Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 94 of 94 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

Post Views: 51 İç dünyam Nizamlayar, tarazlayar, düzləyər Dünyam məni, dünyam məni, iç dünyam. Naqislikdən, nadanlıqdan gizləyər Dünyam məni, dünyam məni, iç dünyam. Qoymaz məni bölünməyə, bölməyə, Toxunulmaz əl dəyməmiş ilməyə, Vaxtsız-günsüz qocalmağa, ölməyə Dünyam məni, dünyam məni, iç dünyam. Yaradandı, yaşadandı, qurandı, Məsləkimin keşiyində durandı. Müqəddəsdən müqəddəsdi, Qurandı – Dünyam mənim, dünyam mənim, iç …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 34 SIĞA BİLMƏDİ Gəlmişdim dünyaya gedirəm dedim Payımsa yaşamaq sevirəm dedim Sevginlə, vədinə güvənəm dedim EY dünya! Mən sənə sığa bilsəm də, Dünyamsa, dünyana sığa bilmədi Pünhandı bu könlül zar-zar ağladım İşıqlı düyama, qara bağladım Sızlayan könlümü, yara bağladım EY dünya! Mən sənə sığa bilsəm də, Dünyamsa, dünyana sığa bilmədi. Bir gözüm yaşdısa …

Publisistika

Sülh üçün birləşək

Post Views: 40 Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq …

Publisistika

İnsanın xoşbəxt olmasının sirri

Post Views: 29 “Artıq nə edəcəyimi bilmirəm, belə bir şey necə ola bilər, düzəlməsi artıq mümkün deyil”… Bunlar bir çox insanın tez-tez istifadə etdiyi və ətrafındakılardan də eşitdiyi sözlərdir. Ümidsizlik ifadə edən və ardından da kədəri gətirən bu ifadələr əslində bu insan xarakterini də bizə təqdim edir. Kədərə meyili olan insanlar bədbəxtlik və çətinlik üçün …

Azərbaycan ədəbiyyatı

Cığatel.”Ağlayarmı Qəhrəmanlar Anası?!” (Yeni şeir)

Post Views: 44 Titrətdi qəlbimi ana fəryadın, Ərşə haray çəkdi ahın, imdad ın?, Yoxsa gözündəmi qaldı muradın?! -Söküldü bir gəncin ömür binası, Ağlama, ağlama, şəhid anası !!! Ordu gərəyimdi, ordu səngərim, Neçə min keşikçim, neçə min nərim, O taylı, bu taylı Türküm,Azərim, Bir əsgərin yası, bütün el yası, Ağlama, ağlama, şəhid anası.. Qarabağ qürbətdə bizdən …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Utanıram!!!” (Yeni şeir)

Post Views: 29 Utanıram susqunluqdan, Acizlikdən, satqınlıqdan, Yaltaqlıqdan. Utanıram bədbinlikdən, Gərginlikdən. Düşünürəm əsirimi, Faciəmi… Utanıram çadırlarda Sürünməkdən. Şərəfsizlik simasına, Bürünməkdən…. Utanıram, Hissə- hissə bölünməkdən. Əlçim-əlçim didilməkdən. Sökülməkdən. Tikə-tikə ölkələrə tökülməkdən. Utanıram!!! Yaddaşlarda tor qurubdur, Hörümçəklər. Elə şirin yuxu verib, Gələn vədlər. Ayılmaq da istəmirik. Harınlamış təbəqədən, Bəhanələr gətiririk… Utanıram varlığımdan danışmağa, Utanıram torpağıma qarışmağa.

Azərbaycan ədəbiyyatı

Tural SAHAB.”Dənizlərin ən gözəli” (Yeni şeir)

Post Views: 35 Dalğalanacaq, mənim üçün Dənizlərin ən gözəli Günlərin ən özəlində Günəş batana yaxın Gündüz sarlıb, gecənin qoynunda Yatana yaxın Balaca bir sandalda Böyük arzularla Şeirə qucaq açan O anlarla Çıxacam yola Ürəyim dalğa- dalğa Dəniz dalğa- dalğa Öpəcək balıqlar Baxışlarımı bəzəyən Masmavi sonsuzluqdan Daha dönməyəcəm Dönməyəcəyik Ürəyimizin bizi apardığı O qutlu yoldan Layla …

Publisistika

Tural SAHAB.”Doqquz milyon ölmədən olmaz…..!” (Köşə yazısı)

Post Views: 30 Bu yazımda bir çox mövzulara toxunmaq istəyirəm. Bu günlərdə həyacan və sevincimiz qələbə həsrətimizə qarışıb, biz qələbə istəyirik. Qələbə nəticədir, bəs biz nəticəni yaradacaq səbəblərə sahibikmi?! Qılınc və qələmi eyni gücdə, hətta bəzi məqamlarda qələmi üstün tuturlar, bəs bizim qələmlərimiz necə, onlar da savaşmağa hazırmı?! Son günlərdə nə yazıq ki, qılınıcımız kəskin …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”

Post Views: 34 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …

Azərbaycan ədəbiyyatı

Məmməd ARAZ.”Ayağa dur, Azərbaycan!”

Post Views: 36 Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik! Səndən qeyri biz hamımız ölə billik! Bu, Şəhriyar harayıdı, Bu, Bəxtiyar harayıdı! Hanı sənin tufan yıxan, Gurşad boğan yurda oğul oğulların! Qara Çoban, Dəli Domrul oğulların. Çək sinənə-qayaları yamaq elə, Haqq yolunu ayağına dolaq elə, Bayrağını …

Azərbaycan ədəbiyyatı

Səməd VURĞUN.”Azərbaycan”

Post Views: 42 El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları, Sınamışam …

Azərbaycan ədəbiyyatı

Süleyman RÜSTƏM.”AZƏRBAYCANA GƏLSİN”

Post Views: 46 Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir, Könüllərin nıüqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Əsgərim” (Yeni şeir)

Post Views: 33 Qan ağlayır, ağı deyir bulaqlar, Yol gözləyir o dərələr, o dağlar. Səbrin də bir hüdudu var, həddi var, Düşmən üstə şir tək yeri, əsgərim, Qarabağı qaytar geri, əsgərim. Yad əlində əsir qalan Vətən var, Bu savaşda neçə ölən-itən var. Yurd uğrunda şəhid olub oğullar, Çatdır bizə xoş xəbəri, əsgərim, Qarabağı qaytar geri, …

Azərbaycan ədəbiyyatı

Məhərrəm CƏLİLABADLI.”Haqqın dərgahına qalxdı Şəhidlər!” (Yeni şeir)

Post Views: 36 Qoparmayın şəhid adlı yaramı, Düşmənlər duymasın, bu fəryadımı. Bilmirəm sevinim ya ağlayımmı, Adın tarixlərə, yazdı şəhidlər, Haqqın dərgahına, qalxdı şəhidlər! Ay ana, saçını dərddən ağartma, Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib, yanma-alışma, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər! Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətənçün onlar. …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

Post Views: 32 Diriliyin yolu sevgi Diriliyin yolu sevgi, Canlılar, Həyatın rəngi, Küləklər, fırtınalar, Qasırğalar, Günəşin atəşi, Gecənin zülməti, Ulduzların naxışı, Dəryaların mirvariləri, Mərcan, inciləri, Dodaqların arasında, Düzülmüş sədəflər, Yerdə, göydə olan, Bütün xassələr, Vicudunda. Körpəliyində, uşaqlığında, Gəncliyində, Böyük görünən dünya, Düşüncənə sığmayan kainat, Yumruq kimi, Balaca görünən ovcunda. Nədən dəyişkən xasiyyətlisən, Bilirsən? Birdən mülayim, …

Publisistika

Gülnarə İSRAFİLQIZI.”Müsəlmanlıq nədir?” (Köşə yazısı)

Post Views: 45 İnsana yarananda göz, qaş, burun, qulaq, ağız, bədən əzaları, o əzaların da, hərəkətə gəlməsi üçün güc-qüvvə onları idarə etmək üçün isə ruh verildi. Bunların ümumi adı insana verilmiş nemətlərdir.Bütün bu nemətlər insanın xidmətindədir. O üzvlərdən biri olmadıqda insan şikəst olur, şikəstlik təkcə insanın cısmində olmur onun vücuduna yerləşmiş ruhuna da, aiddir. Bu …

Ana səhifə

Elnurə AĞAZADƏ.”Əsgər qardaşım” (Şeir)

Post Views: 134 Gedəndə su atdı anan dalınca, Su tək aydın olsun yolun qardaşım Tanrıdan dualar etdik sənin üçün Təki sən sağ qayıt əsgər qardaşım Göydə buludlar səngimək bilmir Yağan yağışında ardı kəsilmir Düşmənin kinidə tükənmək bilmir Bunlara dözümün olsa qardaşım Səngərdə yatırsan yastığın torpaq Üstündə yorğanın çiskin qardaşım Qorxma dayağındır vətənin inan Mərd ol …

Azərbaycan ədəbiyyatı

Məhərrəm CƏLİLABADLI.”Əmr ver döyüşə cənab komandan!” (Yeni şeir)

Post Views: 36 Əsgər paltarımı geyib əynimə, Silah – sursatımı asdım çiynimə, Döyüşmək həvəsi vurub beynimə Əmr ver döyüşə cənab komandan! Erməni giribdir torpağımdadır, Ceyranın, cüyürün oylağındadır, Su içir(!) İsanın bulağındadır Əmr ver döyüşə cənab komandan! Atəşkəs qorunur ilin hər ayı, Hiylədə varmı i, düşmənin tayı, Istərəm elimdən çıxarım hayı Əmr ver döyüşə cənab komandan!

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”İlahi, bu fəryad bitsin nə olar!” (Yeni şeir)

Post Views: 33 Beynimdə bir fikir dolaşır inan ürəyim ağrıyır, gözlərim dolur hər dəfə şəhidlər gördüyüm zaman içimdə intiqam hissi oyanır. Nə qədər analar göz yaşı töksün nə qədər sürəcək, bu yas bu hüzün qoy düşmən üsdünə bir duman çöksün çıxarıb ovcuna gözlərin töksün.. Donur damarlarda axan qan yenə İlahi, bu fəryad bitsin nə olar! …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Göy üzündə doğuluram” (Yeni şeir)

Post Views: 36 Dərdlərimi üzə-üzə, Dərdə tərəf yeriyirəm. Dərd alışır daxilimdə, Dərd içində əyiyirəm. Gözlərimdən ürəyimə, Özüm boyda yaş süzülür. Vücudumun üzərinə, Sıra-sıra daş düzülür. Heykəlimi yaradıram, Meydanlarda, parklarda. Gül dəstəsi sinəm üstə, Əvvəl, axır sıralarda. Qayıdıram varlığıma, Yer üzündə tapammıram. Sulyetimə nə palçıqdan, Nədə oddan qatammıram. Ruhum çıxır ərşə tərəf, Bulutlarda yox oluram. Zöhrə …

Publisistika

“Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı inşa yazısının qalibi Hüseyn Hüseynzadə

Post Views: 62 Hamımızın Azərbaycan adlı bir Vətəni var. Qoynunda dünyaya göz açtığımız, min bir nemətindən dadıb, isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Nizamilər, Füzulilər, Xətayilər, …

Azərbaycan ədəbiyyatı

Heydər Əliyev Mərkəzində möhtəşəm tədbir düzənləndi

Post Views: 59 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Qaradağ …

Azərbaycan ədəbiyyatı

Heydər Əliyev Mərkəzində möhtəşəm tədbir düzənlənəcək

Post Views: 39 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ” …

Ana səhifə

Zamiq MEHDİSOY.”Atəşkəsə etiraz” (Yeni şeir)

Post Views: 32 Başımızın altına qoyub “atəşkəs” yastığı, 20 ildən çoxdu yutdular milləti. Bəsdi daha bu qədər mışıl-mışıl yatdığın ! Daha oyanmaq vaxtıdı,bir qərar verək qəti! Sülh deyə-deyə bizi qeyrətsiz edəcəklər, Hakimiyyət naminə hər yola gedəcəklər. Qarabağsız yaşamağa öyrəşdirirlər bizi, Gündə bir şəhərcik salıb yerləşdirirlər bizi . Bu saxta nəvazişə,qayğıya inanmayın! Vəddən başqa nə veriblər? …

Azərbaycan ədəbiyyatı

Gülnarə SADİQ.”Ağlama, Şəhid Anası!” (Yeni şeir)

Post Views: 65 Sil göz yaşlarını,ağlama heç vaxt, Şəhidlik ucadan ucadır,ana. Toyumçün aldığın o tər xınanı Qoy ağ saçlarına elə gəl, ana. Uca tut başını,əymə heç zaman, Yanımda gözlərin gülsün,ay ana. Yarıma de məni gözləməsin o- Mən gələ bilmirəm o gəlsin,ana. Söylə ağlamasın mənsiz gecələr Ulduzla yolladım eşqimi,ana. Onu tənha qoyub gedərəmmi heç, Nəfəsimi köksünə …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Şəhidlər Xiyabanı” (Yeni şeir)

Post Views: 41 Şəhidlər xiyabanı, Sıralanıb baş daşı. Sağa-sola yazılib, İngilisin yaddaşı. Mənim qanlı tarixim, Onun xoş mənzərəsi. O hər addım dayanır, Lentə alır məscidi, Daşa dönmüş hər kəsi… Toz basıb məzarlığı, İtib şəhidin adı. Bir azca aşağı bax, Üçbucaq otracaqda, Qucaqlaşıb vətənin, Neçə gənc övladı. Öpüşlərə qərq olub, Ağacın kölgəsində. Zülmət doğub eləbil, Bütün …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Şəhidliyin mübarək” (Yeni şeir)

Post Views: 27 Yaralı millətim, Şəhidliyin mübarək xalqım. Dik başını aşağı dinmə, Acıları çək gözünə, Çək üzünə, çək sinənə, Sənin acılarından kimə nə?!!! Musiqilər bəzəyir efirləri, Göbək at oyna, Gəlmə şəhidlik oyununa, Yoxsa kəfən biçilər boyuna. Ömrünün astanasında, Qara kağız… Yağ buluddan torpağa hop, Şəhidliyin zirvəsinədən qop. En aşağı şimşək kimi, Yandır özünü, alovla dərdini, …

Publisistika

Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib

Post Views: 40 2 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib.Toplantıda Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov, Baş məsləhətçi İlqar Qasmımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Hüseynova, “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyinin sədri Asif, Bakı …

Publisistika

Gülnarə İSRAFİLQIZI.”Düşüncələr inkişaf etməlidir…” (Köşə yazısı)

Post Views: 39 Müasir texnologiyadan əvvəllər istifadə etmirdim ona görə ki, bu texnologiyanın haram olduğunu demişdilər.Və elə bir gün oldu ki, həmkarlarımın, dindarların da, texnologiyadan istifadə etdiyinin şahidi oldum.Və mən də istifadə etdim.Elə bilrəm ki heç də səhf etməmişəm.Dəyərli, hörmətli insanlarla burda tanış olmuşam bunun nəyi pis ola bilər axı?!!! Onda belə çıxır ki, bu …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Səsini dinləməyi sevirəm” (Yeni şeir)

Post Views: 36 Səsini dinləməyi sevirəm, gözlərinə baxmağıda, əllərindən tutmağıda, yuxumda xəyal olsa belə varlığınla yatmağıda sevirəm. Yanımda olmasanda, uzaqdan boylansamda, sabahları sən deyib uyansamda anlamsız kəlmələr qursamda yenə səni sevirəm. O sakit danımağını, hər sorduğumda bilmirəm sən danış deyə alışmağını hər dəyqə mənimlə küsüb barışmağını belə çox sevirəm. Mənə dəliyəm deyirsən , hər kəs …

Publisistika

Esmira ƏLİYEVA.”Sizə görə sevgi….?” (Köşə yazısı)

Post Views: 31 İnsan dəyişir; O ,aldandığını öyrəndikdə,çox şey öyrəndiklərində, aşıq olduqlarında.Amma məncə həyatımızın ən vacib qərarı nöqtə qoymuşuqsa bir kərə onu vergülə çevirməyəcəyik.Nə sual qalmalı geriyə,nə də sualı əvəz edəcək işarət.Bəzən sənin qərarlarını dəstəkləməzlər ,amma zaman gələr sən haqlı çıxarsan.Ona görə yaşamaq gərək həyatı.Yaşayın ,bir gün haqlı çıxacaqsınız.Xoşbəxt olmaq üçün göz yaşlarından qorxmamaq gərək.Onlarla …

Publisistika

Gənclər Fondu tərəfindən yeni layihə

Post Views: 40 Azərbaycan Respubllikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq “Gözəllikləri əbədiləşdirin” layihəsinin iştirakçı seçiminə start verildi! Təlimi üçün fotoqrafiyaya həvəsi olan 18-25 yaş arası gənclərin axtarışına başlanıldı. İştirakçılara təlimçimiz və tanınmış fotoqrafımız Təranə xanım Allahquliyeva tərəfindən fotoqrafiya sənətinin əsasları, o cümlədən rəqəmsal fotoaparatların texniki xüsusiyyətləri, fotoqrafiyanın növləri və janrları, işıqlandırma, fotoqrafiya …