Post Views: 33 Məni sarsıtsan da sınan deyiləm, Hələ sınmaq deyil qarılmağım da. Yapış əllərimdən saman deyiləm, Gözlərin qorxmaın qırılmagımdan. Külümü sovurma, qorum alışar, Qoruna bilməzsən qorun əlindən. Qaçmasam ağ olar-gorum alışar Eybinə kor olan korun əlindən. Bu dünya qədərdir qədərinəcən, Hər kədər qədərlə yoğrulan dərddir. Mənə qəm yedirmə yetərinəcən, Onsuz da yerimə doğulan dərddir. …
Avqust 8, 2016
Abdulla MƏMMƏD.”İnana bilmirəm”
Post Views: 54 Sən bir uşaqsanmiş mən bir oyuncaq Sən demə sevgimiz əyləncə imiş. O ara verməyən gizli görüşlər Günlərdən asilmiş yelləncək imiş. Gözümü bağladin göz görə görə, Özümə gəlməmiş özündən getdin. Söz verib and içib peyman bağladiq, Gözümü açinca sözündən getdin. De, necə unudum sənsizliyimi, Yoxsa sənin kimi itirib gedim Dünən gözlərimdə gülən sevgimi …
Rahilə DÖVRAN.”Hardasan?”
Post Views: 24 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Əl çatmayan,ün yetməyən uşaqlığım, Xəyalımı tərk etməyən uçaqlığım. Yaddaşımdan heç itməyən uşaqlığım- Hardasan? Köhnə kəndin,köhnə dəbli məktəblisi, Həm çalışqan,həm əsəbli məktəblisi. Məktəbinin ən ədəbli məktəblisi- Hardasan? Hərarətsiz,soyuq,sönük cavanlığım, Özü sısqa,dərdi böyük cavanlığım, Etibarsız,üzü dönük,cavanlığım- Hardasan? İlk baharım,güllü yazım,arzularım, …
Rahilə DÖVRAN.”Seyri-Səfa”
Post Views: 41 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Gəlsə də yay fəsli,yaylaqda yazdır, Heç solmaz dağların gülü,çiçəyi. Zirvə yay tanımır,hey qarı vardır, Qırov bağlayıbdır dağın birçəyi. Rayihə bürüyüb yalı,çəməni, Şəfalı bitkilər ürkəkcə baxir. Yamaclar yamyaşıl,sanki səməni, Qar suyu dərədə şur ilə axır. Baldırqan,gicitkən,qaraqınığa, Lilpar qantəpərə qaş-göz eyləyir. Süsən,solmazgülü yanaq-yqnağa, Həmərsün …
Aydan ABDULLAYEVA.Yeni şeirlər
Post Views: 37 “Ağlama…” Dənizlərdə ötən qəhər Ümidləri söndürməsə… Buludlanan xatirələr Yağışları öldürməsə… Ağlama… Siqar-siqar güllələnib Sevdalanıb küllənməsən… Məhzun gözlər xəyallarda Yel-yel olub yellənməsə… Ağlama… Gözəl göydə bir arzuluq Ulduzuna axmasalar… Saçlarında səhra qumu, Qucağında haqqın qulu Olmasa… bax, Ağlama… “Gecəyə bir əlçim şeir…” Həsrəti başıma çəkəcəm… Yudum yudum yox olacam… Göz yaşıma “yel bükəcəm” …
Aydan ABDULLAYEVA.Yeni şeirlər
Post Views: 30 Oxunmayacaq şeirim…. Ana… Bağışla atamı… Onda mən də bir belə oxşamaram payıza… Ana… Bağışla atamı… “Bizə pislik edənə ən böyük qisas bağışlamaqdısa…,, Ana… Bağışla atamı… Mən hələ yoxluğa təslim etməmişəm onu… Qorxuram çöl adamı kimi kimsəsiz, səssiz və… bizsiz olacaq sonu… Ana… Bağışla atamı… Səni and verirəm o payız toyunuza… Səni and …
İltimas İSMAYIL.”Bilmirem”
Post Views: 28 Saçlarıma tane tane kar gelir Uslan gönül sevdan cana ar gelir Yar vefasız dünya bana dar gelir Neden geldi bunlar başa bilmirem Uzak diyarları aşıp gel desem Gözlerimden akan yaşı sil desem Seviyorum seni, artık bil desem Gidem dağa, diyem taşa bilmirem. Al canımı sensiz yanar neylerim Hayal kurar, yürek anar neylerim …
İltimas İSMAYIL.”Beni”
Post Views: 31 Bilmeden suçumu muhabbet yedim Canıma kast edip öldürdün beni. Yitirdim yolumu nereye gedim Hayat kervanımdan döndürdün beni. Hayalin gözümden bir an getmiyor Dayanıp önümde yardım etmiyor Sesim duyulmuyor, ünüm yetmiyor Kendi ateşimde yandırdın beni. Bu sessiz çığlıklar, diller, dudaklar İsmini fısıladar, seni soraklar Hemdemim, sırdaşım beyaz varaklar Şiir, şarkılarla kandırdın beni. 07.01.2016
Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”
Post Views: 21 Könlümü titrədən həsrət yelidir, Görüş yerindəyəm, gələcəkmisən? Gecənin yuxusu səksəkəlidir, Qəlbimin nigaran döyüntüsündən. Ümidim göylərdən asılı qalıb,- Demişdin: Gələcəm ay doğan kimi. Bu salxım söyüd də küsülü qalıb, Darıxır mən sənsiz darıxan kimi. Söykənib könlümün kövrəkliyinə, Məcnun bülbüllərin açılıb dərdi. Həyandır gecənin bu təkliyinə, Bülbülün naləsi, mənim həsrətim. Ulduzlar min illik karvan …
Müzəffər MƏZAHİM.”Torpaq”
Post Views: 22 Zəhmət kitabıdır, qeyrət dastanı, Oxu, varaq-varaq çevir torpağı. Onun tək insana yaxın dost hanı? Aqillər binadan sevir torpağı. Odur bu dünyanın doğum sənədi, İlk zəfər nəğməsi ona deyilib. Nəsillərə keçən bir dəfinədir, Əzəldən torpağa Ana deyilib. Atamın ovcuna bənzəyir bir az, Ətrindən, dadından, səxavətindən. Əkib becərməsən bir dən də qıymaz, Zəhmət ətri …