Post Views: 28 Səni ümidimə çox bələdim mən, Sənə qovuşmağı hey dilədim men… Gözümlə arxanca su çilədim mən, Sənin həsrətinə ağlamadım ki…. Sanki daş yerinə qoyub dərdimi, Dedim: damla-damla oyum- dərdimi. Dərdimin dərdinə qıyıb dərdimi Sənin həsrətinə ağlamadım ki?… Fələk yanağımda göz yaşı qoydu, Məni öz qəmimlə yanaşı qoydu. Gündüzüm gecəmə başdaşı qoydu, Sənin həsrətinə …
May 18, 2016
Mais TƏMKİN.”Sözdən qala tikirəm”
Post Views: 32 Dərd yağır Ağrı Dağdan, Ağırmış ağrı,- dağdan. Çəkdiyim ağrılardan Bağrım dəlik-dəlikdi. Sinəmdə eşq məşəli, Əlim külüng- tişəli. Könlüm gahdan nəşəli, Gahdan giryan, ləlikdi. …Var yolunu azan ,,xan*”, Qətlə fərman yazan ,,xan”. Kimi üzdə Qazan Xan, Gendə Qıpçaq Məlikdi… Kimi harda ,,leş*” görər, Gözü biri ,,beş” görər. Kimi dərhal iş* görər, Kiminki ,,hələlik”di… …
Müzəffər MƏZAHİM.”Meydan sənin deyil”
Post Views: 31 Madam ki, ürəyin quş ürəyidir, Burda dayanmağın yeridirmi heç? Hədəf nişançının öz kürəyidir, Meydan sənin deyil, dayanma, gəl, keç. Gəlib dayanmısan yol ayrıcında, Bilmirsən gedəsən haraya indi. Həqiqət pas atıb dilin ucunda, Hay-küyün də gəlməz haraya indi. Səni təqib edən qorxaqlığındır, Düşübdür ardınca qaraba-qara. Sanırsan batmısan, qürub çağındır, Ruhun bədənində çəkilir dara. …
Müzəffər MƏZAHİM.”İnsanlığa”
Post Views: 24 Bir günahkar bəndə varsa, yox nicat insanlığa, Hər bir insan saf əməl versin zəkat insanlığa. Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr, Eyləsinlər çox savab işlər barat insanlığa. Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır, Sən də ver öz töhfəni, vaxtında çat insanlığa. Vermə əldən insafı, fürsət var ikən adil ol, Pak …