Post Views: 26 Ömrü yaşamıram,yola verirəm, Günləri günlərə satıram hər gün. Sabahdan umduğum bir ümid üçün, Gecə başlamadan yatıram hərgün . Tezdən oyanıram yeni gün deyə, Yaşanmış günlərim düşər quzeyə. Ömrün qalığını yığıb muzeyə, Köhnəlmiş bir məni atıram hər gün . Gözümdən qəlbimə arzular damar, Yaralı qəlbimi arzular yamar. Nə yaxşı gecəlik yuxularım var, Yuxuda …
May 20, 2016
Aysel NƏSİRZADƏ.”Bəxtinə düşən deyiləm”
Post Views: 26 Gözlərin sisli orman, Gözlərin bulanıq çay. Mən üfüqdə batan Günəş, Sən təzəcə doğulan Ay. Vaxtsız gələn qonağım, Vaxtına düşən deyiləm. Mən özgənin qismətiyəm, Bəxtinə düşən deyiləm. Əlimdən mədət ummasın, Yanağından axan yaşlar. Durma yolumun üstündə, Yolumun öz yoldaşı var.
Esmira RƏHİMLİ.”Sən gəldin”
Post Views: 28 Sən gəldin, Artıq səmalardan Güllü budaqlara qonmağa başladım. Sən gəldin, Həyatımı alt-üst eylədin, Hamar yuxularım əyişdi. Sən gəldin, Sənin zövqünlə ətirlənirəm, Çiçəkli qoxularım dəyişdi. Sən gəldin, Mənim sevdiklərim qaldı bir yana, Sənin sevdiklərinə Baxmağa başladım. Sən gəldin, Səndən ayrılmamaqçün Ölümdən qorxmağa başladım, Qorxmağa başladım…
Esmira RƏHİMLİ.”Günəşim”
Post Views: 28 Salam, xoş gəldin, Günəşim mənim. Güldün üzümə, Budaqlarım isindi, Tumurcuqlarım cücərdi, Çiçəyim çırtladı! Gəlməsəydin, Qışın sərt üzü Öldürəcəkdi məni. Kəsib odun edəcəkdi Yeyənlər bəhərimi. Salam, xoş gəldin, Həyatımı mənə gətirdin, Əli dolu gələn qonağım mənim! Baxdım, səhərlər nə gözəlmiş, Buludlar yolum-yolum. Baxdım, gecələr nə gözəlmiş, Ulduzlarla qol-boyun. Oyatdın qış boyu yatmış ruhumu, …
Mais TƏMKİN.”Boğulursan göz yaşında”
Post Views: 23 Daha sənə dönük çıxır, Yaxın dostun, sirdaşın da. Göynəyirsən için-için, Boğulursan göz yaşında. Heç bilmirsən nə vaxtadək, Sızlayasan, göynəyəsən? Bir dərd qanan varmı bəyəm, Açıb dərdini deyəsən? Yaxşılığa yamanlığın, Dərdini çəkməyim necə? Bax, bu qəmdir ürəyimi, Sızıldadır gündüz, gecə. Namərd gördüm, bu həyatda, Neçə-neçə ,,mərd” adamı. Heç Allah da yıxa bilməz, Yıxan …
Mais TƏMKİN.”Yüzdümü, mindimi, bilinməz sayı”
Post Views: 37 Yüzdümü, mindimi, bilinməz sayı, Dərd ilə ötürəm hər günü, ayı. A dostlar, çəkdiyim dərddən savayı, Varmı dərd, hesabda keçə dərdimi? Vətən həsrətindən könlüm yaradı, Bütöv ürək yurd-yuvasız paradı. Dərd bilən dərdimə dərman aradı, Dərdbilməz almadı vecə dərdimi. 13.04.2015
Müzəffər MƏZAHİM.”Borcunu qaytar”
Post Views: 33 (Oğlum Babəkə) Mən sənə Babəkin adını verdim, Bu ad Savalana, Kəpəzə taydır. Dünəndən bu günə uzanan dərdim, Babamdan oğluma mirasdır, paydır. Bu adın taleyi doğmadır mənə, Onun qeyrətini, odunu qoru. Bürünmə bu adın isti kürkünə, Qanında qaynasın kişi qüruru. Tarixin dolanbac cığırlarıdan, Keçibdir haqq kimi, ədalət kimi. Mən sənə vermişəm bu xoşbəxtliyi, …
Müzəffər MƏZAHİM.”Unutduq”
Post Views: 44 Qaçanı qova-qova, Döndük oda, alova, Ürəyini dərd ovan, Dayanmışı unutduq. Dost gəzdik dərd qandıraq, Dərdimizi andıraq, And içdik inandıraq, İnanmışı unutduq. Duymadıq şər-xatanı, Ər bildik yurd satanı, Harayladıq yatanı, Oyanmışı unutduq. Neçə inamı əzdik, Öyünməyə tələsdik, Sınaq meydanı gəzdik, Sınanmışı unutduq.