Post Views: 45
İyun 6, 2016
Sus, bilməsin kimsə…
Post Views: 33 Sus, bilməsin kimsə, Yazacağımı, oxuyacağını… Sus, bilməsin kimsə, Sənlə bağlı gizli qalmalı olanları, yoxdur gizli bir məqamlar… Sükunətdə itib batmalı, bizdə qalmalı olan etirafımı, Sus, bilməsin kimsə! Sus, bilməsin kimsə, Özümlə nə aparacağımı, bu dünyadan başqa dünyaya gedirəm hansı yüklə, sirrlərlə… Sus, bilməsin kimsə… Bilməsin kimsə, bizə aiddir bunlar, bizimdir bu həqiqətlər… …
Esmira RƏHİMLİ.”Düz adam”
Post Views: 36 Dolanar fələk də minər min dona, Düz adam yürüsün, yoxsa ki, dönsün? Bu həyat əzəldən əngəldir ona, Səbri yox yaşasın, pulu yox ölsün. Zəhməti qabardar əlini, cırar əynini, Maaşı bu gündən sabaha çatmaz. Bükər də belini, əyər qəddini, Bir tikə haramı halala qatmaz. “Düz adam düzdə qalar” deyib atalar, Nə bilim, haqlıymış …
Esmira RƏHİMLİ.”Ey mənim qubarlı, qəhərli könlüm”
Post Views: 31 Nə olub, yenə də eynin açılmır? Ey mənim qubarlı, qəhərli könlüm. Elə bil üstündən tufanlar keçib Vurulub salınmış kədərli könlüm. Olmazın dərdlərin düşüb yadına, Təbib olmayanlar baxıb halına. Duzu dərman bilib basıb yarana, Göz yaşların axıb zəhərli könlüm. Bayquşlar nə bilər gülün ətrini, At arısı çəkməz şəmin qəhrini. Kafir səccadəni, ellər qədrini, …
Mais TƏMKİN.”Dünya”
Post Views: 32 Yaxşının ömrünü yetirər sona, Yol verməz çiyninə yamanlar qona. Hiyləgər qarı tək girər min dona, Gəzdirər özündə hər adı dünya. Zəngini acgözdü, kasıbı toxdu, Namərdə məlhəmdi, comərdə oxdu. Canında bir qarış saf yeri yoxdu, Hamısı düyündü, yaradı dünya. Zərgərin əlindən alıbdır zəri, Qatıra diz üstə çökdürüb nəri. Koroğlu piyada gəzir hər yeri, …
Mais TƏMKİN.”Deyirik”
Post Views: 26 Bu torpaq üstündə gəzib, Verək əl-ələ deyirik. Əməlimiz olmasa da, Sözdə ki belə deyirik. Duz basırıq yaramıza, Ox atırıq sıramıza. Sonra nədən aramıza Düşdü vəlvələ deyirik. Bir çəkən tək yüz yükünü, Könül çəkir söz yükünü. Yer boşaldır öz yükünü Buna zəlzələ deyirik! Avqust 2013
Müzəffər MƏZAHİM.”Gedir”
Post Views: 30 Ömrə-günə nə etibar, Göz görəsi axıb gedir. Bu dünyanın göy üzündən, Şimşək kimi çaxıb gedir. Yol yorğunu olub daha, Bəxt əlinə verib yaxa, Cangüdəni qaraçuxa,– Bəd ayaqda çıxıb gedir. Ömür köhlən, dünya cıdır. Bu qovha-qov can acıdır, Fələk cığal oyunçudur, Qurduğunu yıxıb gedir. İnsan qənimdir özünə,– Ölüm görünmür gözünə, Dünyanın soyuq üzünə, …
Müzəffər MƏZAHİM.”Götürməz”
Post Views: 36 Öz yükünü özün daşı, Bu dünya şələ götürməz. Gözlərindən axan yaşı, Bir kimsə ələ götürməz. Gözün tox, qəlbin dolusa, Bəndəsən, Allah qulusan. Getdiyin haqqın yolusa, Əyri əmələ götürməz. Sevgi ələm yanğısıdır, Vüsalsız qəm yanğısıdır, Bu od Kərəm yanğısıdır, Bu dərdi Lələ görürməz. Həyatın hər cür üzü var, Eniş-yoxuşu, düzü var, Qəlbində ki, …
Sumqayıtlı yazarın yeni romanı çapdan çıxmışdır
Post Views: 44 Eyruz Məmmədovu istər Sumqayıtda, istərsə də Bakıda yaxşı tanıyırlar. Respublikanın əməkdar jurnalistidir. O, 28 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. 10-a yaxın kitabı çap olunmuş, üç sənədli filmi çəkilmişdir. Həmin kitablar və sənədli filmlər erməni millətçilərinin iç üzünü açmış, dünya ictimaiyyətinə əsl həqiqət tutarlı dəlil-sübutlarla çatdırılmışdır. Eyruz müəllim sənədli …
Sumqayıtda ilk “Humanizm pedaqogikası” laboratoriyası
Post Views: 57 Bu gün təhsil sahəsində aparılan islahatlar müəllim və pedaqoji kollektivlər qarşısında böyük və məsul vəzifələr qoyur. Gənc nəslin təlim-tərbiyəsində, yeni ideyaların və metodların gerçəkləşdirilməsi zamanın tələbindən irəli gəldiyindən yaradıcı axtarışlar davam etməkdədir. Qabaqcıl təcrübənin həyata keçirilməsində hər bir müəllimdən təşəbbüskarlıq, elmə maraq tələb olunur. Bu sahədə Sumqayıt şəhərindəki 11 saylı orta məktəb …