Post Views: 66 Mən onu tanıyanda VIII sinifdə oxuyurdu. Az danışan, danışanda da fikirlərinin obrazlılığına heyrət ediləcək bir qız idi. Xahiş etdilər ki, onun şeir dəftərçəsinə baxım. Yazılarında poetik ifadələr olsa da, şeiriyyətin texnikası pozulur, fikir dolaşıqlığı yaranırdı. Gülnarla iki il ardıcıl bu istiqamətdə məşğul oldum. Çox hafizəli və tapşırıqları dərhal yerinə yetirən idi. Az …
Avqust 26, 2016
Şairə-publisist Ulduzə Süleyman qızının “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan məqaləsi
Post Views: 54 “Möhtəşəm Azərbaycan” qəzetinə (Ağdamın işğalında anadan olduğundan heç vaxt ad günü keçirtməyən əziz qardaşım, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odaya) Qəlbi vətənə təşnə, yazıları –Sumqayıtın məsumlarını, alimlərini, şəhidlərini, müəllimlərini, fəhlələrini zikr etmədə – həvəsdə! Zamanın hər anını başa vurar ləyaqətlə, şərəflə! Yeri görünər hər an – …
Şairə Reydanə Xurşudun “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri
Post Views: 38 NİYƏ AYIRDI Tale səni də çox gördü mənə, Bir gün səni məndən alıb apardı. Həyatın nə yaman sərt üzü varmış, Sevən iki qəlbi niyə ayırdı? Doyunca gülmədik, danışmadıq heç, Bircə yol əlinə dəymədi əlim. Hicransa gör nə tez kəsdi qapını, Nə qədər ağırmış hökmü fələyin. BİLİRSƏNMİ Bilirsənmi, nə çəkirəm əlindən? Ömrümü, günümü …
Şair Rafiq Dağkəsəmənlinin “Möhtəşəm Azərbaycan” qəzetinin avqust sayında çap olunan şeirləri
Post Views: 48 “Sarıtel” (saz havası) Sənanda çalındın, Urmiyə çatdın, Millətin içində sevda oyatdın. Kərəm alışanda sən qəmə batdın, Ağı dedi mizrab telə, “Sarıtel”! Kökləndi ruhuma sazın pərdəsi, Məni ovsunladı sehirli səsi. Saldı tilsiminə duyan hər kəsi, Ömrümü vermədim yelə “Sarıtel”! Bir zaman ürəkdən çaldı Kamandar, Düşmənin başına dünya oldu dar. Güldü Qarayazı, sevindi Eldar, …
Mais TƏMKİN.Yeni şeirlər
Post Views: 33 Dərdimin Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş axıdır, Yoxdur həyası- dərdimin. Tükənməyir, yetmir sona, Vərdiş edib, qəlbə qona. Gündə girir dondan-dona, Mindi boyası,-dərdimin. Hay verən yoxdur səsimə, Nə zilimə, nə pəsimə. Necə qıyım özgəsinə, Özüm geyəsi dərdimi? Pəl qatır, xoş diləyimə, Hopub qana, iliyimə. Neştər olub ürəyimə Batır tiyəsi dərdimin. …
Mais TƏMKİN.Yeni şeirlər
Post Views: 58 Məhəbbət bir sirli dərin dəryadı Bir donda qalmayır şairin təbi, Könlündə sevinc də, qəhər də olur. Təbiət şairi dağlar qoynunda, Məhəbbət şairi şəhərdə olur. Dağın dağ yeri var, şəhərin şəhər, Hər yerin xoş keçən öz dəmi vardır. Dağlarda nə qədər gözəllik olsa, Şəhərin bir özgə aləmi vardır. Şəhərdə olanda çox darıxırsan, Dağı …
Müzəffər MƏZAHİM.”Görünmür”
Post Views: 27 Dərd verdikcə cavanlaşır, Dünya heç ulu görünmür. Ömür adlı bu dalandan, Bir çıxış yolu görünmür. Üzə geydiyim ümidin, Sevib öydüyüm ümidin, Ərklə döydüyüm ümidin, O tayı dolu görünmür. Insan tanrı nəfindədir, Doğulandan kəfəndədir. Dünya hələ kefindədir, Dərdlərdən halı görünmür.
Müzəffər MƏZAHİM.”Ruhunu”
Post Views: 31 Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə, O böyük gün üçün bəslə ruhunu Daim oyaq saxla, ayaqda saxla, Tarixin dibindən səslə ruhunu. Bu yurddur tükənməz dövlətin-varın, Kişilik simvolun, namusun, arın, Hər cür sünilikdən, çirkabdan arın, Köklə nəcabətə, əslə ruhunu. Sarıl, qol-boyun ol məmləkətinlə, Öyün bu yenilməz əmanətinlə, Daim cilalansın qoy qeyrətinlə, …