmsiz, kədərsiz.
    Bir səs qulağıma döz deyir, qızım,
    Mən dözdüm,
    yaş ötdü məndən xəbərsiz.

    Qaşlarım qaradı, saçlarım ağdı,
    təbiət şəklimi çəkir yenidən.
    Hamı bu dünyada qocalacaqdı
    amma tək qocalmaq dərd verir hərdən.

    “Dağlar” deyə-deyə mən dağ şamışam,
    Hanı tale dostum,
    ürəkdən gülən?!
    Dünyada yaşayıb dünyalaşmışam,
    dünyayla düz gəlmir daha mən deyən.

    Daddım acısını şirin həyatın,
    Hələ bu acıdan doyan olmayıb.
    Qızım, qardaşınla sən olmasayadın,-
    deyərdim, dünyada ana olmayıb.

    Mən işdən çıxanda eybi yox,-dedim,-
    dəyirman dünyadı, çarxa düşmüşəm.
    Özümünkü bilib fəxr elədiyim,
    arxadan vuranda arxa düşmüşm.

    Mən qisas almadım yaşadı düşmən,
    ilhamda, sənətdə axırdaydılar.
    Qisası aldım mən yalnız özümdən,-
    böyüklər də gördüm, çox xırdaydılar,
    ilhamda, sənətdə axırdaydılar.

    Daha yaş artdıqca, səbrim azalır,
    yaş yaşdı…
    neyləsən yaş əyir, qızım.
    Qadınsız-ata da anasız qalır,
    ürəyim ananı istəyir, qızım,

    MƏN

    Kimsə salam verdi mənə rəhm ilə,
    Allahın nə yazıq bəndəsiyəm mən.
    Tüstüsüz yandım mən odlar içində,
    təndirin küt gedən kündəsiyəm mən.

    Məndən inciməsin dostlar, tanışlar,
    daha yadlaşıbdı doğma baxışlar.
    Ey əsən küləklər, yağan yağışlar,
    tökülün üstümə dözəsiyəm mən.

    Yatır süfrəmizə çörək gətirən,
    ailə yükünü təkcə götürən,
    Mən boynu büküyəm, o köks ötürən,
    Yeganə arxası, kimsəsiəym mən.

    Qadındır hər evin isti nəfəsi,
    qadın anadırsa-yoxdur əvəzi.
    Ağırdı ananın ağır xəstəsi.
    atayam, ananın xəstəsiəym mən.
    Bəlkə bədbəxtlərin təzəsiəym mən.

    AY HƏKİM

    Ağzın bəd xəbərə açıldı sənin,
    Sonra necə güldün, necə, ay həkim.
    Səsin ürəyimə sancıldı sənin,
    Həkimlik buydumu səncə, ay həkim.

    Sən güldün, yanında ssusub ağladım,
    Yenə ümidimi sənə bağladım.
    Sağ ikən insana mən yas saxladım,
    Verdin əməyimi heçə, ay həkim.

    Bir qapı bağladın, yüz qapı açdım,
    Qızışn soyuğunda ölkə dolaşdım.
    Həkimin əlindən həkimə qaçdım,
    Hanı diplomuyun gücü, ay həkim.

    Xəstənin yaleyi ilgəkdi pünhan,
    Həkimin əlləri düymə bağlayan.
    Sən bir qəbristanlıq insan qırmısan,
    Bir elmi dərəcə üçün, ay həkim.

    Qəbula gələndə bivaxt düşmüşəm,
    Bu evdən-eşikdən uzaq düşmüşəm.
    Mən sənin əlindən qaçaq düşmüşəm,
    Həkimləri seçə-seçə, ay həkim,
    Şəhər-şəhər, küçə-küçə, ay həkim.

    MƏNƏ DÜŞMƏYİR

    Məni sevindirməyin,
    Gülmək mənə düşməyir.
    Nədir arzum, diləyim,
    Dilək mənə düşməyir.

    Sıxır amansız həyat,
    Tale sərt, can amant.
    Can de, köməyimə çat,-
    Kömək mənə düşməyir.

    Nədir məni söylədən?-
    Başa düşməz hər yetən.
    Nə deyim əvvəlcədən,
    Demək mənə düşməyir.

    QOYMARAM

    Gedin deyin Xançobana,
    Gəlməsin bu il Muğana.
    Muğan batıb nahaq qana
    apardı sellər Saranı.
    bir gülər üzlü balanı..
    Nəbati

    Gedin deyin Nərimana,
    Sıxır məni xəstəxan,.
    Xəstəxana batıb qana.
    aparır sellər Saranı.
    eşitsin ellər Saranı.
    Sara

    Dözmün azalıb, nə olub yenə,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparacam gör hara, səni.

    Yenə bir çəməndə süfrə açarıq,
    Yemlik yığa-yığa arxı aşarıq.
    Bir az qocalmışıq, cavanlaşarıq.
    Bir az dincələrik bulaqlar üstə,
    Quşlar mahnı deyər budaqlar üstə.

    Biz ömür sürümüşük ləyaqət ilə,
    Biz həyat görmüşük nə minnət ilə.
    Ev-eşik qurumuşuq əziyyət ilə,
    Bir-bir daş üstünə biz daş qoymuşuq,
    Bir halal yastığa biz baş qoymuşuq.

    Axşam teatrda qoşa oturaq,
    Gündüz artistlərə şən məclis quraq,
    Hələ “Pompey” durur, biz də bərk duraq,
    Onu bu səhnədə görək, ay Sara,
    Bir az səbrin olsun gərək, ay Sara.

    Hələ nə görmüşük biz bu dünyada,
    Quş havada yaşar, balıq dəryada.
    Yağışlar, küləklər döyüb səhrada,
    Dünya düzəngahmış, heç bilməmşəm,
    Sənə sıığınmışam, Sara dümişəm.

    Dözmün azalıb, həyatım mənim,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparac dağlara, səni.

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Folklor ailə”

    Saatın əqrəbləri irəlilədikcə gündüzün işığı da özünü gecənin qaranlığına təslim edirdi. Təkcə bədirlənmiş ay idi küçəyə işıq saçan. Bütün otaqların işığı sönülüydü. Böyük, qaranlıq otaqda bardaş qurub xalının üstündə oturmuşdu. Gözlərini yumub, barmaqlarını da sanki rəqs edirmiş kimi büzmüşdü. Hərdən sükutda bir uğultu səsi də çıxarırdı ağzıyla. Otaqdakı əşyaların hamısı kənarlara çəkilmişdi. Telefonun işığı yanır-sönür, onun diqqətini yayındırırdı. Qapının açılmasını, tak-tak gələn ayaq səslərini də duydu. Ancaq yerindən qımıldanmadı da. Otağın qapısı açıldı, işıq yandı. O da hirslə əlini dizlərinə vurub deyinə-deyinə ayağa qalxdı.
    +Qoymazsan da əsəblərimi sakitləşdirəm. Gəldin, gördün ki, bu vəziyyətdəyəm işığı yandırma da noolar. Bilirsən ki, əsəbləşirəm. Qəsdən edirsən?
    -Gic-gic işlərlə məşğul olma. Bardaş qurub, gözünü yumub, otağın ortasında oturmaqla əsəb sakitləşsəydi, onda bu dünyada dəli qalmazdı ki.
    +Eeh. Deyirəm necə savadsız insansan e. Bu da bir idman növüdür, ay müsəlman. Bunu dünya qəbul edir. Sən hamıdan ağıllısan da. Gəl bir dəfə yoqa ilə məşğul ol. Görəcəksən sənə necə müsbət enerji gəlir. Ciyərlərin açılır sanki. Nəfəsini düzgün idarə edirsən.
    -Dur, dur ayağa. Elə məzəli görünürsən ki.
    +Məzəli sən görünürsən. Bir güzgüdə özünə bax. – Əfsanə cümləni bitirər-bitirməz dediyi sözə peşman oldu. Rəngi qızardı, tər basdı. Tez yerindən sıçradı.
    -Haqlısan – yenə tak-tak səsləri eşidildi. Kəlam işığı söndürüb otaqdan çıxdı.
    Əfsanə tez Kəlamın arxasınca qaçdı. Qolundan tutub üzünü özünə tərəf döndərdi.
    +Mən o mənada demədim, bağışla.
    -Bəsdi, sən allah, onun başqa mənası da olur?
    +Yaxşı da. Sən də son vaxtlar yaman dəymədüşər olmusan. Dəyən yerin nə yaxındadır. Hardadı, hə, de görüm dəyən yerin hardadı? Burdadı, ordadı? – Əfsanə əliylə onun bədənini qıdıqlayırdı. Qıdıqladıqca hər ikisi də gülürdü.
    -Bəsdi. İndi yıxılacam.
    +Yıxılacaqsan, mən də səni tutacam. Bəs mən burda nə üçünəm?
    Əfsanə ərinin qoluna girib yenə tak-tak otağa qayıtdılar. İşığı yandırıb stol başında oturdular.
    -Bu stolları çək yerinə. Bu boyda yer sənə bəs eləmir ki, stolları da ora-bura dartırsan? Vallah səndə çatmır.
    +Yaxşı day deyinmə. Deyirəm necə həyasızsan e. Kişi də belə deyingən olar?
    -Hə, işinə yaramayanda deyingən oluram.
    Əfsanə söhbətin uzanacağını görüb mövzunu dəyişdi.
    +Acsan? Yemək qızdırım? – O bu sözləri körpəni əzizləyər kimi Kəlamı əzizləyib deyirdi.
    -Hə, acam. Acam da, susuzam da. Ancaq mən sənə acam, sənə susamışam. Sənin hərarətinə, sənin isti gülüşünə, sənin toxunuşuna, sənin xoşbəxt olmana acam. İçdən sevinmənə acam.
    +Mən sənin yanında həmişə sevincliyəm. Yalan danışma. Həm də içdən sevincliyəm.
    -Sənin nəvazişinə acam.
    +Aaaaa, sən lap naşükürlük etdin. Mən sənə nəvaziş gpstərmirəm ki? Bax indi dalaşacam ha.
    -Göstərirsən. Ancaq bu mən deyən deyil. Hiss edirəm, sən də bezirsən. İnan ki, səni qınamıram. Mən də olsam, məndən bezərdim. Ayrılmaq istəsən də heç nə demərəm.
    Əfsanə söhbətin axarının hansı tərəfə getdiyini anladı artıq. Hər dəfə bu söhbətlərin sonu ayrılığa gedirdi. Söhbətə zarafat qatmaq vaxtı idi.
    +Yaxşı, gicləmə. Mən heç səndən ayrılaram? Sonra hardan tapacam belə folklor ailə? – Öz sözünə özü də güldü. Bəlkə də, son bir neçə ildə heç belə ürəkdən gülməmişdilər.
    -Səndən də sözlər çıxır ha “folklor ailə”. Gəl otur dizlərim üstə. Ətrini içimə çəkim.
    Sonra özü öz sözünə istehzalı güldü “dizimin üstə”.
    Əfsanə əvvəlki söhbətə qayıdıb bir də güldü.
    +Düz deyirəm də. Mən Əfsanə, sən Kəlam. Əsl folkloruq da. Sən əvvəllər mənə deyərdin “Ты моя легенда”. Çoxdandı demirsən. Mən də sənə deyərdim “Ты мой афоризм”, hələ bir az da dərinə getsəm “поговоркам”.
    Kəlam onun son sözlərini eşitmirdi. Əllərini yavaş-yavaş ayağına sürtməyə başladı. Bu hal Əfsanəyə tanış idi.
    -Demirəm, hə, sənə artıq heç nə demirəm. Deməyəcəm də bundan sonra. Bilirəm mənimlə yazığın gəldiyi üçün belə mehribansan. Çıx get burdan. Rədd ol.
    Kəlam danışdıqca coşur, coşduqca stolun üstündəkiləri bir-bir yerə çırpırdı. Qışqırır, əsir, ağzı köpüklənirdi. Əfsanə onu sakitləşdirmək üçün nə edəcəyini bilmirdi. O isə “ayağımı mənə ver” deyib var gücüylə bağırırdı. Əfsanə tez qoltuq ağaclarını ona gətirdi. Kəlam qəzəblə ağacları onun üstünə atıb “ayaqlarımı mənə ver, ver, ver….” deyə bağırırdı. Səs uzaqlaşırdı. Gözümü açdım, harda olduğumu xatırlamağa çalışdım. Otaq baş-ayaq durmuşdu, əşyalar əyriydi. Bir neçə saniyə sonra başımın çarpayıdan aşağı sallandığını, ağzımın aralı qaldığını, qollarımın aşağı sallanıb keyidiyini anladım. Tez yerimdən dikəldim. Yatağın sol tərəfinə boylandım. Boş idi. Axı “Kəlam” indi öz evində, öz yatağında idi. Dodağım qaçdı. Kiçik, bəlkə də, sezilməyən təbəssüm qondu yanaqlarıma. “Folklor ailə”.

  • Cabir Alpoğlu Albanturk

    Cabir Albantürk (Cabir Səbrullah oğlu Ağaoğlu) 6 may 1961–ci ildə Quba bölgəsinin Alpan kəndində müəllim ailəsində anadan olub.Şeirləri, məqalələri 1983–cü ildən dövri mətbuatda və ədəbi toplularda çap olunur. Əvəllər C.Ağayev, C.Zaman, C.Alpoğlu imzaları ilə çıxış etmişəm. 1997-2000-ci ilərdə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri olmuşam. Mən, 1998-ci ildən II qrup gözdən əlil olmaqla Yaradıcı əlillərin 2-ci, 4-cü və 5-ci Ümumrespublika yaradıcılığ baxış- müsabiqələrinin, habelə Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların 2011-ci ildə keçirdiyi müsabiqənin də qaliblərindənəm.
    “Gülüstan”, “Gənclik”, “Məcməüş–şüəra”, “Ay işığı” ədəbi məclislərinin iştirakçısı, “Qoroskop”, “Vətəndaş həmrəyliyi”, “Türküstan” qəzetlərinin bölgə yazarı, DAK-nin, QAT-nın, AzGƏC-nin üzvü, “Qədim Alpan və Albanlar” (Elm nəşr- 2007), “Yaralı Varlığımız” (Qanun nəşr- 2009) və “Üçüncü nöqtə” (Qanun-2011) kitablarının müəllifidir.
    Tanınmış yazar, alim və ictimai xadimlərdən R.Rövşən, M.Aslan, Ə.Hacızadə, Y.Həsənbəy, Ə.Salahzadə, P.Qəlbinur, Ş.Fazil, F.Qoca, F.Sadıq, S.Rüstəmxanlı, H.Əzimov, M.Mirəlioğlu, N.Nəsibli, N.Şəmsizadə, V.Əlixanlı, S.Calaloğlu, F.Qurbansoy, A.Mirseyid, Y.Oğuz, A.Nağı, Ə.Mədətoğlu, İ.Soltan, S.Rəhimli və b. yaradıcılığım və kitablarım haqqında müsbət fikirlər söyləmiş, məqalə və şeirlərimi mükafata layiq bilmişlər. Yaradıcılığım, kitablarım və yubileyim isə aşağıdakı qəzet, jurnal və toplularda işıqlandırılmışdır: Bölgə yazarı olduğum qəzetlərdən əlavə; Zaman, 525, Ədalət, Ekspress, Olaylar, Kaspi, Gündəm, Ölkə, Nəbz, Xural, Nota, Hürriyyət, Palitra, Şəhriyar, Millətim, Mədəniyyət, Təzadlar, Ədəbiyyat, Reytinq, Aydın yol və b. qəzetlər; Ulduz, Azərbaycan, Qobustan və b. jurnallar; Yaşıl budaqlar, Ədəbi Şirvan, Ümidlər və arzular və b. toplular.
    Mən 1978-ci ildə Alpan kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1979/81-ci illərdə hərbi xidmətdə olaraq çavuş rütbəsində tərxis edilmiş, Bakı Maliyyə Kredit Texnikumunda göndərişlə 3 aylıq kurs keçərək 1982/89-cu illər arası Quba Mərkəzi Əmanət bankında nəzərətçi- xəzinadar vəzifəsində çalışmışam. Habelə, 1997-ci ilədək müxtəlif vaxtlarda Konserv zavodu və İnşaat briqadasında, Meşəçilik və meyvəçilik təsərrüfatı sahələrində işləmişəm. 2002-ci ildən evliyəm, 1 övladım var.

    BAŞLANĞIC VƏ SON

    Ulu Tanrı xilqəti –
    Odla hava vəhdəti
    Cinlər yaşayıb öncə
    Yer üzündə- od ərlər…
    Uca Tanrı ziynəti –
    Torpaqla su vəhdəti
    Adəm- insan- ruh incə
    Yer üzünə gəlincə
    Canlandı göylər, yerlər…
    Amma Qabil soyunda
    İnslə – cin qarışınca,
    Başladı qara günlər.
    Görünməz odlu nurlar,
    Duyulmaz oldu ünlər…
    Tufan qopdu, su basdı
    Tanrının qəzəbindən,
    Yenə də anlamazdı –
    Nuhdan törəyən ərlər.
    Tanrı türkün zatını
    Xilas etdi bir zaman,
    Bəşərin bel sütunu,
    Dünyanın xəlifəsi
    Olmalıydı… olmadı.
    Qalır bir Sahib- Zaman.
    İndi bəşər oyunda;
    Muzdlu ağlar yasında,
    Cinlər oynar toyunda.
    Pozulduqca nizamlar,
    Aşıldıqca iznlər
    Pisliklər axınlaşır,
    Sonuna yaxınlaşır
    Bu sınaq, bu oyun da…
    Bu qırğınlar, qətllər,
    Fəlakətlər, qəzalar,
    Intiharlar, azarlar
    Qiyamətmi gətirər?!
    Öncə ədalət doğur,
    Sonra qopur Qiyamət,
    “Quran”da nicat, uğur,
    Namaza dur-qiyam et.

    28. 12. 2008

    Bir şəkilə mənzum şərh

    Əzizi kəniz olan,
    köstəbək,manıs olan…
    ilhamı “panos” olan-
    Ha arıt,təmiz olmaz.
    Qədirbilməz düşüyün,
    yuyulmamış qaşığın,
    “Kişiliksiz” aşiqin
    arxası omuz olmaz…
    Ayağı sürüşkənin,
    tərifə alışqanın,
    “Məhşərlik qarışqa”nın
    qıldığı,namaz olmaz…
    Taleyin taykeşdisə,
    Könül gözün çaşdısa,
    çobanın oynaşdısa…
    süründən damaz olmaz.
    Çəkən görünməsə də,
    Çökən qorunmasa da,
    kökən aranmasa da…
    …hər süddən kımız olmaz!

  • Gülnar SƏMA

    gs

    Gülnar Səma (Qasımlı Gülnar Vaqif qızı) 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olmuşdur. 2001-ci ildə “Mən sehrli səmayam”, 2011-ci ildə “İçimdəki söhbətlər” şeirlər kitabı çap olunmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan Ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. DGTYB-nin və 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. 2009-2014-cü illərdə Tovuz rayonunun Muncuqlu kənd ümumi-otra məktəbində müəllim işləmişdir. 2014-cü ildən “Hədəf” hazırlıq kurslarında müəllim işləyir. 2009 və 2014-cü il seçkilərində Tovuz rayonunun Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2015-ci ildə 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatına və diplomuna layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

    “GÜL” də ilk kitabımın adı

    Mən sehrli səmayam

    Səma – sirli kainat,
    Ay-ulduzlu məkandır.
    Səyyarələr guşəsi,
    Sehrli asimandır.

    Mən də həmin səmayam,
    Şeir ulduzum-ayım.
    İstərəm ki, sehrimi,
    Bütün dünyaya yayım.

    İstərəm Günəş təki,
    Bu dünyaya nur saçam.
    Günəş kimi səhərin
    Gözlərini mən açam,

    Gecələr nurlandıran,
    Həm ulduzam, həm ayam.
    Günəşiylə nur saçan,
    Mən sehrli Səmayam,

    8.12.2000

    “GÜL” növbəti kitabım

    Tovuz

    Bir adına min bir tərif yazılmış,
    Səfalı, tərifli məkandır Tovuz.
    Köksündə min şəfa bulağı qaynar,
    Hər otu dərmandı, loğmandı Tovuz,

    Özü oğuz yurdu, insanları türk,
    Edər yağıları o bölük-bölük,
    Uludan-uludur, böyükdən böyük,
    Dərbənddir, Təbrizdir, Turandır, Tovuz.

    Səma da doğulub türk torpağında,
    Türklər vətənidir solun, sağın da,
    Haçaqaya kimi uca dağında,
    Türkün məşəlini sən yandır, Tovuz.

    22.12.2000

  • “Günəşin düşmədiyi odalar” kitabının təqdimat mərasimi keçirilib

    28 fevral 2015-ci il tarixində saat 15:00-da “Kitabevim.az” mağazasında “Yenibaxis.az” saytının təsisçisi və baş redaktoru Aysel Abdullazadənin “Günəşin düşmədiyi odalar” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Saqif Qaratorpaq, AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Prezident təqaüdçüsü, AMEA-nın doktorantı, gənc şair Gülnar Səma, AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şəfa Vəliyeva, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İntiqam Yaşar, müəllifin qələm yoldaşları və yaxın dostları iştirak edbilər.
    Tədbiri giriş sözü ilə açan müəllifin yaxın rəfiqəsi, köşə yazarı Günel Fərhadqızı müəllifin yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı nəzm əsərlərindən parçalar səsləndirib, publsistika sahəsindəki nümunələrinin mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib.Yeni işıq üzü görmüş kitabının sədasının respublikanın hüdudlarından da kənardan gəlməsini dilədi.Tədbir iştirakçıları müəllifin yaradıcılıq yolu və fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşdülər, arzu və istəklərini dilə gətirdilər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.Bugünkü görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində “Kitabevim.az” mağazasının Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Günəşin düşmədiyi odalar” kitabının təqdimat mərasimi keçiriləcək

    28 fevral 2016-cı il tarixində, saat 15:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar, “Yenibaxis.az” saytının təsisçisi və baş redaktoru Aysel Abdullazadənin adlı ilk kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostlarının iştirakı da nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 may metro stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Aysel ABDULLAZADƏ.Yeni şeirlər

    12607218_940774069370199_1120366057_n

    “Günəşin düşmədiyi odalar…”dan

    Pərdəsi çəkilmiş otaqda
    üşüyən adamlar var –
    çılpaq, divardan asılmış,
    rəngli çərçivəyə salınmış
    adamlar…
    Günəşin düşmədiyi bu odada
    buz kəsilmiş qəlblər var
    çılpaq, sevgisiz
    mərhəmətdən çox ötədə…
    Sərin duyğular var,
    bu qaranlıq çökmüş dörd divar arasında.
    Və ümidi tükənmiş arzular yatır
    döşəksiz yatağın quru taxta qucağında…

    ***Bu günün sevgisinə özəl… GÜNÜNÜZ HƏMİŞƏ SEVGİ DOLU OLSUN!

    Səninlə yaşlanmaq istəyirəm!
    Saçlarına düşmüş bəyazları ovuclarımda qarışdırıb,
    İllərin üzündə saldığı izləri
    gözlərinə baxıb oxumaq istəyirəm.
    Soyuq qış gecələrində qoynuna sığınıb
    Əllərimi ovuclarında sıxarkən,
    hərarətini duymaq istəyirəm.
    Səninlə yaşlanmaq istəyirəm!
    Baharın ilk çiçəyini birlikdə qoxulayaq.
    Günəşin al şəfəqləri altında ikinci baharımızı yaşayaq.
    İlləri, keçən günləri düşünüb fotolardan xatırlayaq…
    Sənə qəhvə dəmləyim, acı olsun,
    Mənə baxaraq dadını məndən alasan.
    Udqunduqca hər qurtumunu
    Gəncliyimizdəki illəri təkrar yaşayasan.
    Səninlə yaşlanmaq istəyirəm!
    Səhərlər çayın ətrinə oyadam səni,
    Qucaqlayıb boynundan qoxulayam səni,
    Ətrin dolsun içimə, həsrətini çəkərcəsinə
    öpüm səni…
    Bir payız axşamı qapı döyülsün
    Üzümüzdə sevinc hissi ilə yaxınlaşaq qapıya…
    Sən de oğlumdur, mən deyim qızımızdır,
    Açıb görək ki, üşümüş iki balaca əl, bir cüt göz
    Sən demə, gələn nəvəmizdir.
    Səninlə yaşlanmaq istəyirəm!
    Parklarda gəzintiyə çıxaq, gəncliyi xatırlayıb
    İçdən bir təbəssümlü hava udaq.
    Əl-ələ gəzən sevgililərdə özümüzü tapaq.
    Sevgimiz ilk günki kimi təravətli
    Səni gördüyüm ilk yay axşamı qədər hərarətli,
    Hələ də…
    Kinoya gedək, sənə sığınıb filmə baxım
    Film çıxışı dəniz kənarında dolaşıb
    o günləri anım.
    Səninlə yaşlanmaq istəyirəm!
    Ruhumu ruhundan ayırmadan,
    Bir gün torpağa qarışıb,
    yenidən səninlə doğulmaq istəyirəm!

  • Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin önündə anım mərasimi keçirilib

    Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsindən 24 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən 25 fevral 2016-ci il tarixində Türkiyənin İzmit şəhərinin Yenişəhər məhəlləsindəki parkda, ucaldılmış Xocalı abidəsinin önündə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə anım mərasimi keçirilərək qərənfillər qoyuldu.
    Mərasimində, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Türkiyyə Parlametlər arası dostluq qurupunun rəhbəri millətlət vəkili Qənirə Paşayeva, “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri, İzmit şəhər Bələdiyyəsinin, Kocaeli Böyük şəhər Bələdiyyəsi sədrinin nümayəndələri, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
    Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər ” Fondunun Prezidenti, “Işğala,Terrora və Əsassiz Iddialara Qarşi Beynəlxalq Formun” Azərbaycan Təmsilçilyinin koordinatoru, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov Sovet ordusunun ermənilər tərəfindən satın alınaraq muzlu hərbi biləşməyə çevirilərək, Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım aktının törədilməsində bilavasitə iştirak etmiş 366-cı alay haqqında ətraflı məlumat verərərək qeyd etdi ki, 366-cı motoatıcı alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdü.
    Ştat üzrə 1800 hərbi qulluqçusu, 100-ə yaxın hərbi texnikası var idi. MDB Silahlı Qüvvələrinin Quru qoşunlarının Baş Qərargahının rəisi general-leytenant Ter-Qriqoryants da milliyətçə erməni idi və o da erməni terrorçularına kömək edirdi. 366-cı alayda xidmətdə olan zabit və gizirlərin 50-dən artığının erməni olması və eyni zamanda bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması vəziyyəti çətinləşdirirdi.
    1991-ci ilin yayından polkun komandiri təyin edilmiş polkovnik Zaviqorovun erməni terrorçularının tərəfini saxlaması da azərbaycanlıların işini pisləşdirdi, 1992-ci il yanvar ayının 12-13-də Xankəndindəki 366-cı motoatıcı alayda hərbi xidmət keçən əslən Özbəkistan və Türkmənistandan olan yeddi nəfər əsgər qaçmışdı. Onlar bildirmişdilər ki, ordunun rəhbərliyi nəinki silahların, texnikanın bir hissəsini erməni yaraqlılarına verir, həm də əsgərləri azərbaycanlılara qarşı atəş açmağa məcbur edirdi və bizi muzdlu qatillərə çevirmək istəyirdilər!
    366-cı motoatıcı alayı Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
    Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat Idarəsinin polkovniki Vladimir Romanoviç Savel¬yevin məlumatları isə daha tükürpərdicidir. O, Xocalı soyqırımı ərəfəsi və günlərində 366-cı alayda baş verənləri, erməni və rus əsgərlərinin hərəkətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyəti Kremlə, müdafiə Nazirliyinə, Baş Kəşfiyyat Idarəsinin generallarına 19 səhifəlik məxfi məlumat – arayış göndərməklə bildirmişdi.
    Xidməti vəzifəsi ilə əlaqədar hadisələrin ən qaynar yerlərində olan, dəqiq məlumatlara malik polkovnik proseslərin canlı şahidi olmuşdur. O yazır ki, «mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün «hədiyyə» etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Brois Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib»
    Polkovnik V.Savelyev bu alayın ermənilər tərəfindən azər¬baycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: «Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliy¬yatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, pod-polkovnik Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan Ishaq Lixodyan ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü»
    Onu da qeyd edək ki, azərbaycanlılara qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da yaxından iştirak etmişdilər. Onlar belə əməliyyatlarda «yuxarıların tapşırığı» ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, «Xankəndi şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-mühafizə batalyonu və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi»
    Faktların, sənədlərin və bu məsələ barəsində müxtəlif ölkələrdə çapdan çıxan yazıların təhlili göstərir ki, ermənilərə Avropa ölkələrindən də, xüsusilə Fransadan müntəzəm silah, sursat, ərzaq və s. göndərilmişdir. Məsələn, onlarca belə yazıların birində göstərilir: «Üstəlik Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd zirehli jilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylandı» Bundan əlavə 366-cı alayın nəzdinə «Klukin erməni cəbhəsi» deyilən «rota» yaradılmışı. Bu rotanın özəyini Livan, Amerika, Kanada, Iran, Isveç və Hollandiyadakı erməni quldur birləşmələri təşkil edirdi. 1988-ci il fevralın 17-də qızlardan ibarət «Şuşanik» adlı erməni snayperçilər dəstəsi həmin birləşməyə qoşulmuşdu. Düşüncələrində türk düşmənçiliyi hopdurulan, insan idrakından uzaq olan «Şuşanik» snayperçiləri Livandan gətirilmiş muzdlu qatillər idi. «Klukin erməni cəbhəsi»nə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi.
    Qeyd edək ki, erməni millətçi-şovinistlərinin hazırladıqları əməliyyatlar «Haydad» və ASALA terror təşiklatları ilə birgə icra olunurdu.
    SSRI-nin, sonralar isə MDB-nin IV ordusunun 23-cü diviziyasının Xankəndində yerləşən 366-cı moto-atıcı alayının hərbi texnikasından Xocalıya qarşı istifadə ediləcəyi barədə respublika rəhbərliyinə xəbər verilmişdi. Ona görə respublika rəhbərliyi, ictimaiyyəti IV Ordunun komandanı general Popovdan bunun ən qısa müddətdə qarşısını almağı tələb etdilər. Hətta alayın çıxarılma müddəti də 1 mart 1992-ci il müəyyən edilmişdi. Lakin bunun heç bir xeyri olmadı. Əksinə, alayın qulluqçuları texnikanı ermənilərə satmaq işini daha da artırdılar. Məsələn, respublika təhlükəsizlik xidməti radio dalğa tutanların ratsiya ilə danışan 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçusunun silah alveri ilə əlaqədar bir milyon barədə mübahisəsinə dair qeyd etdiyi “Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamalısan. Bilmirəm milyondur, milyon deyil, amma yarısı bizimdir” sözləri bunu bir daha təsdiq edir.
    Qeyd edək ki, ermənilər silah-sursatı rüşvət və ya oğurluq ilə əldə edə bilmədikdə Sovet Ordusunun silah anbarlarına hücumlar təşkil edirdilər. Belə ki,1990-cı il 1 yanvarından 1992-ci ilin iyununadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum olmuşdur ki, onun da 130-u Ermənistanın, 164-ü isə Dağlıq Qarabağ ermənilərinin payına düşmüşdür Doğrudur, bir sıra hallarda Sovet-rus ordusunun rəhbərlərinin razılığı ilə silahlar əl altından satılır, özlərini bir növ sığorta etmək üçün sonradan bu bazalara hücum tamaşaları düzəldilir və yanğın törədilirdi.
    Vaxtilə dinc, silahsız adamlar qırmaqla, itaətə gətirməklə Macarıstanda, Çexo-Slovakiyada, Polşada, Əfqanıstanda yerinə yetirib “qəhrəmanlıq” təcrübəsi toplayan Sovet Ordusu özünü 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Vilnüsdə və Bakıda bir daha göstərmişdi.
    Indi, bu “şanlı ordu” qısa bir müddətdə xalqımıza qarşı növbəti dəfə soyqırımda iştirak etməyə hazırlaşırdı.
    Hərbi texnikada azərbaycanlılardan üstün olan ermənilər 1991-ci ilin oktyabrından 1992-cı ilin yanvarınadək Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdam rayonunun Imarət Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd, Tuğ kəndləri, keçmiş Hadrut rayonunun Axullu, Salakətin kəndləri, Goranboy rayonunun Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilərək yandırılmış, məhv edilmişdi.
    Xocalı qətliamı ərəfəsində ermənilər Xocavənd rayonunun Qaradağlı, Əmirallar, Ağdərə rayonunun Umudlu, Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərini hər tərəfdən müha¬sirəyə almışdılar. Strateji cəhətdən çox böyük əhəmiyyəti olan bu yaşayış məntəqələrinə gedən keçidlər, yollar erməni silah¬lıları tərəfindən tutulmuşdu. Onlar bu yerləri zəbt etməklə Qara¬bağın şimalından cənubuna, şərqindən qərbinə sərbəst hərəkət imkanı əldə edə bilərdilər. Azərbaycanlıların hərbi texnikasının, silah və sursatın daim çatışmaması erməni terrorçularının gün¬dən-günə güclənən hücumlarının qarşısını almaqda çətinlik yaradırdı.
    1992-ci ilin yanvarın 21-də Qaybalı, fevralın 12-də Quşçular və Malıbəyli, fevralın 17-də isə Qaradağlı kəndləri ermənilər tərfindən zəbt edilib yandırıldı.
    Ermənilər fevralın 11-də beş aya yaxın mühasirədə saxladığı Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə üç tərəfdən tanklar və zirehli maşınlarla hücum etmişdilər.
    Yerli sakinlər, kəndlərin mühafizəsində dayanmış milis işçi¬ləri və özünümüdafiə qüvvələri düşmənə ciddi müqavimət gös¬tər¬mİşlər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə tədricən geri çəkilməyə məcbur olmuşlar. Bu hücum zamanı 28 nəfər öldüpülmüş, 39 nəfər ağır yaralanmış, bir neçə nəfər isə erməni quldurları tərəfindən girov götürülmüşdür.
    Yüzlərlə sakin, o cümlədən qadınlar və uşaqlar dağlara çəkilmiş, meşə ilə Ağdam rayonunun Gülablı kəndinə üz tutmuşdular. Yollar isə Əsgəran rayonunun Harov kəndi yaxınlığından keçirdi. Məsələdən xəbərdar olan ermənilər yolu kəsərək onları yenidən gülləyə tutmuşdular. Bir neçə saat davam edən atışmadan sonra mühasirəni yarıb səhərə yaxın Ağdamın Gülablı kəndinə gəlmək mümkün olmuşdu. Malıbəyli və Quşçular kəndindən 4 min adam didərgin salınmış və respublikanın müxtəlif bölgələrinə pənah aparmalı olmuşdu.
    Ermənilər Qaradağlı kəndini işğal edərkən xüsusi amansızlıq göstərmişlər. Strateji əhəmiyyətli ərazidə yerləşən bu kənd 4 il (1988-1992) ərzində düşmənlərə qarşı qəhrəmancasına mübarizə aparmış və 77 nəfər şəhid vermişdir.
    1992-ci il 15-17 fevralda üç gün ərzində ağır döyüşlərdən sonra ermənilər bu kəndi işğal edib büsbütün yandırıb məhv etdilər. Erməni faşistləri döyüş zamanı ağır yaralanan və hərəkət edə bilmədiyindən əsir düşən 48 nəfər azərbaycanlını rəhm etmədən xüsusi amansızlıqla qətlə yetirdilər.
    Ermənilər Rus ordusunun 366-cı motoatıcı alayının hərbi qulluqçularının və hərbi texnikasının köməkliyi ilə hansı ərazini tuturdularsa, orada nəinki bir nəfər də olsun azərbaycanlı qalmır, dinc əhalini öldürür, hətta maddi mədəniyyət abidələrini dağıdır, kəndləri yerlə yeksan edir, bir sözlə yandırılmış torpaq siyasəti aparırdılar. Bilavastə Rus Ordusunun 366-cı alayınnın döyüş texnikası-nın köməkli ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə-Xocalı qırğını baş verdi.
    Təəssüflər olsun ki, bu günə kimi ra366-cı motoatıcı teror alayının ovaxtki heç bir komandiri Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsində bilavəstə iştirak etdiyləri üçün cinayyət məsuliyətinə cəlb edilməmişdir.
    Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, dinc və günahsız insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

    Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun mətbuat xidməti

  • Bakı Dövlət Universitetində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    Bakı Dövlət Universitetin foyesində Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisinə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. Rektor Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun Rusiya nümayəndəliyi tərəfindən bu siyasətin uğurla həyata keçirildiyini qeyd edib. Rektorun çıxışından sonra Xocalı qətliamının ilk şahidlərindən biri, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin xatirələri dinlənilib.
    Daha sonra “BDU Dram Klub”un iştirakçılarının Xocalıda həmən gecə baş verən dəhşətləri, qətliamı özündə əks etdirən səhnəcik və video-çarx nümayiş etdirilib. Sonra Əməkdar artist, qiraət ustası Ağalar Bayramovun ifasında Xocalı haqda şeirlər dinlənilib. Sonda tələbələrin dünya ictimaiyyətinə müraciəti – “Xocalıya ədalət” adlı Petisiya təqdim edilib. Bakı Dövlət Univeristetinin başlatdığı bu Petisiyanı digər Azərbaycan Universitetlərinin de davam etdirilməsi yönündə işlər nəzərə çatdırılıb.

    Nigar RÜSTƏMQIZI,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • Khojaly Massacre

    The Khojaly Massacre
    Khojaly was the second largest town in Nagorno-Karabakh, with a total area of 7.5km2, and was home to the only airport in the region. The Khojaly population before Armenia’s territorial claim was 23,757, but this had dwindled to 2,500 before that fateful February day. The situation in February 1992 was exceptionally bleak for Khojaly – there were no telecommunications, electricity, paraffin or water, and all food, other than locally-grown potatoes, ran out on 21 February. Escaping these dire conditions was not easy. The roads from Khojaly to surrounding Azerbaijan had been cut off, blockaded by Armenian forces and troops of the former USSR that were still in Nagorno-Karabakh, making helicopter access the only way to reach the town, and this attracted constant Armenian gunfire. The only other option for the Khojaly population was to flee the town on foot, which was an arduous, treacherous journey to safety. The inhabitants of Khojaly were at their most vulnerable on 26 February 1992[EP1].

    On the eve of 25 February, Armenian armed forces began what they anticipated would be a final takeover of the area. Khojaly residents were told that if they evacuated they would be granted safe passage – they were soon to discover that this was a horrific act of deception. As the entire town’s population began to flee Khojaly, Armenian armed forces and members of the No. 366 Soviet motorised rifle regiment confronted them on the border. Armenian armed forces met the townspeople with fierce gunfire. The terrified and unarmed population, the majority of whom were woman and children, were slaughtered.

    During the massacre, Armenian armed forces murdered 613 innocent Azerbaijanis, including 106 women, 63 children, and 70 elderly people. Of these deaths, 487, including 76 young children, had horrific injuries and 56 were killed by methods classified as ‘severe cruelty.’ Civilians were shot at close range, scalped and burned alive. Some had their eyes gouged out and others were beheaded. One pregnant woman was even bayoneted in the abdomen. Those wounded inhabitants who escaped the gunfire were forced to trek through the mountains to safety – many perished in the cold. A further 1275 people were taken hostage.

    Once all the Khojaly citizens had been slaughtered, imprisoned, or had fled the town, Armenian soldiers quickly took control of the region with the partial objective of obscuring the scale of the massacre. Azerbaijani helicopters attempted to pick up the bodies, but continually came under fire. Most of the dead were carried in vehicles, being transported by the truckload. However, the whereabouts of a further 150 victims remain unknown. The massacre at Khojaly by Armenia contravened international law and violated Geneva conventions and articles 2, 3, 5, 9, and 17 of the Declaration of Human Rights (adopted by the UN General Assembly on 10 December 1948).

  • Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Beynəlxaq Ana dili günü”nə həsr olunmuş Dəyirmi masa təşkil olunub

    Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Ümumi dilçilik kafedralarının və “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşlarının iştirakı ilə “Beynəlxaq Ana dili günü”nə həsr olunmuş Dəyirmi masa təşkil olunub.

    Müasir Azərbaycan dili kafedrasının müdiri, professor S.Abdullayeva tədbiri giriş sözü ilə açaraq, UNESCO-nun təklifi ilə 21 fevralın 1999-cu ildən Ana dili günü elan olunduğunu və bununla kiçik xalqların öz dillərini qorumaq hüququ qazandıqlarını, ana dili haqqında H.Zərdabi, F.Köçərli, Ö.F.Nemanzadə, M.İbrahimov kimi görkəmli şəxsiyyətlərin fikirlərini qeyd etmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dilimizin qorunması, dövlət dili səviyyəsinə yüksəlməsi sahəsində xidmətlərini xatırladıb. Dəyirmi masa iştirakçıları dilimizin qorunması üçün dövlət səviyyəsində görülən tədbirləri, xüsusən, son illərdə ölkə başçısı İlham Əliyevin bununla bağlı sərəncamlarını yüksək qiymətləndirib. Müzakirələrdə ədəbi dil normalarının yazılı KİV-lərdə, televiziya kanallarında, film və seriallarda, ayrı-ayrı vəzifəli şəxslərin və hətta təhsil işçilərinin nitqində rast gəlinən kobud pozulması halları, onların səbəbləri və aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılmış, ədəbi dil normalarına müəllimlərin nitqində riayət edilməsinin vacib olduğu xüsusi vurğulanıb. Tədbir iştirakçıları dilimizin saflığının qorunması, onun qloballaşma dövründə inkişafının təmin edilməsi, bu sahədə görülən işlərin əlaqələndirilməsi və onlara nəzarətin təmin olunması üçün vahid bir qurumun yaradılmasını məqsədəuyğun olduğunu qeyd ediblər.

    Sonda təklif və iradların geniş ictimaiyyətin, müvafiq dövlət qurumlarının diqqətinə çatdırılması və belə müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

    Nigar RÜSTƏMQIZI,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • Aqrar Universitetin tələbələri Xocalı harayına yığışıb

    http://s019.radikal.ru/i638/1602/a6/387827aeb8a3.jpg

    http://s019.radikal.ru/i604/1602/d9/e9cd6a520d1e.jpg

    http://s45.radikal.ru/i110/1602/03/74e52da98d50.jpg

    Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültə və ixtisaslarında ilk dərs saatı Xocalıya, bir kəndin yer üzündən silinməsinin qanla dolu tarixinə həsr edilib.
    ADAU-nun mətbuat xidmətindən bildirilir ki, universitetin aqranomluq fakültəsinin müəllim və tələbələri tədris korpusunun foyesində Xocalı harayına toplaşıb. Əvvəlcə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov XX əsrin amansız, xüsusi qəddarlıqla həyata keçirilən faciəsi olan Xocalı soyqrımı haqqında ətraflı danışıb. Xocalı hadisəsinə gedən yolun tarixi köklərinə aydınlıq gətirib. Deyib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biridir.
    Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və professor Bəhman Əliyev çıxışlarında bildirilib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
    Tələbələrin hazırladığı “Xocalı qan yaddaşı” adlı tamaşa isə iştirakçılara daha təsirli anlar yaşatdı. Tələbələrin yaddaşına həkk olan faciə dolu tarixin qisasının alınacağına inamlar artdı. Bir daha əminlik yarandı ki, indi daha vətənpərvər gənclik formalaşır, tarixin qan dolu səhifələrini qələbələrlə əvəzləyəcək qüvvələr yetişir. Bu da Azərbaycanın haqq işinin qalib gələcəyinə, faciə qurbanlarının qanının yerdə qalmayacağına, düşmən əsirliyində olan Xocalının azadlığa qovuşacağına güclü stimuldur.

    Qalib Rəhimli,
    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri

  • Rahilə DÖVRAN.”Xocalı”

    12743497_1690470494498321_600173415969094829_n

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Söndü səmaların ulduzu, danı,
    Ağladı zamanın saatı, anı.
    O müdhiş, o qarlı fevral gecəsi,
    Dünyanı sarsıtdı dad, fəryad səsi.
    O gecə insanlıq nələr itirdi,
    O gecə gözlərdə dəhşət bitirdi.
    O gecə əfsanə, sanki nağıldı,
    O gecə bir şəhər qanda boğuldu.
    O gecə doğrandı ahıl, körpələr,
    Yanıb kömür oldu məsum çöhrələr.
    Üzüldü bir anda başlar gövdədən,
    Qanla qüsul etdi çox başsız bədən.
    Körpə fidan idi arzu, diləklər,
    Qızmış atəş idi cani küləklər.
    Fələyin o qanlı camı dolmadı.
    Əcəl açmadığı qapı qalmadı.
    O gecə Xocalı oldu Kərbala,
    Müsibət, qan gölü, hər tərəf bəla….
    Doğrandı ülviyyət, sevgi, məhəbbət,
    Doğrandı etibar,inam, sədaqət.
    Dinləsin sözümü səbəbkar olan,
    Deməz türk övladı heç zaman yalan.
    Sığınıb köpəktək xaç kölgəsinə,
    Namərdlik eylədi od ölkəsinə.
    Yurdumun yanında cırtdandır boyu,
    Qanlı təbillərlə çalınar toyu.
    Eşit sözümü sən qanlı qəsbkar,
    Qisas təşnəsidir şanlı zülfüqar!…

    23.02.2016.

  • Rahilə DÖVRAN.”Külə dönübdür Xocalı”

    12743497_1690470494498321_600173415969094829_n

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Buzttək soyuq, qarlı gecə,
    Qırğın, fəlakət, işgəncə.
    Dil söyləsin bunu necə?
    Körpə, uşaq, gənc, qocalı,
    Külə dönübdür Xocalı.

    Ölüm saçıb üz, gözündən,
    Fələk çıxıb lap özündən.
    Silinibdir yer üzündən
    Körpə, uşaq, gənc, qocalı,
    Külə dönübdür Xocalı.

    Ərşə qalxıb ah-nalələr,
    Qar üstündə al lalələr.
    Qopan başlar, ayaq, əllər,
    Körpə, uşaq,gənc, qocalı,
    Külə dönübdür Xocalı.

    Dözmək olmur ahu-zara,
    Ürəklərdə dərin yara.
    Dünya görən baxır hara.
    Körpə,uşaq,gənc, qocalı,
    Külə dönübdür Xocalı.

    Niyə susur yer kürəsi?
    Hanı ATƏT, BMT-si?
    İnsanlıgın faciəsi-
    Körpə,uşaq, gənc, qocalı,
    Külə dönübdür Xocalı.

    Yetər tutduq bunca yası,
    Gəlin geyək hərb libası.
    Alaq yağıdan qisası,
    Körpə, uşaq, gənc, qocalı,
    Geri dönsün, sad Xocalı!…

    24.02.2016.

  • “Xocalı qan yaddaşımızdır”

    Səbail rayon gənclər və idman İdarəsi “Xocalı faciəsinin 24-cü ildönümü” münasibəti ilə “Xocalı qan yaddaşımızdır” adlı anım tədbiri və bununla əlaqədar olaraq inşa müsabiqəsi keçirdi.

    İlk öncə, Xocalı şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
    Tədbiri giriş nitqi ilə Səbail rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Mürsəlov giriş nitqi ilə açıq elan edərək tədbirdə iştirak edən qonaqları və Səbail rayonunun məktəb müəllimlərini və məktəblilərini salamladı. O, Xocalı Soyqırımında şəhid olanların qisasının yerdə qalmayacağını və gec-tez Ali Baş komandanımız Cənab İlham Əliyevin əmri ilə Azərbaycan oğullarının torpaqlarımızı geri qaytaracağını və onların qanlarının yerdə qalmayacağını vurğuladı.
    Vüqar Mürsəlov daha sonra Xocalı soyqırımı haqqında hazırlanmış videoçarxın təqdimatını izləməyi qonaqların nəzərinə çatdırdı.
    Çıxış üçün söz 1saylı ərazi inzibati icra nümayəndəsi Tərlan Qasımova verildi. O, Xocalı soyqırımı haqqında məktəblilərə daha ətraflı məlumat verərək, Xocalı şəhidlərinə Allahdan Rəhmət dilədi.
    Daha sonra söz Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Kadrlar şöbəsinin müdiri Gündüz Əliyevə verildi. Gündüz Əliyev gənc məktəblilərin günü-gündən daha vətənpərvər olub hər bir addımlarında Azərbaycan adlı bir Odlar yurdunun övladı olaraq vətən üçün uğurlu vətəndaş kimi yetişmələrini arzuladı.
    Sonra, 236saylı Tam orta məktəbin tarix müəllimi Rövşanə İsmayılova çıxış etdi. O, məktəblilərin daha dolğun tarixi məlumatlara yiyələnməsi üçün daha geniş tarixi bilgiləri onların nəzərinə çatdırdı.
    Növbəti çıxış üçün söz, İngilis dili müəllimi, Gənc yazar və Bədii qiraətçi Ülkər Piriyevaya verildi. O Xocalı şəhidləri üçün özünün yazdığı “Oyan qeyrətim , oyan” adlı şeirlə çıxış edib, şəhidlərimizə Allahdan rəhmət dilədi.
    Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov “Xocalı faciəsinin 24-cü ildönümü” münasibəti ilə “Xocalı qan yaddaşımızdır” adlı inşa müsabiqəsində fərqlənən şagirdlərə “Təşəkkürnamə”, 1,2 və 3-cü yerin sahiblərini diplom və hədiyyələrlə təltifi mərasimini elan etdi.
    1-ci yerin sahibi 132-134 saylı məktəbin şagirdi Abbaszadə Məhəmməd Əli Rafiq oğlu, 2-ci yerin sahibi Kərimli Dünya Amin qızı, 3-cü yerin sahibi Seyidzadə Rəfiqə diplom və hədiyyələrlə təltif olundular.
    Ən sonda isə, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov “Xocalı faciəsinin 24-cü ildönümü” münasibəti ilə keçirilən “Xocalı qan yaddaşımızdır” adlı tədbiri bağlı elan etdi…

    Qeyd: Xocalı faciəsi bəşəriyyət əleyhinə törədilmiş cinayətdir!
    Oyan qeyrətim, oyan…
    1 parça..
    Nələr gördü millətim, nələr çəkmədi başı,
    Bacının namusuyçun silah çaəkdi qardaşı.
    Toy-büsat gözləyirdi neçə üzüyün qaşı,
    Çaqqallar yandırdılar yüzlərlə vətəndaşı.
    Oyan, qeyrətim , oyan, daha bəsdir göz yaşın,
    Haydı əsgər irəli, çalınsın Vətən Marşın,
    Yetər daha ağlamaq, başla qeyrət savaşın!

    Ülkər PİRİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • «Azərikimya» İB-də Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir


    Fevralın 25-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Heydər Əliyev Fondu və şəhər İcra Hakimiyyəti ilə birgə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.

    «Azərikimya» İB ilə yanaşı Sumqayıt şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin, təhsil və mədəniyyət ocaqlarının, kütləvi informasiya vasitələrinin nüma­yən­də­lə­rinin də iştirak etdiyi xatirə tədbirində öncə Xocalı soyqırı­mı qurban­larının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

    1992-ci il il fevralın 26-na keçən gecə Er­mənistan silahlı qüvvə­lərinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilən tədbirdə Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirilmiş, hələ 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyi, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunaraq, bütün beynəlxalq təşkilatların bu barədə məlumatlandırıldığı vurğulanmışdır.

    İki əsrə yaxın bir dövr ərzində ermənilərin işğalçılıq siyasətini araşdırmaqla məşğul olan və bununla bağlı kitablar, silsilə məqalələr dərc etdirən şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmud Lələdağ çıxış edərək ermənilərin məkrli işğalçılıq və soyqırım siyasətinin geniş təhlilini vermişdir.

    Anım mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilmiş, bu kampaniya çərçivəsində araya-ərsəyə gələn və bir sıra Avropa ölkələrində yayımlanan, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi iştirakçılara təqdim olunmuşdur.

    Sonda Heydər Əliyev Fondunun layihə-koordinatoru, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisi Fərid Cəfərov bu kam­paniya çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermiş, iştirakçıların bir sıra suallarını cavablandırmışdır.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Aqrar Universitetdə qan yaddaşımızın dəhşətli səhifələri vərəqləndi

    Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir adlı geniş tədbir keçirilib. Universitet miqyaslı anım toplantısında bildirilib ki, insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə kütləvi terror hadisələrindən biri kimi tarix olan Xocalı soyqırımının törədilməsindən uzun müddət keçsə də dünyanın güc dövlətlərinin ikili mövqeyinin hələ də davam etməsi ədalətsizlikdir.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin xəbərinə görə, iştirakçılar tədbirdən əvvəl universitet tələbələrinin faciəni əks etdirən rəsm əsərlərinə baxıb, hazırladığı guşə ilə tanış olublar.
    Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxışında deyib ki, 1992-ci ilin müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalan 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqrım aktı törədiblər. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub. Soyqrım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb.
    Rektor daha sonra qeyd edib ki, bu gün dünyanın güc birliklərinin Xocalıya ikili münasibəti davam edir, faciənin dünya miqyaslı hüquqi qiyməti gecikdirilir. Lakin hər bir vətənpərvər azərbaycanlı kimi universitetimizin tələbələri də soyqrım hadisəsinin ədalətli həlli istiqamətində dəyərli aksiyalar həyata keçirir. Universitetin beynəlxalq əlaqələr şöbəsinin xətti ilə artıq dünyada 1000-dən artıq ünvana Xocalı həqiqətlərini əks etdirən məlumatlar, vide görüntülər, filmlər göndərilib. Səfirliklər, konsulluqlar, dünyanın aparıcı universitetlərinin kollektivləri hadisə barədə bir daha faktların dili ilə məlumatlandırılıb.
    Tədbirdə bu faciəni xalqımızın böyük dərdi, qəmi bilən Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq, YAP Xocalı rayon təşkilatının gənclər birliyinin nümayəndələri iştirak edib

    Qalib Rəhimli,
    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri

  • Aqrar Universitetdə Xocalı Soyqrımının tarixi kökləri araşdırılıb

    Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan tarixi fəlsəfə və hüquq kafedrasının təşkil etdiyi “Xocalı soyqrımı 20-ci əsrin ən dəhşətli fasiəsidir” adlı tədbirdə Aqrar İqtisadiyyat və Aqrobiznesin idarə edilməsi fakültəsinin müəllim və tələbələri də iştirak edib.
    ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbiri giriş sözü ilə kafedranın müdiri Azad Bayramov açıb, Xocalı soyqrımının tarixi kökləri barədə ətraflı məlumat verib. Kafedranın baş müəllimi Azər Axundov, müəllim Sevda Abdullayeva, tələbələrdən Günel İbrahimova və Aytac Səmədli çıxışlarında qeyd edib ki, Azərbaycan xalqı zaman-zaman erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Bu illər ərzində Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla nəticələnib.
    Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tədbirə yekun vuraraq deyib ki, bu gün Xocalı facisəsinin dünyaya tanıtdırılmasının təməlini ulu öndər Heydər Əliyev qoyub. Yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqrım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi də davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqrım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin gercəkləşməsində Xocalıya ədalət kompaniyası müstəsns rol oynayıb.
    Tədbirdə bir daha bildırılıb ki, ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə-Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

    Qalib Rəhimli,
    Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri

  • Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

    picture

    26 fevral 2016-cı il tarixində saat 14: 00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçiriləcək.Tədbirdə Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılacaq, məruzələr dinləniləcək.XX əsrin 90-cı illərinin əvvəllərində erməni silahlı qüvvələrinin bölmələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım nəticəsində həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına başsağlığı veriləcək.
    Mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil, səhiyyə, o cümlədən yüksək vəzifəli dövlət və hökumət başçılarının, nümayəndələrinin də iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ə.Xəqani küçəsi 25, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

    picture

    24 fevral 2016-cı il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən yubilyarın qələm yoldaşları və yaxın dostlarının da iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ə.Xəqani küçəsi 25, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair Süleyman Rzazadənin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

    Fevralın 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Şam” Ədəbi Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, şair Süleyman Rzazadənin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət, o cümlədən yubilyarın qələm yoldaşları və yaxın dostları yaxından iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, şair Əziz Musa ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, yubilyarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.Sonra sözü Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocaya verib.Azərbaycan Yazıçılar Birliyinin I katibi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü Fikrət Qoca bugünkü tədbirin keçirilməsinin əsas səbəbkarı şair Süleyman Rzazadə haqqında xoş xatirələrini bölüşüb, doğum gününü təbrik edib, yeni yaradıcılıq uğurları diləyib.Tədbirin aparıcısı şair Əziz Musa bugünkü tədbirin gerçəkləşməsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla, zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib.Tədbirin gedişatında şair Süleyman Rzazadənin qələm yoldaşları və yaxın dostları öz arzu və istəklərini dilə gətirib, xoş xatirələrdən ürəkdolusu danışıblar, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər, müxtəlif illərdə yubilyar haqqında qələmə aldıqları yaradıcılıq nümunələrindən tədbir iştirakçıları üçün səsləndiriblər.Şair Süleyman Rzazadənin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaratdığına görə Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinə və kollektivinə sonsuz təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu dilə gətirib.Tədbirdə iştirak edən hər kəsə dəvəti qəbul edib, gəldikləri üçün öz təşəkkürünü bildirib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    ŞAİR HAQQ YOLUNDA….

    Ey medal ölüsü, təltif ölüsü,
    Ey şöhrət ölüsü, tərif ölüsü,
    Misranı beynimə mismarlama gəl.
    Bu gün dilin üstə can verən sözü
    Əl altdan sabaha ismarlama, gəl.

    Səsin öz başına düşməsin, qağa?
    Köksün öz qəlbinə genmi, darmı-gör.
    Sabah bu vətəndə dəfn olunmağa
    Qəbrinə bir qarış torpaq varmı? gör.

    Aldığın təltifi köksünə sıxıb,
    Yamanca ayırdın özünü xalqdan.
    Sənətə bir qazanc yeri tək baxıb,
    Haqqı taptalayıb, danışdın haqqdan.

    Mədənə bağlandı qəlbin, ürəyin
    Səsin qəlbindən yox, qarnından gəlir.
    Unutma bu xalqın duzu, çörəyi
    Getməz, belə getməz burnundan gələr.

    De, şairlik hara, məddahlıq hara?!
    Kimdən bu xislətə inam dilərsən.
    Şair xalq yolunda çəkilər dara.
    Sənsə xalqı satıb, hökmüdarından
    Mükafat dilərsən, ənam dilərsən.

    Gedər bu var-dövlət, ürəyin bir vaxt
    Səni öz içindən haraylar, səni……
    Adam tək ağ günə çıxartdı, ancaq
    Şair tək öldürdü saraylar səni.

    Ey məddah, ey yaltaq, çəkil kənara.
    Haqqın şairinin qoy səsi gəlsin.
    Ölü ilhamını get, göm məzara
    Bahar ilhamların nəfəsi gəlsin.
    Şair öz xalqının olar içində
    Şair öz xalqının ölər içində.

    28.01.1999.

    Könül, qəm eləmə…

    Könül, qəm eləmə, gen gəzsə əgər
    Bir zaman vurğunun, dəlin olanlar.
    Ağzını açmamış tutsa dilindən,
    Ağzıyın içində dilin olanlar.
    Bu da bir dünyadır…var boşu, bərki
    Hamıdan sədaqət ummağı tərgi.
    Nə vaxtdan özünə gün ağlayıb ki,
    Ürəyi obanın, elin olanlar.
    Duzsuzlar duz gəzsə şorunu görməz.
    Köksündə açılan şırımı görməz.
    Külüyün altında qorunu görməz,
    Nə çoxdur başına külün olanlar.
    Səsi haqdan gəlir şerin, sənətin,
    Ancaq bu hikməti anlayar çətin,
    Ayağı altında şanın, şöhrətin
    Hər zaman pəyandaz, kilim olanlar.
    Sibirel, əyrilər əyəmməz səni.
    Bədxahlar, xəbislər öyəmməz səni.
    Öyrənə-öyrənə bəyənməz səni
    Köçürə-köçürə alim olanlar.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    NƏ DEYİM

    Sonetlərim – silsiləsindən

    Qəlbim doluxsunmuş payız səması,
    İncitək gilələr süzür yanaqdan.
    İçimdə başlayıb dünya savaşı,
    Ən incə hisslərim keçir sınaqdan.

    Könül intizarda,gözümdə həsrət,
    Gəl desən şimşəyə dönərəm hər an.
    Kimi gözləyirəm,bilmirəm fəqət,
    Ruh məni tərk edib qalıb quru can.

    Bir ümid yaşatdım,hər an içimdə,
    Gözlədim yolunu,güman içində
    Gözlədim,gözlədim,gəlmədin yenə.
    Xəyalın buraxmır heç tənha məni,

    Unuda bilmirəm ən son kəlməni,
    Nə deyim mən sənə,-üzü dönənə?

    20.02.2016.

    MƏNİM TALEYİM

    Sonetlərim – silsiləsindən

    Soyuq bir qış günü gəldim dünyaya,
    Ulduzlar yanırdı qurd gözü kimi.
    Bulud pərdə idi parlayan aya,
    Günəş səmaların əzizi kimi.

    Qarlar qərq etmişdi gülü, çiçəyi,
    Nəğməkar bülbüllər dönük çıxmışdı.
    Həyata göz açan körpə ürəyi,
    Fələyin qəzəbi vurub yıxmışdı.

    Bu qarlar, şaxtalar çökdü canıma,
    Ömrümə, günümə, saat, anıma.
    Bir günüm olmadı acı, qəhərsiz.
    Yalvardım Allaha mən səhər, axşam,
    Ömrümə, günümə xoşbəxtlik alam.
    Taleh bir at verdi yüyən, yəhərsiz.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    12584137_533420616825212_752487860_n

    SƏN ELƏ MƏNİM EVİMSƏN

    Yoxdu səndən başqa evim,
    Sığındığım tək yerimsən.
    Özümü sənə tapşırdım,
    Sən, elə mənim evimsən…

    Fikirləri yığ bir yerə,
    Düşüncələr sizə gəlir.
    Dur ayağa aç qapını,
    Sən, elə mənim evimsən…

    Qarşıla xəyallarımı,
    Yer ver ona baş köşədə.
    Qonaq elə otağında,
    Sən, elə mənim evimsən.

    Çək nazını, oxşa onu,
    Yoxdu başqa gedəcəyi.
    Ürəyin ünvanın sonu,
    Sən, elə mənim evimsən.

    19.02.2016

    QOY NAZINI MƏN ÇƏKİM

    Qumral gözlüm, yada salıb andığım,
    Gecələri həsrətinə yandığım,
    Gündə yüz yol başına dolandığım,
    Gəl yanıma, qoy nazını mən çəkim…

    Sənsizliyin olur mənə dörd divar,
    Nə pəncərə, nə də ki, bir qapı var.
    Ürəyimin adın boyda çatı var,
    Gəl yanıma, qoy nazını mən çəkim…

    Könlümü fəth edib, qəlbimi çalan,
    Girib həyatıma, yurd-yuva salan,
    Ey mənim yanımda ömürlük qalan,
    Gəl yanıma, qoy nazını mən çəkim…

    Ömrümə yazılan güllü yazımsan,
    Dilimdən düşməyən xoş avazımsan,
    Sinəmə sıxdığım telli sazımsan,
    Gəl yanıma, qoy nazını mən çəkim…

    17.02.2016

  • Abdulla MƏMMƏD.Şeirlər

    12647929_456084107917624_702711598_n

    DÜNYA

    “Keçi can hayında,qəssab piy gəzir,”
    Gör kimlər qoynunda yarınır,Dünya.
    Başlılar başını götürüb gedir,
    Başsıza baş olur harının,Dünya.

    Səni duyan kəslər vaxtsız qarıyır,
    Abrına sığınır baxtsız qarıyır.
    Özündən qaçanlar dərdə yarıyır,
    Qoruya-qoruya arını,Dünya.

    Nə var yaşamağa-ürək boşdusa,
    Ürəksiz yanında sözün başdısa…
    Düzə göz yumduğun ehtiyacdısa,
    Zəlzələ dağıdar barını,Dünya.

    Ayıl,bu qəflətdən bir gözünü aç,
    Acın gözü toxdur,toxun gözü ac.
    Qiyamət gününə qalıbmı əlac?
    Soyub talayırlarvarını,Dünya!

    Azərbaycan.Quba.
    10.09.2000.

    BULUDLARLA SALAMLAYIR GÖY YERİ.

    “Qubanın təbiəti” silsiləsindən

    Şahdağından,Babadağdan yön alan,
    Çaylarının nəğməsi min avazlı.
    Dərələrdən cığırlara boylanan
    Nərğiz nazlı,lalə nazlı-ğül nazlı.

    Burda dağın duruşunda bir vüqar,
    Yaşıl meşə Əlçapanın kürkümü?
    Şahdağının çal saçları dümağ qar
    Bu mənzərə təbiətin hökmümü?!

    Möcüzəmi daş üstündə ağaclar,
    Burda ot da daş üstündə göyərir.
    Sanki sirdir bu yerlərdə nə ki var-
    Buludlarla salamlayır göy yeri.

    Burda çılğın dağ çayının özəyi,
    Şəlalə də daim coşur, hayqırır.
    Dağ kəlləri Babadağın bəzəyi,
    Səmasında qartalları qıy vurur.

    Qayalar da burda qartal duruşlu,
    Bulaqların buz suları bal dadır.
    Dərə boyu daim eniş-yoxuşlu,
    Kəmər yollar yolçuları aldadır.

    AZƏRBAYCAN.QUBA.
    1986.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ANASIZLIQ

    Dünyanı salıbdır nəzərimdən anasızlıq,
    Min dərd keçiribdir üzərimdən anasızlıq.

    Həsrətdən ürək çırpınır atəşlər içində,
    Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq.

    İnsafı olaydı azacıq taleyimin kaş,
    Başdan silinəydi qədərimdən anasızlıq.

    Etmiş məni ahu kimi ağlar bu yaşımda,
    Sonsuzdur, böyükdür kədərimdən anasızlıq.

    Əhvalımı sorsan deməyə söz tapa bilməm,
    Onsuz da yağır tər-təhərimdən anasızlıq.

    Həsrətlə keçən günlərimin yoxdur hesabı,
    Boylanmadadır hər səhərimdən anasızlıq.

    Bihudə deyildir dözümün yaşı durulmaz,
    Dolmuş içimə öz qəhərimdən anasızlıq.

    Qəlbimdə, Müzəffər, əbədi sızlayacaqdır,
    Daim anasızlıq, anasızlıq, anasızlıq.

    LAYİQ OLSAM

    Ana yurdum,-taleyimin, baxtımın,
    Ana dilim,- varlığımın aynası.
    Səndən ayrı qəlbim bir an toxtamır,
    Sən anamın şirin-şəkər laylası.

    Od ürəkli oğulları görənlər,
    Odlar yurdu söylədilər adına.
    Şöhrətinə uzananda yad əllər,
    Kür biləkli Babək çatdı dadına.

    Şah Xətai qələmiylə dilini,
    Qılıncıyla torpağını qorudu.
    Yad sözlərin sovurduqca külünü,
    Düşmənlərin “məğrur” qəddi qurudu.

    Düşündükcə taleyini bu gün mən,
    Nə Arazda günah gördüm, nə səndə.
    Baş açmadıq bu qarışıq düyündən,
    Gec ayıldıq,- yolumuzu kəsəndə.

    Ürəyinə od götürüb odundan,
    İgidlərin qanda qeyrət bəsləyir.
    Yüz illərdir ad saxlayıb yadında,
    Dədəm Qorqud sahibini gözləyir.

    Layiq olsam o inama, o ada,
    Halal etsən çörəyini, bəsimdir.
    Sərhədlərə sığışmayan inadam,
    Şimşəklərim harayımdır, səsimdir.

    Babalardan əmanətim, mirasım,
    Sevincinlə, kədərimlə mənimsən.
    Gələcəyə qanadlanan murazım,
    Əsrlərdən keçib gələn ünümsən.

  • Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

    Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı soyqırımının qurbanlarının xatirəsini anmaq və yada salmaq məqsədilə tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və üzvləri də yaxından iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, millət vəkili, şair Asim Yadigarı ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda Sovet hakimiyyətinin varlığına son qoyulmasından sonra dünya ictimaiyyətinin diqqət mərkəzində saxladığı Xocalı soyqırımı nəticəsində yüzlərlə günahsız insanın öz doğma dədə-baba torpaqlarından didərgin düşdüyünü, bir qisminin isə erməni silahlı qüvvələrinin bölmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib.Sonra tədbir iştirakçıları Azərbaycan xalqına qarşı törədilmiş ən böyük və dəhşətli faciə olan Xocalı soyqırımının ildönümü ilə bağlı öz fikir və düşüncələrini bölüşmüş, müxtəlif illərdə faciə ilə bağlı qələmə aldıqları bədii yaradıcılıq nümunələrini səsləndirmişdilər.Xocalı soyqırımının qurbanlarının xatirəsini anmaq və yada salmaq məqsədilə silsilə tədbirlərin həyata keçirilməsinin cəmiyyətin bütün üzvləri üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.Yetişməkdə olan Azərbaycan gəncliyinin inkişafına və dünyagörüşünə müsbət təsir göstərmək üçün keçən əsrin 90-cı illərin əvvəllərində Sovet ordusunun və erməni silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş faciə nəticəsində yüzlərlə günahsız insanın ruhuna dualar oxunub, Uca Allahdan rəhmət dilənib.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə silsilə tədbirlərin keçirilməsinə dair işlərin uğurla davam etdiyini xüsusilə qeyd ediblər.Tədbirin sonunda isə xatirə şəkli çəkdiriblər.

    Rahilə DÖVRAN,
    Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan bölməsi üzrə xüsusi müxbiri.

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    ( əsl ziyalılara aid deyil , ziyanlı ünsürlərə xitabən )

    Ay məni özündən savadsız sayan ,
    Mənim bildiyimi bilə bilməzsən .
    Mən üzüldüyümə gülə bilərsən ,
    Mənim güldüyümə gülə bilməzsən .

    Sənin diplomun var , başınsa boşdu ,
    Arxanca hərə bir lağlağı qoşdu .
    Sənin bir kəlmənlə ilhamım coşdu ,
    Mənimlə döş-döşə gələ bilməzsən .

    Mən səni saymıram ziyalı kimi ,
    Sənə pay verırlər it yalı kimi .
    Olmusan kiminsə əyalı kimi ,
    Üstündən bu adı silə bilməzsən .

    Mənim şairliyim xor gəlir sənə ,
    Mənim can dediyim çor gəlir sənə .
    Haqqın yolu tələ , tor gəlir sənə ,
    Ölsən də , adamtək ölə bilməzsən .

    Qalib Şamxaloğlu nahaqqa qənim ,
    Bir dağam başımda dumanım-çənim .
    Ay mənim daldada dil-dil ötənim ,
    Aşkara ötməyi hələ bilməzsən .

    23 aprel 2015

    * * *

    Aşiqləri Məcnun gözü məstanələr eylər
    Eşq ilə fəd`a ömrünü divanələr eylər .

    Cismin o gözəl duyğulara etməyə qurban
    Şəm`in oduna bi`əti pərvanələr eylər .

    Gerçək sevən , hətta , əzabından dəm olarmış
    Hicran ilə dəm olmağı peymanələr eylər

    Daşlar dil açar ülvi vüsal təntənəsindən
    Dilsiz , lal olan daşlara sevda nələr eylər

    Dərd ilə kədərdən hələ əl çəkmədi Qalib
    Qəmxariləri qəmgin o qəmxanələr eylər

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Deyirlər çoxdandı şeir paylaşmıram… bu şeirin 13 dəq yaşı var …

    Başımdan sevda havası
    Duman-duman çəkilir…ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür… ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey…yoxluğuyla ovudan
    Hisslərimin sərhəddini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar…
    Adında eşq məbədi var…
    Əlim günbəzinə qalxar…

    Çox sevdim bu kitabı. Hədiyyə edən hər iki nəfər Var olun! Həmişə bir yerdə olun! Kəndinizin aşağısındakı çay kimi dumduru ürəyiniz var olsun! Albalı çiçəklərinə yazılmış hayku və tankalar barədə qərib fikirlər var beynimdə… axı mən hələ ötən yay yazmışdım :

    Yazda tumurcuq solan
    Albalı çiçəyiyəm…
    Ayrılıqla süslənən
    Güllərin göyçəyiyəm…

    Ürəyimi üzməz ta
    Ağarmayan dan yeri…
    Gözümdə biri ölüb…
    Burda astadan yeri…

    Yeri… izin qalmasın
    Ömrümün bu üzündə…
    Canım boyda sual var
    -Ay qız kimsən?-sözündə…

  • Şair Süleymanın 65 illik yubileyi münasibətilə tədbir keçiriləcək

    picture

    22 fevral 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Şam” Ədəbi Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şair Süleymanın anadan olub 65 illik yubileyi münasibətilə tədbir keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən yubilyarın qələm dostları və yaxın dostlarının iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ə.Xəqani küçəsi 25, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Sən gecikmə” kitabı işıq üzü görüb

    Müasir Azərbaycan ədəbiyyatının nümayəndəsi, gənc yazar Şəhriyyə Qəzənfərqızının “Sən gecikmə” adlı kitabı 2016-cı ildə Bakı şəhərində, “Elm və təhsil” nəşriyyatı tərəfindən, 103 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru müəllifin özüdür.Kitabın ön sözü şair, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı Qəşəm Nəcəfzadədir.
    Kitaba hekayələr, esselər, mənsur şeirlər daxildir. Kitab müəllifin oxucularla sayca birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucular və tənqidçilər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Xatırladaq ki, Şəhriyyə xanım Qəzənfərqızı həm də redaktor kimi fəaliyyət göstərir.Azərbaycan Yazıçılar Birliyinin “aybkitab” layihəsi çərçivəsində işıq üzü görən “Silə” kitabının redaktorudur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Günəşin düşmədiyi odalar” kitabının təqdimat mərasimi keçiriləcək

    28 fevral 2016-cı il tarixində, saat 15:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar, “Yenibaxis.az” saytının təsisçisi və baş redaktoru Aysel Abdullazadənin adlı ilk kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostlarının iştirakı da nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 may metro stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Bilqamıs-bəşəriyyətin ümumi epodudur” kitabının təqdimatı keçiriləcək

    picture

    3 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Yazıçılar Natəvan klubunda tanınmış şair-jurnalist-tədqiqatçı Niftalı Göyçəlinin “Bilqamıs-bəşəriyyətin ümumi eposudur” kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, alimlərin, tədqiqatçıların, o cümlədən müəllifin qələm yoldaşlarının və dostlarının da iştirakı nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ə.Xəqani küçəsi 25, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Günəşin düşmədiyi odalar” kitabı işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar, “Yenibaxis.az” saytının təsisçisi və baş redaktoru Aysel Abdullazadənin adlı ilk kitabı üzü görüb.Kitab” bugünkü toplumun yaşantısını əks etdirən şeir-esseləri özündə ehtiva edir.
    Yazarın yaradıcılığının əsas mövzusu toplumda qadın problemi olduğundan, bu, şeirlərində də öz təsirini göstərməkdədir. Toplumun qadın üzərində aşağılayıcı nəzərləri, qadın dışlanması, qızların təhsilinə xüsusi önəm verilməsinin vurğulandığı bu şeirlərdə xanım yazar birbaşa mesajlarla oxucusuna təsir etməkdədir.
    Kitab geniş oxucu kütləsi, xüsusən də gənclər üçün nəzərdə tutulub.

  • “Bilqamıs-bəşəriyyətin ümumi eposudur” kitabı işıq üzü görüb

    Tanınmış şair,tətqiqatçı-jurnalist, Niftalı Göyçəlinin bu günlərdə “Bilqamis- bəşəriyyətin ümumi eposudur” kitabı işıq üzü görüb.Bu dastan 1985-ci ildə rus dilindən Azərbaycan dilinə İsmayıl Vəliyev tərəfindən sətri, bəzi yerlərdə qafiyəli tərcümə olunmuşdur. Sonra H. Kazımova da dastanı sətri tərcümə etmişdir. Orijinaldan ingilis dilinə tərcümə edildiyi zaman bəzi gil lövhələr tapılmadığından dastanın məzmununda qırılmalar vardır. Lakin tanınmış şair,tətqiqatçı-jurnalist Niftalı Göyçəli dastanı nəzmə çəkərək məzmundakı qırılmaların yerlərini öz təxəyyülünün köməyi ilə doldurmuşdur. Bunlardan əlavə, müəllif o dövrə aid tarixi hadisələri, eyni zamanda bəzi toponim və hid-ronimləri də mövzuya daxil etmişdir.Kitabın elmir redaktoru və ön söz müəllifi professor Ramiz ƏSKƏR,bədii redaktorları tətqiqatçı jurnalistlər Qabil Zimistanoğlu və Savalan Talıblıdır.Müəllif bu yaxınlarda ” Bilqamis- bəşəriyyətin ümumi eposudur” kitabını geniş oxucu kütləsinə təqdim edəcək.

    Savalan TALIBLI,
    “Ədəbiyyat-Az.Com”

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXXIII hissəsi

    http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

    Cəmilə maşından düşüb hovuza tərəf asta addımlarla gəldi. Kərim evə tərəf gedəndə arxasınca onu səslədi.
    – Kərim
    Kərim geri döndü. Cəmilə Kərim ona yaxınlaşana qədər diqqətlə gözlərinin içinə baxdı.
    Cemilə – Peşman olmadın ki?
    – Nə üçün?
    – Yeməyə aparmışdın. Peşman olmadın?

    Kərim yorulmuşdu, Cəmilənin sualına cavab verib söhbəti uzatmaq istəmirdi.

    – Xahiş edirəm, fəlsəfi söhbətlərini saxla,sonra danışarıq.

    Kərim evə getmək istəyirdi, Cəmilə qolundan tutdu.
    – Niyə? Həqiqətləri bilmək istəmirsən?

    Kərim şübhəylə Cəmiləyə yaxınlaşdı.

    Cəmilə – Bakirəliyimi, neçə ilimi sənə verdim. Bugünümüzə baxıram, özümü qurbanlıq qoyun kimi hiss edirəm. O qadın… sənə rast gələnəcən sevirdin məni.

    – Cəmilə, hansı həqiqətdən danışırsan?
    – Hələ də onu sevirsən. Gərək ondan bugün iyrənəydin. Məndən qaçdın, ondan qopa bilmədin. Necə ola bilər? Başım çıxmır e, bizim cəmiyyətdə zorlanan qadınlara yaxşı baxmırlar. Kişilər xortdan görmüş kimi ya qaçırlar, ya da istifadə edirlər. Bəs, sən hardan gəlmisən? İki-üç kişi birdən zorladı, yenə də qəbul elədin.
    – Ona görə ki, iyrəniləsi o deyildi.
    – Əlimi vicdanıma qoyuram,haqlısan. Sən də əlini vicdanına qoy ki, mənə qarşı haqsızlıq elədin. Neçə il sənə sadiq qalan qadını yatağında kişilərin sayını bilməyən fahişəyə dəyişdin. Mən sənə xəyanət edə bilmədim, lakin əvəz-əvəz olduq.
    Kərim əsəbləşdi, düşünürdü ki, Cəmilədən şübhələnməkdə haqlıymış. Yenə də inanmaq istəmirdi.
    Kərim – Deki fikirləşdiyimi etməmisən.

    Cəmilə bir addım da Kərimə yaxınlaşdı.
    – Etmişəm.

    Kərim Cəmiləyə şillə vurdu. Cəmilə özünü itirdi, hovuza düşdü

    Eldar evine gizli girmiş adamın arxasınca həyətə qaçanda adam dəmir qapıdan qaçırdı. Yerdə uzanmış cangüdəni görən Eldar dayandı.
    Yaxınlaşıb qolundan tutub silkələməyə başladı:
    – Samir…Samir.
    Samir zarıyırdı – Məni vurdu.
    Eldar Samirin dediklərindən və əliylə ayağından tutandan sonra fikir verdi, cangüdəni budundan yaralanmışdı.
    Samir – Burnuma neyse tutdu, huşumu itirdim. Müqavimət göstərəndə bıçaqladı.
    – Sənə nəysə demədi?
    – Heç nə.
    Eldar Samirin telefonuyla “Təcili Yardım” – ın nömrəsini yığdı.
    – Bizə kömək edin.

    Cəmilə hovuza düşəndən sonra özünü itirmədi. Boğulmamaq, hovuzdan çıxmaq üçün üzməyə başladı. Çıxmağına az qalmışdı, Kərim saçlarından tutdu, özü də hovuza girib Cəmilənin başını suya saldı.

    – Deməli, kişi tutub qadın zorladırsan, hə?

    Aybəniz mətbəxdə çay içə-içə telefonda mesaj yazırdı. Həyətdən eşitdiyi səs diqqətini dağıtdı. Evin qapısını açıb hovuzun içində atasının anasını boğduğunun şahidi olanda ayaqyalın qaçmağa başladı.
    – Ata, sən neynirsən? Ata…Ata…

    Kərim qızını eşitmirdi. Aybəniz özünü hovuza atdı. Atasının qolundan tutub güclə anasından ayırdı. Cəmilə başını hovuzdan çıxartdı, dərindən nəfəs almağa başladı. Nəfəs ala-ala qırıq-qırıq sözlərlə Kərimi hədələyirdi
    – Səni məhv edəcəm. Ayaqlarıma düşərsən.

    Kərim Cəmilənin üstünə getmək istəyirdi, qızı ortalarına keçdi. Ağlaya-ağlaya yalvarırdı:
    – Bəsdirin, qurban olum,bəsdi. Adamda arvadını öldürər?
    Kərim – Anan kimi qadını gərək tikə-tikə doğrayaydım.
    Cəmilə qışqırmağa başladı. – Niyə ay alçaq? Deyimdə niyə məni boğurdu. Fahişəsinə görə. Evlənib arvad olub axı!.. Xanım olub, güldən ağır söz demək olmaz.
    Kərim – Boşayacam səni, əşyalarını yığ, rədd ol bu evdən.
    – Özün gedərsən.

    Kərim Cəmilənin üstünə gedib vurmaq istədi, yenə qızı müdaxilə etdi.
    Aybəniz – Lazım deyil, ata. Sabah gedəcək. Səfərə deyərəm, gəlib aparar.

    Cəmilə qışqırdı – Bu evdən ancaq meyidim çıxar mənim. Mən yox,sən gedəcəksən.

    Kərim diqqətlə Cəmilənin gözlərinə baxdı.
    – Sənin xatirən olan evdə yaşamağa dəyməz. Səfər də iyrənəcək səndən. Tələsmə! Səni ölməkdən betər günə salacam

    Kərim hovuzdan çıxıb evə tərəf iti addımlarla getdi. Evin qapısını açıb içəri girməsiylə uşaq kimi ağlaması bir oldu

    Eldar qucağında yatmış oğlunu yatızdıran Fidanı sakitləşdirməyə çalışırdı.

    – Başa düşürəm.Günah məndədir. Camalın buracan gələcəyi ağlıma gəlməzdi.

    – Niyə? Camal sənin düşmənindir Eldar. Bizi öldürməmiş dayanmayacaq. Vicdansızlığa bax, oyanmasaydım, uşağı öldürəcəkdi.Dayın nəvəsi nə vaxt gələcək?
    – Yoldadır. Bir müddət Qadirin evində qalarsız. Uşağı ver mənə, lazım olan paltarlarını yır-yığış elə.
    – Bəs sən?
    – Mən xəstəxanaya getməliyəm. Samirin yanında olmalıyam.
    – Narahatam sənə görə.
    – Mənə heç nə olmayacaq.
    – Nə vaxt gələcəksən?
    – Səhər gələrəm yəqin.
    – Uff! Camal adlı zibilə düşmüşük, çıxa bilmirik

    Fidan körpəni Eldara verdi, otağına keçdi. Evin qapısı döyüləndə Eldar qapını açdı. Gələn Eldarın dayısı nəvəsi Qadir idi. Yanında ozü yaşında oğlanla gəlmişdi. Eldar şübhəylə oğlana baxdı. Qadir yanındakı oğlanı Eldarın nigaran olmaması üçün tanış etdi.
    – Narahat olma, Sərdardı. Dostumdur.
    – Keçin içəri.
    Oğlanlar evə girdilər
    Eldar – İlk dəfədir bizə gəlirsən, o da belə vəziyyətdə. Üzürlü sayın.

    Qadir – O nə sözdü? Olan işdi. Ev yiyəsiylə danışmışam.
    Eldar təəccübləndi. – Ev yiyəsi nədir? Öz evində qalmırsan?
    – Evimi ehtiyyacdan çoxdan satmışam. Kirayədə qalıram. Narahat olma, bina evidir. Həyətdə gözətçisi də var. Gedəndə özün də görəcəksən.
    – Mən gələ bilməyəcəm. Uşaqla yoldaşımı apar, səhər zəng edərəm, xəstəxanaya gələrsən. Oturunda. Mənim başım şişib, sizə nə olub?

    Qadirlə Sərdar divanda oturdular.
    Eldar Qadirə – Gəlin bacın hazır olanacan dostuna da, özünə də çay süz. Görürsən ki, qucağımda uşaq var.

    Qadirlə dostu Eldarın sözlərinə gülümsədilər. Qadirin könlündən Eldara zarafatyana sataşmaq keçdi.
    – Görürəm,görürəm. Çöldəki hökümlü Eldardan əsər-əlamət qalmayıb.

    Sərdarla Eldar güldülər.
    Eldar – Səni də görəcəm. Axmağın biri axmaq.

    Səfər qonaq otağında televizora baxırdı. Lamiyə arxayın yataq otağının qapısını bağlayıb, əl telefonu ilə anasını yığdı. Zəngə bir qadın cavab verdi
    – Allo
    – Necəsən?
    – Yaxşıyam. Nəysə olub?
    – Ay ana, sənə zəng etmək üçün gərək pis hadisə baş versin?
    – Nə bilim? Ailə quran gündən xoş günün olmayıb. Ona görə həmişə narahat oluram.
    – Hər şey yaxşıdır, şükür. Səfər necə dəyişibsə, özüm də tanıya bilmirəm. Qəzaya düşəndən bəri elə bil yerinə başqa Səfər gəlib.
    – Maşallah de, göz dəyib eləyər. Bir uşağınız da olsa, daha sizə heç kim bata bilməz.
    – Kaş əvvəldən yaxşı olardı. Yanımda olardı, mən də…
    Lamiyə ah çəkdi
    Aynur – Bir səhv idi. Unut getsin. Gələcəyə bax. O biri əclaf səni narahat eləmir?
    – Tahir? Yox. Daha ona da maraqlı deyiləm.
    – Olmalıydın?
    – Başım tamam qarışdı, niyə zəng etdiyimi yaddan çıxartdım. Mənə biraz pul lazımdır.
    – Nə qədər?
    – Hardasa 1000-1500 manat.
    – Bu pulu neynirsən?
    – Həkimə gedəcəm. Səfər istəyir uşağımız olsun.
    – Lap yaxşı, Səfər özü aparsında. Daha məndən niyə pul istəyirsən?
    – Bir qızın var, onada pul qıymırsan. Nə isə… sağ ol.

    Lamiyə anasının danışmağına imkan vermədi, adboy düyməsini basdı. Telefonuna zəng gəldi. Zəng edən Zəminə idi
    Lamiyə telefona cavab verir.
    – Allo. Zaman
    – Lamiyə xanım, lazım olan artıq əlimdədi.
    – Səni görən olmadı?
    – Fidan gördü. Birdə…
    Lamiyə şübhəylə: Birdə?
    – Birdə cangüdəni bıçaqlamalı oldum.
    – Necə? Bir dəqiqə, bir dəqiqə! Ölüb eləmədi ki?

    Bu zaman Səfər otağın qapısını açıb içəri keçdi. Lamiyə Səfəri qarşısında görəndə telefonu sinəsinə sıxdı.
    Səfər – Kimlə danışırsan?
    – Qapı ağzında məni dinləyirsən?
    – Lamiyə, kiminlə danışırdın?
    Lamiyə udqundu – Anamla.

    Səfər asta addımlarla yaxınlaşanda Lamiyə geri gedirdi.
    Səfər – Özünü niyə itirirsən? Rəngin də qaçdı.
    – Niyə itirməliyəm ki?
    Lamiyənin əl telefonuna zəng gəldi. Lamiyə telefona baxdı.
    – Anamdı.
    Səfər qəfildən telefonu Lamiyənin əlindən aldı. Telefonun ekranında ” Ana ” yazılmışdı.
    Səfər telefona cavab verdi:
    – Allo Aynur Səfərin səsini eşidəndə təəccübləndi.
    – Səfər? Lamiyə hara getdi?
    – Aşağıda atamın yanındadır.
    Lamiyə təəccüblə Səfərə baxırdı. Bir tərəfdəndə ürəyi qorxudan əsirdi.
    Aynur – Yaxşı, Lamiyəyə deyərsən sonra məni yığar.
    – Deyərəm. Sağ olun.
    Səfər telefonu Lamiyəyə uzatdı.
    – Birdə özünü şübhəli aparma. Atam gəlib. Bizimlə qalacaq.
    – Niyə? Yəni deyirəm, nə qədər istəyir qala bilər,öz evidir. Nəysə olub eləməyib?
    – Uzun söhbətdi. Ananla danış, aşağı düş.
    – Yaxşı. Səfər otaqdan çıxdı.
    Lamiyə anasının nömrəsini yenidən yığdı.
    Qadir Fidanı və oğlunu dostu Sərdarla doqquz mərtəbəli binada kirayə yaşadığı üç otaqlı evə gətirdi. Çamadanlarını yataq otağına gətirib, Fidanla birlikdə mətbəxə keçdi. Mətbəx bir az səliqəsiz idi.
    Qadir – Bağışla sən allah, qəfildən oldu, yır-yığış edə bilmədim.
    Fidan gülümsəyir – Narahat olma, başa düşürəm.
    – Zəhmət olmasa, telefonunu ver.
    Fidan qucağında körpəsi yataq otağına keçdi. Yatmış oğlunu çarpayının üstünə qoydu. Cibindən telefonunu çıxardıb Qadirə tərəf uzatdı. Qadir Fidanın telefonuna nömrəsini yazıb, adını qeyd elədi, sonra geri qaytardı
    – Nə lazım olsa zəng elə. Canla-başla qulluğunda hazıram.

    Qadir Fidanla sağollaşıb evdən çıxdı. Fidan Eldara zəng etdi.
    – Necəsən?
    – Yaxşıyam. Qadirgil getdi?
    – Hə. Samir necədir?
    – Budundan bıçaqlayıblar. İndi tikiş qoyublar.

    Aybəniz anasının otağına iri fincanda çay gətirdi. Cəmilə paltarını dəyişmişdi, əynində ağ xələt yatağında oturmuşdu. Cəmilə isti çaydan içə-içə Kərimə qarğış edirdi.
    – Köpəyoğlu! Hələ sən Cəmiləni yaxşı tanımırsan. Başına oyun açım, sən də bax. Rəhmətlik baban olmasaydı zibil idi atan. O boyda kişinin kürəkəni olmasaydi, kim idi onu icra başçısı qoyan.
    Aybəniz maraqla anasını dinləyəndən sonra dedi:
    – Atamı birinci dəfə idi belə gördüm. O sənə güldən ağır söz də deməzdi.
    – Atamı bu həddə çatdırmaq üçün neyləmisən?
    Cəmilə susurdu, qızının sualına cavab vermək ürəyincə deyildi.
    – Sən bizim işimizə qarışma.
    – Mən sizin işinizə qarışmıram. Belə başa düşdüm ki, Səfər qarışmalı olacaq. Şəkərdi, yazığın gəlmir atama?
    – Atan məni boşasa, hələ gör neynirəm.

    Aybəniz hiss olunurdu ki, narahatdır. Ona elə gəlirdi ki, anasını bugünəcən yaxşı tanımayıb.

    Səhər-səhər Kərim pencəyini geyinə-geyinə otağından çıxdı. Lamiyə səhər süfrəsini hazırlamışdı.Səfər əlində təndir çörəyi qapıdan içəri girdi. Qapıda atasıyla üz-üzə gəldilər.
    Səfər – Bıy, gedirsən?
    Kərim gülümsədi ; – Sabahın xeyir.
    Lamiyə – Süfrəyə əyləşmirsiz?
    – Tələsirəm, axşama çatdıraram özümü.
    Səfər – Hara gedirsən.
    Kərimlə – Gecə vəkilimlə danışmısam. Məni gözləyir.
    Səfərlə Lamiyə bir-birilərinf baxdılar.
    Səfər – Vəkili neynirsən? Axşam da heç nə demədin bizə. Evə də zəng etdim, cavab verən olmadı.
    – Bugün ərizəmi yazacam. Sonra da ananla boşanacam.
    Səfər atasının anasının boşanmaq istədiyini biləndə təəccübləndi
    – Ata, boşanmaq nədi?
    – Məndən heç nə soruşma. Vaxtı çatanda sənə hər şeyi deyəcəm. Anana görə məndən incimə. Bu işdə mənə kömək elə. Bilmədiyin çox şey var.
    – Ona görə istefa vereceksen ki, boşandığınızı heç kim bilməsin? Bilmirəm nə deyim.

    Kərim qapını açdı, evdən çıxdı. Səfər Lamiyəyə – Lap qanım qaraldı.
    Lamiyə – Təhminəyə görə boşanırlarlar?
    Səfər süfrə arxasında oturdu.
    – Əlbəttə yox. Təhminə ailə qurub.
    – Maraqlıdır,niyə boşayır?
    – Bilmirəm. Onsuzda aralarındaki iplər qırılmışdı.Gərək həkimə zəng edəm, görüşü təxirə salam
    – Həkim? Həkim nədi?
    – Deyirdim bugün günorta həkimə aparım səni, alınmayacaq. Anamın yanına gedəcəm.
    – Məni niyə?
    – Demişdim axi!… Uşağa görə.
    Lamiyə əlindəki fincanı özünü itirib yerə saldı.
    – Mən uşaq istəmirəm…

    Ardı var.

    Şəfaqət CAVANŞİRZADƏ

  • Şəfa Nuru doğum günü münasibətilə təbrik edirik! (17 fevral 1991-ci il)

    sxp

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa NUR (Piriyeva Şəfa Söhbət qızı) 1991-ci il 17 fevral Masallı rayonunda anadan olmuşdur. Orta məktəbə Masallı rayonunun Qəhrəman İsmayılov adına orta məktəbinə getmişdir. İxtisasca Tibb bacısıdır. Ailədə 5 nəfər.Ata-Söhbət Piriyev, ana Eliza Piriyeva, bacı Ülkər Piriyeva, qardaşı Röyal Piriyev. Hal-hazırda Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbə -dinləyicisidir. İngilis, Rus, Ərəb, Türk dillərini bilir. Yaradıcılığa uşaq yaşlrından başlamışdır. Həyat, İnsanoğlu axtarışda, Bir Yudum Vicdan, Mərifət bucağı, Xoşbəxt və Bədbəxt damlalar adlı şeir və esselərin və başqa şeirlərin müəllifidir. Şeir, esse, bayatılar yazır. Şefa Nur imzasıyla yazır. Youtub kanalında- Şefa Nur İnsanoğlu axtarışda, Şefa Nur- Heyat adlı esseləri var.
    “Gənc Ədiblər Məktəbi”nin Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.

    Zaman axıb gedir, mən qocalıram

    Ruhumun yolundan aza bilmirəm,
    Ürəyin dərdini yoza bilmirəm,
    Duyğular süzülüb dolur içimə,
    Heyif hər birini yaza bilmirəm.

    Uzaqdan duyulur şeirin ətri,
    Hecalar yazdırır gedən sətiri,
    Kəsib doğrayıram itməsin məna,
    Heyif sonda qalır sözün kəsiri.

    Axşamdan səhərə qonaq oluram,
    Yaşaya-yaşaya seyrə dalıram,
    Hecaya bölünür beləcə ömrüm,
    Zaman axıb gedir, mən qocalıram.

    İnsanoğlu axtarışda

    Əslində,
    bəlkə də, insanı ac qoyan, yaşamağı mümkünkən,
    yaşamadığı xoşbəxt anlardır… və…
    beləcə, kimsə görməsin deyə,
    gündüzləri gülüb, gecələri ağlayar insan…
    Bəlkə də, yanlış insanlar üzündən
    qırılan xəyallardır onu ağladan.
    Necə deyib müdrik? –
    sözlərinə diqqət etməli insan –
    gün gələr düşüncələrinə çevrilər o sözlər,
    düşüncələrinə diqqət etməli insan –
    gün gələr də, duyğularına çevrilə bilər,
    oysa, insan duyğularına da diqqət etməli! –
    bir gün gəlib, davranışa çevrilər duyğu dediyin…
    beləcə, onlar da alışqanlığa çevrilə bilər,
    alışqanlıqlar – dəyərlərə,
    SƏS… SÖZ… RƏNG…
    52
    dəyrlər – xarakterə çevrilə bilər..!
    Xarakter! – bu artıq Həyatla baş-başa qoyar sizi…
    İnsanoğlu axtarır:
    Bugünündə Dünəni…
    …Dünən, Bugün, Sabah…
    Heç nə, heç yerdə, hüç cür qane qılmır onu…
    Sanki hər şey köhnədir
    axtaran insana…
    köhnəlik – bu ancaq xatirədir…
    …axtarır insanoğlu… insanoğlu axtarır…
    Musiqi dinləyir, şeirlər yazır –
    yazır, öz içini azaltmaq üçün…
    …axtarır insanoğlu…
    Axtarmaq mübarəkdir..!

    Həyatdır…

    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.
    …Tanrıdan aldığımız bir ovuc ömürün
    oğru zamanında.
    Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…
    Gözümüzün içinə qədər yalanı gətirib
    günahı zamanın çiyinlərində
    gömək istiyirik…
    …və bəzən də bacarırq da.
    Daha bilmirik ki..
    Həyatdır …
    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.

    * * *

    … Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…

  • Hülya ASLAN.”UZAK SEVGİLİ”

    ha

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Kapkara hüzün bulutları sarıyor yalnızlığımı
    Hasret kovarım rüylarımda
    Gitmek bilmiyor yol vermiyor ki yasaklar
    Eğe kemiğinden sunulmuş hayat bana
    Ne yapsam- ne yapsam , bir türlü düzelmiyor
    Beklemekmi? beklemek ha! Bırak Allah aşkına
    Gece ,gündüz amansız savaşlar..
    Kan yağıyorken dünyamıza
    Hedefsizce savruluyor umutlarım
    İşte böyle bir zamanda bile, yoksun yanımda
    Ben- ben şimdi mecburum sürgün akşamlarıma..
    Uzak sevgili,
    Gönlüm hep seninle yüklü bir gemi
    Sevdadır yelkeni sevgiye yönü
    Issız limanlarda beklediğim
    Sonsuz mavilerde özlediğimsin
    Özlemimsin.
    Ay ışığında yakamozlar Martı kanadında özgürlük
    Bin selam , bu yürek sana doğru
    Yoksun ama yanımda
    Hıçkırıkla karışık sesin kulaklarımda
    Bir hâyâl meyvesidir tadın,tadın dudaklarımda
    Uzak sevgili ,
    Seni unutabildim desem yalan olur
    Aşk’a dönük yenilmişliğime simge bu gözyaşlarım
    Haykırıyorum adını duymasan da
    Eğer,
    Eğer şiir olmuşsa sözlerim
    Mutlak senin içindir inan sevgili.

    ‘’GÖNÜL GÖZÜ’’ Hülya ASLAN

  • “Ədəbiyyat-Az.Com” saytının 4 yaşı tamam olur

    4

    Sayt 2012-ci il fevral ayının 14-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.
    2013-cü ilin sentyabr ayından etibarən, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair tədbirlər planı hazırlayıb həyata keçirir.
    Çağdaş dönəmdə Qardaş Türkiyə Cümhuriyyətinin Tokat və Adana şəhərlərində fəaliyyət göstərən “Kümbet”, “Usare”, “Edebiyat Yaprağı”, “Güzlek” dərgiləri, “Son nokta”, “Çukurova Metropol” qəzetləri ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirməkdədir.
    2015-ci ilin avqust ayının 26-da TOSAYAD Başkanı Sayın Remzi Zengin tərəfindən qəbul edilmiş qərara əsasən, İki Qardaş ölkənin milli və mədəni həyatında fəal iştirakına görə, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı TOSAYAD-ın rəsmi media tərəfdaşı və Azərbaycan təmsilçisi seçilib.
    2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc Yazarların Bakı Görüşü” layihəsi çərçivəsində işıq üzü görən “Çağdaş Azərbaycan ədəbi qurumları” tanıtım kitabının “Azərbaycan ədəbi elektron məkanı (vebsaytlar) bölməsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilər öz əksini tapıb.
    2013-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən layihələrin rəsmi media tərəfdaşı olduğuna və fəal iştirakına görə, dəfələrlə sertifikatlara layiq görülüb və mükafatlandırılıb.
    Hal-hazırda Qardaş Türkiyə Cümhuriyyətindən, Qaza Respublikasından, Ukrayna Respublikasından, Dağıstan Respublikasından Ədəbiyyatsevərlər gündəlik olaraq, fəaliyyəti izləyir və yeni yaradıcılıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əsmər Rəsulovanı doğum günü münasibətilə təbrik edirik! ( 14 fevral 1989-cu il)

    12669551_226857784318523_409251581548515580_n (1)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Publisistika” bölməsinin xüsusi müxbirini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “İlin ən fəal gənc yazarı” müsabiqəsinin qalibi açıqlandı

    Fevralın 13-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin keçirdiyi “ilin ən fəal gənc yazarı” müsabiqəsinin qalibi açıqlandı.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müsabiqənin iştirakçıları da iştirak edirdilər.Bu müsabiqədə ən yüksək səs faiziylə Qabil Ədalət 1-ciliyi qazandı. O diplom və hədiyyə ilə təltif edildi. Digər gənc yazarlar da həvəsləndirici diplomlarla təltif olundular.

    Çinarə ÖMRAY,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • Sərvər KAMRANLI.”TOPAZ” (miniatür hekayə)

    se

    İstirahət günü olduğundan metroda adam seyrək idi. Nəinki yaşlılar və qadınlar, hətta oğlanlar üçün də oturmağa yer vardı. Bir neçə stansiya yol getmişdim ki, növbəti stansiyada qatara bir ağsaqqal mindi. Əlindəki ağzı açıq çantasını yerə qoyub, mənimlə üzbəüz oturacağın birində əyləşdi. Oturar- oturmaz çantadan iri lupalı eynəyini götürüb gözünə vurdu. Sonra əlini paltosunun döş cibinə saldı. Bir az eşələndi…
    …Kişinin ətrafında cavanlar əyləşmişdi, hamısı da telefonla oynayırdı. Kişinin eynəyi gözünə vurub tələsik əlinə cibinə salması istər-istəməz marağıma səbəb oldu. “Görəsən, hansı kitabı və ya qəzeti çıxaracaq?” Hələ üstəlik, ətrafında telefonla oynayan adamları da qınadım. “Bunlara bax hələ. Utanmırlar. Bu ağsaqqal bu yaşda nə isə öyrənməyə çalışır bunlar isə… ”
    Elə bu anda ağsaqqal bayaqdan bəri eşələdiyi paltonun cibindən çıxardığı bükülmüş kağızı iri lupalı eynəyinə tərəf yaxınlaşdırdı. Köksünü ötürə – ötürə elə yaxından baxırdı ki, mən qarşı tərəfdə eynəyin lupalarından kişinin bəbəklərində hərəkət edən hərfləri aydın görürdüm.
    “TOPAZ”a qoyduğu pullar yazılmışdı…

  • İltimas Səmimini doğum günü münasibətilə təbrik edirik! (14 fevral 1987-ci il)

    12736109_520015738179672_1175662765_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxru üzvünü və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Təbriz türk şəhəridir Təbriz İranın deyil

    (Xalqın sevimli şairi qəlbən həmişə
    bu xalqa bu vətənə bağlı olan
    Ustadım Sabir Rüstəmxanlının

    “Təbriz buna yenilməz yenilsə Təbriz deyil”
    şeirini oxuyub təsirləndim və bu Şeiri yazdım)

    Hicranlara qərq olub mərd oğullar vətəni,
    Torpağın iniltisi yaman ağladır məni.
    Ulu türkün diyarı Babəklərin məskəni,
    Farsın zalımlığıdır günah zamanın deyil,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Xalqımın hər bir sözü düşmənlərə ox olub,
    Həqiqətin bağrına dağ basanlar çox olub,
    Həqiqət ki,yaşayıb dağ basanlar yox olub.
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Elə bil dilə gəlib Xətainin məzarı,
    Deyir kim parçalıyıb sizin odlar diyarı?
    Titrədin yeri göyü ey türkün övladları,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Urmiyada,Zəncanda nə vaxt olar zəfərim
    Xıncım–xıncım bölünmüş yurd vətən qəm kədərim,
    Hanı bəs basılmayan qoç Koruğlu hünərim.
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Qoy alışsın qəlblərdə yurd vətən məhəbbəti,
    Babəkin cəsarəti, Cavanşirin qeyrəti.
    Əzəldən ərən olub fəqət bu türk milləti,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Təbrizə baxmıram mən İran torpağı kimi,
    Təbrizə baxıram mən türkün bayrağı kimi,
    Ulu Dədə Qorqudun doğma ocağı kimi,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Vətənin taleyinə Şəhriyar çox ağladı,
    Bu taylı qardaşların ürəkləri dağladı.
    Qan sızılan ürəyin yarası köz bağladı,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Vurğunun,Bəxtiyarın, dərdi elə bir olub
    Hər an onlarla bahəm Ulutürk, Sabir olub,
    Hicranlı ürəklərin məlhəmi şeir olub,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Alovlu ürəyimin söhbəti çox ,sözü çox,
    Bu həsrətin, bu qəmin ,sayə gəlməz közü çox,
    Tarixdə həqiqətin möhür kimi izi çox,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Yad ellərdən yurduma fəqət budur xəyanət,
    Hekəl kimi lal olub dinə bilmir həqiqət,
    Ulu türk babalardan Təbriz bizə əmanət,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Özgənin fərmanına kim istəyər baş əymək,
    Bunu anlamalıdır fərman verəndə gərək.
    Yumruq kimi bir olub xalqım bunu deyəcək,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Dünya xəretəsində yurdumu belə görən,
    İnan çoxdur dəlilim elə əski tarixdən.
    Dözməz buna vicdanım dinlə məni dinlə sən,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Qoy məni öldürsünlər həqiqəti deməkdən,
    Qorxmuram şair kimi mən fitnədən, kələkdən,
    Böyük bir fəhrə ilə söyləyirəm ürəkdən,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    Təbrizə baxmıram mən İran torpağı kimi,
    Təbrizə baxıram mən türkün bayrağı kimi,
    Ulu Dədə Qorqudun doğma ocağı kimi,
    Təbriz türk şəhəridir Təbriz İranın deyil.

    SİLİNMƏYƏN TARİXƏM

    Vətən,
    mən bir evə və bir evin,
    Küncünə sığan
    şairlərdən deyiləm!
    Məmləkətin üstündə dalğalanan
    Bayraq!
    Dərbənddən,
    Həmədana uzanan yol,
    Əyilməyən millət,
    silinməyən tarixəm..

    QIFILLDAYIBDIR FƏLƏK

    Qəlbimin ağrısına çara yoxdursa əgər,
    Ölümlə mübarizəm demək hədərdir- hədər.
    Ahım ərşə dirənir yenə açılmır səhər,
    Mən səhər görməmişdim qıfıllamış qapı tək.
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Vaxtsız köçha köçümdür- karvan düşür yoluna,
    İndidən belə dərdimə çətin çarə qılına.
    Yanan da tapılmayır bir bəndənin halına,
    “Göznən qaş arasında” ölüm gerçəkdir, gerçək,
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Özümlə aparıram çəkdiyim ağrıları,
    İstəmirəm dünyanda nə dövləti, nə varı.
    Vaxtsız olan ölümə ağlamayın siz barı,
    Zaman-zaman karvanlar öz vaxtında köçəcək,
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Səadət arzuladım bəs səadətim hanı,
    Sınaqlarda ötüşdü ömrümün hər bir anı.
    Ağrıyan ürəyimin artıq yoxdur gümanı,
    Fəqət zaman dayandı ömrüm sonudur demək,
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Yenə alın yazımdan, yenə bəxtimdən geley,
    Çarə yoxdur ürəyim, Tanrı qapısını döy.
    Bu qaranlıq gecədə mürküləyib yerlə göy,
    Hardan əsdi bəxtimə hardan əsdi bu külək.
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Daha kövrək qəlbimdə solur şirin arzular,
    Qaranlığa gedən yol, sonun işıqmı olar?
    Gözlərim bulud kimi gah boşalar gah dolar,
    Belə bəxtsiz taleyim axı nəyimə gərək.
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    Bir səs-səmir gəlmədi Tanrının dərgahından,
    Oyananda olmadı ürəyimin ahından.
    Fəqət qəlbim qəm çəkir çiynimin günahından,
    Məni yıxıb incidir başıma gələn kələk,
    Səhərini üzümə qıfılldayıbdır fələk.

    15.10.2014.

    GÖYDƏN YER ÜZÜNƏ AZADLIQ YAĞIR!

    Gözlərim bulud tək dolub boşalır,
    Yenə dərd içində sızlayır qəlbim.
    Elə bil başıma dünya daralır ,
    Ağlayır qələmim, hönkürür təbim.

    Ağlımı başımdan alan nisgilim,
    Daha ürəyimdə dözüm qalmayıb.
    Uğursuz aylarım, uğursuz ilim,
    Daha deyiləsi sözüm qalmayıb.

    Bu nədir yer üzü geyinib qara,
    Elə bil, həyatla vidalaşırıq.
    Bu nədir qədalar verməyir ara,
    Yenə də hayharay, yenə qışqırıq.

    Elə bil, həyatla vidalaşırıq.
    Bu dünya tabuta bənzəyir fəqət,
    Ölülər daşınır yaranışından.
    Dirilən təbiət, ölən təbiət,
    Baş açmaq olmayır davranışından
    Ölülər daşınır yaranışından.

    Dünya qurulanda səhvmi qurulub,
    Yoxsa idrakımız zəifdir hələ.
    Sular bulanıqmış, sular durulub,
    İnsanlar çətinki, bu sirri bilə
    Bəli idrakımız zəifdir hələ.

    Ey höküm verənim, fərman yazanım,
    İmzana, möhrünə aşiqdir qəlbim.
    Sənin hüzüründə necə dayanım?
    Həddini aşmasın bu şıltaq təbim.
    İmzana, möhrünə aşiqdir qəlbim.

    Dəyəndə başımız əhləd daşına,
    Anladıq həyatın nə olduğunu.
    Sən ey əhləd daşı aç öz sirrini,
    Dərk eylə insanın yorulduğunu.

    Anladıq həyatın nə olduğunu.
    İdrak yorularmı, bəli yorulur,
    Yorulur qəlb kimi, yorulur tez- tez.
    Bu həyat doludur mözüzələrlə,
    Bu nədir, İlahi baş açmırıq biz?

    Gecəni əynindən soyunur sabah,
    Ömrün göylərində şimşəklər çaxır.
    Kaş ki, oyananda görəydim , Allah,
    Göydən yer üzünə Azadlıq yağır!

    25. 10.2014.

    MARAFON YARIŞIDIR

    Çiynimdə daşıdığım
    qəm yükü,
    hələ zaman-zaman
    çiynimdə
    qalacaq…
    Gəl mənim tənha
    qəlbim
    məni yarı yolda saxlama,
    ölümə hələ
    hazır deyiləm.
    Başımın üstünmdə
    dolaşan əcəl buludları
    bir azdan ölüm nəğməsini
    oxuyacaq.
    Bu çəmənlikdən
    bir az usaqlarda
    dolanaq
    nədənsə burnuma
    zəhər qoxusu gəlir…
    Ətəyini çırmala
    gəl qaçaq
    bu körpüdən.
    bacardığımız qədər qaçaq
    axı dünya MARAFON yarışıdır.

    26. 10.2014.

    YARADAQ

    Siqaret çəkən qadın
    Artıq hamımız
    siqaret aludaçısı
    olmuşuq,
    Siqaret çəkdiyini
    məndən gizlətmə.
    Varsa birini mənə ver
    dərdimizlə baş –başa
    oturub çəkək.
    başımızdan
    elə tüstü çıxsın ki,
    tüstünün içində
    bizi görən olmasın.
    və sonra rahatca
    öpüş səhnəsi yaradaq.

    26. 10.2014.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Mənəm

    1976

    Sənli günlərimi yadıma salıb,
    Fikri çözələnib, sökülən mənəm.
    Gəlmirsən, ümidim yaman azalıb,
    Gözləri yoluna dikilən mənəm.

    Sevirdin , günahın, suçun mən idim,
    Quşdan qanad alıb uçan mən idim,
    Yazdın, çiçək-çiçək açan mən idim,
    Qışsan, ləçək- ləçək tökülən mənəm

    Qəlbinə hamıdan yaxın da məndim,
    Gözlərindən qaçan yuxun da məndim,
    Onda yollarına çıxanda məndim,
    İndi yollarından çəkilən mənəm.

    Ürəklərə yazılan ad-

    Eldar Nəsibli Sibirel 19iyun 2008

    (Mustafa Kamal Ataturkə)

    Sevdi Vətənini canından artıq,
    Ədalət yolunu tutası oldu.
    Dünyaya gələndən igidlik, mərdlik
    Arzusu, istəyi,butası oldu.

    Meylini qartal tək saldı zirvəyə.
    Oldu arxasıza pasiban, yiyə.
    O haqqın bağrından qopmuşdu-deyə,
    Haqqın səsi oldu, sədası oldu.

    Türkün tarixlərdə izi var-deyib.
    Hər zaman deməyə sözü var-deyib.
    Döyüşdə bükülməz dizi var-deyib
    İnam tonqalını çatası oldu.

    Qorxub çəkinmədi fırtınalardan,
    Böyük bir milləti qurtardı dardan
    Yağı doymayanda vuruşmalardan
    Sulara qərq olub batası oldu.

    Boğdu namərdliyin hər səs-küyünü,
    Açdı düşmən vuran kilid,düyünü.
    Bütün dünya gördü böyüklüyünü,
    Səsi ulduzlara çatası oldu.

    Sibirel,bu dünya qoca dünyadı.
    Çox-mən-deyənləri bir-bir sınadı.
    Qəlblərə yazıldı Atatürk adı,
    O türk dünyasının atası oldu.

    Bu Gecə Bir Mənəm,

    Bir Də Ki, Qələm-1972

    Bu gecə qəlbimdə bulud yığını,
    Bəs dəli hisslərin şimşəyi hanı?!
    Bu gecə qəlbimə sükut yığılıb,
    Bu gün ulduzlardan nəğmə istərəm,

    Bəs zalım gecənin ürəyi hanı?!
    Bu gecə bir mənəm, bir də ki, qələm.
    Sükut da soyuqdur daş kimi bu gün.
    Gərək gecənin də nazını çəkəm,
    Qəlbimdən bir nəğmə eşitmək üçün.

    Mən ölmədim-1989

    Bu dünyaya niyə gəldim, bilmirəm?!
    Zalım fələk, sənə yoxdur sözüm hey.
    Dizin-dizin süründürdün dünyanı,
    Yollarında qabıq qoydu dizim hey.

    Ayrı saldın vətənimdən, elimdən,
    Kilidləyib qıfıl asdın dilimdən.
    Nəyim vardı, tutub aldın əlimdən,
    Mənə qaldı bu dünyada dözüm hey.

    Daşdan deyil, ağacdandır otağım,
    Ağac üstə saman döşək yatağım.
    Neçə dosta məzar oldu qucağım,
    Mən ölmədim, deyən bərkdi üzüm hey.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    NƏ TAPAR…

    1987

    Bu dünyayın milyon-milyon sirri var
    Sualından, sorğusundan savayı.
    Kim düz baxıb gözlərinə ölümün?
    Qurd ürəkli doğrusundan savayı.

    Ər qəzəbi çaylar kimi bulanıb,
    Vaxt olub ki, dağı, daşı dolanıb
    Bu dünyada kimlər yaxşı dolanıb?
    Oğrusundan, əyrisindən savayı.

    Öz yolundan nə vurulur, nə sapar?
    İlhamıyla qaya yarar, dağ çapar.
    Bu dünyada sənətkarlar nə tapar?
    Ürəyinin ağrısından savayı.

    QORUYAQ

    İnanma naşılar çətin,
    Kəsə yolunu həsrətin.
    Ülvi, Təmiz məhəbbəti
    Ötüb keçəri hisslərdən
    Qoruyaq, sonra gec olar.

    Ömrümüz qayğı dənizi,
    Silkələr qayıq tək bizi,
    Səmasını qəlbimizin,
    Hər vaxt çənlərdən, sislərdən
    Qoruyaq, sonra gec olar.

    Bu elin dərdini çəkən,
    Uğrunda qanını tökən,
    İstedadı qönçə ikən
    Bədxahlardan, xəbislərdən
    Qoruyaq, sonra gec olar.

    İnsanın dostu, həyanı,
    Qışda çətirli dünyanı
    Yazda ətirli dünyanı
    Qan arzulu iblislərdən
    Qoruyaq, sonra gec olar.

    12.08.1973

    DUYAN OLSA

    Misra-misra ürək sancar sinəmdə,
    Elə sanma ağrısından üzülləm.
    Ömrun-günün səhərində şeh kimi,
    Çiçəklərin yanağına düzülləm.

    Dağ çayından ahəng alıb bu nəbzim,
    Tufan olsa dalğasıyam dənizin.
    Qayaların sərtliyindən, əzizim,
    Göz yaşıtək damcı-damcı süzülləm.

    Bir vüsalın güneyində gözüm var,
    Hələ onun zirvəsində gözüm var,
    Bu dünyada mənim bircə üzüm var,
    Duyan olsa bir baxışdan sezilləm.

    Arzularım, duyğularım təzə-tər.
    Qara bulud görən kimi tez ötər.
    Hədəfindən yayınsa da nə qədər,
    Dəyər bir gün hədəfinə söz gülləm.

    Daha məni xəyalına gətirmə,
    Yollarında, izlərində bitirmə,
    Demədimmi, gülüm, məni itirmə,
    Tapammazsan axtarsan da yüz ilnən.

    1980

    DÜNYADAN – 20.01.1999

    Vətəni min yerə böldü nadanlar,
    Çətin vətənsizlər bu dərdi anlar.
    Hər dərdin əlacı olan loğmanlar,
    Getdi özləri də naçar dünyadan.

    Eşit canım, gözüm, bu həyat ki var.
    Kimiyə qapazdır, kimyə tumar.
    Nəfəsi tox, bir ürək məhəbbət umar
    Nəfsə qul, var-dövlət qucar dünyadan.

    İsgəndər qılıncı olmasa ağlın,
    Kəsilməz heç zaman düyünün, bağlın.
    Cini şüşəsindən çıxan nağılın
    Gəzmə kilidinə açar dünyadan.

    Bu qədər zülm olmaz, bu qədər əzab,
    Filəm ki, bu dərdə gətirmişəm tap.
    Fələyin özüylə çəksəm haqq-hesab
    Başını götürüb qaçar dünyadan.

    Yaşama möhnətin əli əlində
    Sevincin bəmində, qəmin zilində.
    Sibirel, bir ömrün dar mənzilində
    Heyfini almağı bacar dünyadan.