Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 13 of 13 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şeirlər” silsiləsindən

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist BİRİMİZƏ ÇATMAYIR Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri, Bax beləcə ötüşür. Almaların üstündə, Dalaşırdı nəvələr. Axı …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Halva deməklə”

Post Views: 35 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Zaval yox şərəfə, namus, qeyrətə, Hər insan əməklə çatar şöhrətə. Oxucum, qapılma təccüb, heyrətə, Kişi baş saxlamaz müftə yeməklə- Ağız şirin olmaz, halva deməklə. Insanın ömrünün bəzəyi, zəri, Qabarlı əllərdir, həm alnın təri. Atalar sözü var, dillər azbəri:- “Daşdan da pul çıxar” …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Sonu vardır”

Post Views: 32 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sığmırdı boyuna hirsi, hikkəsi, Qulaq batırırdı hökümlü səsi. Görmürdü özünə, layiq heç kəsi, Bilmirdi mənəmlik, lovğalıq ardır- Həyatda hər şeyin bir sonu vardır. Çapıb lovğa-lovğa, təkəbbür atın, Haqqın tapdaları, qohumun, yadın. Faş edib aləmə, bəd, qırıq zatın, Sanırdı zorbadır, həm bəxtiyardır- Qanmırdı …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

Post Views: 29 Dəyişən bir sənsən,bir də ki zaman, Yer də həmən yerdir,göy də həmən göy. Sənin bu dünyayla işin olmasın, Yetər,deyindiyin arxasınca hey! Bir damla göz yaşın sonda ölən köz, Dilinlə gor eşmə ürəyim də sən. Dünən sevincimə şərik olan,qız, Bu gün kədərinlə ürəyimdəsən. Əllərim bulaşır göz yaşlarına, Alın yazısıdır-göz yaşı deyil. Qucub dizlərini …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Dalğın baxışına baxa bilmirəm”

Post Views: 31 Dalğın baxışına baxa bilmirəm, Sənin ki, gözlərin dan işığıydı. Dünən gözlərində dinən sözlərin, Sevən ürəyinin danışığıydı. Daha düz oxumur özündə sözün, Sözündə məhəbbət dağım-dağımmış. Nifrətin gözündə peşiman qüssə, Dilinin riyası röya dağımmış. Sən demə susarmış gözündə sözün, Gözümün dünyası sözümün canı. Çətin kimsə sevə mənim tək səni, Salma qəribliyə sözümü, canım. Çılğın …

Azərbaycan ədəbiyyatı

İsmayıllıda Respublika günü qeyd olunub

Post Views: 29 mayın 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində 28 may respublika gününə həsr olunmuş tən-tənəli bayram tədbiri baş tutub. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar-gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə edib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov çıxış edərək …

Azərbaycan ədəbiyyatı

İsmayıllıda Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti keçirilib

Post Views: 36 mayın 31-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təşkil olunub. Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramına əsasən, xalq çalğı alətləri orkestrinin şagirləri rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli və Avropa rəqsləri, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi”

Post Views: 30 Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi, Büdrədik bir balaca, əzildik, bəla dizə gəldi. Bülbül bayqular ilə qol-qola gəzməz bu çəməndə, Əfsus ki, gül tikan ilə hər yerdə üz-üzə gəldi. Biz ağlar ikən kam alıb kef çəkdi ürəkdən, Biz gülüncə nakəslərin canına vic-vicə gəldi. Bir də baxdım ki, üzü yaman səpib, hər …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Özünü məndən ağıllı bilən insan, yeri var!”

Post Views: 48 Özünü məndən ağıllı bilən insan, yeri var! Dəf atıb, tar götürüb, kamança tutsan yeri var. Bu dünya yaranandan zülm edib insan insana, Üz çevir cahillərdən, aqilə uysan yeri var. Bahalı hədiyyələr istəmirəm borclu qalım, Bir vəhşi çiçək dərib könlümü alsan yeri var. Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs? Aparıb …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Tanıya-tanıya mən adamları”

Post Views: 32 (Hikməti sözündə axtar- kitab) Dərdimin üstündə təzə dərd bitir, Kədər ürəyimi oxlayıb didir. Ümidim azalır, inamım itir, Tanıya-tanıya mən adamları. Həzz aldım çoxunun şirin sözündən, Qəlbini duymadan öpdüm üzündən. İnciyib küsürəm özüm-özümdən, Tanıya-tanıya mən adamları. Doğru bildiyimi yalan görürəm, Arzu-istəyimi talan görürəm. Şirin dil altında ilan görürəm, Tanıya-tanıya mən adamları. Könlümü göynədən …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Qayıt dedi”

Post Views: 35 Sevdiyim gözəldən ayrılan* zaman, Boylandı arxamca göz, ,,qayıt” dedi. Baxdı məlul-məlul, halı pərişan, Yanaq ,,qayıt” dedi, üz ,,qayıt” dedi. Söylədi: ,,könlümün sənsən hakimi, Qəlbim səninlədir ölənə kimi. Sən gedib-qayıdıb gələnə kimi, Bədənim olacaq buz, qayıt”-dedi. Gördüm bənövşə tək boynunu bükür, Yanır için-için, qanlı yaş tökür. Ağlaya-ağlaya o, hönkür-hönkür, Sızladı, inlədi qız, qayıt, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gecə nəğməsi”

Post Views: 28 Bu gecə ağ qaldı qarşımda varaq, Ulduzlu göylərdə xəyalım azdı. Duyğumu, hissimi cilovlayaraq, Gecə nəğməzini könlümə yazdı. Bəyaz buludları sağıb ovcuna, Körpə çiçəklərə içirdi torpaq. Bütün insanları yığıb ovcuna, Sanki köynəyindən keçirdi torpaq. Elə bil, bu gecə doğuldu dünya, Alın yazısına düşdü heyrətim. Min sirli-sehirli nağıldır dünya, Dinləmək qorxulu, anlamaq çətin. Yağdı …