Post Views: 29 Torpağı , havası , suyu yerində, Payızı , baharı , yayı yerində, İncə gözəlliyi , boyu yerində, Niyə solub gedir bu fidan belə? Dürlü qayğılardan biçilib donu, Yellər sığal çəkər oxşayar onu, Nəğməli quşları yarpağı sanı, Niyə solub gedir bu fidan belə? Keçid ağzındadır , yolaq üstədir, Axarlı-baxarlı bulaq üstədir, Baxan deyir …
May 10, 2016
Müzəffər MƏZAHİM.”Öyrənirəm”
Post Views: 30 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir? İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …
Müzəffər MƏZAHİM.”Uğur olsun!”
Post Views: 30 Göstər gücünü düşmənə, Ordum, uğur olsun! Sayəndə azad olmada yurdum, uğur olsun! Ver xalqa zəfər müjdəni, şəninlə öyünsün, Qəlbimdə qürur heykəli qurdum, uğur olsun! Öz qüvvəmizə arxalanıb düşməni yensək, Zənn eyləyərəm kamıma vardım, uğur olsun! Bu ali məram, haqq işi uğrunda savaşda, Qoy eyləsin Allah bizə yardım, uğur olsun! Qov tülküləri, rədd …
Müzəffər MƏZAHİM.”Yaşamağın çarəsi”
Post Views: 67 Haqqın tapdalanıbsa, Haqq yoxdur demə, çəkin. Həqiqət dolu olsun, Qəlbin, ruhun, məsləkin. İnam yaşatsın səni, Dur vicdan keşiyində, Qoyma kiminsə haqqı, Boğulsun beşiyində. İşin düz gətirməsə, Olma naşükür, asi. Halallıqdır, insantək, Yaşamağın çarəsi.
Müzəffər MƏZAHİM.”Gedir”
Post Views: 27 Ömrə-günə nə etibar, Göz görəsi axıb gedir. Bu dünyanın göy üzündən, Şimşək kimi çaxıb gedir. Yol yorğunu olub daha, Bəxt əlinə verib yaxa, Cangüdəni qaraçuxa,– Bəd ayaqda çıxıb gedir. Ömür köhlən, dünya cıdır. Bu qovha-qov can acıdır, Fələk cığal oyunçudur, Qurduğunu yıxıb gedir. İnsan qənimdir özünə,– Ölüm görünmür gözünə, Dünyanın soyuq üzünə, …
Müzəffər MƏZAHİM.”İnsan”
Post Views: 23 Dəf eyləsə qəlbindəki bəd niyyəti insan, Çəkməz əməlindən əzabı, zilləti insan. Dünya malına aldanaraq qəflətə uymuş, Yığmış nə qədər axirətə töhməti insan. Hər kəs ki: -Günahkar deyiləm,-söyləsə uyma, Çünki yaranışdan qazanıb lənəti insan. Bildinmi neçin Adəmi cənnətdən atıb Haqq? – Təkrar özü qoy dərk eləsin cənnəti insan. Allah verəcək hər iki dünyada …
“Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 34 17 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm …
“Mənim duyğum” kitabı işıq üzü görüb
Post Views: 26 Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu auditoriyası üçün …
10 may Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin doğum günüdü
Post Views: 60 Heydər Əlirza oğlu Əliyev (d. 10 may 1923, Naxçıvan, ZSFSR,[5] SSRİ — ö. 12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), “Ulu öndər”[7] və “Azərbaycan xalqının ümummilli lideri”[8] titullarının rəsmi daşıyıcısı. Həyatı[redaktə | əsas redaktə] Ümumilli lider Heydər Əlirza oğlu Əliyev 1923-cü …
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda …
Kənan AYDINOĞLU.”Nə qələm, nə varaq, nə vaxt bəs eylər”
Post Views: 27 Bir dövrün, zamanın astanasında, Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi. Doğma diyarının ulu öndəri,- Hayanda oldusa yenə haqq dedi. Bu ulu torpağa, ulu diyara, Öndərin sevgisi bitmədi şükür. Sevincdən gözləri dolan torpaqda, Rəhbərin zəhməti itmədi şükür. Yenə tarix boyu göyə ucalan, Bayrağın önündə əyilməyi var. Ruhunun önündə əyilən dünya, Tanrıdı öndərə yenə, yenə yar. …