Post Views: 34 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …
May 28, 2016
Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”
Post Views: 40 Qaşları can alan xəncər, gözləri qövğadır, dedi. Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi. Bax ki, viran can evim, rəhm eylə, aman dilədim, Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi. Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim, Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi. Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim, Güldü, bu nə …
Mais TƏMKİN.”Nəzmə çəkib yazam, Qadın!!”
Post Views: 32 Canındakı ağrılardan, Cana doyub bezən qadın. Can verməyə Əzrayılı Gecə-gündüz gəzən qadın. Gözündəki nə yağışdı? Bu nə çöhrə, nə baxışdı? Duan özünə qarğışdı. Ay könlümü üzən, Qadın! Bir görmədim üzün gülə, Ağı qondu dodaq, dilə. Ağrılara ildən-ilə Tab gətirib, dözən qadın! Zalım ağrı bütün günü, Kəsib doğrayır ömrünü. Əlim gəlməz ki, ölmünü, …
Mais TƏMKİN.”Sən də havalısan, mən də havalı”
Post Views: 41 Hər dərdə, möhnətə dözürük elə, Eşqin dəryasında üzürük elə. Mən sənsiz, sən mənsiz-gəzirik elə, Dolaşır səsimiz bəmdə havalı, Sən də havalısan, mən də havalı. Çəməni adlayıb, bağı aşıram, Solu ötürürəm, sağı aşıram. Dərəni keçirəm, dağı aşıram, Gəzirəm dumanda, çəndə havalı. Sən də havalısan, mən də havalı. Baxma ki uzaqdır gözüm gözündən, Əlim …
Müzəffər MƏZAHİM.”Nilgil haçan soyuyubdur?..”
Post Views: 37 Şəhidlərimizə Al qanınız bu torpağa qarışdı, Qismətiniz bəxtinizlə barışdı, Sizi gələn hər əsgərdən soruşdu, Təkcə ana inanmadı, aman, hey… İllər, yaman vəfasızsız, ay illər, Dünən axı, qönçə idi bu güllər, Nisgil haçan soyuyubdur, ay ellər, Ömrü boyu yanacaqdır yanan, hey… Haray salmaz, ürək dərddən kiriyər, Tüstülənməz, yanar, yanar, əriyər, Daş-divarlar ayaq açıb …
Müzəffər MƏZAHİM.”Sevinc də qəmdən yorulub”
Post Views: 39 Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət” şerini oxuyarkən. Ümid toxu sözlərimdən, Kədərli, qəmli şerinə. Nəm qarışır gözlərimdən, Bu kövrək, nəmli şerinə. Sevinci yuxutək yozma, Qəlb möhtacdır təsəlliyə. Dərdi belə gözəl yazma, Dərd öyrəşər gözəlliyə. Bu gərdiş belə qurulub,- Qalarmı heç daş yonan ac? Sevinc də qəmdən yorulub, Hərdən ona qəlbini aç. Sevinc …