Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 11 of 11 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Elməddin VƏLİYEV.”Dünya”

Post Views: 61 Kiminə çox rahat gediləcək yol Kiminə keçilməz qaladır dünya Birinə ruzidən bərəkətdən bol Birinə aclıqdan çaladı dünya Solunda birinə məzar olanda Sağında toy edən haydadı dünya Bir üzü qaranlıq zülmət qalanda Bir üzü günəşli aynadı dünya Kimini yaddaşa möhkəm həkk edib Kimi unutduran havadı dünya Neçə firovunlar burda məhv edib Sultan Süleymana …

Türkiyə ədəbiyyatı

Yalçın Yücel Hocamızın doğum gününü kutluyoruz!

Post Views: 24 SÖYLEYECEKLERİM VAR Çocuklar Hele bir toplanın yanıma şöyle Söyleyeceklerim var Dinleyin bir, konuşmadan Kocadım biliyorsunuz Karlı tepelere dönen saçlarıma Pantolon gibi kırışmış şu yüze Beni artık taşımak istemeyen ayaklarıma, sözüm geçmiyor İnsanız Çok değil, hemen şuracıkta ölüm bekleşir durur Kucaklar sonunda Hepimizi de bir mezar Yolda giderken Ya da beklerken birilerini Düşmeyeceğiniz …

Azərbaycan ədəbiyyatı

Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)

Post Views: 26 SƏNİ YARALI SEVDİM Gözdən, könüldən uzaq Düşüb aralı, sevdim. Oxlanıb kirpiyinlə, Səni yaralı sevdim. Lalələr qan içində, Ha alış, yan içində. Dağda duman içində İtən maralı sevdim. Heykəl qurub xəzəldən, Eşq umdum hər gözəldən. Bu dünyanı əzəldən Ağlı-qaralı sevdim. GÖRƏK KİM GÖZƏL AYRILIR Gün keçdi dağın dalına, Dağ sevindi bu halına. Gəl …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Öyrətməyəydin”

Post Views: 31 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Çox gəncdim, naşıydım, həm də cavandım, Həyat görməmişdim, həm də əvvamdım. Bilmirdim hayan üz, hayan uvandım, Hardan peyda olub gözümə dəydin? Kaş məni özünə öyrətməyəydin. Bilmədim vallahi,bu necə işdi, Səni görcək ayım, günüm dəyişdi. Bilmədim baharmı, yoxsa ki qışdı, O vaxt öz …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Yada düşür”

Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Vaxt çatanda ağ libası geyinməyə, Hacət qalmır təkəbbürə, öyünməyə. Başlayırlar, əldə təsbeh deyinməyə Sanki varmış bu günədək öndə duran, Yada düşür oruc, namaz, həm də Quran. Sığışmayır ziyarətlər günə, aya, “Canıdişdə” qatlaşırlar hər bəlaya. Güzar düşür Məşhəd, Həccə, Kərbəlaya Hamı olur minbərlərə …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Gedəsiyəm söz çiynində”

Post Views: 57 Bir gözümdə dəli sevdam, Bir gözümdə bəyaz günah. Sağ ovcumda ürəyimdir, Sol ovcumda güman,Allah! Üzümə gülən qədərim Sevindirir doğmaları. Sözümə qibtə edənə Nuş olmur söz loxmalarım. Eşqlə yandım diri-diri, Hər günümü üzdü gülüm. Kül altında közüm diri, Gələn günə közdü külüm. Yarı bəndə,yarı mələk, Yarı sevinc,yarı dərdəm. Yarı röya,yarı gerçək, Qədərimin yarı …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Dilimdə kədərim böyüyür Allah”

Post Views: 36 Dilimdə kədərim böyüyür Allah, Böyüyür,ağzıma sığmayır daha. Qədərim sevinci kürüyür,Allah, Ürəyim köksümə sığmayır daha. Daha daşdan keçən sözüm daş olub Yağır ürəklərin daş xarasına. Ümidlə yaşanan dözüm daş olub Atılır göz ilə qaş arasına. Torpaq yad əlində,qeyrət yuxuda, Atılan söz oxum hey daşa dəyir. Girəvə gözləyir qorxu pusquda, Hədələr önündə kədər baş …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 28 SANİYƏ SAYIR Dəqiqəm sənsizdi, saatım sənsiz, Gecəni gündüzdən indi gəl ayır. Qalmışam sevgiyə, eşqə güvənsiz, Könlüm də, qəlbim də saniyə sayır. Günüm bir il olub, sönüb günəşi, Gecənin zülməti qaraltmış gözüm. Qəlbdə tüğyan edir həsrət atəşi, Hicrinə əzizim, qalmayıb dözüm. Baxışım yollarda ilişib qalıb, Zaman da insafsız, yollar da sonsuz. Zaman ki, …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 38 QURBANI OLSUN! Gözümün önündə xəyalın durub, Demək ki, səbəb var, görüşə gəlib. Naəlac kimidi, boynunu burub, Gəlibsə güvənib, pənahı bilib! Səndən uzaqdayam, çatmayır əlin, Ruhumu göndərdim, dayağın olsun! Getməsə ayağın, ağrısa belin, Demişəm qaldırsın, ayağın olsun! Dolsun nəfəsinə, dolsun gözünə, Sızlayan könlünün dərmanı olsun! Doğması, öz canı, bilsin özünə, Ağrıyan qəlbinin qurbanı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qorxudur”

Post Views: 27 Ətəyində qocaldığım zirvədir, Arzulardan bac aldığım zirvədir, Ömür verib ucaldığım zirvədir, Bu zirvənin zəhmi məni qorxudur. Dörd tərəfim baxılmamış mənzərə, Bir qəriblik çəni çöküb hər yerə, Pıçıltımdan uğuldayır dağ, dərə, Tənhalığın vəhmi məni qorxudur. Sıxılıram gur alqışlar içində. Təklənirəm yad baxışlar içində, Yol gedirəm ağ yağışlar içində, Taleyimin rəhmi məni qorxudur. Duyulduqca …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”İki səfil”

Post Views: 33 Pilləkənlərdə əyləşib İki səfil yanaşı, Onların soyuqluğundan Buza dönüb altlarındakı Pilləkən daşı. Birinin əlində Pivə şüşəsi, O birinin qarşısında Boşalmış, yalanmış Koserv qutusu. Hərəsi öz aləmində… Biri tez-tez gəyirir, O biri tez-tez əsnəyir. Adam it günündədir, İt isə adam olmaqdan ötəri İtliyindən çıxıb deyəsən bir az… Hər canlı özündən çıxmasa Dünyada səfil …