Post Views: 29 Gəl, öpüm alnından, qəhrəman əsgər! Sənin gözlərində Vətənim gülər! Sənin silah tutan əlin mübarək, Var olsun şəhərin, elin mübarək! Sənin ayağının altından öpən, Tapdayıb keçdiyin yolun mübarək! Hünər ananındır, qəhrəman odur, Örpəyi bayraqdır qala yurduma! Alnı açıq olsun, gözləri aydın Sən tək oğul verib Ana yurduma! Gəl, öpüm alnından, qəhrəman əsgər! Sənin …
May 14, 2016
Esmira RƏHİMLİ.”Axıdıb göz yaşımı bağrımı xak eyləmisən” (Qəzəl)
Post Views: 28 Axıdıb göz yaşımı bağrımı xak eyləmisən, Yumusan yanağımı nə yaxşı, pak eyləmisən. Ey Rəbb, şükr eylərəm ki, yaradıb küllü aləmi, Mərhəmət sahibisən, bizi də xalq eyləmisən. Özündən başqasına əymə qulunun boynunu, Çünki tək ibadəti yalnız sən haqq eyləmisən. Qəzəbinlə bağları səhrayi-çöllü-biyaban, Sevgin ilə çölləri çikəkli bağ eyləmisən. Sevməsin əğyar məni, sən sev …
Müzəffər MƏZAHİM.”Bu yazıq Bəndəni…”
Post Views: 26 Cəzamı verməyə gətirdin, Allah, Bu yazıq bəndəni bu şər dünyaya? Yoxsa doğulmamış etdimi günah, Götürüb tulladın bəşər dünyaya? Daddırdın həyatı bal, nobat kimi, Sonsuz arzu verdin amanat kimi, Ömrünə, bəxtinə mükafat kimi, Gətirdin qəlbində qəhər dünyaya, Verdin ədaləti, səmimiyyəti, İnsafı, mürvəti, gözəl niyyəti. Fəqət əsirgədin səlahiyyəti, Etdin bu yazığı yəhər dünyaya. Başından …
Müzəffər MƏZAHİM.”Bizi”
Post Views: 24 Nə qədər böhtandan, nahaqdan qaçdıq, Yenə gəlib tapdı şər, böhtan bizi. “Dosta” qapımızı ürəklə açdıq, Saldı min əzaba bu “nöqsan” bizi. Tarix zülmət yolda sınıq əsadır, Yalanın, yamanın ömrü qısadır. Duya bilərdikmi fitnə-fəsadı, Zaman etməsəydi imtahan bizi? Tutuldu yolumuz, bəndi-bərəmiz, Təkcə özümüzə qaldı çarəmiz, Dar gündə edilən tövbələrimiz, Qurtara bilmədi günahdan bizi. …
Mais TƏMKİN.”Ay şirindən şirin gözəl…”
Post Views: 24 Tərifini həm söz ilə, Həm saz ilə deyim- sənin. Toy-büsatda cuşa gəlib, El-obaya öyüm səni. Seçək elə guşə- məkan, Ya da olaq gəl, laməkan. Ürəyimdə çıxart tikan, Gül-çiçəklə ,,döyüm*” səni. Könül istəsəm ver, elə… Özünü mənə pir elə. Gözüm üstə sən yer elə, Hifz eləsin göyüm səni. Bir ilham ver, mən bülbülə, …
Mais TƏMKİN.”Gözlərimdən yanağıma yaş damır”
Post Views: 26 Bir köhnə ev qalıb ata-babadan, Yağış yağsa, payız damır, qış damır. Az qalıbdır divarları uçula, İçəridən nəm çəkdikcə daş, damır. Haqq dedikcə yalan ,,bitir*” düzümdə, Ona görə ötüb keçmir sözüm də. Yarıb keçir, şırım açır üzümdə, Gözlərimdən yanağıma yaş damır. Zalımların başlarına qoyub tac, Məzlumları bu dünyada gəzir ac. Baş götürüb bu …